Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-287/2020 01.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2004-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-Park” yaşayış kompleksi, ev 3, mənzil 87 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində “xxxx” MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun sağ şərq hissəsində inşa edilən saxlanc yeri olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Çağırış Məntəqəsinin ərazisinə hasardan aşmaqla qanunsuz daxil olmuş, oradan 1 metrinin dəyəri 0.35 manat olan cəmi 25.55 manat dəyərində 73 metr göy rəngli, rezinə oxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3.5 mm olan naqili, 1 metrinin dəyəri 0.35 manat olan cəmi 29.75 manat dəyərində 85 metr qırmızı rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3.5 mm olan naqili, 1 metrinin dəyəri 0.35 manat olan cəmi 22.4 manat dəyərində 64 metr ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3.5 mm olan naqili, 1 manat dəyərində 01 ədəd ölçüləri təxminən 3,9x7,9x100 sm, divarının qalınlığı təxminən 1 mm olan, dördkünc formalı, boruşəkilli metal predmeti və 01 ədədinin dəyəri 3 manat olan cəmi 57 manat dəyərində 19 ədəd uzunluğu təxminən 75,6 sm, eni 4,5 sm olan, gümüşü rəngli, lövhəşəkilli metal predmeti gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 135.7 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid1 və X1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksindən tanıyır. Aqşin onunla həmyaşıd olsa da, lakin Elçin onlardan yaşca böyükdür. O və Aqşin birlikdə Qaradağ rayonunun müxtəlif ərazilərindən dəmir və metal əşyalar toplayaraq, onların satışı ilə məşğul olmuşlar, Elçin isə həmin malları onlardan almışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Aqşinlə birlikdə “Qobu Park” yaşayış kompleksinin yaxınlığında gəzən zaman orada tikinti işləri gedən hərbi çağırış məntəqəsi kimi inşa edilən binanı görmüşlər. Orada hələ də tikinti getdiyindən həmin binada mis tərkibli əşyaların olacağına əmin olmuşlar. Bundan sonra birlikdə həmin tikiliyə girib, oradan mis tərkibli əşyalar və dəmir götürməyi qərara almışlar. İlk öncə həmin tikilinin hasarından Aqşin həyətə keçmiş daha sonra arxasınca o da hasardan həyətə keçmişdir və onlar birlikdə tikinti aparılan binaya daxil olmuşlar. Onlar binanın içərisində bir az axtarış apardıqdan sonra oradan bir qədər alüminum dəmir və mis tərkibli dəmir götürmüşlər. Daha sonra həyətə çıxaraq, həyətdə olan nərdivanı hasara qoyaraq, hasardan çölə çıxıb oradan uzaqlaşmışlar. Sonra oğurladıqları əşyaları tikintinin yaxınlığında gizlədərək yaşadıqları ünvana getmişlər. Məhəllədə həmişə onlardan dəmir və mis alan Elçini görmüşlər və ona yaxınlaşaraq mis və alüminium olduğunu bildirmişlər. Bundan sonra Elçinin idarə etdiyi «Daewoo Nexia» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oğurladıqları əşyaları gizlətdikləri yerə gəlmişlər. Lakin yolda olan zaman Elçinin avtomobilinin benzini qurtardığından, o, Aqşin ilə avtomobildən düşərək piyada oğurladıqları əşyaları götürməyə getmişlər. Lakin həmin yerə gedən zaman orada onları mühafizəçilər tutmuşlar. Daha sonra onu və Aqşini polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs sonda əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, oğurladıqları əşyaların zərərçəkmiş şəxsə qaytarıldığını, zərərçəkmiş hüquqi şəxsin nümyəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və yetkinlik yaşına çatmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qobu qəsəbəsində tikilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Çağırış Məntəqəsində iş icrası vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə təxminən saat 20 radələrində həmin tikilinin mühafizəçisi ona zəng edərək, tikinti aparılan ərazidən pəncərənin kilid profilləri və elekrik naqillərinin oğurlanması barədə məlumat vermişdir. O, növbəti gün iş yerinə getmiş və oğurlanmış malları saydıqda görmüşdür ki, təxminən 266 manat dəyərində elektrik naqilləri binadan sökülərək kisələrə yığmış və təxminən 100 manat pəncərə kilidiləri, yəni dəmir pofillər oğurlanmışdır. Belə ki, məntəqədən 19 ədəd kiçik ölçülü və 01 ədəd böyük ölçüdə dəmir profillər oğurlanmışdır. “xxxx” MMC tərəfindən Qaradağ Rayon Polis İdarəsinə ünvanlanmış məktubda 160 ədəd kilid profilinin oğurlandığı qeyd edilsə də, faktiki olaraq məktubda səhv göstərilmişdir. Belə ki, azyaşlılar tərəfindən məntəqədən oğurlanmış əmlak faktiki olaraq əldə edilmişdir və orada elektrik naqilləri, 19 ədəd kiçik dəmir profil və 01 ədəd böyük ölçüdə dəmir profil olmuşdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi sonda oğurluq hadisəsi nəticəsində “xxxx” MMCyə vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X5 və Ağdam rayonu 32 saylı köçkün tam orta məktəbinin müəllimi X8 iştirakları ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, Nurlan və Elçini yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksindən tanıyır. O, Nurlanla dəmir və metal yığaraq, onun satışı ilə məşğul olur, Elçin isə həmin metalları onlardan alır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Nurlanla birlikdə “Qobu park” yaşayış kompleksinin yaxınlığında gəzən zaman yaşadıqları evin yaxınlığından tikiti işləri gedən yeri görmüşlər və orada tikinti işləri aparıldığından mis tərkibli əşyaların olduğunu düşünmüşlər. Bundan sonra tikiliyə daxil olaraq, oğurluq etməyi qərara almışlar. O, həmin tikintinin hasarından həyətə keçmiş, Nurlan isə onun arxası ilə gəlmişdir. Onlar birlikdə binaya daxil olaraq, orada axtarış aparmağa başlamışlar və bir qədər alüminum, dəmir və mis tərkibli dəmir götürmüşlər. Daha sonra həyətdə olan nərdivanla hasardan çölə çıxıb, oradan uzaqlaşmışlar. Sonra oğurladıqları əşyaları tikintinin yaxınlığında gizlədərək, yaşadıqları ünvana getmişlər. Oğurladıqları əşyaları satmaq üçün Elçinə müraciət etmişlər və o da həmin dəmirləri almağa razılıq vermişdir. Ona oğurluq etmələri barədə heç bir söz deməmişlər. Bundan sonra Elçinin idarə etdiyi «Daewoo Nexia» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oğurladıqları əşyaları gizlətdikləri yerə getmişlər. Lakin yolda Elçinin maşınında benzin qurtadığından Nurlanla piyada gedərək həmin əşyaları götürməyi qərara almışlar. Lakin həmin yerə gedən zaman orada onları mühafizəçilər tutmuşlar. Daha sonra onu və Nurlan polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksindən tanıyır. Onların hər ikisi ondan yaşca çox kiçikdirlər. O, rəsmi olaraq heç yerdə işləməsə də, lakin səyyar metal qəbulu ilə məşğul olur. Yaşadığı ərazidə müxtəlif şəxslərdən səyyar şəkildə metal qəbul edərək alıb- satmsq işi ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində “Qobu Park” yaşayış kompleksinin qarşısında olarkən Aqşin ilə Nurlan ona yaxınlaşaraq mis və alüminium yığdıqlarını və həmin metalların onlar üçün bir az ağır olduğunu bildirirək, ondan onun avtomobili ilə gedib həmin metalları götürmələrinə kömək etməsini xahiş etmişlər. O da onlarla razılaşmış və bundan sonra idarə etdiyi «Daewoo Nexia» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, Nurlangilin göstərdiyi yolu ilə getməyə başlamışdır. Yolda olan zaman avtomobilin benzini qurtarmışdır. Ona görə də Nurlan ilə Aqşin avtombildən düşərək, özlərinin gedib həmin metalları gətirəcəklərini bildirmişlər. O, isə avtomobil üçün yanacaq almağa getmiş, qayıtdıqdan sonra Nurlan ilə Aqşini gözləsə də, lakin onlar gəlib çıxmamışlar. Bundan sonra o da avtomobilinə yanacaq doldurub oradan çıxıb getmişdir. Daha sonra ona məlum olmuşdur ki, Nurlan ilə Aqşin hərbi çağırış məntəqəsinin ərazisindən tikinti materialları oğurlamışlar və onları mühafizəçi tutmuşdur. Lakin onun Şahid1 və Təqsirləndirilən şəxs həmin metalları oğurlamasından əvvəlcədən məlumatı olmamış və onlar ona bu barədə bildirməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə məhkəmə iclasında Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksinin yanında tikilən hərbi çağırış məntəqəsində mühafizəçi işləyir. xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində tikinti aparılan ərazidə olan zaman iki uşağın əllərində tikinti materialları apardıqlarını görmüş və dərhal uşaqlara yaxınlaşaraq, onları saxlayıb əllərində olan kisələrə baxdıqda görmüşdür ki, həmin uşaqlar hərbi çağırış məntəqəsindən elektrik naqilləri və dəmir profillər oğurlamışlar. Bundan sonra o, öz müdirinə bu barədə məlumat vermiş, uşaqları isə polisə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış və götürmə aparılması barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı X9, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd paketə baxış keçirmiş və baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd paketin içərisində qırmızı, göy və boz rəngli işıq naqilləri, digər paketdə isə alüminiumdan hazırlanmış pəncərə kilidi profilləri var. 02 ədəd paketin şəkilləri çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. (İ cild, i.v. 5) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 249) “xxxx” MMC tərəfindən Qaradağ Rayon Polis İdarəsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 246 saylı məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixində Lökbatan- Qobu yolunun şərq hissəsində inşa edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Çağırış Məntəqəsinin ərazisindən oğurluq olmuş, oğurluq edilən zaman mühafizəçilərin səyi nəticəsində oğurluq edən şəxslər saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə təhvil verilmişdir. Oğurluq edən şəxslərin əlində tutulan alüminium profil və binaya çəkilmiş elektrik xəttinin kabelləri polis işçilərinə təhvil verilmişdir. Səhəri gün tikinti sahəsində olan mallara baxış keçirilən zaman 160 ədəd kilid profilin yerində olmadığı müəyyən olunmuşdur. Oğurluq nəticəsində şirkətə təqribən 500 manat dəyərində ziyan dəymişdir. (İ cild, i.v. 250) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsi tərəfindən verilmiş Məhkəmə-Psixoloji Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1614 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs özünü psixoloji müdafiə etməyə meyillik, məsuliyyətsizlik, mübahisəyə və konfliktə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişafını nəzərə alınmaqla öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (İİ cild, i.v. 1-3) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/1666-9/3152 saylı, xx xxxxxxxx 2020-ci il tarixli materialların məhkəmə ekspertizası və məhkəmə iqtisadi ekspertizasının rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 3 ədəd naqil nümunəsinin qırmızımtıl-sarı rəngli simləri mis əsaslı ərintidən, 1 ədəd dördkünc formalı boruşəkilli metal predmet və 1 ədəd lövhəşəkilli metal predmet alüminium əsaslı ərintidən hazırlanmışdır. Tədqiqata təqdim edilmiş nümunələrin istifadədə olması nəzərə alınaraq orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - göy rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3.5 mm olan naqil nümunəsinin 1 metrinin qiyməti təxminən -0,35 manat; - qırmızı rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3.5 mm olan naqil nümunəsinin 1 metrinin qiyməti təxminən -0,35 manat; - ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3.5 mm olan naqil nümunəsinin 1 metrinin qiyməti təxminən -0,35 manat; - ölçüləri təxminən 3,9x7,9x100 sm, divarının qalınlığı təxminən 1 mm olan, dördkünc formalı, boruşəkilli metal predmetin(böyük ölçüdə metal profil) qiyməti təxminən -1,0 manat - uzunluğu təxminən 75,6 sm, eni 4,5 sm olan, gümüşü rəngli, lövhəşəkilli metal predmetin (kiçik ölçüdə metal profil) qiyməti təxminən -3,0 manat. Ekspetiza tədqiqatının dəyəri 90 (doxsan) manat təşkil edir. (İİ cild, i.v. 4-8) Zərərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin təyin edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hüquqi şəxs olan “xxxx” MMC-nin nümayəndəsi qismində tanınmışdır. (İİ cild, i.v. 12) Maddi sübuta baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polsi kapitanı Kamran Zülfiqarov zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə cinayət işi üzrə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən götürülmüş elektrik naqillərinə və dəmir profillərə baxış keçirmişdir. Baxış zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, 73 metr göy rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3,5 mm olan naqil, 64 metr ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3,5 mm olan naqil, 01 ədəd ölçüləri təxminən 3,9x7,9x100 sm, divarının qalınlığı təxminən 1 mm olan dördkünc formalı, boru şəkilli metal predmet (böyü ölçüdə metal profil) və 19 ədəd uzunluğu təxminən 75,6 sm, eni 4,5 sm olan, gümüşü rəngli, lövhəşəkilli metal predmeti “xxxx” MMC-yə məxsusdur və həmin materiallar Lökbatan qəsəbəsində inşa edilən Hərbi Səfərbərlik və Çağırış Məntəqəsindən oğurlanmışdır. (İİ cild, i.v. 18) Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 282544 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2004-cü il təvəllüdlü Zeynalov X11 rayonunda anadan olmuşdur. (İİ cild, i.v. 20) “Qobu park” Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2540 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonundan məcburi köçkündür və Qaradağ rayonu, “Qobu park” yaşayış kompleksində, bina 3, mənzil 87 ünvanında ailə üzrləri X13 (nənə), Qanuni nümayəndə (ata), X10 (bacı) ilə birlikdə müvəqqəti məskunlaşmışdır. (İİ cild, i.v. 21) “Qobu park” Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İİ cild, i.v. 22) Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işıinin icraatına hissəvi xitam verilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilərək, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Şahid1 “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsində inşa edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Çağırış Məntəqəsinin ərazisindən, X7 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 5 ünvanında fəaliyyət göstərən “Zeytə” adlı motelin saxlanc yerindən, X6 işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Neftçilər küçəsi, ev 3 ünvanında yerləşən çörək sexindən, X14 işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu park yaşayış kompleksində 7 saylı 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Elmar D” ərzaq mağazasından, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Neftçilər küçəsi 3 saylı ünvanda yerləşən “Azəriqaz” X18 Tikinti İdarəsinin 1 saylı Təmir Quraşdırma sahəsinin anbarından və X2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 61-ci km bağlar massivində yerləşən fərdi yaşayış evindən oğurluq hadisələrini törədərkən azyaşlı, yəni 14 yaşı tamam olmadığı üçün barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid1 qeydiyyata alınıb, nəzarətə götürülməsi məqsədi ilə qərarın surəti Qaradağ RPİ-nin Yetkinlik yaşına çatmayanlar bölməsinə göndərilmişdir. İş üzə əldə olunaraq götürülmüş 73 metr göy rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3,5 mm olan naqil, 64 metr ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3,5 mm olan naqil, 01 ədəd ölçüləri təxminən 3,9x7,9x100 sm, divarının qalınlığı təxminən 1 mm olan dördkünc formalı, boru şəkilli metal predmet (böyü ölçüdə metal profil) və 19 ədəd uzunluğu təxminən 75,6 sm, eni 4,5 sm olan, gümüşü rəngli, lövhəşəkilli metal predmet maddi sübut kimi tanınmış və saxlanması üçün Qaradağ Rayon Polis İdarəsinə təhvil verilmişdir. İş üzrə Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 170, 194 və 177-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, ifadələri, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, maddi sübutlar, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, məhkəməpsixoloji ekspertizasının rəyi, eləcə də digər istintaq sənədləri iş üzrə maddi sübut növü kimi qiymətləndirilmişdir. (İİ cild, i.v. 23-33) Qətimkan tədbiri seçilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 64) Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələb yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun tarixli 4 nömrəli qərarının 11-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını (CM- 59.1.2), əməlində səmimiş peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-59.2.), zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyan tam ödənilməsini (CM-59.1.13) və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin hər hansı şikayət və tələbinin olmamasını (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yetkinlik yaşına çatmayan şəxs olmaqla, cəzasını yüngülləşdirən halların mövcud olmasını, ağırlaşdırılan halların isə olmamasını, habelə onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb, belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3 və 86) nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-Park” yaşayış kompleksi, ev 3, mənzil 87 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı (CPM 346.1.20), iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsində saxlanılan 73 metr göy rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3,5 mm olan naqil, 64 metr ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3,5 mm olan naqil, 01 ədəd ölçüləri təxminən 3,9x7,9x100 sm, divarının qalınlığı təxminən 1 mm olan dördkünc formalı, boru şəkilli metal predmet (böyü ölçüdə metal profil) və 19 ədəd uzunluğu təxminən 75,6 sm, eni 4,5 sm olan, gümüşü rəngli, lövhəşəkilli metal predmet zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə qaytarılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X4: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxxxx 2020-ci il tarixli 1791 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı və xx xxxxxxx 2020-ci il tarixli № 1930 saylı order əsasında isə məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 45 (qırx beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-Park” yaşayış kompleksi, ev 3, mənzil 87 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 90 (doxsan) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 73 metr göy rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3,5 mm olan naqil, 64 metr ağ rəngli, rezinə oxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 3,5 mm olan naqil, 01 ədəd ölçüləri təxminən 3,9x7,9x100 sm, divarının qalınlığı təxminən 1 mm olan dördkünc formalı, boru şəkilli metal predmet (böyü ölçüdə metal profil) və 19 ədəd uzunluğu təxminən 75,6 sm, eni 4,5 sm olan, gümüşü rəngli, lövhəşəkilli metal predmet zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 45 (qırx beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-287/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-287/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver