Məhkəmə qərarları › İş №1(002)-288/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-288/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-288/2023 26.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1974-cü ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, 3-cü qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 14 iyul 2023-cü il tarixdə saat 13:15 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəyerləşən parkda saxlanılıb, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 14:40 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış təmiz çəkisi 0,216 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən beş ilə yaxındır ki, narkotik maddə qəbul edir, narkotik maddəni falqaya yığıb yanıdırmaqla tüstüsünü və ineksiya yolu ilə də qəbul edir. Adətən narkotik vasitəni tanımadığı şəxslərdən alıb qəbul etmiş, narkotik maddə qəbul etməyinə görə əvvəllər məhkum olunmamışdır. 14 iyul 2023-cü il tarixdə şəxsi işiylə bağlı Bakı şəhərinə getmişdir. Həmin gün saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət”-in qarşısında keçib gedərkən tanımadığı bir nəfər şəxs ona yaxılaşmış, narkotik maddə olan kakos satdığnı bildirmiş, ondan narkotik maddə almağını təklif etmişdir. O da narkotik maddə qəbul etdiyi üçün həmin şəxsin bu təklifi ilə razılaşmış, ondan 10 manat müqabilində bir ədəd siqaretin qızılı kağız kəsiyinə bükülmüş narkotik maddə olan kakosu almış, həmin narkotik maddəni əynindəki qara rəngli şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmış, işi bitdikdən sonra yaşadığı Qızıldaş qəsəbəsinə gəlmişdir. Narkotik maddəni qəbul etmək üçün gizli yer tapmaq məqsədi ilə Qızıldaş qəsəbəsindəki parka gəlmişdir. Həmin gün saat 13:15 radələrində parkda olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib, Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar, o da polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları məndən şəxsiyyətini təsdiq edən sənədini istəmiş, o isə polis əməkdaşlarına şəxsiyyət vəsiqəsin üzərində olmadığını bildirmiş. Bundan sonra polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirib Qaradağ RPİ-nin 38-ci PB-nə gətirmişlər. 38-ci PB-də xidməti otaqların birində müdfafiəçinin iştirakı ilə mobil telefon vasitəsi ilə video çəkliş aparılmaqla üzərimə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarışa başlanılmazadan əvvəl ona üzərindəki qanuni və ya qeyri-qanuni əşyalarını masanın üzərinə qoymağı təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoymuş və üzərində heç bir əşyasının olmamasını bildirmişdir. Masanın üzərinə qoyduğu büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəklində narkotik maddə heroinə oxşa kütlə aşkar olunmuşdur. İlkin sorğu zamanı bükümün içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Yasamal rayonu ərzaisində yerləşən “Asan Xidmət”-in qarşısında tanımadığı şəxsdən 10 manat aldığını bildirmişdir. Üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş, narktok maddə heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişdirlər. O, son olaraq əməlindən peşman olduğunu, 3-cü qrup əlil olduğunu və ailənin yeganə qazanc gətirən üzvü olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 14 iyul 2023-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbə sakini Habil adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması, halhazırda da üzərində narkotik maddə olması, barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı bölmə rəhbərliyinə məruzə olunduqdan sonra özü və 38ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, Bakı şəhəri. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində müvafiq əməliyyat tədbirləri həyat keçirilmişdir. Həmin gün saat 13:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən parkda əvvəlcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Habil adlı şəxsə oxşar şəxsə yaxınlaşmış xidməti vəsiqələrini təqdim edərək ona Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ondan şəxsiyyət vəsiqəsini tələb edərkən həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğu bildirilib Qaradağ RPİ-nin 38-ci PB-nə aparılmışdır. PB-də məlum oldu ki, həmin şəxs 17.06,1974-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qediyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bu barədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə 38ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Ramil Vəkilova təhvil verildi. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan baş təhqiqatçı, polis kapitanı Ramin Vəkilov tərəfindən tutulmuş, müdafiəçi dəvət olunmuş, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən mobil telefon vasitəsi ilə video çəkliş aparılmaqla onun üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olundmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoyaraq üzərində heç bir əşyasının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəklində narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bükümü içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Yasamal rayonu ərzaisində yerləşən “Asan Xidmət”-in qarşısında tanımadığı şəxsdən 10 manat aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin zərfə və protokola imzalar etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 14 iyul 2023-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbə sakini Habil adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması, halhazırda da üzərində narkotik maddə olması, barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı bölmə rəhbərliyinə məruzə olunduqdan sonra özü və 38ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, Bakı şəhəri. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində müvafiq əməliyyat tədbirləri həyat keçirilmişdir. Həmin gün saat 13:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən parkda əvvəlcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Habil adlı şəxsə oxşar şəxsə yaxınlaşmış xidməti vəsiqələrini təqdim edərək ona Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ondan şəxsiyyət vəsiqəsini tələb edərkən həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğu bildirilib Qaradağ RPİ-nin 38-ci PB-nə aparılmışdır. PB-də məlum oldu ki, həmin şəxs 17.06,1974-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qediyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bu barədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə 38ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Ramil Vəkilova təhvil verildi. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan baş təhqiqatçı, polis kapitanı Ramin Vəkilov tərəfindən tutulmuş, müdafiəçi dəvət olunmuş, mənim tərəfindən mobil telefon vasitəsi ilə video çəkliş aparılmaqla onun üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olundmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoyaraq üzərində heç bir əşyasının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəklində narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bükümü içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Yasamal rayonu ərzaisində yerləşən “Asan Xidmət”-in qarşısında tanımadığı şəxsdən 10 manat aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır Həmin büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin zərfə və protokola imzalar etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3835 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №47” dairəvi möhür əksi olan, “İmanov” sözləri, soyadları və imzaları qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,216 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,216 qram, tədqiqata sərf edildi– 0,05 qram, qalıq - 0,166 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 20 iyul 2023cü il tarixli, 4602 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndina uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,166 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş üzrə şübhəli şəxs İmanov X4 RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağız kəsiyindəki bükümü masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdəkinin narkotik vasitə kakso, olmasını, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Yasamal rayonunda yerləşən “Asan Xidmət”-in qarşısında tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olundu, həmin büküm bağlandı, zərfə qoyularaq möhürləndi. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Qaradağ RİHB-nin Qızıldaş qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlilldir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, 3-cü qrup əlil olmaqla müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, narkotik vasitənin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 iyul 2023-cü il tarixdə, saat 14:20-da şübhəli şəxs kimi tutulmuş və 16 iyul 2023-cü il tarixdə, saat 11:45-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, Qaradağ rayon RPİ-nin İŞ-nin mütəntiqi Qüdrət Əliyev tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.166 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından liyev Əlisəfa Qurban oğlunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.166 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 saata görə 270 (iki yüz yetrmiş manat) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar