Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-29/2024 17.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Əbdülrəhmanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobu park 3 yaşayış kompleksi, ev 36 ünvanının qarşısında bacısı Şahid2 ilə qonşusu Zərərçəkmiş şəxs arvadı Şahid1 arasında olan mübahisə zamanı özünə qarşı hər hansı bir qanunazidd hərəkət olmamasına baxmayaraq həmin mübahisəni bəhanə gətirib, ətrafda olan insanlara məhəl qoymayaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə səbəbsiz olaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən bir dəfə yumruqla sonuncunun baş nahiyəsindən zərbə vurub yerə yıxmış, bundan sonra yerdə əlbəyaxa olaraq ona başın sol gicgah nahiyəsinin dərialtı hematoması, başın ənsə nahiyəsinin qançırı, sol gözaltı, sol çiyin qurşağının arxa səthinin, sağ qoltuqaltı, sol dirsək oynağının və sol diz oynağının sıyrıqlarından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2022-ci ilin iyul ayının əvvəllərində qonşusu Zərərçəkmiş şəxs uşaqları həyətdə olan bağçanın otluq sahəsini yararsız hala saldıqları üçün onlara iradını bildirmişdir. Daha sonra bu barədə Zərərçəkmiş şəxs məlumat versə də, sonuncu ona məhəl qoymamışdır. 14 iyul 2022-ci il tarixdə bacısı Roza ona qonşusu Zərərçəkmiş şəxs övladlarının bağçada olan yaşıllıqları yenidən yararsız vəziyyətə salması barədə məlumat vermişdir. O,14 iyul 2022-ci il tarixdə saat təxminən 18:40 radələrində qonşusu Zərərçəkmiş şəxs işdən evinə qayıtdığını görmüş, ona yaxınlaşaraq təkrarən iradını bildirmişdir. Həmin vaxt oraya toplaşan bacısı Aygünlə Zərərçəkmiş şəxs arvadı arasında əvvəlcə sözlə mübahisə başlamış, daha sonra isə onlar bir-birilərini vurmuşlar. Sonra isə onunla Zərərçəkmiş şəxs arasında mübahisə başlamış, o, sonuncunu yerə yıxaraq döymüşdür. Ətrafa toplaşan şəxslər onları ayırmağa nail olmuşlar. Ona elan olunmuş ittihamda özünü təqsirli bildiyini, evli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, ıı qrup əlilliyi olan şəxs olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ailədə yeganə qazan gətirən şəxs olmaqla taksi fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq məhkəmədən ona cərimə cəzası verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə işdən evə gələrkən arvadı ona zəng vurmuş, həmin vaxt həyətdə olan uşaqlarına qonşuları tərəfindən irad bildirildiyi üçün onlarla mübahisə etdiyini, onların isə onun bu hərəkətinə söyüşlə cavab verdiyini demişdir. O, yaşadığı Qobu park yaşayış kompleksinə çatan zaman avtomobilini saxlayıb evə getmək istəyərkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşaraq övladları barədə iradını bildirmişdir. Daha sonra sonuncu onunla bacısı və onun arvadı arasında baş vermis mübahisəni müzakirə etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs bacıları və onun arvadı da onlara yaxınlaşmışlar. Bu zaman qadınlara aralarında baş vermiş mübahisə ilə əlaqədar üzr istəmələri təklif olunsa da onlar bunu etməmiş, əksinə Təqsirləndirilən şəxs bacılarından biri onun arvadının üz nahiyəsinə əli ilə vurmuşdur. O, arvadı ilə Təqsirləndirilən şəxs bacısını aralaşdırmaq istəyərkən Təqsirləndirilən şəxs onu yumruqla vuraraq yerə yıxmış və əynindəki köynəyi cıraraq başına keçirmişdir. O yerə yıxıldıqda köynəyini başına keçirdiklərindən üzünü görmədiyi kimsə ayaqlarından tutmuşdur. Təqsirləndirilən şəxs bir çiynindən tanımadığı digər şəxs isə digər çiynindən tutmuşdur. Daha sonra Təqsirləndirilən şəxs bacısı oğlu olduğunu bildiyi şəxs başının üstündə dayanıb yumruqla başına dəfələrlə zərbə endirmişdir. Sonra o, ayağa qalxmaq istədikdə Təqsirləndirilən şəxs onu itələmiş və o, yerə basdırılmış armaturun üstünə yıxılmışdır. Təqsirləndirilən şəxs bu zaman onu üstündən basmağa başlamışdır. Lakin, armatur əyildiyindən Təqsirləndirilən şəxs onunla birlikdə yerə yıxılmışdır. Daha sonra o, ayağa qalxdıqda 2 nəfər qadının onun yerdə uzanmış vəziyyətdə olan arvadını döydüyünü, tanımadığı bir kişinin isə onun qarın nahiyəsinə təpiklə zərbələr endirdiyini görmüşdür. Dərhal yaxınlaşıb arvadını qaldırmış və yaşadığı evə getdikdən sonra hadisə barədə hüquq-mühafizə orqanına məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayından etibarən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxs və ailə üzvləri onların həyətdə yerləşən bağçada oynayan övladlarına dəfələrlə irad bildirmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində azyaşlı övladları həyətdə olan bağçada oynayarkən qonşuluqda yaşayan tanımadığı qadın onların oynamasına icazə verməmiş, irad bildirmiş, nalayiq ifadələr işlətmişdir. O, uşaqlarını dərhal evə çağırmış, eyni zamanda işdən evə gəlməkdə olan ərin Zərərçəkmiş şəxs zəng edərək baş verənləri danışmış, ona həyətdə toplaşmış həmin qonşulara məhəl qoymadan evə gəlməsini tapşırmışdır. Bundan sonra balaca oğlu eyvandan baxarkən atasının evə gəldiyini dedikdə o, pəncərəyə yaxınlaşmış, Zərərçəkmiş şəxs qonşuluqda yaşayan tanımadığı bir qadın və bir kişi ilə avtomobilinin yanında dayanıb söhbət etdiyini görmüş, onların yanına getmişdir. O, Təqsirləndirilən şəxs bacıları ilə mübahisə edərkən sonuncunun Aygün adlı bacısı onun üz nahiyəsindən əli ilə vurmuşdur. Daha sonra münaqişə böyümüş Təqsirləndirilən şəxs də onun əri Zərərçəkmiş şəxs döymüşdür. Ətrafda toplaşan şəxslər onları ayırdıqdan sonra o, əri ilə yaşadığı evə getmiş və hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 iyul 2022-ci il tarixdə saat 18:00 radələrində həyətdə bacıları və qardaşı ilə söhbət edərkən orada həmin vaxt topla oynayan uşaqların onun hamilə bacısına xəsarət yetirəcəyindən narahatlıq keçirdiyi üçün ərazidən uzaqlaşmasını istəyərkən uşaqların anası tərəfindən onlara qarşı nalayiq ifadələr səsləndirilmişdir. Onlar da həmin ifadələrə cavab verdikləri üçün aralarında mübahisə və münaqişə baş vermişdir. Təxminən 30 dəqiqədən sonra həmin qadının əri Zərərçəkmiş şəxs işdən gəlmiş və bu zaman qardaşı Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs arvadı da onların olduğu yerə yaxınlaşmış, mübahisə və münaqişə böyümüş, Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs əlbayaxa olmuşlar, onları həmin vaxt qonşuların köməkliyi ilə sakitləşdirmək mümkün olmuşdur. Sonra hər biri evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 14 iyul 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı Qaradağ rayonu, Qobu park 3 yaşayış kompleksinin həyətində dayanmışdır. Bu zaman bir qədər aralıda olan 36 saylı binanın qarşısında səs-küy olduğunu və insanların toplandığını görmüşdür. Dərhal həmin yerə getmiş, dayısı Təqsirləndirilən şəxs və sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin yerdə uzanıqlı vəziyyətdə bir-birilərini vurduqlarını görmüşdür. Dərhal onları uzaqlaşdırmış, o,dayısı Təqsirləndirilən şəxs, başqa bir şəxs də Zərərçəkmiş şəxs ayağa qaldırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs arvadı ilə hadisə olan yerdən getmişlər. Təxminən 10 dəqiqə orada qaldıqdan və nisbətən sakitlik yarandıqdan sonra o da həmin ərazidən yaşadığı evə getmişdir. Cinayət işinin 1-3-cü vərəqələrində olan 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 27-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, 486 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – başın sol gicgah nahiyəsinin dərialtı hematoması, başın ənsə nahiyəsinin qançırı, sol gözaltı, sol çiyin qurşağının arxa səthinin, sağ qoltuqaltı, sol dirsək oynağının və sol diz oynağının sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə başın sol gicgah nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, başın ənsə nahiyəsinin qançırı, sol gözaltı, sol çiyin qurşağının arxa səthinin, sağ qoltuqaltı, sol dirsək oynağının və sol diz oynağının sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 53-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 117-122-ci vərəqələrində olan 101431 nömrəli vəsiqənin, nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ıı qrup əlil olmaqla xx.xx.2014-cü il tarixdə X1 ilə nikaha daxil olmuş, övladları xx.xx.2015-ci il tarixdə X4, xx.xx.2017-ci il tarixdə X5 və xx.xx.2019-cu il tarixdə X7 doğulmuşdur. Cinayət işinin 131-132-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmamaqla ona yüngül cəza verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsininn əzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il № 15 qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf edərək əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı övladının olmasını, İİ qrup əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1 və 44.1-ci maddələrinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi yardıma görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi yardıma görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-29/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-29/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver