Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-289/2024 05.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Sabirabad rayonu, Balakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Balakənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 iyul 2024-cü ildə saat 00:10 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 16-cı kilometrində idarə etdiyi «Kia Rio» minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sol zolağı ilə Qazax istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağ kənarından yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yolun hərəkət hissəsinə daxil olub sola doğru adi qaçışla 8,5 metr məsafə qət etmiş piyada xx.xx.1978-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın sol gicgah və sol qaş altı nahiyələrinin əzilmiş yaraları, döş qəfəsinin sağ yarısının orta qolaltı xətt üzrə V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları, başın alın, qaşarası, burun, sağ almacıq, sağ yanaq, hər iki bazu, döş qəfəsinin ön səthinin sağ yarısının, sol əlin arxa səthinin və sol said nahiyələrinin sıyrıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o fərdi qaydada taksi fəaliyyət ilə məşğul olur. Şəhərdən sərnişinlər götürüb hər zamanki kimi Qobustan qəsəbəsinə gedirmiş. Təxminən iyul ayı, gecə saatları idi. O, hərəkətdə olan zaman yolun sağ tərəfində bir nəfər piyadanı görmüş piyada artıq yola tərəf çıxmış, o qəzanın qarşısını almaq istəsədə bu mümkün olmamış və piyadanı vurmuşdur. O daha sonra dərhal polisə məlumat vermişdir. O, öz ifadəsində əlavə olaraq ilk dəfə cinayət törətdiyini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olduğunu, törətdiyi əməldən çox peşman olmaqla zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bu günə kimi ruhi xəstəlikdən əzab çəkməmiş, hazırki müddətə kimi ruhi-əsəb dispanserində qeydiyyatda olmamışdır. «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında tanışı Şahid məxsus «Kia Rio» minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 21 iyul 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri ərazisindən iki nəfər tanımadığı sərnişin mindirib Qaradağ rayonu Qobustan qəsəbəsinə aparmaq üçün yola düşmüşlər. Saat təxminən 00:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun sol zolağı ilə 90 km/saat sürətlə Qazax istiqamətinə hərəkətdə olduğu vaxt uzaqdan yolun sağ kənarında bir nəfər kişi piydanın dayanıb yolu keçmək istədiyini görmüş, həmin piyadanın onu gördüyünü, ötüb keçdikdən sonra yolu keçəcəyini fikirləşmiş və hərəkətini davam etdirmişdir. Piyadanın bərabərliyinə çatmağa təxminən 10 metr qalmış piyada qəflətən adi qaçışla qaçaraq yolun sol tərəfinə keçməyə başlamış, o piyadanı vurmamaq üçün tormozdan istifadə etməyinə baxmayaraq avtomobilin qabaq hissəsi ilə piyadanı vurmuş, zərbənin təsirindən piyada avtomobilin alın şüşəsinə dəyərək bir qədər qarşıda yolun hərəkət hissəsinə düşmüşdür. Avtomobili saxlayaraq tez piyadaya yaxınlaşmış, piyadanın baş nahiyəsindən xəsarət aldığını, yerdə uzanıqlı vəziyyətdə hərəkətsiz qaldığını görmüşdür. Belə olduqda DİN 102 xidmətinə zəng edib məlumat vermiş və heç bir xəsarət almadığı üçün hadisə yerinə qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Az sonra hadisə yerinə polis əməkdaşları və TTY avtomobili gəlmiş, həkimlər müayinə edib piyadanın öldüyünü bildirmiş və meyiti morqa aparmışlar. O, isə sənədlərini polis əməkdaşlarına təqdim edib hadisə yerinə keçirilən baxışda iştirak etməklə piyadanın vurulduğu yeri göstərmiş, tərtib olunmuş sxemi və protokolu imzalamışdır. Ölçülərək müəyyən olunmuşdur ki, piyadanın vurulduğu yer yolun sol sarı xətdən 2 metr mərkəz doğru məsafədədir. Sonradan sərxoşluq müayinəsindən keçmişdir. Hadisədən bir neçə gün sonra məlum olmuşdur ki, idarə etdiyi avtomobillə vurduğu piyada Calilabad şəhərində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Abşeron rayonu Hökməli qəsəbəsndə yaşayan 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxsdur. X3 şəhərində keçirilən yas mərasimində iştirak edib onlara yas xərclərinə köməklik etmiş, zərər çəkən şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 21 iyul 2024-cü ildə saat 00:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 16-cı kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş xx.xx.1978-ci il təvəllü Zərərçəkmiş şəxs onun oğludur, Calilabad şəhəri H.Əliyev prospekti ev 115-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Abşeron rayonu Hökməli qəsəbəsndə yaşayırdı, rəsmi olaraq işləmirdi, fərdi əməklə məşğul olurdu. 20 iyul 2024-cü il tarixdə təxminən saat 16 radələrində oğlu Elnur Cəlilabad rayonuna getmək məqsədi ilə evdən çıxmış, həmin gün Elnurun ad günü olmuş və iki gün keçməsinə baxmayaraq Elnurla heç bir əlaqə saxlaya bilməmişlər. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Həqiqət Zeynalova DİN-nin 102 xidmətinə zəng edərək Elnurun itkin düşməsi barədə məlumat vermiş, 24 iyul 2024-cü il tarixdə isə polis əməkdaşı onunla əlaqə saxlayaraq Qaradağ rayon MTE və PA Birliyində naməlum meyit olması barədə məlumat vermiş və oraya dəvət etmişlər. Belə olduqda oğlu Elmanla birlikdə Qaradağ rayon MTE və PA birliyinə getmiş, meyt tanınmaya təqdim edildikdə meyitin oğlu Zərərçəkmiş şəxs olduğunu tanımışdır. Bu barədə protokol tərtib olunduqdan sonra meyiti təhvil alıb həmin gün Cəlilabad şəhərinə aparmış və Cəlilabad şəhər qəbirstanlığında dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, oğlu Zərərçəkmiş şəxs 21 iyul 2024-cü ildə saat 00:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 16-cı kilometrində yolu keçərkən Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Rio» minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuşdur. Sonradan Təqsirləndirilən şəxs qohumları yas mərasimində iştirak etmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət tələblərinin olmadığını bildirmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. O məhkəməyə 05 noyabr 2024-cü il tarixdə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, «Kia Rio» minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili 2023-cü il iyul ayında tanışı Sabirabad rayonu, Balakənd kəndində yaşayan Təqsirləndirilən şəxs etbarnamə əsasında sürmək üçün vermişdir. 21 iyul 2024-cü il tarixdə günorta saatlarında Anar zəng edərək bildirmişdir ki, idarə etdiyi avtomobillə gecə 00:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsi ilə Qazax istiqamətinə hərəkətdə olarkən yolu keçən piyadanı vurmuş, nəticədə piyada aldığı xəsarətlərdən ölmüşdür. Hadisə nəticəsində özünə məxsus «Kia Rio» minik markalı **- GV-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək ona maddi ziyan dəmişdir. Lakin həmin ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X11 Qaradağ rayon şöbəsinin 14 avqust 2024-cü il tarixli 71 №-li rəyindən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızrna, başın sol gicgah və sol qaş altı nahiyələrinin əzilmiş yaraları. döş qəfəsinin sağ yarısının orta qoltuqaltı xətt üzrə V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqlanı başın alın, qaşarası, burun, sağ almacıq, sağ yanaq, hər iki bazu, döş qəfəsinin ön səthinin, boyunun ön səthinin sağ yarısının, sol əlin arxa səthinin və sol said nahiyələrinin sıyrıqları. Göstərilən xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə piyada by qismində olarkən hərəkətdə olan minik avtomaşının onu vurması nəticəsində nap törənmişlər, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. 2.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və başın sol gicgah və sol qaşaltı nahiyələrinin əzilmiş yaraları olmuşdur.
3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il, saat 09:30-da) 8-12 saat əvvəl baş vermişdir.
4. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,9% qatılığında etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Narkotik maddələr isə aşkar edilməmişdir. (2460/K saylı, xx.xx.2024-cü il tarixli AKT). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 8/2461 saylı rəyindən görünür ki, 1.2. Kia Rio markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil etmişdir. İş materiallarında olan 21 iyul 2024-cü il tarxli 3784 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 05 avqust 2024-cü il tarixli 3-13-16/2- 121130/2024 nömrəli məktubdan məlum olur ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan olan) «BC» kateqoriyalı AE seriyalı 821899 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Sabirabad rayon, İcra Hakimiyyəti Başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Sabirabad rayonu, Balakənd kəndində qeydiyyatdadır və ailə üzvləri anası 1961-ci il təvəllüdlü X8, 1994-cü il təvəllüdlü arvadı X5 və oğlu 2016-cı il təvəllüdlü X9 ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Sabirabad rayon, İcra Hakimiyyəti Başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur və onun barəsində Qalağayın inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən aydın olur ki, 19 iyul 2016-cı ildə doğulmuş X6 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla vurulmuş ziyanı ödəmsini, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə beş ildən aşağı müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “KİA RİO” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “KİA RİO” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov