Məhkəmə qərarları › İş №1(002)-289/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-289/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-289/2022 28.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsi aldatma yolu ilə cinayətkar fəaliyyətə cəlb edərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qonşusu, xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs aldadıb cinayətkar fəaliyyətə cəlb edərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Buta” adlı marketin qarşısında olan “Milliön ödəmə” aparatının yanındakı 01 ədəd sellofan bükümü götürüb ona verməsini xahiş etmiş, Zərərçəkmiş şəxs vasitəsilə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda içərisində narkotik vasitə heroin olan bükümü əldə edərək saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxslə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Buta” adlı marketin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-yə gətirilmişlər. Polis bölməsində onların üzərlərinə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmış atası Qanuni nümayəndə, dəvət olunmuş müdafiəçi, hal şahidi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs aid 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,320 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin Zərərçəkmiş şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun övladı olmasını təsdiq edən hər hansı sənədi olmasa da Fatimə adlı 9 yaşında qız övladı vardır. Heç yerdə işləmir. Yaşadıqları ev dayısı X16 İ Qarabağ müharibəsində şəhid olduğu üçün dövlət tərəfindən nənəsinə verilib, nənəsi də həmin evi onlara bağışlamışdır. Hazırda həmin evdə bacısı Könül Balayeva ilə birlikdə yaşayır. Ona və qızına bacısı Könül baxır. O, təxminən 2 ildir ki, narkotik vasitə kakos deyilən heroin istifadə edir. Narkotik vasitəni çoxdan, sosial şəbəkədə tanış olduğu adını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə edir. O iranlıya sosial şəbəkədə yazır, onun verdiyi hesaba pul göndərəndən sonra ona dediyi yerdən narkotik vasitəni götürür. Sonuncu dəfə danışmış, 120 manat pul göndərmiş, pulu göndərəndən sonra ona narkotik vasitəni Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Buta adlı mağazanın qarşısında olan “Milliön ödəmə” aparatının yanında yerdən götürməyini demişdir. 01 iyun 2022-ci il tarixdə 11:00 radələrində onunla eyni yaşayış kompleksində yaşayan, yetkinlik yaşına çatmayan Elnur adlı qonşusunu götürmüş və taksi sifariş edərək Qobustan qəsəbəsinə getmişlər. Lakin o, Elnura Qobustan qəsəbəsinə nə üçün getdiklərini deməmişdir. Qobustan qəsəbəsində Buta adlı mağazanın qarşısına çatdıqda mağazanın qarşısında oğlanlar dayandığı üçün bükümü yerdən götürməyə utanmış, bu səbəbdən mağazanın qarşısında “Milliön ödəmə” aparatının yanında olan bükümü götürməsini Elnurdan xahiş etmişdir. Elnur da onun sözü ilə Buta adlı mağazanın qarşısında olan “Milliön ödəmə” aparatının yanına getmiş, aparatın yanındakı yerdə olan sellofan bükümü götürüb onun yanına çatanda iki nəfər mülki geyimdə, özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər onlara yaxınlaşmışlar. Onları narkotik vasitələrin qanunsuz dövriyyəsindən şübhəli olduqları üçün Polis bölməsinə aparmışlar. Polis əməkdaşları onları polis bölməsinə apararkən Elnura götürdüyü bükümün içərisindəki narkotik vasitə kakos deyilən heroin olduğunu bildirmişdir. Polis bölməsində ona narkotik vasitələrin daşınmasında, istifadəsində şübhəli olduğunu bildirmişlər. Polis bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil gələndən sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. O da polis əməkdaşlarına etiraz etməmişdir. Daha sonra müdafiəçi, polis əməkdaşları və bölmənin inzibati işçisi olan Sevda Səlimovanın iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmamasını soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. Onun üzərində qanunsuz heç bir əşya olmadığını, lakin Elnurda olan sellofan bükümdəki narkotik vasitənin ona aid olduğunu özü etiraf etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təzyiq göstərməmişlər. O, narkotik vasitəni əldə etdiyi şəxsi tanımır, o iranlı ilə sosial şəbəkədən əlaqə saxlayır, adını, soyadını isə bilmir. Özünü ona iranlı kimi təqdim edən həmin şəxslə bir neçə dəfə yazışmışdır. Narkotik vasitə əldə etməsi üçün istifadəsində olan Samsung markalı mobil telefonu 140 manata tanımadığı şəxsə satmış, həmin məbləğin 120 manatını narkotik vasitə almaq üçün tanımadığı iranlıya aid bank kartına köçürmüş, özünün telefonu olmadığı üçün köçürdüyü pulun qəbzinin şəklini tanımadığı şəxsdən aldığı telefon vasitəsilə həmin iranlıya göndərmiş, o da ona narkotik vasitəni qoyacağı yeri demişdir. Narkotik vasitənin yerini öyrəndikdən sonra isə ödəniş çekini və kartın nömrəsini yazdığı kağızı da cırıb atmışdır. O, Elnuru təxminən 4-5 ildir ki, tanıyır, münasibətləri yaxşıdır, Elnurun məktəbdə oxuduğunu bilir, ondan yaşca çox balaca olması barədə məlumatı vardır. Elnur narkotik vasitəni yerdən götürdüyü zaman Elnura kiminsə diqqət edib-etməməsi barədə məlumatı yoxdur. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan 1 övladının olmasını, əvvəllər məhkum olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. O, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 114 saylı tam orta məktəbdə təhsil almışdır. Bu il, yəni 2022-ci ilin tədris ilini başa vurub, 9-cu sinfi bitirib məktəbdən ayrılmışdır. Narkotik vasitə və psixotrop maddə istifadəçisi deyil, lakin uzun müddət öncə bir dəfə marixuana istifadə etdiyi üçün valideynləri tərəfindən ciddi cəzalandırılmış, sonradan bir daha istifadə etməmişdir. Təqsirləndirilən şəxs təxminən 6 ildir ki, yaşadıqları yaşayış kompleksindən tanıyır. Onlarla qonşu binada yaşayırlar. Həmin kompleks şəhid ailələrinə verilmişdir. Belə ki, onların yaşadıqları ev dayısı Elşən Mikayılovun İ Qarabağ müharibəsində şəhid olduğu üçün dövlət tərəfindən verilmişdir. Nurayın narkotik vasitə istifadə etdiyini bilsə də, narkotik vasitə istifadə edən zaman heç vaxt onun yanında olmamışdır. Lakin Nurayın deməsindən onun narkotik vasitə aludəçisi olduğunu bilmişdir. 01 iyun 2022-ci il tarixdə saat 11:00 radələrində Nuray ilə yaşadıqları həyətdə görüşmüşlər. Nuray ondan xahiş etmişdir ki, onunla Qobustan qəsəbəsinə getsin. Nurayın əri məhkum olmamışdan öncə onunla tanışlığı olmuşdur və bu səbəbdən Nurayın tək getməməsi üçün onunla bərabər getməsinə etiraz etməmişdir. Nuray qonşuluqda yaşayan bir nəfərin telefonu ilə taksi sifariş etmiş, onlar taksi ilə Qobustan qəsəbəsinə getmişlər. Onun Qobustan qəsəbəsinə nə üçün getmələri barədə heç bir məlumatı olmamışdır. Qobustan qəsəbəsinə çatdıqda taksidən düşmüşlər, qəsəbədə yolun kənarında “Buta” adlı marketin qarşısında, marketə biraz yaxın məsafədə dayandıqları zaman Nuray ona marketin qarşısında oğlanların dayanmasından utandığı üçün “Milliön ödəmə” aparatının yanında yerdə olan bükümü onun götürməsini istəmişdir. O da Nurayın xahişinə etiraz etməmişdir. Marketin qarşısında olan “Milliön ödəmə” aparatının yanında yerdə 01 ədəd sellofan büküm görüb onu götürmüş, Nurayın yanına çatarkən iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Polis bölməsinə getməli olduqlarını demişlər. O, ilk öncə nə baş verdiyini tam anlamasa da Nuray həmin vaxt ona götürdüyü bükümün içərisində narkotik vasitə kakos olduğunu demişdir. Həmin bükümü o götürəndə cibinə qoymuşdur. Onlar Polis bölməsinə getmişlər. Polis bölməsində ona narkotik vasitələrin daşınmasında, istifadəsində şübhəli olduğunu bildirmişlər. Polis bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər, həmçinin yetkinlik yaşına çatmadığı üçün atası Qanuni nümayəndə da çağırmışlar. Vəkil və atası Qanuni nümayəndə gələndən sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Polis əməkdaşlarına etiraz etməmiş, atası, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Həmin büküm açılmış, içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Bükümün içərisində olan maddənin kakos olduğunu, Nurayın xahişi ilə, onun üçün yerdən götürdüyünü bildirmişdir. O, kakosun nə olduğunu bilmir, sadəcə olaraq Nuray ona sellofan bükümün içərisindəkinin kakos olduğunu dediyi üçün o da polis əməkdaşlarına bükümün içərisindəkinin kakos olduğunu demişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O çəkiliş aparılan zaman da polis əməkdaşlarına üzərindəki bükümün Təqsirləndirilən şəxs aid olduğunu demişdir. Çünki Nuray ona Qobustan qəsəbəsinə getmələrinin əsl səbəbini deməmiş, o isə Nurayın xanım olduğunu nəzərə alaraq, tək getməməsi üçün ona yoldaşlıq etmişdir. Nurayı 6 ildir ki, tanıyır, münasibətləri həmişə yaxşı olmuşdur. Ona görə də Nuraya inanmışdır. Nuray ona əvvəldən narkotik vasitə əldə etmək üçün Qobustan qəsəbəsinə getdiklərini demiş olsa idi və o, yerdən götürdüyü bükümün içərisində narkotik vasitə olduğunu əvvəlcədən bilmiş olsa idi, Nurayla Qobustan qəsəbəsinə getməz, yerdən də bükümü götürməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, o, hazırda Qaradağ RPİ-nin 11ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 etibarlı mənbədən aldığı dəqiq məlumatda bildirilmişdir ki, Elnur adlı şəxs Qobustan qəsəbəsi ərazisində narkotik vasitə əldə etmişdir. Bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Şahid3 Qaradağ RPİ-nin 11-ci PB-nin rəisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid3 rəhbərliyi altında ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı ona davranış xətti izah olunmuşdur. Bundan sonra Şahid3 rəhbərliyi altında qrup üzvü ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyanyolu küçəsində yerləşən “Buta” marketin qarşısında bir nəfər şəxsin zahiri əlamətləri ilə Zərərçəkmiş şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Zərərçəkmiş şəxs olduğunu demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yanında bir nəfər qadın da olmuşdur. Onlar Zərərçəkmiş şəxs və yanındakı bir nəfər şəxsi polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Zərərçəkmiş şəxs yanında olan şəxsin X5 olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edildikdə isə təhqiqatçı tərəfindən onun qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə hadisə barədə dərhal məlumat verilmiş və polis bölməsinə dəvət olunmuşdur. Polis bölməsinin rəhbərliyinə raport ilə məruzə edildikdən sonra gətirilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər biri ayrı-ayrılıqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, dəvət olunmuş müdafiəçilərin, hal şahidinin, qanuni nümayəndənin iştirakları ilə aparılmaqla hər birinin üzərində şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə aparılmışdır. Təhqiqatçı Zərərçəkmiş şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub-olmaması, varsa təqdim edib masanın üzərinə qoymasını təklif etmişdir. Zərərçəkmiş şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Zərərçəkmiş şəxs aşkar edilmiş bükümdə olan narkotik vasitənin qonşusu, onunla birlikdə Qobustan qəsəbəsinə gəlmiş Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs PBnin baş təhqiqatçısı Qüdrət Əliyev tərəfindən şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılmışdır. Polis Bölməsində xidməti otaqların birində onların, müdafiəçinin, bölmənin inzibati işçisi Sevda Səlimovanın iştirakı ilə bölmənin əməliyyat müvəkkili Şahid1 tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmaması, varsa təqdim edib masanının üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və predmetin olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs üzərindən aşkar olunmuş narkotik vasitə kakos deyilən heroin ona məxsusdur, Zərərçəkmiş şəxs həmin narkotik vasitədən xəbəri və aidiyyəti yoxdur. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş, saxlanılarkən qaçmağa cəhd etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 01 iyun 2022-ci il tarixdə saat 15:00 radələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasında onun da iştirak etməsi bildirildikdə o, razılaşmışdır. Təqsirləndirilən şəxs PB-nin baş təhqiqatçısı Qüdrət Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi dəvət edilmişdir. Daha sonra onların və müdafiəçinin iştirakı ilə PB-in CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən aparılan videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. PB-nin baş təhqiqatçısı X21 Balayevaya üzərində hər hansı qanunsuz əşya və predmetin olubolmamasını, varsa təqdim etməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və predmetin olmadığını, Zərərçəkmiş şəxs üzərindən aşkar edilmiş narkotik vasitə kakos deyilən heroinin ona məxsus olduğunu, həmin narkotik vasitəni özü üçün aldığını, lakin Zərərçəkmiş şəxs bükümü yerdən götürməsini xahiş etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində PB-in təmizlik işçisi X13 tərəfindən axtarış aparılmış, heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsi elan olundu və müəyyən edildi ki, o, məhkəmə iclasında şahid qismində iştirak edən Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 64-cü vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuşdur. X1, anası X9r. Cinayət işinin 65-ci vərəqəsində olan Qaradağ RPi-nin İŞ-nin müstəntiqi Vasif Xalıqov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, fotoşəkildə göstərilən şəxs xx.xx.1996-cı il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxsdır. Cinayət işinin 12-ci vərəqəsində olan 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığından atası Qanuni nümayəndə onun qanuni nümayəndəsi kimi tanınmışdır. Cinayət işinin 50-ci vərəqəsində olan 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 iyun 2022-ci il tarixdə saat 12:30 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Resublikası CM-nin 170.1 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin 128-129-cu vərəqələrində olan 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2022-ci il tarixli vəsatət rədd edilmiş, o, Qaradağ RPİ-nin X8 azad olunmuşdur. Cinayət işinin 130-131-ci vərəqələrində olan 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 210-211-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 159-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizasının 02 iyun 2022-ci il tarixli, 6/3079 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs üzərindən aşkar edilmiş” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.320 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı 0.050 qram tədqiqata sərf edildikdən sonra 0.270 qram zqalmışdır. Cinayət işinin 68-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 22 iyul 2022ci il tarixli, 4013 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 72-ci vərəqəsində olan DVD diskə baxış protokolundan görünür ki, iş üzrə şübhəli şəxs Əliyev X11 RPİ-nin 11-ci PB-nin əməkdaşı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən Buta adlı marketin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-yə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin, onun qanuni nümayəndəsi atası Qanuni nümayəndə və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs üzərində olan əşyalarını masanın üzərinə qoyması təklif olunumuş və sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisindəki qəhvəyi rəngli, toz şəklində olan maddənin narkotik vasitə olan kokos (heroin) olduğunu bildirmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan DVD diskə baxış protokolundan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən Buta adlı marketin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-yə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin, polis əməkdaşlarının və bölmənin inzibati işçisi Sevda Səlimovanın iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoyması təklif olunmuş, o, üzərində olan 1 ədəd siqaret və 1 ədəd alışqanı masanın üzərinə qoyaraq üzərində qanunsuz heç bir əşyanın olmadığını, Zərərçəkmiş şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin isə ona məxsus olduğunu bildirmişdir. Əlavə olaraq bölmənin inzibati işçisi Sevda Səlimova tərəfindən onun üzərində şəxsi axtarış prosessual hərəkəti aparılmışdır. Cinayət işinin 160-167-ci vərəqələrində olan 19 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus götürülmüş təmiz çəkisi 0.320 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0,270 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd DVD disk iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinə əlavə olunmuş “X20” MTK tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 181 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndində yerləşən, “X20” MTK-ya məxsus ev 7, mənzil 79 ünvanında yaşayır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs aldadaraq cinayətkar fəaliyyətə cəlb etmə yolu ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, və daşıma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsinə əsasən on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə-üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan 1 övladının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəza daha ciddi cəza ilə əhatə edilməli və həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq onun şübhəli şəxs qismində tutulduğu 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 28 noyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 22 iyul 2022-ci il tarixli, 4013 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi – 0,270 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 işə qoşularaq ibtidai istintaq dövründə 42 (qırx iki) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 36 (otuz altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 42 (qırx iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 252 (iki yüz əlli iki) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 36 (otuz altı) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 216 (iki yüz on altı) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-ci maddəsinə əsasən 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün ona təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0.270 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 42 (qırx iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 252 (iki yüz əlli iki) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 36 (otuz altı) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 216 (iki yüz on altı) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar