Məhkəmə qərarları › İş №1(002)-29/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-29/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-29/2025 21.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs X7 iştirakları ilə, xx xxxxx 1994-cü ildə Zərdab rayonu, Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (himayəsində bir azyaşlı uşağı olan), işsiz olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzadan 01 il 04 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək CM-nin 76.6.3, 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 (iki) il 10 (on) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmış, Zərdab rayonu Çallı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X12 özgə əmlakını gizli olaraq talamağa, yəni oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, "xxxx" MMC-nin "Bravo" paylama mərkəzinin yaxınlığında açıq sahədə 01 ədəd metal konstruksiyalı konteyner olduğunu görüb Azərbaycan Supermarket MMC-yə məxsus 2500 manat dəyərində olan həmin konteyneri talamaq qərarına gələrək 17 iyul 2024-cü il tarixdə saat 17:00 radələrində sifarişlə dəvət etdiyi Şahid2 idarə etdiyi “Mercedes Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı evakuatora yükləyən zaman Bravo paylama mərkəzinin xidmətdə olan növbə rəisləri Nümayəndə1 və Şahid1 hadisə yerinə gələrək onu cinayət başında saxlayaraq Qaradağ RPİ-yə məlumat vermələri səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş əməlini iradəsindən asılı olmayaraq başa çatdıra bilməyib özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 ona Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisənin baş vermə vaxtı yadından çıxsada hadisə yay vaxtlarında baş vermişdir. Təxmini 5-6 il bundan qabaq bravo şirkətində işləmişdir. Həmin konteyner orada qamışlıq kimi olan bir yerdə olmuşdur. Köhnə konteyner idi. Həmin vaxtı oradan keçən evakuator sürücüsünə orada olan konteyneri götürməyi təklif etmişdir. Həmin konteyneri götürmək istəyən zaman nəzarətçilər gəlib onları tutmuşdurlar. Həmin konteyneri metal əritmə yerinə aparıb satmaq istəyirmiş həmin vaxt maddi sıxıntıları olmuşdur. Ona verilən suallara əlavə olaraq bildirmişdir ki, evakuator sürücüsünə orada olan konteyneri götürəcəklərini bildirmişdir ancaq konteynerin oğurluq olduğunu ona deməmiş, konteynerin yalandan ona məxsus olduğunu bildirmişdir. Daha sonra o öz ifadəsində törətdiyi əməlini etiraf edərək əməlindən peşman olduğunu, arvadının vəfat etdiyini himayəsində azyaşlı uşağının olduğunu və özünün də xəstə olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X12 ibtidai istintaq zamanı verdiyi ifadəsini bildirmişdir ki, 19 iyul 2024-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, heç bir yerdə işləmədiyi üçün maddi sıxıtılardan əziyyət çəkir. O, əvvəllər Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Bravo paylama mərkəzində fəhlə kimi işləmişdir. Maddi sıxıntılarını həll etmək üçün ona pul lazım olmuş, o, həmin pulu başqa bir yerdən əldə edə bilməyəcəyini yəqin etmişdir. Belə ki, onun gəliri yox imiş və buna görə də hər hansı bir şəxsin ona borc verməsi mümkün deyilmiş. O, təcili pul lazım işlədiyi Lökbatan qəsəbəsində fəaliyyət göstərən Bravo paylama mərkəzinin yaxınlığında açıq sahədə olduğu üçün yalnız oğurluq edərək pul əldə etmək barədə düşünmüşdür. İlk oğlaraq fikrinə tikintisində olan 1 ədəd konteyneri oğurlamaqla ələ keçirib satmaq gəlmiş, paylama mərkəzində tikintidə çalışdığı zaman da həmin konteyner orada imiş. O, həmin konteyneri oğurlamaq üçün əvvəlcə evakuator tapmaq qararına gəlmiş, evakuator sürücüləri ilə bu barədə danışmaq üçün 17 iyul 2024-cü il tarixdə saat 16 radələrində Lökbatan dairəsinə getmiş, Lökbatan dairəsində dayanmış evakuator sürücüsü Şahid2 ilə bu barədə danışıb razılaşmış, Tarixə Bravo paylama mərkəzinin yaxınlığında olan konteynerin özünə məxsus olmasını demişdir. Tarixlə həmin konteyneri olduğu yerdən Dərnəgül şosesinə aparıb təmir üçün təhvil verməyi 80 manat pul müqabilində razılaşmış, ardınca Tarixlə birlikdə evakuatorla konteynerin olduğu yerə gəlmişdir. Əslində isə o, konteyneri Dərnəgül şosesində fəaliyyət göstərən metal qəbulu məntəqəsində təxminən 400 manata satmaq fikrində imiş, o, evakuator sürücüsünə istiqamət verərək evakuatoru konteynerin yanına sürməsini xahiş etmiş, onun istəyinə əsasən Tarix evakuatoru həmin yerə sürmüşdür. O, Tarixlə birlikdə konteyneri evakuatora yükləmək istəyən zaman iki nəfər şəxs gəlib onlara yaxınlaşmış, həmin şəxslər onlara Bravo paylama mərkəzinin mühafizçiləri olmasını demiş, mühafizəçilər ondan nə etmək istədiyini soruşduqda o da mühafizəçilərə “man avval Bravo paylama mərkəzində işləmişəm, konteyneri götürüb aparıram" demişdir. Mühafizəçilər ona konteynerin Bravo paylama mərkəzinə maxsus olmasını bildirmiş və ondan işi dayandırmasını tələb etmişlər. O da mühafizəçilərin tələbinə əsasan konteynerin evakuatora yüklənməsini dayandırmışdır. Mühafizəçilər bununla bağlı polisə məlumat vermiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o, evakuator sürücüsü Tarix və mühafizəçilərlər birlikdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə gedərək izahat vermişdir. O, hadisəni tək halda törətmiş, baş vermiş hadisə ilə bağlı bu və ya digər formada ona heç kas kriminal yardım etməmiş, evakuator sürücüsü Şahid2 onun cinayətkar niyyətindən xəbərdar olmamışdır. O, öz kriminal niyyətini və hərəkətlərini mühafizəçilər tərəfindən ifşa edildiyinə görə tam olaraq başa çatdıra bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, X2 məxsus olan X3 icarəyə götürdüyü **-FM-*** dövlət qeydiyyat nişanlı evakuatoru idarə etməklə yük daşıma fəaliyyəti ilə məşğul olur, o, adətən müştəriləri qəbul etmək üçün Lökbatan dairəsində dayanıb gözləyir. X8 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. O, 17 iyul 2024-cü il tarixdə saat 16 radələrində istifadəsində olan evakuatorla birlikdə Lökbatan dairəsində gözləyən zaman Ruslan ona tərəf gəlib yaxınlaşaraq "mən Azərbaycan Supermarket MMC-də mühafiəçi işləyirəm, həmin şirkətə məxsus Lökbatan qəsəbəsi ərazisində yerləşən Bravo paylama mərkəzinin yaxınlığında şirkətə məxsus 1 ədəd konteyner var. Həmin konteyneri Dərnəgül şosesində yerləşən təmir məntəqəsinə aparıb təmirə vermək lazımdır. Konteyneri evakuatorla apara bilərsən?" demiş, o da cavabında Ruslandan konteynerin sənədinin olub-olmamasını soruşmuşdur. Ruslan ona "gəl bir bax gör, konteyneri evakuatora yükləyə biləcəksən ya yox. Əgər yükləyə bilsən mən sənəd alacam” demişdir. Qiymətlə bağlı yekun olaraq Ruslanla 80 manata razılaşdıqdan sonra birlikdə Ruslanın göstərdiyi ünvana doğru getmişdir. Qısa bir məsafə qət edib mənzil başına çatdıqdan sonra Ruslan Bravo paylama mərkəzinin yaxınlığında açıq sahədə olan konteyneri ona göstərmiş, o da evakuatoru konteynerin yaxınlığında saxlamışdır. Evakuatordan aşağı endikdən sonra Ruslan konteyneri ona əli ilə göstərib "sən bax gör konteyneri yükləyə bilirsən? Mən mağazaya gedib bura qayıdacam" demiş və oradan uzaqlaşıb getmişdir. Lakin, o, heç bir hərəkət etməmiş və Ruslanın qayıtmasını və özünün konteyneri evakuatora yükləməsi üçün gözləmişdir. Təxminən 15 dəqiqə sonra Ruslanın geri qayıtmadığını görüb ona zəng vurmuş, Ruslan telefonda ona "gözlə 5 dəqiqəyə gəlirəm ora" demiş, təxminən 5-10 dəqiqə ərzində Ruslanın geri qayıtmadığını görüb evakuatora əyləşib oradan uzaqlaşmaq istəmişdir. Həmin anda Ruslanın geri qayıtdığını görüb evakuatoru saxlamış və Ruslan onu geri qayatrıb ona "gəl, əgər yükləyə bilməsəm konteyneri avtokarla evakuatora yükləyəcəm" demişdir. O, Ruslanla birlikdə konteynerin yanına qayıtmış, Ruslanın tələbi ilə evakuatorun yek yerini aşağı endirmiş, Ruslan konteyneri evakuatora yükləmək istəyən zaman Bravo paylama mərkəzinin iki mühafizəçisi onlara gəlib yaxınlaşmışdır. Mühafizəçilər onlara özlərini təqdim edərək Nümayəndə1 və Şahid1 olmalarını deyərək onlardan nə etmələri barədə soruşmuşlar. O, mühafizəçilərə evakuator sürücüsü olmasını bildirərək əli ilə işarə edərək əraziyə Ruslanın sifarişi əsasında gəldiyini demişdir. Mühafizəçilər Ruslana konteynerin Bravo paylama mərkəzinə məxsus olmasını və onun qanunsuz hərəkət etdiyini bildirmiş, Ruslan da öz növbəsində ifşa edildiyini anlayaraq su içmək bəhanəsi ilə aradan çıxıb qaçmaq istəmişdir. Mühafizəçilər Ruslanın qaçmaq istədiyini başa düşüb onun qaçmasının qarşısını alaraq qaçmasına imkan verməmiş, bir qədər sonra verilmiş məlumata uyğun olaraq hadisə yerinə polis əməkdaşları gəlmiş, o, evakuator sürücüsü Tarix, Ruslan və digər mühafizəçi Əmrahla birlikdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə gedərək izahat vermişdir. O, Ruslanının kriminal niyyətindən əvvəlcədən heç bir məlumatının olmadığını, Ruslanın kriminal niyyətinin mühafizəçilər tərəfindən onun hərəkətləri ifşa edildikdən sonra aşkar olunmasını, Ruslanın kriminal niyyətini və hərəkətlərini məhz mühafizəçilərin onun ifşa etməsi səbəbindən başa çatdıra bilmədiyini bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron sistem vasitəsi ilə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs X9 qarşı olan şikayətlərinin davam etdiyini, aralarında heç bir barışıq əldə olunmadığını, həmin şəxsin qanuna uyğun olaraq cəzaladırılmasını və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahid Nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayından Azərbaycan Supermarket Məhdud Məsuliyyətli Cəmiyyətinin Bravo paylama mərkəzində növbə rəisi vəzifəsində işləyir, onun işi paylama mərkəzinin ərazisini mühafizə etməkdən ibarətdir. İşlədiyi Bravo paylama mərkəzi Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərir. 17 iyul 2024-cü il tarixdə saat 17 radələrində o, işlədiyi Bravo paylama mərkəzinə doğru piyada gəlirmiş, bu zaman o, paylama mərkəzinin yaxınlığında açıq sahədə olan Azərbaycan Supermarket MMC-yə maxsus 1 ədəd konteynerin tanımadığı iki nəfər şəxs tərəfindən evakuatora yüklənməsini kənardan müşahidə etmiş, dərhal bu barədə növbətçi növbə rəisi Şahid1 məlumat xidmət rəisi Mustafa Hacıyevi də mobil telefon vasitəsilə vermişdir. Elnurla bərabər o, məlumatlandırmış, xidmət rəisi ondan polisə məlumat verməyi tələb etmişdir. O, digər növbə rəisi Şahid1la birlikdə həmin əraziyə yaxınlaşmış sonradan adının X12 olmasını bildiyi şəxsdən konteyneri evakuatora yükləməsinin səbəbini soruşmuş, həmin anda Ruslan öz qanunsuz hərəkətlərini dayandırıb ona yaxılaşmışdır. Ruslan ona əvvəllər Bravo paylama mərkəzində işlədiyini, həmin konteynerin Kamran adlı şəxsə məxsus olmasını bildirmiş, Kamran adlı şəxsin yaxınlıqda olmasını, bu səbəbdən də konteyneri evakuatora yükləyib aparmaq istədiyini demişdir. O, konteynerin Bravo paylama mərkəzinə məxsus olmasını dəqiq bilirmiş, həmin konteyner tikinti işləri aparılan zamandan həmin ərazidə imiş, buna görə də o, Ruslanın yalan danışdığını güman etmişdir. O, Ruslandan Kamran adlı şəxsi əraziyə dəvət etməsini tələb etmiş, Ruslan cavabında müxtəlif bəhanələr gətirərək diqqəti məsələdən yayındırmaq istəmiş, Ruslan özü də ifşa edildiyini başa düşmüşdür. O, evakuator sürücüsündən məsələ ilə bağlı soruşduqda evakuator sürücüsü ona həmin əraziyə sifarişlə gəlməsini deyərək Ruslanın həmin konteyneri oğurlamaq istəməsindən tamamilə xəbərsiz olmasını bildirmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o, evakuator sürücüsü Tarix, Ruslan və digər mühafizəçi Elnurla birlikdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə gedərək izahat vermişdir. O, konteynerin Bravo paylama mərkəzinin yaxınlığında yerləşdiyini, həmin əraziyə giriş-çıxışın sərbəst olmasını bildirmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumat verilsədə o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 ifadəsi elan edilmiş kimi qəbul olunmuşdur. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o hazırda Azərbaycan Supermarket MMC-nin Bravo paylama mərkəzinin növbə rəisi vəzifəsində işləyir. Təxminən 2017-ci ilin yanvar ayından həmin işdə çalışır. Onun işi həmin paylama mərkəzinin arazisini mühafizə etməkdən ibarətdir. İşlədiyi Bravo paylama mərkəzi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşir. 17 iyul 2024-cü il tarixdə saat 17 radələrində o işdə olan zaman Bravo paylama mərkəzinin yaxınlığında açıq sahədə Azərbaycan Supermarket MMC-yə məxsus olduğunu bildiyi 1 ədəd konteynerin olduğu yerə tərəf tanımadığı iki nəfər şəxsin gəlib baxdığını və daha sonra çıxıb getdiyini görmüşdür. Bir qədər sonra həmin iki nəfər şəxs evakuatorla yenidən həmin əraziyə gəlib konteynerin yanında dayanmışlar. Bir qədər sonra həmin şəxslərdən biri oradan çıxıb getmişdir. Ardınca isə təxminən bir neçə dəqiqə sonra evakuator sürücüsü də evakuatorla birlikdə həmin ərazini tərk etmişdir. Bir neçə dəqiqədən sonra isə həmin iki nəfər şəxs evakuatorla birlikdə həmin yerə qayıtmışdır. Evakuatoru idarǝ edən deyil, digər şəxs evakuatoru konteynerin yanında saxlamağa işarə vermişdir. Daha sonra o, konteyneri evakuatora yükləmək istəmişdir. Bu zaman o həmkarı Nümayəndə1 da gəlib çıxmışdır. O Əmraha bu barədə demişdir. Daha sonra Əmrahla birlikdə həmin şəxslərə doğru hərəkət edib onlara yaxınlaşmışlar. Bravo paylama mərkəzi ilə həmin konteynerin arasında olan məsafə təxminən 250-300 metr təşkil edir. O Əmrahla həmin əraziyə gedib konteynerə yaxınlaşdıqda sonradan adının X12 olmasını bildiyi şəxsdən konteyneri evakuatora yükləməsinin səbəbini soruşmuşdur. Bu zaman Ruslan öz qanunsuz hərəkətlərini dayandırıb onlara yaxınlaşmışdır və onlara əvvəllər Bravo paylama mərkəzində işlədiyini, həmin konteynerin Kamran adlı şəxsə məxsus olmasını, Kamran adlı şəxsin yaxınlıqda olmasını və məhz buna görə də konteyneri evakuatora yükləyib aparmaq istədiyini demişdir. O Əmrahla birlikdə onun yalan danışdığını başa düşmüşlər. Çünki, o konteynerin Bravo paylama mərkəzinə məxsus olmasını və tikinti işləri başlanan zamandan bəri həmin konteynerin orada olduğunu dəqiq bilmişdir. X15 adlı şəxsi həmin yerə dəvət etməsini tələb etmişdir. Ruslan müxtəlif bəhanələr gətirərək vəziyyətdən çıxmağa çalışmışdır, lakin, yalan danışmasının və etdiyi hərəkətlərin ifşa edildiyini artıq özü də başa düşmüşdür. Belə ki, Ruslan su içmək bəhanəsi ilə aradan çıxıb qaçmaq istəmiş. O və Əmrah Ruslanın qaçmaq istədiyini görüb ondan qaçmamasını tələb etmişlər. O, isə dayanıb gözlədi. Həmin vaxtı Əmrah bu barədə xidmət rəhbərliyinə məlumat vermişdir. Xidmət rəhbərliyi də öz növbəsində bu barədə polisə məlumat verməyi tələb etmişdir. Əmrah dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə polisə məlumat vermişdir. Bir qədər sonra Qaradağ RPİ-ə gedərək orada hadisə ilə bağlı izahat vermişlər. Həmin vaxt 10-cu Polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Onlar polis şöbəsinə gedərək hadisə ilə bağlı izahat vermişlər. Ruslan həmin vaxtı Mercedes Benz markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı evakuator həmin konteyneri yükləməyə çalışmışdır. O və Əmrah evakuator sürücüsündən bu barədə soruşduqda o, bizə həmin yerə sifarişlə gəldiyini və həmin konteyneri Ruslanın oğurlamaq istəməsindən tamamilə xəbərsiz olduğunu bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tamamilə xəbərsiz olduğunu bildirdi. dayandırdı. Xeyr, mən Ruslana bu barədə bildirdikdən sonra o, öz qanunsuz hərəkətlərini bildirdim. Bundan sonra o, dayandı. Xeyr, Tarix Ruslana heç bir kömək göstərmmişdir. Həmin vaxtı o, kənarda dayanmışdır. Həm də həmin vaxtı mən Tarixdən bu barədə soruşduqda o, mənə həmin əraziyə sifarişlə gəldiyini, Ruslanın konteyneri oğurlmaq istəyindən tamamilə xəbərsiz olmasını bildirdi. Orada Ruslandan və Tarixdən başqa hər hansı bir şəxs olmayıb. Hadisəyə mən, digər növbə rəisi Nümayəndə1 və evakuator sürücüsü Şahid2 şahidlik edib. Nə mən, nə də ki, Nümayəndə1 həmin anda Ruslan Mahmudlu və Şahid2 qarşı heç bir qanunsuz hərəkət etməyib. Mən və Əmrah sadəcə olaraq Ruslanın qaçmaq istədiyini görüb onun qaçmasının qarşısını almaq üçün ondan dayanmağı tələb etmişik və onun qaçmasının qarşısını almışıq. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” 17 iyul 2024-cü il tarixli protokoldan da görünür ki, X12 17 iyul 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazsində fəaliyyə göstərən “Bravo” paylama mərkəzinin yaxınlığında açıq sadəhədə olan Zərərçəkmiş şəxs Məhdud Məsuliyyəti Cəmiyyətə məxsus 01 ədəd konteyneri oğurlamağa cəhd etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “baxış aparılması haqqında” 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyəti Cəmiyyətə məxsus konteynerə baxış keçirilən zaman konteyner dəmir şiferlərdən hazırlandığı müəyyən edilmişdir. Konteynerin arxa sol tərəfindən içəriyə daxil olmaq üçün açıq girişi, həmçinin, sağ yan tərəfdən isə günlüyü vardır. Ölçü avadanlığından istifadə edilməklə konteynerin eninin 2.40 metr, hündürlüyünün 2.45 metr, uzunluğunun isə 6 metr təşkiç etdiyi konteynerin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəbəsi ərazisində fəaliyyət göstərən “Bravo” paylma mərkəzinin yaxınlığında açıq sahədə olması müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 sentyabr 2024-cü il tarixli protokolda da təqsirləndirilən şəxs X12 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərməklə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli, 9/6080 nömrəli rəyindən müəyyən olunmuşdur ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd eni 2,40 m, hündürlüyü 2,45 m, uzunluğu isə 6 m. olan konteynerin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2500,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən aydın olur ki, 30 oktyabr 2016-cı il tarixdə doğulmuş X4 atası X10r. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Zərdab RİHB-nın Çallı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə X12 müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, təqsirləndirilən şəxs X12 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarına əsasən cəzadan 01 il 04 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhər, Qaradağ rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən X9 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cu maddəsinə əsasən X7 tutma altında və həbsdə olduğu 01 (bir) ay 17 (on yeddi) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinin tələbindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X7 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə tövsif edilmişdir. X7 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, X7 əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X7 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, X9 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, təqsirləndirilən şəxs X12 qeyd olunan cinayət əməlinə görə 18 iyul 2024-cü il tarixdə saat 17:38-də şübhəli şəxs kimi tutulmuş, 19 iyul 2024-cü il tarixdə saat 17:02-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon Prokurorluğuna vəsatətlə müraciət olunmuş, vəsatət təmin edilməmişdir və şəxs dərha MSY-dən azad olunmuşdur. Daha sonra Qaradağ RPİ-nin müstəntiqi tərəfindən təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmişdir. Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 dekabr 2024-cü il tarixli hökmündən aydın olur ki, X7 01 (bir) ay 17 (on yeddi) gün tutma altıda və həbsdə olduğu cəza təyin edilərkən nəzərər alınmışdır. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Supermarket Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 01 ədəd konteyner Bravo paylama mərkəzində saxlanılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxs X5 tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı X7 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı X7 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs X9 göstərilmiş hüquqi yardımla bağlı 300 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X12 Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırkı cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər, Qaradağ rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü ilə CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla X9 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X7 birinci hökm üzrə tutulduğu və həbsdə qaldığı 01 (bir) ay 17 (on yeddi) gün və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və X9 qəti olaraq 03 (üç) il 01 (bir) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 hal-hazırda Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasının əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxs X5 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Supermarket Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bravo” paylama mərkəzində saxlanılan 01 ədəd konteynerin sahibinə verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs X9 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 saata görə 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar