Məhkəmə qərarları › İş №1(002)-286/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-286/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-286/2022 01.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1997-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlandığı və ev dustaqlığında qaldığı müddət daxil edilməklə cəzası çəkilmiş hesab olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Xocavənd rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,201 qram psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşımış, 13 iyul 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, ünvan 2 ünvanına gələn Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən şübhələnilərək qeyd olunan ünvanda saxlanılıb Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, xx.xx.2022-ci il tarixdə PB-nin xidməti otaqlarının birində dəvət olunmuş vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla saat 16:00-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,201 qram ağ rəngli kristallardan ibarət maddələr küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən bir ilə yaxındır ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. İlk dəfə olaraq narkotik vasitənin marixuana olan növündən istifadə etmiş, sonralar isə psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə Səbail rayonunda olan zaman bir nəfər şəxsin üzündən və hərəkətlərindən narkotik istifadəçisinə oxşadıb ondan ona metamfetamin tapmağı xahiş etmiş, həmin şəxs ona özünün narkotik satdığını və bir istifadəlik psixotrop maddəni 10 manata satdığını bildirmişdir. O, ona 10 manat verərərək bir istifadəlik metamfetamin almış, həmin aldığı psixotrop maddəni öz istifadəsi üçün cibinə qoyub saxlamışdır. Həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Psixotrop maddəni qəbul edən zaman rahat qəbul etmək üçün eyni ərazidə yaşadığı Cavid adlı şəxsin evində qəbul etmiş, lakin o, psixotrop maddəni həmin ünvanda tez-tez qəbul etməmişdir. Sonuncu dəfə, yəni xx.xx.2022-ci il tarixdə eyni ərazidə yaşadığı Cavid adlı şəxsin evinə getmişdir. Orada ondan başqa həmin ərazidə yaşayan Nurlan, Tural, Əbülfəz, Nicat, Əli adlı şəxslər də olmuşdur. Həmin evdə metamfetamini qəbul edən zaman qapı döyülmüş, Cavidin icazəsi ilə 2 nəfər mülki geyimdə olan şəxslər evə daxil olmuşlar. Polis əməkdaşları olduqlarını, xidməti vəsiqələrini göstərdikdən sonra o, özü könüllü sürətdə narkotik vasitələrdən istfadə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, üzərində psixotrop maddə olduğunu onlara bildirmişdir. 13 iyul 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixə keçən gecə polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, üzərində olan psixotrop maddəni polis nəzarətində olduğu və vəkilin iştirakı ilə təqdim etmək istədiyi üçün üzərində saxlamış və heç yerə atmamışdır. xx.xx.2022-ci il tarixdə 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində onun üzərinə vəkilin və polis əməkdaşlarının iştirakı ilə həmçinin videoçəkilişlə axtarış aparılan zaman polis əməkdaşları ona üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmiş, əynində olan göy rəngli cins şalvarın sol yan cibində gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və içərisində “metamfetamin” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Səbail rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa üzərindən içərisində siqaretlər olan bir ədəd siqaret qutusunun aşkar olunmuş və həmin siqaret ona geri qaytarılmışdır. Təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, öz ifadəsində son olaraq əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar xx.xx.2022-ci il tarixdən tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 13 iyul 2022-ci il tarixdə, saat 21:30 radələrində Qaradağ RPİ-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrinin açılması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq məqsədilə əlaqədar Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə Lökbatan qəsəbəsi, Qobu park 2 yaşayış kompleksində xidmət aparan zaman 18 nömrəli binanın qarşısında bir nəfər tanımadığı şəxs onlara yaxınlaşıb 10-cu PB-nin əməkdaşları olduqlarını bildiyini, tanıdığını demişdir. Eyni zamanda həmin şəxs məlumat verərək 15 nömrəli binanın 7-ci mərtəbəsindəki mənzildə səs-küy səsləri olduğunu, bunun narahatçılıq verdiyini bildirmişdir. Şahid2lə birlikdə həmin ünvanda mənzilə qalxmış və məlumat üçün polis bölməsinin növbətçi hissəsinə də mobil telefonla zəng edib məlumat vermişdir. Səs-küy səsləri gələn mənzil 15 nömrəli binanın, 7-ci mərtəbəsindəki 33 saylı mənzil olmuşdur. Dəhlizə həmin mənzildən çoxlu səs-küy səsləri gəlmişdir. Qapını döydükdən sonra adını sonradan öyrəndiyi Cavid adlı şəxs qapını açmışdır. Özlərini təqdim edib vəsiqələri göstərməklə polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt qapı açıq olduğuna görə içəridə masada bir neçə şəxsin oturduğunu, aralarında nəsə bölüşdürdüklərini və buna görə səs-küy yarandığının şahidi olmuşlar. Həmin vaxt Səbuhi ilə birlikdə Cavid adlı şəxsdən onların aralarında nə bölüşdüyünü və səs-küy səslərinin insanları narahat etdiyini soruşmuşlar. Cavid də özünü itirib həmin şəxslərin narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Cavidin icazəsi ilə içəriyə daxil olmuşlar. Orada olan şəxslər də narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Baş verənlərin qarşısını almaq məqsədilə bölmənin əməliyyat qrupuna da məlumat vermişlər. 10-cu PBnin əməliyyat qrupu da gəldikdən sonra birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində Cavid adlı şəxsin evində olan və polis bölməsinə gəldikdən sonra şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçi gəlmədiyindən səhəri gün Təqsirləndirilən şəxs üzərində onun, Şahid2, vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilməyə başlanılmışdır. X7 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməyini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan tərəfindəki cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir qutu siqaret aşkar edilmişdir. Bundan sonra həmin bir ədəd büküm açılaraq baxış keçirilmişdir. Həmin bükümün içərisindəkinin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda o, bükümün içərisindəkinin metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Səbail rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını demişdir. Bundan sonra həmin bir ədəd büküm qablaşdırılmış, zərf və protokol iştirakçılar və özü tərəfindən də imzalarla təsdiq edilmişdir. Qeyd edilən bu hərəkətlər onun tərəfindən mobil telefon vasitəsilə video çəkiliş edilməklə lentə alınmışdır. Bundan əlavə həmin vaxt Şahid2lə Qobu Park 2 yaşayış kompleksində 18 nömrəli binanın qarşısında dayanmışlar. Onlara yaxınlaşan şəxs polis olduqlarını bildiyini dediyindən və məlumat verdikdən sonra narahatçılıq keçirdiklərindən onun şəxsiyyəti barədə sual verməmiş və hal-hazırda da hər hansı bir məlumat bilmir. Həmin şəxs orta yaşlı, kişi cinsli şəxs olmuşdur. Şahid2lə birlikdə Təqsirləndirilən şəxs, Cavidi və digər şəxsləri ünvan 5 ünvanında müəyyən edib saxlamışlar və həmin ünvandan polis bölməsinə gəlmişlər. Raportu tərtib edərkən səhvliklə 18 nömrəli bina qeyd etmişdir. Hal-hazırda verdiyi ifadəsinin əsas götürülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2022-ci il tarixli, 6/3828 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksi və “... Şübhəli şəxs T.S Haqverdiyev- imza, Müdafiəçi-imza, iştirakçılar-iki imza Təhqiqatçı:Mirzəyev M.-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi-0,201 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,201 qram, tədqiqata sərf edildi– 0,05 qram, qalıq - 0,151 qram. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 10 avqust 2022-ci il tarixli, 4377 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Haqverdiyev X4 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. 14 iyul 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,201 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və qalıq 0,151 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarın sol yan tərəfindəki cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açılarkən içərisində spesifik iyə malik toz şəkilində maddə aşkar edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, Səbail rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata özünün istifadəsi üçün aldığını bildirir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlandığı və ev dustaqlığında qaldığı müddət daxil edilməklə cəzası çəkilmiş hesab olunmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs hüquqları 13 iyul 2022-ci il tarixdə, saat 22:20 radələrində məhdudlaşdırılmış, 14 iyul 2022-ci il tarixdə saat 00:50 radələrində şübhəli şəxs kimi tutulmuş və 16 iyul 2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 03 (üç) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,151 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı, məhkəmə hazırlıq iclası zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 05 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi və 30 (otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,151 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi və 30 (otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar