Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-286/2021 18.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1986-cı ildə Laçın rayonu, Fərəcan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan) işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Fərəcan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 29.04.2021-ci il tarixdə, günorta saatlarında qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret falqası bükümündə təmiz çəkisi 0,180 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqla müəyyən edilməmiş mənbədən əldə edib əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, 30 aprel 2021-ci il tarixdə, saat 09:20 radələrində Qaradağ RPİ-nin NMB-nin əməkdaşları ilə CAŞnın əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında fəaliyyət göstərən “Elmar” marketin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş, orada həmin gün saat 10:45-da videoçəkilişlə müdəfiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd siqaret falqası bükümündə təmiz çəkisi 0,180 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Laçın rayonu, Fərəcan kəndində qeydiyyatdadır, Bakı şəhəri, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi iş yeri olmadığı üçün heç bir yerdə işləmir. Təxminən 2021-ci ilin fevral ayından etibarən ay ərzində 1-2 dəfə heroin narkotik vasitəsindən istifadə etməyə başlamışdır. İlk dəfə narkotik vasitəni isə üzdən tanıdığı, lakin anket məlumatlarını, eləcədə yaşadığı ünvanını bilmədiyi şəxsdən alıb tək istifadə etmişdir. 29 aprel 2021-ci il tarixdə, günorta saatlarında Nəsimi rayonuna «Kubinka» adlanan yerə getmişdir. Həmin yerə getməkdə isə məqsədi narkotik vasitə almaqdan ibarət olmuşdur. «Kubinka» adlanan ərazidə bu cür maddələrdən istifadə edənlər daha çox olduğunu eşitmişdir. Bu minvalla həmin ərazidə gəzərkən təsadüfən bir nəfər şəxslə rastlaşıb görüşəndən narkoman olduğunu hiss etmiş və onunla bir qədər söhbət etmişdir. Aralarında olan söhbət zamanı həmin şəxsin narkotik aludəçisi olmasını tam dəqiqləşdirib şəxsi istifadəsi üçün narkotik vasitə axtardığını demişdir. Həmin şəxs isə ona narkotik vasitə təşkil edəcəyini deyib onu gözləməyini tapşırıb çıxıb getmiş və təxminən 5 dəqiqə sonra ona bir ədəd siqaret falqası bükümündə maddəni təqdim edib içərisində «kakos», yəni narkotik vasitə heroin olduğunu demişdir. Daha sonra 10 manat pul müqabilində həmin narkotik vasitəni şəxsi istifadəsi üçün ondan almışdır. Bundan sonra həmin şəxsin telefon nömrəsini istəmiş, lakin nömrəsini ona verməkdə ehtiyat edib demişdir ki, «Kubinka»-da müvəqqəti yaşayır. O, həmin şəxslə sağollaşıb ondan ayrılmış və birbaşa yaşadığı Lökbatan qəsəbəsinə gəlmişdir. Həmin gün qeyd edilən narkotik vasitəni istifadə etməmiş, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamışdır ki, sonrada qəbul edər. Səhərsi gün, yəni 30 aprel 2021-ci il tarixdə, səhər saat 09 :20 radələrində ünvan 2 ünvanında fəliyyət göstərən «Elmar» merketin qarşısından keçərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Qaradağ RPİ-nin əməkdaşları kimi təqdim etmişlər və ondan anket məlumatlarını soruşmuşlar. O da polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin inzibati binasına dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş, onlarla birlikdə həmin idarənin inzibati binasına gəlmişdir. Orada xidməti otaqların birində öz xahişinə əsasən dəvət edilərək ona təqdim edilmiş müdafiəçi Elxas Əsgərovun iştirakı ilə polis əməkdaşı tərəfindən onunla sorğu-sual aparılaraq üzərində qanunla qadağan edilmiş əşya və predmetlərin, narkotik vasitələrin olub-olmaması barədə sual verilərkən, o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqarel falqasında olan maddəni çıxardıb masanın üzərinə qoyub içərisində narkotik vasitə heroin olduğunu demişdir. Polis əməkdaşı həmin bükümü açmış, içərisindən qəhvəyi rəngli, toz şəklində, iysiz maddə aşkar edilmişdir. Sorğu-sual zamanı həmin maddənin narkotik vasitə heroin olduğunu, Nəsimi rayonunda «Kubinka» adlanan ərazidə tanımadığı bir nəfər şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş, bununla bağlı protokol tərtib edilmişdir. Həmin protokol onunla yanaşı digər iştirakçılar tərəfindən də imzalanaraq təsdiq edilmişdir. O, narkotik vasitədən gündəlik istifadə etmədiyini qeyd etmişdir. Həmin maddəni də şəxsi istifadəsi üçün sərf edəcəyini, ondan kiməsə pay vermək və ya satmaq fikiri olmadığını bildirmişdir. Həmin şəxsin anket məlumatlarını bilmədiyini, lakin, həmin şəxs 30-35 yaş arası, orta boylu, sarışın, başı keçəl, bığsız bir şəxs olmuşdur. Onun digər əlamətləri yadında qalmamışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, ailəli olmaqla həyat yoldaşının heç bir yerdə işləmədiyini, himayəsində iki azyaşlı uşağının olduğunu, atası X5 və qardaşı X9 vəfat etdiyinə görə yaşlı anasının da onun himayəsində olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə saat 09:20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən “Elmar” marketin yaxınlığında olarkən qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi şübhəsi ilə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və Qaradağ RPİ-nə gətirilmişdir. Həmin şəxsin xx xxxxxxxx 1986-cı ildə Laçın rayonu, Fərəcan kəndində anadan olmuş, əvvəllər məhkum edilməmiş, Laçın rayonu, Fərəcan kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı X7, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollefiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkillər Bürosunun vəkili X3 iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli siqaretin kağız kəsiyinə (falqasına) bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan kakos (heroin) olduğunu, həmin kakosu təxminən 29 aprel 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manata istifadə məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunun kağız kəsiyinə bükülmüş büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsinə bənzər kütlə aşkar edilmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru X12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə saat 09:20 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən “Elmar” marketin yaxınlığında olarkən qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi şübhəsi ilə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və Qaradağ RPİ-nə gətirilmişdir. Həmin şəxsin xx xxxxxxxx 1986-cı ildə Laçın rayonu Fərəcan kəndində anadan olmuş, əvvəllər məhkum edilməmiş, Laçın rayonu, Fərəcan kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı X7, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollefiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkillər Bürosunun vəkili X3 iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli siqaretin kağız kəsiyinə (falqasına) bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan kakos (heroin) olduğunu, həmin kakosu təxminən 29 aprel 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manata istifadə məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunun kağız kəsiyinə bükülmüş büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 6/1738 №-li rəyindən görünür ki, tədiqiqata təqdim edilmiş üzərində şübhəli şəxs: (imza) “Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,180 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi –0,180 qr., sərf edildi 0,050 qram, qalıq 0,130 qram. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 12 iyun 2021-ci il tarixli, 1880 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs götürülmüş 0,180 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq hazırkı çəkisi 0,130 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin inzibati binasında xidməti otaqların birində müdafiəçi X3 iştirakı ilə videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli siqaretin kağız kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan kakos (heroin) olduğunu, həmin kakosu təxminən 29 aprel 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manata istifadə məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunun kağız kəsiyinə bükülmüş büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsinə bənzər kütlə aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs, X8 ilə 11.05.2013-cü il tarixdə nikah bağlamış, arvada İskəndərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 14.12.2010-cu il tarixdə doğulmuş Zabil İskəndərovun və 27.01.2015-ci il tarixdə doğulmuş Aylin İskəndərzadənin ataları Təqsirləndirilən şəxs, anaları isə X4r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 23.03.2015-ci il tarixdə və X9 isə 16.07.2007-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmamasını, narkotik vasitənin miqdarını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 30 aprel 2021-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 01 may 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,130 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X13 oğlu tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X13 oğlunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,130 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81,82(səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-286/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-286/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver