Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-289/2021 01.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 16 avqust 1987-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), İİ qrup əlil, orta təhsilli, işləməyən, Hacıqabul rayon Məhkəməsinin 26.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 12.05.2018-ci il tarixdən hesablanmış, 11.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 18 dekabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən saxlanc yeri olan aqlay sexinə pəncərəsini sındırmaqla qanunsuz daxil olub oradan 350 manat dəyərində 01 ədəd qaynaq aparatını, 180 manat dəyərində 01 ədəd laqonda aparatını, 140 manat dəyərində 100 metr mis naqilini və 30 manat dəyərində 30 metr mis tərkibli elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 700 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli yolla talamaq məqsədilə 21.03.2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, küçə 1003 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evinin darvazasından həyətə qanunsuz daxil olaraq həyətyanı sahədən ərzaq mağazasına açılan plastik qapını sındırmaq yolu ilə saxlanc yeri olan mağazaya daxil olub piştaxdadakı 1 ədədinin maya dəyəri 3 manat 60 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 360 manat dəyərində 10 blok nazik “Kent 4” siqaretini, 1 ədədinin maya dəyəri 3 manat 90 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 390 manat dəyərində 10 blok qalın “Sobranie” siqaretini, 1 ədədinin maya dəyəri 3 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 210 manat dəyərində 7 blok “LD” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 50 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 250 manat dəyərində 10 blok qalın “Rothmans” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 60 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 208 manat dəyərində 8 blok “Davidoff” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 200 manat məbləğində olan 10 blok “Magna” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 20 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 110 manat dəyərində 5 blok “Vant” siqaretini, 1 ədədinin maya dəyəri 1 manat 80 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 90 manat dəyərində 5 blok “Kingston” siqaretini, 1 ədədinin maya dəyəri 1 manat 80 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 180 manat dəyərində 10 blok “Argo” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 20 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 220 manat məbləğində olan 10 blok “Classic” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 200 manat dəyərində 10 blok “Prima” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 20 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 242 manat dəyərində 11 blok “Senator” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 160 manat dəyərində 8 blok “Keno” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 50 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 250 manat məbləğində olan 10 blok “Vest” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 300 manat dəyərində 15 blok “Vegas” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 200 manat məbləğində olan 10 blok “NZ” siqaretini və 1 ədədinin maya dəyəri 2 manat 50 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 250 manat dəyərində 10 blok “Pall Mall” siqaretlərini, 1 qutusunun qiyməti 4 manat 70 qəpik təşkil edən 70 manat 50 qəpik dəyərində 15 qutu “Final” çayı, 1 qutusunun qiyməti 5 manat 30 qəpik təşkil edən 53 manat dəyərində 10 qutu “Beta” çayı, 1 qutusunun qiyməti 5 manat 80 qəpik təşkil edən 81 manat 20 qəpik dəyərində 14 qutu “Chempion” çayı, 1 qutusunun qiyməti 2 manat 40 qəpik təşkil edən 48 manat dəyərində 20 qutu “Berqa” çayı, 1 qutusunun qiyməti 1 manat 80 qəpik təşkil edən 36 manat dəyərində 20 qutu “Azerçay” çayları, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən 21 manat 60 qəpik dəyərində 6 ədəd “Elidor” saç şampunu, 1 ədədinin qiyməti 5 manat 70 qəpik təşkil edən 28 manat 50 qəpik dəyərində 5 ədəd “Clear” saç şampunu, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən 19 manat dəyərində 5 ədəd “Head & Shoulders” saç şampunu, 1 ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən 26 manat dəyərində 10 ədəd “Palmalive” saç şampunlarını, 1 ədədinin qiyməti 1 manat 80 qəpik təşkil edən 18 manat dəyərində 10 ədəd “Blend-amend” diş məcunu, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən 12 manat 50 qəpik dəyərində 5 ədəd “Colgate” diş məcunu, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən 25 manat dəyərində 10 ədəd “Aquafresh” diş məcunu, 1 ədədinin qiyməti 6 manat olan 30 manat dəyərində 5 ədəd “Final” duru yağı, 1 ədədinin qiyməti 6 manat 60 qəpik olan 26 manat 40 qəpik dəyərində 4 ədəd “Möcüzə” duru yağı və 1 ədədinin qiyməti 14 manat 60 qəpik olan 1 ədəd “Kırılankıç” duru yağlarını, 1 kiloqramının qiyməti 9 manat olan 18 manat dəyərində 2 kiloqramlıq “Min bir bərəkət halal nemət” kolbasası, 1 kiloqramının dəyəri 11 manat olan 1 kiloqramlıq “Ovqat” kolbasalarını sellofan torbalara yığıb və kassadan 390 manat nağd pul oğurlamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 4749 manat 30 qəpik maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirtmək məqsədilə naməlum şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27.03.2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" MMC ilə üzbəüz “Meyvəli” Ticarət Mərkəzinin içərisində Zərərçəkmiş şəxs1 məxsus çadırı yerdən tapdığı dəmir parçası ilə kəsərək saxlanc yerinə qanunsuz daxil olub oradan 0,25lt-lik “Xan Kristal” markalı arağın 01 ədədi 2,80 manat olmaqla 100 ədədin dəyəri 280 manat, 1lt-lik “Sultanbek” markalı arağın bir ədədi 12 manat olmaqla 27 ədədi 324 manat, 0,25lt-lik “Zalatoy Bakal” markalı arağın bir ədədi 2,90 manat olmaqla 120 ədədi 348 manat, 0,5lt-lik “Xan Kristal” markalı arağın bir ədədi 4,7 manat olmaqla 12 ədədi 56,40 manat , 0,5lt-lik “Mamedoff” markalı arağın bir ədədi 5,50 manat olmaqla 12 ədədin qiyməti 66 manat olmaqla araqlar götürüb zərərçəkmiş şəxs Fəxriddin Yunisova ümmumilikdə 1074 manat 40 qəpik maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirtmək məqsədilə 23 aprel 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzi, Təsərrüfat bazarı, 1-ci sıra, 84-2 nömrəli mağazanın qarşısından 01 ədəd “Peconto” markalı 180 manat dəyərində və 01 ədəd “Edon” markalı 600 manat dəyərində qaynaq aparatlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 780 manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, kirayədə yaşamışdır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmişdir. Təxminən 10 il olar ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət mərkəzində fəhləliklə məşğul olmuşdur. O, 27.03.2021-ci il tarixdə saat 02 radələrində “Azgranat” zavodu ilə üzbəüz “Meyvəli” ticarət mərkəzinin içərisində bağlı çadırı bazarda yerdən tapdığı kəsici dəmir parçası ilə kəsib içərisinə daxil olmuşdur. Çadırın içərisində müxtəlif markalı araq spirtli içkiləri olmuşdur. O bazardan tanıdığı, lakin adını bilmədiyi bir nəfərlə 09 qutu müxtəlif adlı araqları oradan çıxarıb yol ilə gedən “Khazar Azsamand” markalı, dövlət qeydiyyat nişanını görmədiyi taksi ilə kirayədə yaşadığı Binəqədi rayonu, Xocasən qəsəbəsinə aparmışlar. Həmin günün səhəri o, Xocasən qəsəbəsində yerləşən mağazaların birinə oğurladığı araqları tək araba ilə aparmışdır. Mağazalar onu tanımadıqları üçün almamışlar. Həmin vaxt 8-ci km-lik deyilən bazardan tanıdığı Nəsimi adlı şəxsi görmüş, Nəsimi ilə hal-əhval tutmuşdur. Söhbət zamanı əlində satmaq üçün araqlarının olduğunu, lakin mağazalarda onu tanımadıqları üçün almaq istəmədiklərini bildirmişdir. Nəsimi Xocasən qəsəbəsində yerləşən mağazanın birini göstərib demişdir ki, “bu mənim tanışımdır, problem yoxdur, deyərəm alar”. Nəsimi həmçinin araqların oğurluq olub-olmadığını soruşmuş, o da Nəsimiyə işlədiyi yerdən pulun əvəzinə verdiklərini demişdir. Sonra həmin araqları Nəsimiyə vermiş, Nəsimi özü araqları tanıdığı mağazaya aparıb 300 manata satmışdır. Həmin puldan 30 manat Nəsimiyə vermiş, 270 manatını isə özünə götürmüşdür. Həmin pulu yemək içməyinə xərcləmişdir. Bundan başqa o 23 aprel 2021-ci il tarixdə saat 18 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzi, təsərrüfat bazarında gəzərkən 1-ci sırada yerləşən mağazaların qarşısından keçən zaman mağazalardan birinin qarşısında üzəri çadırla örtülmüş, altında qaynaq aparatları olduğunu görmüşdür. O həmin çadırın altından 01 ədəd qırmızı rəngli, 01 ədəd qara rəngli qaynaq aparatlarını götürüb oradan uzaqlaşmışdır. O, oğurladığı qaynaq aparatlarını “Meyvəli” Ticarət mərkəzində göyərti satan, adını Lalə kimi tanıdığı qadına hər birini 50 manata olmaqla ümumilikdə 100 manata satmışdır. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, öz ifadəsində yuxarıda qeyd etdiyi iki oğurluq epizodundan başqa digər cinayət törətmədiyini bildirmişdir. İstintaq zamanı ifadə verərkən polislər ona törətmədiyi daha iki oğurluq cinayətini boynuna almalı olduğunu bildirmişlər. O, etdiyi əməllərdən başqa cinayət əməli törətmədiyini, həmçinin həmin oğurluq cinayətlərini törətmədiyini və qəbul etməyəcəyini bildirdiyi üçün polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmış və qolu sındırılmışdır. Qorxduğu üçün işgəncəyə məruz qalması barədə heç bir şikayət etməmiş və canını qurtarmaq üçün həmin əməlləri də törətdiyini guya etiraf etmişdir. Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən saxlanc yeri olan aqlay sexindən və Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, küçə 1003 ünvanında yerləşən ərzaq mağazasından heç bir oğurluq etməmişdir. Həmin cinayət hadisələrinin olmasından onun heç bir xəbəri olmamış, həmin hadisələrin törədilməsində iştirak etməmiş və həmin oğurluq hadisələrinin kimin tərəfindən törədilməsi barədə onda heç bir məlumat olmamışdır. Polis idarəsində olarkən ona qarşı zorakılıq və hədə qorxu tətbiq edilməklə şübhəli şəxs kimi tutulan zaman digər cinayət əməllərini də boynuna qoymuşlar. Bu səbəbdən də həmin epizodlardan biri üzrə hadisə yerinə çıxarılarkən zərərçəkmiş şəxsin iştirakı təmin edilməmiş, digəri üzrə isə hadisə yerinə ümumiyyətlə çıxarılmasa da formal olaraq ifadənin yerində yoxlanılması barədə protokola ona imza etdirmişlər. O, zərərçəkmiş şəxslərlə görüşmək istəsə də zərərçəkmiş şəxslərlə görüşdürülməmiş, hətta üzləşdirilmə istintaq hərəkəti belə aparılmamışdır. Əgər o yuxarıda göstərilən iki cinayətdən başqa digər oğurluq hadisələri də törətmiş olsaydı və doğrudan da həmin oğurluqları ilkin ifadəsi zamanı etiraf etsəydi həmin oğurluqlar üzrə heç olmasa onun əl barmaq izləri çıxarılardı, oğurladığı əşyalardan hər hansı bir maddi sübut götürülərdi və yaxud heç olmasa oğurladığı əşyaları necə israf etməsi aydınlaşdırılardı. İş üzrə şahid olan Şahid4 adlı şəxsi tanımır, ibtidai istintaq zamanı da həmin şəxs ona təqdim olunmamış, aralarında hər hansı üzləşdirmə aparılmamışdır. Məhkəmə prosesi zamanı polislər tərəfindən uydurma şahid kimi cəlb edilmiş şəxsin olduğundan xəbər tutmuşdur. Məhkəmə baxışı zamanı da həmin şahidin verdiyi ifadəsinin yalan və qeyrisəmimi olduğu da bir daha müəyyən edilmişdir. O öz ifadəsində son olaraq İİ qrup əlil olduğunu, “İİÇV” xəstəliyindən əziyyət çəkdiyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, törətdiyi əməllərdən peşman olduğunu, törətdiyi əməllər üzrə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığının nəzərə alınaraq ona məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Təxminən 10 il olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzində icarə əsasında obyekt işlədir. Mağazada əsasən ərzaq malları satışı ilə məşğul olur. Mağazanın qarşısında 3 il olar ki, çadır qurmuşdur, çadırın içərisində spirtli içki olan müxtəlif markalı araqlar olur. 26 mart 2021-ci il tarixdə o işlətdiyi mağazanı qarşısındakı çadırın içərisindəki mallara nəzarət edib saymışdır. Həmin gün axşam saat 22 radələrində işdən çıxıb getmişdir. 27 mart 2021-ci il tarixdə səhər saatlarında iş yerinə gəlmişdir. İşə gəldiyi zaman çadıra baxıb görmüşdür ki, çadırın bir tərəfi naməlum alətlə kəsilmişdir. O dərhal çadırın içərisinə baxmış, çadırın içərisində ona məxsus olan 05 qutu 0,25 lt-lik “Xan Kristal” markalı 100 ədəd, 03 qutu 1 lt-lik “Sultanbek” markalı 27 ədəd, 04 qutu 0,25 lt-lik “Zalatoy Bakal” markalı 120 ədəd, 01 qutu 0,5 lt-lik “Xan Kristal” markalı 12 ədəd, 01 qutu 0,5 lt-lik “Mamedoff” markalı 12 ədəd araqlar oğurlanmışdır. Oğurlanmış 0,25 lt-lik “Xan Kristal” markalı arağın 01 ədədi 2,30 manat olmaqla 100 ədədin dəyəri 230 manat, 1 lt-lik “Sultanbek” markalı arağın bir ədədi 6,18 manat olmaqla 27 ədədi 166,99 manat, 0,25 lt-lik “Zalatoy Bakal” markalı arağın bir ədədi 2,40 manat olmaqla 120 ədədi 288 manat, 0,5 lt-lik “Xan Kristal” markalı arağın bir ədədi 4,7 manat olmaqla 12 ədədi 56,40 manat , 0,5 lt-lik “Mamedoff” markalı arağın bir ədədi 9,7 manat olmaqla 116,40 manat təşkil etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 857,79 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Təxminən 8 il olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzində icarə əsasında obyekt işlədir. Mağazada təsərrüfat mallarının satışı ilə məşğul olur. Mağaza Sədərək Ticarət Mərkəzi, Təsərrüfat bazarı, sıra 1, 84-2 nömrəli mağazadır. Mağaza hər gün səhər 08.30 radələrində açıb, axşam saat 17.30 radələrində bağlanır. Mağazanın qarşısında piştaxta var, mağazada satılan mallardan piştaxtada da olur, hər gün mağaza bağlananda piştaxtanın üstü çadırla örtülür. 23 aprel 2021-ci il tarixdə mağazanı bağlayıb getmişdir. Səhəri gün mağazanı açmaq üçün gələndə görmüşdür ki, mağazanın qarşısında olan çadır kəsilmiş, çadırın altında olan təsərrüfat malların 02 ədəd qaynaq aparatı oğurlanmışdır. O, dərhal Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət etmişdir. Mağazadan 01 ədəd “Pecahto 300A” marakalı 420 manat dəyərində, 01 ədəd “Edon” markalı 450 manat dəyərində qaynaq aparatı oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 870 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, o ilkin ərizə və izahatında ona məxsus oğurlanmış qaynaq aparatlarının təqribi qiymətlərini demiş, həmçinin ərizə və izahat yazan zaman hadisənin təsirindən çox əsəbi olmuşdur. Lakin hazırda ifadəsində ona məxsus oğurlanmış qaynaq aparatının düzgün bazar qiymətlərini demişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək oğurlanmış mallarının özünə qaytarıldığını, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Yazmış olduğu ərizə ilə bağlı onu göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində aqlay sexi işlədir. Sonuncu dəfə həmin sexdə 12 dekabr 2020-ci il tarixdə olmuşdur. O, sexdə həmin vaxtı olarkən hər şey qaydasında olmuşdur. 18 dekabr 2020-ci il tarixdə təxminən saat 15 radələrində ona məxsus olan fərdi aqlay sexinə gedən zaman pəncərəsinin sındırılmasının şahidi olmuşdur. İçəri girən zaman içəridə ona məxsus olan markasını xatırlamadığı 350 manat dəyərində 01 ədəd qaynaq aparatının, 180 manat dəyərində markasını xatırlamadığı 01 ədəd laqonda aparatının, 140 manat dəyərində 100 metr mis naqilinin və 30 manat dəyərində 30 metr mis tərkibli elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması həyata keçirilməmiş və ümumiyyətlə təqsirəndirilən şəxsin həmin hadisəni törətməsi barədə hadisə yerini real təsvir etməklə ətraflı ifadə verməsi olmamışdır. Eləcə də əgər baş vermiş oğurluq həqiqətən də yuxarıda adı göstərilən şəxs tərəfindən edilmiş olsaydı onun iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması keçirilər, onun əl barmaq izləri çıxarılıb yoxlanılar, oğurlanmış əşyaların heç olmasa kimə satılması, hara satılması və eləcə də həmin əşyaları necə israf etməsi aydınlaşdırılardı. Lakin bunların heç biri istintaq zamanı olmamışdır. Həmçinin o, istintaq zamanı dəfələrlə təqsirləndirilən şəxs ilə görüşmək istəsə də buna icazə verilməmiş, üzləşdirmə istintaq hərəkəti də keçirilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 öz ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin həyətyani sahəsinə bitişik olan, bir qapısı yola tərəf, digər qapısı isə həyətyani sahəsinə olan təxminən 48 kv.m ölçüdə ərzaq mağazası işlədir. Həmin ərzaq mağazasını təxminən 2 ildir ki, işlədir, özü də həmin mağazada satıcı işləyir. Hər gün, saat 23 radələrində o mağazanı bayır tərəfdən olan plastik qapısını, sonra isə dəmir materiallı qapısını bağlayır. Mağazanın həyətə tərəf olan qapısını da bağlı vəziyyətdə saxlayır. Qeyd etmiş ki, hər iki tərəfdən olan plastik qapıları açarla kilidləyir, dəmir qapı isə içəri tərəfdən keçəcəklə bağlayır. Hadisə ilə əlaqədar bildirmişdir ki, özünə məxsus olan həmin mağazadan 21 mart 2021-ci il tarixdə naməlum şəxs tərəfindən oğurluq cinayəti törədilmişdir. Belə ki, 20 mart 2021-ci il tarixdə saat 23 radələrində mağazanı izahatında göstərdiyi kimi qapılarını bağlayıb, bayram axşamı olduğuna görə evinə getmişdir. Həmin gün ancaq evdə olmuşdur. Hər gün səhər saat 06 radələrində Lökbatan qəsəbəsində yerləşən çörək sexindən mağazaya çörək gətirilir. 21 mart 2021-ci il tarixdə, saat 06 radələrində çörək sexindən mağazaya çörək gətirildiyinə görə atası Mustafa Heydərov evdən çıxıb bayır tərəfdən çörək avtomobilinin gətirdiyi çörəkləri qəbul edib həyətin içərisindən mağazanın qapısını açıb daxil olmuş, mağazanın içərisində ərzaq məhsullarının dağınıq vəziyyətdə olduğunu müəyyən etdiyinə görə çörəkləri mağazada yerləşdirdikdən sonra ona gəlib məlumat vermişdir. O da mağazaya gəlib baxdıqdan sonra oradan oğurluq olduğunu bilmişdir. Həmin vaxt mağazadan müxtəlif çeşidli siqaret, saç şampunları, diş məcunları, yağ, kolbasa və digər ərzaq məhsulları, bundan başqa, mağazada olan kassadan 390 manat məbləğində pulun oğurlandığını müəyyən etmişdir. Bundan sonra o DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Hadisə yerinə Qaradağ rayon polis idarəsinin 10-cu Polis bölməsinin əməkdaşları gəlmişlər. Hadisə yeri müayinə olunduqdan sonra baxış keçirilmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o, 20.03.2021-ci il tarixdə, saat 23 radələrində mağazanı bağlayıb evə getmişdir. Səhəri gün, yəni 21.03.2021-ci il tarixdə atası mağazaya gətirilən çörəyi qəbul edib yerləşdirmək istəyərkən mağazada oğurluq olduğunu bilib ona məlumat vermişdir. Hadisə 21.03.2021-ci il tarixdə saat 03 radələrindən 04 radələrinədək olan müddət ərzində baş vermişdir. Belə ki, naməlum şəxs yaşadığı evin darvazasının üst tərəfindən həyətə daxil olmaqla, mağazanın həyətə açılan plastik qapısını sındırmaqla mağazaya daxil olub oradan oğurluq etmişdir. Hadisə nəticəsində mağazadan ona məxsus 4.000 (dörd min) “Sobrania”, “Kent”, “Vinston”, “LD”, “Rothmans”, “Davidoff”, “Magna”, “Vant”, “Kingston”, “Argo”, “Classic”, “Prima”, “Senator”, “Keno”, “Vest”, “Vegas”, “Nz”, “Pall Mall” markalı siqaretlər, 300 manat dəyərində müxtəlif çeşidli quru çay qutuları, 100 manat dəyərində müxtəlif çeşidli saç şampunları, 50 manat dəyərində müxtəlif çeşidli diş məcunları, 30 manat dəyərində müxtəlif çeşidli ət məhsulu olan kolbasalar, 70 manat dəyərində müxtəlif çeşidli duru və kərə yağları, mağazada olan kassadan isə 390 manat nəğd pul oğurlanmış, nəticədə ona 4940 manat maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, mağazadakı piştaxtadan 1 ədədinin maya dəyəri 3 manat 60 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 360 manat dəyərində 10 blok nazik “Kent 4” siqaretini, 1 ədədinin maya dəyəri 3 manat 90 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 390 manat dəyərində 10 blok qalın “Sobranie” siqaretini, 1 ədədinin maya dəyəri 3 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 210 manat dəyərində 7 blok “LD” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 50 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 250 manat dəyərində 10 blok qalın “Rothmans” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 60 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 208 manat dəyərində 8 blok “Davidoff” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 200 manat məbləğində olan 10 blok “Magna” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 20 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 110 manat dəyərində 5 blok “Vant” siqaretini, 1 ədədinin maya dəyəri 1 manat 80 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 90 manat dəyərində 5 blok “Kingston” siqaretini, 1 ədədinin maya dəyəri 1 manat 80 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 180 manat dəyərində 10 blok “Argo” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 20 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 220 manat məbləğində olan 10 blok “Classic” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 200 manat dəyərində 10 blok “Prima” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 20 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 242 manat dəyərində 11 blok “Senator” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 160 manat dəyərində 8 blok “Keno” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 50 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 250 manat məbləğində olan 10 blok “Vest” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 300 manat dəyərində 15 blok “Vegas” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 200 manat məbləğində olan 10 blok “NZ” siqaretini və 1 ədədinin maya dəyəri 2 manat 50 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 250 manat dəyərində 10 blok “Pall Mall” siqaretlərini, 1 qutusunun qiyməti 4 manat 70 qəpik təşkil edən 70 manat 50 qəpik dəyərində 15 qutu “Final” çayı, 1 qutusunun qiyməti 5 manat 30 qəpik təşkil edən 53 manat dəyərində 10 qutu “Beta” çayı, 1 qutusunun qiyməti 5 manat 80 qəpik təşkil edən 81 manat 20 qəpik dəyərində 14 qutu “Chempion” çayı, 1 qutusunun qiyməti 2 manat 40 qəpik təşkil edən 48 manat dəyərində 20 qutu “Berqa” çayı, 1 qutusunun qiyməti 1 manat 80 qəpik təşkil edən 36 manat dəyərində 20 qutu “Azerçay” çayları, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən 21 manat 60 qəpik dəyərində 6 ədəd “Elidor” saç şampunu, 1 ədədinin qiyməti 5 manat 70 qəpik təşkil edən 28 manat 50 qəpik dəyərində 5 ədəd “Clear” saç şampunu, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən 19 manat dəyərində 5 ədəd “Head & Shoulders” saç şampunu, 1 ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən 26 manat dəyərində 10 ədəd “Palmalive” saç şampunlarını, 1 ədədinin qiyməti 1 manat 80 qəpik təşkil edən 18 manat dəyərində 10 ədəd “Blend-a-mend” diş məcunu, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən 12 manat 50 qəpik dəyərində 5 ədəd “Colgate” diş məcunu, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən 25 manat dəyərində 10 ədəd “Aquafresh” diş məcunu, 1 ədədinin qiyməti 6 manat olan 30 manat dəyərində 5 ədəd “Final” duru yağı, 1 ədədinin qiyməti 6 manat 60 qəpik olan 26 manat 40 qəpik dəyərində 4 ədəd “Möcüzə” duru yağı və 1 ədədinin qiyməti 14 manat 60 qəpik olan 1 ədəd “Kırılankıç” duru yağlarını, 1 kiloqramının qiyməti 9 manat olan 18 manat dəyərində 2 kiloqramlıq “Min bir bərəkət halal nemət” kolbasası, 1 kiloqramının dəyəri 11 manat olan 1 kiloqramlıq “Ovqat” kolbasalarını və kassadan 390 manat nağd pul oğurlamaqla ona ümumilikdə 4749 manat 30 qəpik maddi ziyan dəymişdir. O ilkin olaraq mağazadan oğurlanmış məhsulların ümumi təqribi qiymətlərini demişdir. Sonradan bütün oğurlanmış məhsulların hesabatı aparıb yekun dəqiq qiyməti bildirmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxsin tutulması barədə məlumatı məhkəmə iclasına çağırılarkən almışdır. Buna qədər heç kim ona təqsirləndirilən şəxsin müəyyən olunduğunu bildirməmiş, onunla üzləşdirməmiş, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması həyata keçirilməmiş və ümumiyyətlə təqsirəndirilən şəxsin həmin hadisəni törətməsi barədə hadisə yerini real təsvir etməklə ətraflı ifadə verməsi olmamışdır. Eləcə də əgər onun mağazasından edilmiş oğurluq həqiqətən də yuxarıda adı göstərilən şəxs tərəfindən edilmiş olsaydı onun əl barmaq izləri çıxarılıb yoxlanılardı, mağazasından oğurlanmış əşyaların heç olmasa kimə satılması, hara satılması və eləcə də oğurladığı pulu necə israf etməsi aydınlaşdırılardı. Lakin bunların heç biri istintaq zamanı olmamışdır. O, özü əmindir ki, bu hadisə Təqsirləndirilən şəxs tərəfindən törədilməmişdir, çünki onun həyəti ilə mağazaya gedən yolu elə qurulmuşdur ki, tanımayan şəxsin ordan istifadə etməklə mağazaya girməsi və çıxması mümkün deyildir. Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə təqdim edərək onun mağazasında baş vermiş oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmədiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Təxminən 8 ildir ki, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Bizim market” adlı mağazanı icarə əsasında işlədir. Mağaza ərzaq mağazasıdır, səhər saat 06 radələrində mağazanı açır, axşam saat 23 radələrində bağlayır. 27.03.2021-ci il tarixdə günorta saatlarında uzun müddətdir ki tanıdığı Nəsimi adlı şəxs mağazaya gəlib demiş ki, “əlimdə araqlar var, xəstəm var pul lazımdır, 330 manat versən bəs edər”. O da Nəsimini tanıdığı üçün araqları qəbul etmiş, mağazada pul olmadığından 130 manat vermiş, demiş ki, “200 manatı da bir iki günə verərəm”. Araqları qutularda Nəsimi bir nəfər şəxslə markasını bilmədiyi avtomobilin yük yerindən götürüb 09 qutu müxtəlif markalı araqları mağazaya qoymuşdur. 29.03.2021-ci il tarixdə iki nəfər gəlib arağın pulunu istəmişdir. O da Nəsimiyə zəng etmiş, Nəsimi 200 manatı həmin şəxslərə verməyini demiş, o da 200 manatı həmin şəxslərə vermişdir. Onun araqların oğurluq yolla əldə edilməsi barədə məlumatı olmamışdır. O, Nəsimini uzun müddətdir ki, tanıdığı üçün almış, yoxsa heç vaxt tanımadığı birindən mal qəbul etməzmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Təxminən 8 ildir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzində göyərti satışı ilə məşğul olur. 24 aprel 2021-ci il tarixdə saat 17 radələrində əvvəllər tanımadığı, adını sonradan bildiyi Eyvaz adlı şəxs Meyvəli Ticarət Mərkəzinə əlində iki ədəd qaynaq aparatı ilə gəlib satdığını bildirmişdir. O da fikirləşmişdir ki, alıb rayona göndərər. Eyvaz əvvəlcə iki qaynaq aparatı 150 manata satdığını demişdir. O, 150 manata razılaşmamış, daha sonra 100 manata almışdır. O Eyvazdan qaynaq aparatlarını alanda bir neçə dəfə soruşmuşdur ki, “bu qaynaq aparatları oğurluq deyil?”. Eyvaz ona and içərək demişdir ki, “mən usta işləyirəm, işimiz dayanıb, uşağım xəstədi, indi ehtiyacım var satıram”. Ona görə də o razılaşıb 100 manat verib iki ədəd qaynaq aparatını almışdır. O, həmin qaynaq aparatlarının oğurluq yolla əldə edilməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən X5 yaxınlığında metal qəbulu ilə məşğul olur. Belə ki, əlvan və qara metalları alıb yığaraq zavoda satırlar. Tarixi və günü yadında qalmadığı bir vaxtda bir nəfər naməlum şəxs ona yaxınlaşaraq elektrik naqili satmağını, lakin şəxsiyyət vəsiqəsinin olmadığını ona bildirmişdir. O da həmin tanımadığı şəxsdən qırıq-qırıq və qırmızı-yaşıl rəngli naqilləri almış və bu barədə özündə olan dəftərdə qeydiyyat aparmışdır. Lakin nə qədər pul verdiyi yadında deyildir. Bundan başqa hadisədən xeyli müddət keçdiyi üçün həmin dəftəri də atmışdır. O cümlədən həmin şəxsdən aldığı elektrik naqillərini də zavoda vermişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, istintaq zamanı sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxslə hər hansı bir üzləşdirmə və tanınma istintaq hərəkətləri həyata keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə yaşayır. Dəqiq tarixini və günün xatırlamadığı bir vaxtda təsadüfən bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış, siqaret olduğunu və ucuz qiymətə satdığını demişdir. Özü siqaret çəkdiyi üçün iki blok siqaret almışdır. Şahid4 məhkəmə iclasında ona verilən suallardan sonra cavab olaraq aldığı siqaretlərin miqdarının çox olduğunu və həmin siqaretlərə görə sonradan adı ona istintaq zamanı məlum olan Eyvaz adlı şəxsə 150 manat pul verdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2021-ci il tarixli 9/2702 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində ekspertizaya təqdim edilən alkoqollu içkilərin 27 mart 2021-ci il tarixdə Respublikadaxili orta bazar satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: - bir ədəd üzərində “Xan Kristal 0,25 lt-lik” markalanması olan, müvafiq aksiz markası ilə markalanmış, ştirix koduna görə (ilk üç rəqəmi 460) Azərbaycan istehsalı olan şüşə butulkada araq 2,80 manat; - bir ədəd üzərində “Sultanbek 1 lt-lik” markalanması olan, müvafiq aksiz markası ilə markalanmış, ştirix koduna görə (ilk üç rəqəmi 460) Azərbaycan istehsalı olan şüşə butulkada araq 12,00 manat; - bir ədəd üzərində “Zalatoy Bakal 0,25 lt-lik” markalanması olan, müvafiq aksiz markası ilə markalanmış, ştirix koduna görə (ilk üç rəqəmi 460) Azərbaycan istehsalı olan şüşə butulkada araq 2,90 manat; - bir ədəd üzərində “Mamedoff 0,5 lt-lik” markalanması olan, müvafiq aksiz markası ilə markalanmış, ştirix koduna görə (ilk üç rəqəmi 460) Azərbaycan istehsalı olan şüşə butulkada araq 5,50 manat. Ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2021-ci il tarixli 9/2924 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Respublika ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərində, inşaat materialların satışı məntəqələrində mövcud olan qiymətlərə, eləcə də internet saytlarının məlumatlarına əsasən, tədqiqata təqdim edilmiş tədqiqat obyektlərinin, 23 aprel 2021-ci il tarixdə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: - bir ədəd üzərində “SAİ 300 Resanta, AC/220V” markalanma yazıları olan kabel ilə birlikdə qablaşdırılmamış açıq vəziyyətdə təzə qaynaq aparatı 180,00 manat; - bir ədəd üzərində “Edon, MMA-200S” markalanma yazıları olan qablaşdırılmamış komplektsiz açıq vəziyyətdə təzə qaynaq aparatı 600,00 manat; -72 ədəd 250 ml-lik “Hell” enerji içkisi 72,00 manat. Ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 məxsus 88 ədəd 0,25 lt-lik “Zalatoy Bakal” markalı, 20 ədəd 0,25 lt-lik “Xan Kristal” markalı, 10 ədəd 0,5 lt-lik “Mamedoff” markalı, 12 ədəd 1 lt-lik “Sultanbek” markalı araqları iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutun saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd qaynaq aparatı iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutun saxlanılması üçün Zərərçəkmiş şəxs3 qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, Təqsirləndirilən şəxs “İnfeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virus (İİÇV) xəstəliyi, üçüncü klinik mərhələ” diaqnozu qoyulmaqla ikinci qrup əlil olduğu üçün əmək qabiliyyəti yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 18 dekabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən saxlanc yeri olan aqlay sexinə pəncərəsini sındırmaqla qanunsuz daxil olub oradan 350 manat dəyərində 01 ədəd qaynaq aparatını, 180 manat dəyərində 01 ədəd laqonda aparatını, 140 manat dəyərində 100 metr mis naqilini və 30 manat dəyərində 30 metr mis tərkibli elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 700 manat məbləğində maddi ziyan vuraraq oğurluq etməsinə; bundan başqa özgə əmlakını gizli yolla talamaq məqsədilə 21.03.2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, küçə 1003 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evinin darvazasından həyətə qanunsuz daxil olaraq həyətyani sahədən ərzaq mağazasına açılan plastik qapını sındırmaq yolu ilə saxlanc yeri olan mağazaya daxil olub piştaxdadakı 1 ədədinin maya dəyəri 3 manat 60 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 360 manat dəyərində 10 blok nazik “Kent 4” siqaretini, 1 ədədinin maya dəyəri 3 manat 90 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 390 manat dəyərində 10 blok qalın “Sobranie” siqaretini, 1 ədədinin maya dəyəri 3 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 210 manat dəyərində 7 blok “LD” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 50 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 250 manat dəyərində 10 blok qalın “Rothmans” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 60 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 208 manat dəyərində 8 blok “Davidoff” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 200 manat məbləğində olan 10 blok “Magna” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 20 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 110 manat dəyərində 5 blok “Vant” siqaretini, 1 ədədinin maya dəyəri 1 manat 80 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 90 manat dəyərində 5 blok “Kingston” siqaretini, 1 ədədinin maya dəyəri 1 manat 80 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 180 manat dəyərində 10 blok “Argo” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 20 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 220 manat məbləğində olan 10 blok “Classic” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 200 manat dəyərində 10 blok “Prima” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 20 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 242 manat dəyərində 11 blok “Senator” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 160 manat dəyərində 8 blok “Keno” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat 50 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 250 manat məbləğində olan 10 blok “Vest” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 300 manat dəyərində 15 blok “Vegas” siqaretini, 1 ədədinin maya dəyəri 2 manat təşkil edən hər blokda 10 ədəd siqaret olan 200 manat məbləğində olan 10 blok “NZ” siqaretini və 1 ədədinin maya dəyəri 2 manat 50 qəpik təşkil edən hər blokda 10 ədəd siqaret olan 250 manat dəyərində 10 blok “Pall Mall” siqaretlərini, 1 qutusunun qiyməti 4 manat 70 qəpik təşkil edən 70 manat 50 qəpik dəyərində 15 qutu “Final” çayı, 1 qutusunun qiyməti 5 manat 30 qəpik təşkil edən 53 manat dəyərində 10 qutu “Beta” çayı, 1 qutusunun qiyməti 5 manat 80 qəpik təşkil edən 81 manat 20 qəpik dəyərində 14 qutu “Chempion” çayı, 1 qutusunun qiyməti 2 manat 40 qəpik təşkil edən 48 manat dəyərində 20 qutu “Berqa” çayı, 1 qutusunun qiyməti 1 manat 80 qəpik təşkil edən 36 manat dəyərində 20 qutu “Azerçay” çayları, 1 ədədinin qiyməti 3 manat 60 qəpik təşkil edən 21 manat 60 qəpik dəyərində 6 ədəd “Elidor” saç şampunu, 1 ədədinin qiyməti 5 manat 70 qəpik təşkil edən 28 manat 50 qəpik dəyərində 5 ədəd “Clear” saç şampunu, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən 19 manat dəyərində 5 ədəd “Head & Shoulders” saç şampunu, 1 ədədinin qiyməti 2 manat 60 qəpik təşkil edən 26 manat dəyərində 10 ədəd “Palmalive” saç şampunlarını, 1 ədədinin qiyməti 1 manat 80 qəpik təşkil edən 18 manat dəyərində 10 ədəd “Blen-a-mend” diş məcunu, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən 12 manat 50 qəpik dəyərində 5 ədəd “Colgate” diş məcunu, 1 ədədinin qiyməti 2 manat 50 qəpik təşkil edən 25 manat dəyərində 10 ədəd “Aquafresh” diş məcunu, 1 ədədinin qiyməti 6 manat olan 30 manat dəyərində 5 ədəd “Final” duru yağı, 1 ədədinin qiyməti 6 manat 60 qəpik olan 26 manat 40 qəpik dəyərində 4 ədəd “Möcüzə” duru yağı və 1 ədədinin qiyməti 14 manat 60 qəpik olan 1 ədəd “Kırılankıç” duru yağlarını, 1 kiloqramının qiyməti 9 manat olan 18 manat dəyərində 2 kiloqramlıq “Min bir bərəkət halal nemət” kolbasası, 1 kiloqramının dəyəri 11 manat olan 1 kiloqramlıq “Ovqat” kolbasalarını sellofan torbalara yığıb və kassadan 390 manat nağd pul oğurlamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 4749 manat 30 qəpik maddi ziyan vurmaqla təkrarən oğurluq etməsinə dair ittihamlar verilsə də məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan epizodlar üzrə oğurluq etməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, Zərərçəkmiş şəxs4 məxsus mağazadan edilmiş oğurluq hadisəsi ilə bağlı müstəntiq tərəfindən formal olaraq 21 iyun 2021-ci il tarixdə “ifadənin yerində yoxlanılması haqqında” protokol tərtib edilərək iş materiallarına əlavə edilsə də həmin istintaq hərəkəti üzrə zərərçəkmiş şəxsin iştirakı təmin edilməmiş, eləcə də bununla bağlı hər hansı bir audio-video yazı və ya fotoşəkil çəkilib iş materiallarına əlavə edilməmişdir. Həmin tarixdə iş materiallarına əlavə edilmiş arayışda “ifadənin yerində yoxlanılması” zamanı çəkilmiş fotoşəkillərin texniki səbəbdən guya çap edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bu da bir daha həmin istintaq hərəkətinin real olaraq keçirilmədiyinə dəlalət edir. Bundan başqa Zərərçəkmiş şəxs2 məxsus aqlay sexindən edilmiş oğurluq hadisəsi ilə bağlı iş materiallarına “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol və iki ədəd fotoşəkil əlavə edilsə də həmin istintaq hərəkətinin həyata keçirilməsində zərərçəkmiş şəxsin iştirakı təmin edilməmiş, hər hansı bir audio və ya video çəkiliş və yazıdan istifadə edilməmiş, hadisə yerinin müayinəsi zamanı hər hansı bir əlbarmaq izləri götürülməmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən sübuta yetməyən oğurluq epizodları üzrə oğurlanmış əşyaların, yəni maddi sübutların taleyi ümumiyyətlə araşdırılmamış və bu istiqamətdə hər hansı bir istintaq hərəkətləri də həyata keçirilməmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilərkən verdiyi ifadələrində guya həmin epizodları da etiraf etmişdir. Həqiqətdə bu ifadələr real olsaydı, təqsirləndirilən şəxs oğurladığı əşyaların taleyi barədə də istintaqa müəyyən aydınlıq gətirərdi. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər üzləşdirilər, təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanılması zərərçəkmiş şəxslərin iştirakı ilə keçirilərdi. Göründüyü kimi həmin ifadələr real olaraq alınmamışdır. Bundan başqa həmin epizodlar üzrə yeganə sübut növü olan şahid ifadələri, yəni Şahid3 və Şahid4 ifadələri də ibtidai istintaq dövründə verilən ifadələrlə ziddiyət təşkil etmiş və həmin şahidlərin qeyri-səmimi olmaqla hadisə barədə kifayət qədər məlumatlı olmadıqları müəyyən edilmişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən X5 yaxınlığında metal qəbulu ilə məşğul olur. Belə ki, əlvan və qara metalları alıb yığaraq zavoda satırlar. Mahiyyəti üzrə bildirmişdir ki, 18 dekabr 2020-ci il tarixdə saat 11- 12 radələrində özünü Eyvaz kimi təqdim edən şəxs bildirmiş ki, onda mis məmulatları vardır. O Eyvazın gətirdiyi mala baxdıqda görmüş ki, orada elektrik naqilləri və mis kabeli vardır. O həmin əlvan materialları tərəziyə qoyub çəkmiş və bildirmiş ki, ümumilikdə bütün naqillərə görə 48 manata pul verəcək. Eyvaz onunla razılaşmışdır. O həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmişdir. Eyvaz şəxsiyyət vəsiqəsini itirdiyini bildirmişdir. Ona görə də təqdim edə bilməmişdir. O da özündə olan dəftərdə qeydiyyat yazmış, lakin xeyli müddət keçdiyi üçün həmin dəftəri atmışdır. Eyvaz ona bildirmiş ki, həmin naqilləri çöldən yığmışdır. O Eyvaza inanmış və 48 manat pul verib naqilləri almışdır. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o həmin şəxsdən əvvəllər elektrik naqili almamışdır. Eyvaz ona həmin naqilləri çöldən yığdığını demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Cinayət işinin materialları ilə tanış olmuşdur. Bildirmişdir ki, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs tanıyır. Eyvaz ona siqaret məhsulları satmışdır. Bundan başqa onun Eyvazla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. O 22 mart 2021-ci il tarixdə qəsəbədə olan zaman Təqsirləndirilən şəxs əlində sellofan paketlərlə ona yaxınlaşıb siqaret satdığını bildirmişdir. Təqsirləndirilən şəxs əlində olan sellofan paketlərdə müxtəlif çeşidli siqaretlər olmuş və həmin vaxt Eyvaz, siqaretlərin özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O sellofan paketlərin içərisinə baxdıqda orada müxtəlif çeşidli, yəni “Sobrania”, “Vest”, “Keno”, “Vegas”, “NZ” və digər adda siqaret məhsulları olmuşdur. Onların aralarında olan razılığa əsasən o həmin siqaretləri Eyvazdan alıb Eyvaza təxminən 450-500 manat pul vermişdir. Həmin siqaretlərin bir qismini tanıdığı adamlara pay vermiş, digər qismini isə Lökbatan qəsəbəsində tanımadığı ayrı-ayrı şəxslərə satmışdır. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ifadəsində göstərdiyi vaxtdan başqa Eyvaz ona ərzaq və ya digər məhsullar satmamışdır. O dəqiq xatırlamasa da Eyvazdan aldığı siqaretlərin içərisində “Sobranıa”, “Vest”, “Keno”, “Vegas”, “NZ” və digər adda siqaret məhsulları olmuşdur. Eyvazdan aldığı siqaretlərin oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Eyvaz həmin siqaretlərin ona özünə məxsus olduğunu demişdir. Göründüyü kimi şahidlər ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli məzmunda ifadələr verməklə məhkəmə iclasında da özlərini qeyri-səmimi aparmaqla düzgün ifadə vermək iqtidarında olmadıqlarını nümayiş etdirmişlər. Beləliklə də iş üzrə Təqsirləndirilən şəxs həmin cinayət hadisələrini törətməsi heç bir mötəbər sübutlarla əsaslandırılmamışdır. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana" qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqlarının və X3 Haqında Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ haqqına) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan epizodlar üzrə oğurluq etməsi öz təsdiqini tapmamaqla ittihamın bu hissəsi əsaslandırılmamış ittiham kimi qəbul edilməli və Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 351.3.4-cü maddəsində də göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Zərərçəkmiş şəxs1 məxsus çadırdan və Zərərçəkmiş şəxs3 məxsus “Sədərək” Ticarət Mərkəzi, Təsərrüfat bazarı, 1-ci sıra, 84-2 nömrəli mağazanın qarşısından oğurluq etməsinə dair iki epizod üzrə sübuta yetməklə onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilməlidir. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Bağırov X2 rayon Məhkəməsinin 26.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 12.05.2018-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs 11.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağı olmaqla İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 65.2-ci maddəsindən aydı olur ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 29 mart 2021-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 31 mart 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün 28 aprel 2021-ci il tarixdə tutulması barədə qərar qəbul edilmiş və ona yenidən ittiham elan edilməklə Qaradağ rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 88 ədəd 0,25 lt-lik “Zalatoy Bakal” markalı, 20 ədəd 0,25 lt-lik “Xan Kristal” markalı, 10 ədəd 0,5 lt-lik “Mamedoff” markalı, 12 ədəd 1lt-lik “Sultanbek” markalı araqların sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qaynaq aparatının sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 264 (iki yüz altmış dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan: “Zərərçəkmiş şəxs2 700 manat məbləğində maddi ziyan vuraraq oğurluq etməsi”nə və “Zərərçəkmiş şəxs4 4749,30 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi”nə dair epizodlar ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdən 31 mart 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 88 ədəd 0,25 lt-lik “Zalatoy Bakal” markalı, 20 ədəd 0,25 lt-lik “Xan Kristal” markalı, 10 ədəd 0,5 lt-lik “Mamedoff” markalı, 12 ədəd 1lt-lik “Sultanbek” markalı araqların sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qaynaq aparatının sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə izah edilsin ki, cinayət nəticəsində onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 264 (iki yüz altmış dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-289/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-289/2021
01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver