Məhkəmə qərarları › İş №1(002)-287/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-287/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-287/2022 31.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Rəhimov Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Rəhimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsRəhimov satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman tərəflərindən narkoloji sərxoş olmasında şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axundov küçəsində saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə saat 08:00 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ yan cibindən 2 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 73,731 qram, 4,304 qram ümumi təmiz çəkisi 78,035 qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsRəhimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il olarki arada bir qurudulmuş marixuana, narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxslərdən əldə edib qəbul edir. Təxminən 2-3 ay öncə təsadüfən Bakı şəhərində rastlaşdığı hazırda xatırlamadığı tanışlarından biri ona tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi Məti adlı İİR-nın vətəndaşının İran mobil nömrəsini verərək ondan narkotik ala biləcəyini bildirmişdir. O, da hazırda xatırlamadığı tanışının ona istifadə etmək üçün verdiyi nömrə ilə Votsap proqramı vasitəsi ilə özünü İİR vətəndaşı kimi təqdim edən «Məti» adlı şəxs ilə tanış olmuşdur. Məti, onun narkotik alüdəçisi olduğunu bildikdən sonra ona külli miqdarda narkotik vasitələr təklif etsədə pulum olmadığından ala bilməmişdir. 1-2 dəfə xatırlamadığı hesab nömrəsinə 20 manat göndərməklə Nəsimi rayonu ərazisində Votsap proqramında şərti işarələnmiş yerlərdən bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və qurudulmuş marixuana götürüb şəxsi istifadəsi üçün istifadə etmişdir. Eyni zamanda Ələt qəsəbəsində yaşayan həmçinin narkotik alüdəçisi olan tanışı Əhmədağa ilə birlikdə narkotik qəbul etmişlər. Lakin birbirlərinə narkotik vasitə satmamışlar və pay verməmişlər. Bu məsələni ikisindən başqa heç kəs bilməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Votsap proqramında özünü İran İslam Respublikasının vətəndaşı kimi, adını «Məti» kimi təqdim edən şəxs ona məlumat verərək Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən «Aphrodita» restoranı yaxınlığına getməyini və 200 manat müqabilində orada küçədə işarələnmiş şərti yeri bildirərək qurudulmuş marixuananı əldə edə biləcəyini söyləmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında heç nədən xəbəri olmayan tanışı taksi sürücüsü Elzamindən 40 manat müqabilində onu Xəzər rayonuna həmin ünvanına aparmağı, daha sonra Ələt qəsəbəsinə gətirməsini xahiş etmişdir. Elzamin onun xahişini nəzərə alıb idarə etdiyi Dacia markalı ** BH *** dövlət qeydiyyat nömrəli avtomobili ilə saat 04 radələrində Xəzər rayonu ərazisində yerləşən «Aphrodita» restoranı yaxınlığına gətirmişdir. O, avtomobildən düşərək 5-10 dəqiqəyə qayıdacağını Elzaminə bildirmişdir. Avtomobildən uzaqlaşaraq küçədə ona izah olunmuş işarələnmiş yerdən üzəri şəffaf yapışqan lentlə bərkidilmiş iki ədəd yumru sellofan bağlamanı götürüb əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ yan cibinə qoymuş və yenidən Elzaminin avtomobilinə qayıdıb heç bir açıqlama vermədən ondan Ələt qəsəbəsinə sürməyini xahiş etmişdir. Saat 06 radələrində onlar Ələt qəsəbəsində M.F.Axundov küçəsində olan zaman polis PPX-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib sənədlərini soruşub burada nə etdiklərini soruşduqda o, özündən asılı olmayaraq qorxuya düşüb avtomobildən düşüb qaçarkən yerə yıxılmışdır. Bu zaman polis əməkdaşları onu yaxalayaraq və onlardan şübhələndikləri üçün hər ikisini 11-ci PB-yə aparmışlar. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğu üçün qaçmaq istədiyini bildirmişdir. Həmin zaman hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və xidməti otaqların birinə daxil olmuşlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edərək video çəkiliş aparmaqla, təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O, da şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ yan cibindən həmin əldə etdiyi qurudulmuş 2 ədəd bükümdə olan marixuananı çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda içərisindən yaşımtıl rəngli, spesefik qoxuya malik qurudulmuş marixuana aşkar olunmuşdur. Ondan aşkar edilmiş həmin bükümlər iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə polis əməkdaşlarından biri protokol tərtib etmişdir. Protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. V.Rəhimov məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hər dəfə ucuz qiymətə narkotik vasitə tapıb ala bilmədiyi üçün həmin İranlıya demişdir ki, bu dəfə narkotik vasitənin miqdarını çox etsin. Bu səbəbdən də, sonuncu dəfə narkotik vasitəni bir az çox almışdır. Əlavə olaraq bildirmişdir ki, sonuncu dəfə narkotik vasitəni Xəzər rayon ərazisindən onlayn qaydada razılaşmadan və ödədikdən sonra şərti işarələnmiş yerdən 200 manata əldə etmişdir. Tanışı Əhmədağa ilə birlikdə narkotik vasitə istifadə edəcəkləri və ailəsindən narkotik vasitəni istifadə etdiyini gizlətdiyi üçün həmin narkotik vasitə Ələt qəsəbəsində yaşayan Əhmədağanın həyət evində gizlətmək məqsədilə oraya getmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmur. Həmin «Məti» adlı İranlının onda heç bir məlumatları yoxdur, onu görməmişdir və tanımır. Əvvəllər Əhmədağa ilə birlikdə narkotik vasitə qəbul edərkən ona pul verməyib. Narkotik vasitə istifadə etmələri barədə özlərindən başqa heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa, qeyri-insani rəftara məruz qalmamış, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarının bunu hiss edəcəyindən həyəcanlanaraq qaçmağa cəhd göstərərkən yıxılmış, bu səbəbdən gödəkçəsi çirklənmişdir. Bundan başqa, polis bölməsində olarkən xidməti otaqda videoçəkiliş zamanı ona verilən suala narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olarkən tanımadığı şəxsdən 600 manata əldə etməsi barədə verdiyi cavabın səhv olduğunu nəzərə alaraq, məhkəmədə verdiyi ifadənin qəbul edilməsini xahiş etmiş, törətdiyi əməlin cinayət olduğunu dərk etdiyini, əməlindən peşman olduğunu, bir daha analoji hərəkətlərə yol verməyəcəyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxsRəhimov özünü təqsirli bilməsini, əməlindən səmimi peşiman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsRəhimovun təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində post yoldaşı Şahid1 ilə Ələt qəsəbəsində xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axundov küçəsində, içərisində onlara diqqətlə baxan özlərini şübhəli aparan iki nəfər kişi cinsli şəxslər olan Dacia markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil görüb, onlara yaxınlaşıb özlərini təqdim edib sənədlərini təqdim etmələrini xahiş etmişlər. Həmin avtomobildə sərnişin qismində olan şəxs avtomobildən düşərək qaçmaq istəyərkən yerə yıxılmışdır. Onu saxlayıb nə üçün qaçmasını soruşduqda üzərində narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Həmin şəxslər şübhəli bilinərək tərəflərindən Qaradağ RPİ-nin 11-ci PB-yə gətirilmişlər. Qaradağ RPİ-nin 11-ci PB-də məlum olmuş ki, həmin şəxslər Rəhimov Təqsirləndirilən şəxs və Şahid5dur. Rəhimov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarının müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra xidməti otaqların birində iştirakçılara xəbərdarlıq edilməklə, video çəkiliş vasitəsi ilə Rəhimov Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Rəhimov Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd sellofan bağlama çıxardaraq masanın üzərinə qoymuş və həmin bağlamaların narkotik vasitə qurudulmuş marixuana olmasını və öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş bağlamalar açıldıqda içərisindən yaşımtıl rəngli, spesifik qoxuya malik bitki qurusu aşkar olunmuşdur. Sorğu zamanı Rəhimov Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həm özü istifadə etməsi, həm də birlikdə istifadə etmələri üçün Əhmədağa adlı şəxsin yanına aparmaq istəyərkən yaxalandığını bildirmişdir. Ondan aşkar edilmiş həmin bükümlər iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Rəhimov Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əvvəllər Şahid5 və Rəhimov Təqsirləndirilən şəxs tanımamış, onlarla heç bir ədavəti yoxdur. Onlara qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Rəhimov Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 ilə xidmətdə olduqları zaman saat 06:30 radələrində PPXB-nün əməkdaşları tərəfindən 11-ci PB-yə narkotik qəbulunda və üzərində gəzdirməsində şübhəli bilinən Rəhimov Təqsirləndirilən şəxs və onu taksi kimi avtomobilində gəzdirən Dacia markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 gətirilmişdir. Məlumat verilmişdir ki, onlar Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axundov küçəsində saxlanılarkən Rəhimov Təqsirləndirilən şəxs qaçmaq istəyərkən saxlanılmışdır. Rəhimov Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdiyindən onun üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra xidməti otaqların birində iştirakçılara xəbərdarlıq edilməklə, video çəkliş vasitəsi ilə Rəhimov Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə sonuncuya təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar vardırsa təqdim etsin. Rəhimov Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd sellofan bağlama çıxardaraq masanın üzərinə qoymuş və həmin bağlamaların narkotik vasitə qurudulmuş marixuana olmasını və öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş bağlamalar açıldıqda içərisindən yaşımtıl rəngli, spesifik qoxuya malik bitki qurusu aşkar olunmuşdur. Sorğu zamanı Rəhimov Təqsirləndirilən şəxs həmin narkotiki həm özü istifadə etməsi, həm də birlikdə istifadə etmələri üçün Əhmədağa adlı şəxsin yanına aparmaq istəyərkən yaxalandığını bildirmişdir. Ondan aşkar edilmiş həmin bükümlər iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Rəhimov Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əvvəllər Rəhimov Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Rəhimov Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşqul olması barədə onlara heç bir əməliyyat məlumatı daxil olmamışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 və hal şahidi qismində dindirilmiş Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Şahid3 və Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 və Şahid5 məhkəmə iclasında ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nün polis nəfəri Şahid3 Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Şahid5 ibtidai istintaq dövründə hal şahidi qismində verdiyi ifadəsindən görünür ki, onun heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır, ifadə vermək iqtidarındadır. Təxminən 2 aydır ki, Dacia markalı, Logan modelli ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə rəsmi olaraq «Uber» şirkətində taksi fəaliyyəti ilə məşğul olmaqla çörək pulu qazanır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında əvvəllər həmçinin taksi fəaliyyəti ilə məşğul olmuş tanışı Rəhimov Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobil ilə onu əvvəlcə Bakı şəhəri, Xəzər rayonuna bacısı gilə, daha sonra borca pul almaq üçün Ələt qəsəbəsinə 40 manat müqabilində aparmasını xahiş etmişdir. Gecə saatları olduğundan əvvəlcə onu aparmaq istəməsə də, tanış olduqları üçün imtina etməyə utanmışdır. Odur ki, idarə etdiyi avtomobil ilə əvvəlcə saat 04 radələrində Xəzər rayonu ərazisində yerləşən «Aphrodita» restoranının yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşərək 5-10 dəqiqəyə qayıdacığını bildirmiş və avtomobildən uzaqlaşaraq gözdən itmişdir. Təxminən 5-10 dəqiqədən sonra Təqsirləndirilən şəxs avtomobilə qayıtmış, bundan sonra Ələt qəsəbəsində M.F.Axundov küçəsinə gəlmişlər. Saat 06 radələrində avtomobili ara küçədə təzəcə saxlamışdır ki, Post Patrul Xidmətinin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib sənədlərini soruşub burada nə etdiklərini soruşduqda Təqsirləndirilən şəxs nədənsə həyəcanlanaraq avtomobildən düşüb qaçarkən büdrəyib yerə yıxılmışdır. Bu zaman polis əməkdaşları onu yaxalamış və onlardan şübhələndikləri üçün hər ikisini 11-ci PB-yə aparmışlar. Polis bölməsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğu üçün qaçmaq istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Rəhimovun hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuş və xidməti otaqların birinə keçmişlər. bundan sonrakı prosesdə iştirak etməmişdir. Proses bitdikdən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ yan cibindən 2 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Lakin onun həmin narkotikdən xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs və ya Təqsirləndirilən şəxs ona heç bir narkotik vasitə və psixotrop maddə satmamış və birlikdə qəbul etməmişlər. Onun, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsindən, kimdənsə almasından, kiməsə satmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ona heç bir vaxt narkotik vasitə və psixotrop maddə nə satmamamış nə də verməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin haradan əldə etməsindən xəbəri yoxdur. Babaşov Əhmədağa Bayraməli oğlunu tanımır və onların yəni Təqsirləndirilən şəxs onunla bir-biriləri ilə nə kimi əlaqələri olması barədə heç bir məlumatı yoxdur. Polis tərəfindən onlara qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Cinayət işinin 3-cü vərəqəsində olan 21 mart 2022-ci il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 1-2-ci vərəqələrində olan 11 iyun 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, istintaqı tamamlanmış 22003110 saylı cinayət işindən Rəhimov Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işindən Rəhimov Təqsirləndirilən şəxs aid sənədlərin “əsli” çıxarılaraq yeni nömrə ilə ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilib cinayət işi icraata qəbul edilərək istintaq davam etdirilmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 21 mart 2022-ci il tarixdə, saat 08:00-dan başlayaraq qeydə alınmışdır. Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı polis mayoru Ə.Məmmədov polis əməkdaşlarının və Rəhimov Təqsirləndirilən şəxs vəkili X3 iştirakı ilə Rəhimov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunmuşdur. V.Rəhimov əynindəki qara rəngli gödəkçənin qabaq sağ yan cibindən 02 ədəd sellofan torbaya bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsRəhimovun üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən hər hansı qanunla qadağan olunmuş başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxsRəhimovun təqdim etdiyi 02 ədəd sellofan torbaya bükülmüş bükümün içərisindən tünd yaşıl rəngli, ota bənzər kütlə aşkar edilmişdir. V.Rəhimov həmin maddənin narkotik vasitə hesab edilən marixuana olduğunu və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olarkən tanımadığı şəxsdən 600 manat qarşılığında əldə etdiyini bildirmişdir. V.Rəhimovun təqdim etdiyi 02 ədəd sellofan torbada olan bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 16-cı vərəqəsində olan 21 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxsRəhimov həmin tarixdə saat 07:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 122-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 mart 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxsRəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 135-136-cı vərəqələrində olan Qaradağ Rayon Prokurorunun 22 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsRəhimov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd olunmuş, barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və onun Qaradağ RPİ-nin müvəqqəti saxlanma yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 137-ci vərəqəsində olan Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Elnur Abdullayevin 22 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsRəhimov barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 197-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qərarına əsasən Təqsirləndirilən şəxsRəhimov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən təqsirli bilinmiş, CPM-nin 40-cı maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 mart 2022-ci il tarixli, 7/279 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Rəhimov Təqsirləndirilən şəxs üzərində” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bağlamada təmiz çəkisi 73,731 qram və 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,304 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 78,035 qram, tədqiqata sərf edilmiş 0,2 qram, (hər obyektdən 0,1 qram) qalıq 77,835 qram olmuşdur. Cinayət işinin 238-239-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 09 aprel 2022-ci il tarixli, 1706 nömrəli rəyindən görünür ki, Rəhimov Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 240-cı vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2010-cu il təvəllüdlü Zeynəb adlı övladı vardır. Cinayət işinin 244-253-cü vərəqələrində olan 24 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Rəhimov Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan təmiz çəkisi 78,035 qram qurudulmuş marixuana iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmçinin tədqiqatdan sonra qalıq təmiz çəkisi 77,835 qram qurudulmuş marixuana saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxsRəhimovun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik maddə hesab edilən qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşımada ifadə olunan cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onuncinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxsRəhimova cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsRəhimovun ilk dəfə azağır cinayət törətməsini özünü təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını, habelə himayəsində 1 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsRəhimovun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsRəhimova tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxsRəhimova cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 21 mart 2022-ci il tarixdən (saat 07:20) 22 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsRəhimovun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsRəhimovun üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 09 aprel 2022-ci il tarixli, 1706 saylı rəyinə əsasən Təqsirləndirilən şəxsRəhimovun narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsRəhimovun üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİ-nin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 77,835 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı cinayət işi üzrə təqsirləndirilən şəxs Rəhimov Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə təqsirləndirilən şəxs Rəhimov Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Rəhimov Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 275 (iki yüz yetmiş beş) manat məbləğində pul, Rəhimov Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsRəhimovun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Rəhimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Rəhimov Təqsirləndirilən şəxs 21 mart 2022-ci il tarixdən (saat 07:20) 22 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, ümumilikdə 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Rəhimov Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Rəhimov Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Rəhimov Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Rəhimov Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 77,835 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 78 (yetmiş səkkiz) manat Rəhimov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Rəhimov Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 275 (iki yüz yetmiş beş) manat məbləğində pul, Rəhimov Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar