Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-288/2022 26.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 7000,00 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(002)-962/2020 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(002)-1056/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd edilən məbləğdə ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X3 2005-ci ildən tanıyır, Zərərçəkmiş şəxs məcburi köçkün kimi Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində məskunlaşmışdır. O, Zərərçəkmiş şəxs heç vaxt pul almamış və sonuncuya borcu yoxdur. Lakin Zərərçəkmiş şəxs ona qarşı borcun qaytarılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-962/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan 7000 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamədən icra məmurundan xəbər tutmuş, onun Şamama Priyevaya heç bir borcu olmadığı üçün məhkəmə qətnaməsində göstərilən borcu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 500 manat cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb ediləndən sonra ona dəfələrlə pulu ödəməsi üçün icra məmuru tərəfindən xəbərdarlıq edilmişdir, lakin Şamama Priyevaya məhkəmə qətnaməsində göstərilən borcu ödəməkdən imtina etmişdir. 2019-cu ilə kimi qəsəbə ərazisində qəssab kimi işləmiş, həmin dövrdə aylıq gəliri ***-**** manat arası olmuşdur. Hazırda qəsəbə ərazisində fəhlə kimi fəaliyyət göstərir və qazancı hər ay 300-400 manat olur. Məhkəmə qətnaməsini ədalətsiz və əsassız hesab etmiş və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-962/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə onun apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qətnaməsində göstərilən borcu ödəməkdən imtina edir. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs hazırda Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. O, hal-hazırda Bərdə rayonunda yaşamaqla, yataq xəstəsidir, səhhəti ilə əlaqədar istintaqda və məhkəmədə iştirak edə bilmir. Buna görədə etibarnamə əsasında anasının nümayəndəsi kimi onu təmsil edir. Təqsirləndirilən şəxs 1992-ci ildən məcburi köçkün kimi Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən yataqxanasında məskunlaşan vaxtdan tanıyır, sonuncu yaxınlıqda Qobustan qəsəbəsində Massiv 1, ev 118-də yaşayır. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə münasibətləri əvvəl normal və etibarlı olmuşdur. 2017-ci ildə Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs öz işləri üçün 3-4 dəfə hissə-hissə, müxtəlif vaxtlarda cəmi 7000,00 manat məbləğində 3-4 ay müddətində qaytarmaq şərtilə, borc almış, 1 dəfə anasının Təqsirləndirilən şəxs pul verdiyini görmüş və anasına Sərvərə daha pul verməməsini bildirmiş, lakin anası Təqsirləndirilən şəxs etibarlı insan olduğunu, pulu qaytaracağını demişdir. Aralarında olan münasibətləri yaxın olduğundan Sərvəri pulu qaytarmağa tələsdirməmişlər. Təqsirləndirilən şəxs təxminən 2 il müddətində anasına heç bir ödəniş etməmiş, borcu isə 7000,00 manat qalmışdır. Təqsirləndirilən şəxs anasının borcunu qaytarmadığına görə həmin pulun qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-962/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 7000 manat borc və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs telefon vasitəsi ilə borcu etirafı barədə səsi yazılaraq həmin səs yazısını onlar tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə bunu əsas götürərək qeyd edilən qətnaməni çıxartmışdır. Təqsirləndirilən şəxs maddi vəziyəti yaxşıdır, qəssablıqla məşğuldur. Sonuncu dəfələrlə bildirmişdir ki, özünə məxsus torpaq sahəsini sataraq borcu ödəyəcək, lakin sonradan açıq-aşkar ödəniş etməkdən qərəzli olaraq imtina etmiş və buna görə xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu tam ödəməsini, əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş sərt tədbirlər görülməsini xahiş etmişdir. Bundan başqa zərəçəkmiş şəxsin nümayəndəsi ifadəsinə əlavə etmişdir ki, Təqsirləndirilən şəxs 4 ildən artıqdır ki, müxtəlif bəhanələrlə onu və icra məmurlarını aldadaraq və məsuliyyətdən qərəzli yayınaraq ödənişlər etməmiş, maddi vəziyyətləri cox acınacaqlıdır, anası Zərərçəkmiş şəxs müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs tərəfindən ona 7000 manat məbləğində pul tam ödənilmədiyi halda ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-962/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi üzrə xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 7000 manat borc və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş və zəruri icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün bildiriş borclu Təqsirləndirilən şəxs icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. İcra prosesində borclu tərəfindən məhkəmənin qiyabi qətnaməsindən apellyasiya şikayəti verdiyi və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-962/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarıldığı müəyyən edilmişdir. Borcludan izahat alınmış, ona icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin borclu borcu ödəməyəcəyini bildirmişdir. Həmin tarixdə icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməyən borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Qaradağ rayon məhkəməsinə təqdim edilmiş və məhkəmənin 3(002)-1056/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2021ci il tarixdə borclu Təqsirləndirilən şəxs işlə təmin olunmasına köməklik göstərilməsi üçün məşğulluq mərkəzinə göndərilmişdir. 1 saylı Məşğulluq Mərkəzindən daxil olmuş məktuba əsasən Təqsirləndirilən şəxs təklif olunan iş yerlərindən imtina etmişdir. xx.xx.2021-ci il tarixdə borclu yenidən şöbəyə dəvət edilmiş, borcluya icra sənədində olan tələbin təmin edilməsi üçün 10 gün müddət verilmiş, məhkəmə qərarını qərəzli olaraq icra etmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı izahat alınmış, borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs borcunun olmadığını və borcu ödəməyəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə borcluya icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı 10 gün müddət verilmiş, məhkəmə qərarlarını qərəzli olaraq icra etmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmiş, lakin borclu qeyd edilənlərə əhəmiyyət verməyərək icra sənədləri üzrə tələbi qərəzli olaraq təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs və onun həyat yoldaşının barəsində “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş məlumata əsasən borcluya və onun həyat yoldaşına məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs dəfələrlə edilmiş xəbərdarlıqlardan, inzibati məsuliyyətə cəlb edilməsindən, barəsində görülən digər məcburi tədbirlərdən müsbət nəticə çıxarmamış, məhkəmə qərarı ilə müəyyən edilmiş tələbi qəsdən təmin etməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, heç bir əlavəsinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 məhkəmə iclasında ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qayınanasıdır, sonuncu hazırda Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. Təqsirləndirilən şəxs 1993-ci ildən məcburi köçkün kimi Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən yataqxanada məskunlaşan zamandan tanıyır. Sonuncunun və ailəsinin qayınanası X4 ilə münasibətləri əvvəl normal və etibarlı olmuşdur. 2017-ci ildə Təqsirləndirilən şəxs qayınanası Şamamadan öz işləri üçün 3-4 dəfə hissə-hissə, müxtəlif vaxtlarda cəmi 7000,00 manat məbləğində 3-4 ay müddətində qaytarmaq şərtilə borc almışdır. Onun bu barədə sonradan məlumatı olmuş, lakin qayınanası Təqsirləndirilən şəxs etibarlı insan olduğunu, pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 2 il müddətində qayınanasına heç bir ödəniş etməmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxsla görüşmüş, sonuncuya notariusun yanına gedib orada borcu etiraf etməyə və nə vaxt qaytaracağı barədə yazılı şəkildə bildirməyə təklif etmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə notariusa getməkdən imtina etmiş, şəxsiyyət vəsiqəsini itirdiyini bildirmiş, əvəzinə hərbi biletini girov olaraq vermişdir. O, Təqsirləndirilən şəxsla dəfələrlə borcla əlaqədar görüşmüş və söhbət zamanı Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsini satıb borcu qaytaracağını bildirsə də, lakin bunu etməmişdir. O, Təqsirləndirilən şəxs atası və qardaşı ilə dəfələrlə borcla əlaqədar söhbət etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs və qohumları nəsilliklə heyvan alveri ilə məşğuldurlar. Təqsirləndirilən şəxs bu borcu qaytarmağa maddi vəziyyəti imkan versə də, sonuncu qərəzli olaraq borcu ödəməkdən yayınır. O, Təqsirləndirilən şəxs və sonuncunun atası ilə söhbət edərkən bu danışıqları mobil telefonuna yazmışdır ki, sonradan qarşı tərəf inkar edə bilməsin. Onun şəxsən Təqsirləndirilən şəxs ilə söhbəti də mobil telefona yazılmış və diski mülki icraat qaydasında məhkəməyə təqdim etmişlər. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 7000 manat borc və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə həmin borcu qaytarmaqdan yayınır. Cinayət işinin 7-8 vərəqələrində olan 27 aprel 2022-ci il tarixli təqdimatdan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(002)- 962/2020 №-li icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab olunmuşdur. Cinayət işinin 12-ci vərəqəsində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(002)- 962/2020 №-li icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 7000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu vəsaiti alınmalıdır. Cinayət işinin 17-ci vərəqəsində olan Qaradağ Rayon İcra Şöbəsinin İcraata başlamaq haqqında 25 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(002)-962/2020 №-li icra sənədi üzrə icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşdur. Cinayət işinin 18-ci vərəqəsində olan Qaradağ Rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə ona Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(002)-962/2020 №-li icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onu gözləyən məsuliyyət barədə barədə xəbərdar olunmuş və Təqsirləndirilən şəxs şəxsən 25 avqust 2021-ci il tarixdə həmin bildirişi qəbul etmişdir. Cinayət işinin 36-38-ci vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 3(002)-1056/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Cinayət işinin 39-cu vərəqəsində olan Qaradağ Rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 25 avqust 2021-cı il tarixli xəbərdarlıqdan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(002)-962/2020 №-li icra sənədinin icra olunması üçün ona 10 gün müddət verilmiş, Əks təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olumasında dair müvafiq tədbirlər görüləcəyi onun diqqətinə çatdırılmışdır. Cinayət işinin 43-cü vərəqəsində olan Qaradağ Rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 06 sentyabr 2021-cı il tarixli xəbərdarlıqdan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(002)-962/2020 №-li icra sənədinin icra olunması üçün təkrarən ona 10 gün müddət verilmiş, əks təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olumasında dair müvafiq tədbirlər görüləcəyi onun diqqətinə çatdırılmışdır. Cinayət işinin 45-46-cı vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 51-ci vərəqəsində olan Qaradağ Rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 24 sentyabr 2021-cı il tarixli xəbərdarlıqdan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(002)-962/2020 №-li icra sənədinin icra olunması üçün təkrarən ona 10 gün müddət verilmiş, Əks təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olumasında dair müvafiq tədbirlər görüləcəyi onun diqqətinə çatdırılmışdır. Cinayət işinin 55-ci vərəqəsində olan Qobustan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin 60-cı vərəqəsində olan 30 mart 2021-ci il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs qızı Nümayəndə etibarnamə verərək onu müxtəlif orqanlarda, o cümlədən istintaq orqanları və məhkəmədə təmsil etməyi həvalə etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin 72-ci vərəqəsində olan “zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” 08 iyun 2022-ci il tarixli Qərardan görünür ki, Nümayəndə Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 88-ci vərəqəsində olan 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 90-cı vərəqəsində olan 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan 07 avqust 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdə Qobustan qəsəbəsi ərazisində saxlanılmışdır. Cinayət işinin 117-ci vərəqəsində olan 08 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə Yasamal RPİ-nin Müvəqqəti Saxlanma yerindən azad edilmişdir. Cinayət işinin 172-173-cü vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 125-ci vərəqəsində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2007-ci il təvəllüdlü Sadəddin adlı yetkinlik yaşına çatmayan övladı vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərarına əsasən ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 26 oktyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-288/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-288/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver