Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-291/2020 19.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, hadisə baş verən zaman bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində fəaliyyət göstərən “Neft-qaz trestində” quraşdırıcı işləmiş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 20 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 18 nömrəli binanın 1-ci girişində (blokunda) xx.xx.2013-cü il təvəllüdlü 14 yaşına çatmayan Zərərçəkmiş şəxs zor tətbiq etmədən bir əli ilə sonuncunun sağrı nahiyyəsindən digər əli ilə cinsi orqanından tutub Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 18 nömrəli binanın 2-ci blokunda yaşayır. xx.xx.2020-ci il tarixdə günorta yeməyi yeyən zaman bir qədər spirtli içki araq qəbul etmişdir. Daha sonra həmin gün təxminən saat 15:00 radələrində həyətə düşmək qərarına gəlmiş və yaşadığı evin həyətinə düşdükdə həyətdə 5-6 nəfər azyaşlı uşağın oynadığını və səs-küy saldığını görmüşdür. O, həmin uşaqlara öz bloklarının yanında oynamalarını irad tutmuş və həmin uşaqlarda həmin yeri tərk edib getmişlər. Bir müddət keçdikdən sonra o həyətdə olarkən başı hərlənməyə başlamış və o hiss etmişdir ki, təzyiqi düşüb. Bundan sonra o dərman qəbul etmək məqsədilə yaşadığı evə getmək istəyərkən blokun girişində başı gicəllənmiş və yerə yıxılmamaq üçün həmin vaxt blokun içərisində qarşısında dəyanan bir qız uşağının qabaq nahiyyəsindən, yəni cinsiyyət orqanı olan yerdən bir əli ilə tutaraq müvazinətini saxlamaq istəmişdir. Bu zaman həmin qız uşağı səs çıxarmış və o görmüşdür ki, həmin uşaq bir neçə dəqiqə əvvəl həyətdə səs-küy saldığı üçün irad utduğu azyaşlı uşaqlardan biridir. Daha sonra o, ayağa qalxıb həmin qızın qolundan tutaraq ona gedib öz blokunda oynamasını bildirmiş və onu çölə çıxartmışdır. Bir neçə dəqiqədən sonra blokun giriş hissəsində dayandığı zaman tanımadığı bir oğlan ona yaxınlaşıb, onun azyaşlı uşağa sataşmasını bildirərək sifət nahiyyəsinə bir sillə vurub köynəyinin yaxasından tutub dartaraq, köynəyinin yaxası cırmışdır. Bir neçə dəqiqə sonra həmin uşağın nənəsi gəlib onu nalayiq sözlərlə təhqir etmişdir. Onu söymələrinin və oğlanın ona sillə vurmasının səbəbini soruşduqda azyaşlı uşağa sataşdığına görə vurduqlarını və söydüklərini demişlər. O da özünü uşağın nənəsi kimi təqdim edən şəxsə onların uşaqlarına sataşmadığını, həmin uşağın səs-küy saldığı üçün onun qolundan tutub öz bloklarında oynaması üçün çölə çıxardığını bildirmişdir. Onun azyaşlı Zərərçəkmiş şəxs qarşı hər hansı bir əxlaqsız hərəkət etmək fikri olmamış və o, belə bir hərəkət etməmişdir. Zərərçəkmiş şəxs valideyinləri ona şər və böhtan atır. Son olaraq məhkəməyə müraciət edərək ona verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edib, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi və məsləhətçi-psixoloq X4 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qardaşı Xəlil, anası Günel, babası Firudun və nənəsi Reyhan ilə birlikdə yaşayır. Onun valideynləri ayrılmışlar və o, anasının himayəsindədir. xx.xx.2020-ci il tarixdə 13 radələrində uşaqlarla oynamaq üçün həyətə düşmüşdür. O, dostları Mələk, Cahan və Aysu ilə əvvəlcə “bayraq-bayraq”, daha sonra isə “gizlənpaç” oynamışdır. O, “gizlənpaç” oynayarkən əvvəlcə rəfiqəsi Aysu ilə 1-ci bloka girib pilləkanın altında gizlənmişdir. Həmin vaxt ona qarşı əxlaqsız hərəkət edən kişinin bloka daxil olmasını görəndə Aysu ilə birlikdə blokdan çölə qaçmışlar. Bundan sonra yenədə “gizlənpaç” oynayanda o, yenidən tək yaşadığı binanın 1-ci blokuna daxil olub, sol tərəfdə qapının arxasında gizlənmişdir. Bu zaman bir az bundan əvvəl bloka daxil olmuş həmin yaşlı kişi yenədə bloka daxil olub, “gəlirlər, gəlirlər” deyib ona yaxınlaşmış, bir əli ilə arxa sağrı nahiyyəsindən, digər əli ilə isə qabaqdan, yəni cinsiyyət orqanından tutub onu yuxarı qaldırmış və ayaqları yerdən üzüləndə o, səs çıxardığından və həmin şəxs onu yerə qoymuşdur. Həmin vaxt blokda heç kim olmamışdır. O, bərk qorxmuş və dərhal yaşadığı evə qaçmışdır. Evə daxil olanda anası onun həyəcanlı olmasını görüb nə baş verdiyini soruşmuşdur. O da anasına hadisəni olduğu kimi danışmışdır. Bu söhbəti anası evdə olan nənəsinə danışmış və nənəsi evdən çıxıb həmin kişinin üstünə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, həyat yoldaşı ilə ayrılmışdır və hazırda azyaşlı qızı Xədicə qardaşı ilə anasının himayəsində yaşayır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində azyaşlı qızı Xədicə bərk stress keçirmişdir. Təqsirləndirilən şəxsin azyaşlı qızına qarşı törətdiyi hərəkət qəbul olunmazdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onunla barışmaq niyyətinin olmadığını nəzərə alınaraq təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qayda da ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə həyat yoldaşı ilə ayrılmışdır. İki övladı onun himayəsindədir və onlarla birlikdə valideynlərinin yaşadığı ünvan 1 mənzil 22 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır, 166 nömrəli orta məktəbin ibtidai sinif şagirdidir. Qızı Xədicə xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində yaşadıqları evdən çıxıb oynamaq üçün həyətə düşmüş və uşaqlarla oynamışdır. Həmin gün təxminən saat 13:30 radələrində Xədicə həyəcanlı vəziyyətdə evə daxil olmuşdur. O, Xədicənin həyəcanlı olmasını görüb ondan nə baş verdiyini soruşmuşdur. Xədicə ona uşaqlarla “gizlənpaç” oynayan zaman 1-ci bloka daxil olub qapının arxasında gizləndiyini, bu zaman bir nəfər kişinin bloka daxil olub “gəlirlər” deyib ona yaxınlaşıb, bir əli ilə arxa sağrı nahiyyəsindən, digər əli ilə isə qabaqdan, yəni cinsiyyət orqanından tutub onu yuxarı qaldırdığını və ayaqları yerdən üzüləndə, onu yerə qoyduğunu və onun qorxaraq evə qaçdığını bildirmişdir. O, Xədicədən baş verənlər barədə dəfələrlə soruşmuş, qızı ağlaya-ağlaya ona baş verənləri eyni ilə danışmışdır. Daha sonra o, bu barədə anası Reyhana danışmış və anası evdən çıxaraq, həmin şəxsin üzərinə getmişdir. Onların yaşadıqları binanın 1-ci blokuna həmin kişinin üstünə getmiş və təxminən 10 dəqiqə sonra əsəbi vəziyyətdə evə gəlib, DİN-nin 102 xidmətinə zəng edib baş verənlər barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişlər, o, Qaradağ RPİ-nin 10-cu PB-nə gedib orada şikayət ərizəsi və izahat yazmışdır. 10-cu PBdə məlum olmuşdur ki, qızı Xədicəyə qarşı əxlaqsız hərəkət edən şəxs qonşuluqda yaşayan Kamal adlı yaşlı kişidir. Daha sonra eşitmişdir ki, Kamal əvvəllər də dəfələrlə sərxoş olub məhəllədə azyaşlı qızlara qarşı belə bir formada əxlaqsız hərəkətlər etmişdir. O, həmin şəxsi əvvəllər tanımamış, onunla aralarında hər hansı bir ədavəti və ya düşmənçliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, qızı Şahid2 azyaşlı uşaqları ilə birlikdə ərindən ayrıldıqdan sonra onlarla birlikdə ünvan 1 mənzil 22 ünvanında yaşayır. Nəvəsi Xədicə xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində yaşadıqları evdən çıxıb oynamaq üçün həyətə düşmüşdür. Xədicə həyətdə qonşu uşaqlar ilə oynamış və təxminən saat 13:30 radələrində evə qayıtmışdır. Xədicə evə gələrkən o, mətbəxdə yemək bişirmişdir. Daha sonra qonaq otağına keçərkən qızı Günelin nəvəsi Xədicə il söhbət etdiyini, azyaşlı nəvəsinin anasına söhbəti danışaraq ağladığını görmüşdür. Qızı Günel ona otaqdan çıxmasını, onun özünün Xədicədən nə baş verdiyini öyrənib ona deyəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra qızı Günel ona yaxınlaşıb Xədicənin uşaqlarla “gizlənpaç” oynayarkən 1-ci bloka daxil olub qapının arxasında gizlənən zaman bir nəfər kişinin bloka daxil olub “gəlirlər, gəlirlər” deyib ona yaxınlaşaraq, bir əli ilə onun arxa sağrı nahiyyəsindən, digər əli ilə isə qabaqdan, yəni cinsiyyət orqanından tutub onu yuxarı qaldırdığını və ayaqları yerdən üzüləndə o, səs çıxartdığından, həmin kişinin onu yerə qoyduğunu və nəvəsinin qorxaraq evə qaçdığını bildirmişdir. Qızı Günel ona bu sözləri deyərkən o, əsəbiləşib Xədicə ilə birlikdə evdən çıxıb həmin şəxsin üzərinə getmişdir. O, blokdan çıxanda sonradan adının Kamal olduğunu bildiyi şəxsin binanın 2-ci blokunun qarşısında daşın üzərində əyləşib siqaret çəkdiyini görmüşdür. O, Xədicədən ona qarşı pis hərəkət edən şəxsin həmin kişi olduğunu soruşduqda Xədicə təsdiq etmişdir. O, Xədicəyə evə getməsini bildirmiş və həmin şəxsə yaxınlaşaraq “utanmırsan, yekə kişisən, bu nə hərəkətdir uşağa qarşı etmisən” sözlərini demişdir. Həmin kişi ona Xədicənin onun nəvəsi yaşında olduğunu, ona qarşı pis hərəkət etmədiyini bildirmişdir. Həmçinin onun arxası ilə gələrək, onu polisə şikayət edəcəyi ilə hədələmişdir. O, bundan sonra əsəbi vəziyyətdə evə gedib DİN-nin 102 xidmətinə zəng edib baş verənlər barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlmişlər və qızı Günel Qaradağ RPİ-nin 10-cu PB-nə gedib orada şikayət ərizəsi və izahat yazmışdır. O, Təqsirləndirilən şəxs baş vermiş hadisəyə kimi tanımamış, onunla aralarında hər hansı bir ədavəti və ya düşmənçliyi olmamışdır. Təqsirləndirilən şəxsla sözlə mübahisə edən zaman ona kiminsə sillə vurub köynəyinin yaxasını dartıb cırmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən ünvan 1 mənzil 33 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, 18 nömrəli binanın 4-cü blokunun 2-ci mərtəbəsində, Şahid2 yaşadığı binanın 3-cü blokunun 1-ci mərtəbəsində, Təqsirləndirilən şəxs isə yaşadığı binanın 2-ci blokunun 5-ci mərtəbəsində yaşayır. Şahid2 valideynləri ilə birlikdə təxminən iki il olar ki, yaşadığı binada kirayədə yaşayır. Təqsirləndirilən şəxs isə onun bildiyinə görə 1994-cü ildən yaşadığı binada yaşayır. Kamalın həyat yoldaşı Mahirə, oğlu və qızı Kamalın özünü normal aparmadığına görə onunla birlikdə deyil, başqa ünvanda yaşayırlar. xx.xx.2020-ci il tarixdə təxminən saat 13:20 radələrində o, azyaşlı oğlu Azəri həyətə düşürmüşdür. O, yaşadığı binanın blokunun qarşısında dayanıb oğlu Azərə nəzarət edərkən, təxminən saat 13:30 radələrində Günelin 7 yaşlı qızı Xədicənin həyəcanlı vəziyyətdə yaşadıqları bloka daxil olmasını görmüşdür. Xədicənin bloka daxil olmasından təxminən 5-6 dəqiqə sonra görmüşdür ki, Xədicə və nənəsi Reyhan həyəcanla küçəyə çıxıb binanın digər tərəfinə gedirlər. O, Reyhanın hara getməsinə baxanda görmüşdür ki, qonşu Kamal 2-ci blokun qarşısında daşın üzərində əyləşib siqaret çəkir. Reyhan isə Xədicədən nə isə soruşmuş, bundan sonra Xədicəni evə göndərmişdir. Bundan sonra Reyhanın Kamala “utanmırsan, yekə kişisən, bu nə hərəkətdir uşağa qarşı eləmisən” sğzlərini deməsini eşitmişdir. Kamalın isə cavabında Reyhana nə cavab verməsini eşitməmişdir. Daha sonra Reyhan geriyə çevrilib, öz yaşadığı blokun qarşısına getmiş, Kamal da onun arxasınca gedib ona demişdir ki, “səni polisə verəcəm, gör sənin başına nə oyun açacağam”. Daha sonra Kamal öz yaşadığı evinə getmişdir. Onun eşitdiyinə görə Kamal qonşu uşaqlara qarşı da əxlaqsız hərəkətlər etmişdir. Belə ki, Kamal 1 il bundan əvvəl yaşadığı bina ilə üzbəüz binada yaşayan Cəmilə adlı qadının 5 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edib sinəsinə əl vurmuş, Cəmilə adlı qadın isə bu barədə polisə şikayət etməyərək yaşadığı binadan köçüb getmişdir. O, Təqsirləndirilən şəxs azyaşlı qız uşaqlarına qarşı əxlaqsız hərəkətlər etməsinin şahidi olmasa da, lakin yaşadığı məhəllədə qonşu qadınlardan eşitmişdir ki, qonşu Kamal azyaşlı qızlara qarşı meyilli olduğu və əxlaqsız hərəkətlər etdiyi üçün dəfələrlə onu qonşular döymüşlər. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər arasında hər hansı bir ədavəti və ya düşmənçliyi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİİ seriyalı 073739 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2013-cü il təvəllüdlüdür. (i.v.8) sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 2/5080 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. (i.v. 10) xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 16, 26) “İfadənin yerində yoxlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanması zamanı müyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 18 nömrəli binanın 1-ci blokunun giriş hissəsində Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin binanın 2-ci blokunun 5-ci mərtəbəsində yaşayır. İfadənin yerində yoxlanması istintaq hərəkəti zamanı protokola əlavə edilməsi üçün fotoşəkillər çəkilmişdir. (İ cild, i.v. 63- 65) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-91/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 98-99) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 514 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən onun bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. (i.v. 101-102) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 X14 tərəfindən verilmiş 375 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 2013cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq prədəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. (i.v.116-118) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 X14 tərəfindən verilmiş 415 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1958ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (i.v.120-122) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza Mərkəzi” X14 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1511 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərinə görə ekstavertə daha yaxındır. Ünsiyyətçil, aktivlik, emosional sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafı, intellektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Lakin azyaşlı olduğundan onunla edilən, qərarın təsviri hissəsində göstərilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs azyaşlı olduğundan intim münasibətin mahiyyətini dərk etmək qabiliyyətinə malik deyil. (i.v.123-125) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza Mərkəzi” X14 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1570 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v.126-127) xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 514 saylı rəyi, xx.xx.2020-ci il tarixli 375 saylı rəyi, xx.xx.2020-ci il tarixli 415 saylı rəyi, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1511 saylı rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1570 nömrəli rəyi işin faktiki hallarına uyğun olduğundan cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin istintaqı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nə əməliyyat tapşırığı göndərilməsi, lakin baş vermiş hadisəni görə biləcək şahidlərin dairəsini eləcə də Təqsirləndirilən şəxs baş vermiş hadisədən əvvəl hansı bir şəxsə qarşı əxlaqsız hərəkət törətməsinin müəyyən edilməsinin mümkün olmaması, Şahid3 ifadəsində Təqsirləndirilən şəxs 1 il bundan əvvəl yaşadığı bina ilə üzbəüz binada yaşayan Cəmilə adlı qadının 5 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edib sinəsinə əl vurmasını göstərməsi ilə əlaqədar Cəmilə adlı qadının şəxsiyyətini və olduğu yeri, Təqsirləndirilən şəxs yaşadığı 18 saylı binanın 2-ci blokunda sillə vurub köynəyinin yaxasını cırmış cavan oğlanın şəxsiyyətini və olduğu yeri müəyyən edib istintaqa təmin etməyin mümkün olmaması barədə əməliyyat tapşırığına cavab alınması xüsusatları nəzərə alınmış, istintaqı məlum olmayan şəxsin Təqsirləndirilən şəxs sifətinə sillə vurması və sonra köynəyinin yaxasından dartıb cırması faktında hər hansı cinayət tərkibi və əlamətləri yaranmadığından qeyd edilən maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı bir əxlaqsız hərəkət etmədiyini, Zərərçəkmiş şəxs blokdan çölə çıxardarkən başı gicəlləndiyi üçün yerə yıxılanda müvazinətini saxlamaq üçün təsadüfən qızın qabaq nahiyyəsindən, yəni cinsiyyət orqanı olan yerdən bir əli ilə tutduğunu bildirməsi özünü müdafiə xarakteri daşıdığından özünü müdafiə kimi qəbul edilib rədd edilmişdir. (i.v.138-146) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun işin faktiki hallarına uyğun və hadisənin baş verməsini əks etdirən ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri və istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs istər ibtidai istintaq dövründə, istərsə də məhkəmədə özünü təqsirli hesab etməyərək, ifadəsində göstərdikləri xüsusatlara münasibətdə məhkəmə hesab edir ki, onun heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş və məhkəmə istintaqı zamanı araşdırılmış digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ilkin ifadəsində, həmçinin daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadəsində ümumiyyətlə zərərçəkmiş şəxsə qarşı hər hansı əxlaqsız hərəkət etməsini təkzib edərək, zərərçəkmiş şəxsin səs-küylə onun yaşadığı bloka girdiyi üçün onun qolundan tutub, öz bloklarında oynamasını deyərək, çölə çıxardığını bildirmişdir. Lakin təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra ilkin verdiyi ifadəsini dəyişərək, zərərçəkmiş şəxsin səsküylə onun yaşadığı bloka girdiyi üçün onun qolundan tutub, öz bloklarında oynamasını deyərək, çölə çıxardığı vaxt başı gicəlləndiyi üçün yerə yıxılarkən müvazinətini saxlamaq üçün azyaşlının qabaq nahiyyəsindən, yəni cinsiyyət orqanı olan yerdən bir əli ilə tutduğunu və daha sonra ayağa qalxıb, uşağa yaxınlaşaraq qolundan tutub gedib öz bloklarında oynamasını bildirərək, çölə çıxardığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində ibtidai istintaqda verdiyi ifadələrdən fərqli olaraq göstərmişdir ki, həyətdə olarkən başı hərlənməyə başlamış və o hiss etmişdir ki, təzyiqi düşüb, bundan sonra o dərman qəbul etmək məqsədilə yaşadığı evə getmək istəyərkən blokun girişində başı gicəllənmiş və yerə yıxılmamaq üçün həmin vaxt blokun içərisində qarşısında dəyanan bir qız uşağının qabaq nahiyyəsindən, yəni cinsiyyət orqanı olan yerdən bir əli ilə tutaraq müvazinətini saxlamaq istəmiş, bu zaman həmin qız uşağı səs çıxarmış və o görmüşdür ki, həmin uşaq bir neçə dəqiqə əvvəl həyətdə səs-küy saldığı üçün irad tutduğu azyaşlı uşaqlardan biridir, daha sonra o, ayağa qalxıb həmin qızın qolundan tutaraq ona gedib öz blokunda oynamasını bildirmiş və onu çölə çıxartmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etməsi məhkəmə baxışı zamanı tədqiq edilməklə hadisənin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı, o cümlədən işin faktiki hallarına uyğun olmaqla ibtidai istintaq və məhkəmə istintaqı zamanı öz müdafiəçisinin iştirakı ilə vermiş olduğu zidiyyətli ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs ifadəsində dərman qəbul etmək məqsədilə yaşadığı evə getmək istəyərkən blokun girişində başı gicəllənmiş və yerə yıxılmamaq üçün həmin vaxt blokun içərisində qarşısında dəyanan zərərçəkmiş şəxsin qabaq nahiyyəsindən bir əli ilə tutaraq müvazinətini saxlamaq istədiyini göstərsə də, lakin təqsirləndirilən şəxs binanın 1ci blokunda deyil, 2-ci blokunda yaşadığı, hadisənin isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 18 nömrəli binanın 1-ci girişində (blokunda) baş verməsi onun ifadə verərkən səmimi olmadığını göstərir. Həmçinin təqsirləndirilən şəxsin başı gicəlləndiyi üçün yerə yıxılarkən müvazinətini saxlamaq üçün azyaşlı qızın qabaq nahiyyəsindən, yəni cinsiyyət orqanı olan yerdən bir əli ilə tutduğu barədə ifadəsində göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, 1958ci il təvəllüdlü fiziki sağlamlığı yerində olan şəxsin öz müvazinətini saxlaması üçün ətrafda olan cisimlərdən (divardan, qapıdan) deyil, 2013-cü il təvəllüdlü azyaşlı qız uşağından tutması, bunun nəticəsində də təsadüfən məhz azyaşlının cinsiyyət orqanı olan yerdən bir əli ilə tutması ümumiyyətlə inandırıcı deyildir. Göstərilən xüsusatlar onun əməlində qəsdən qərəzli əxlaqsız hərəkətlərin olmasına dəlalət edir. Həmçinin hadisə yerinə baxış protokoluna əlavə olunmuş fotoşəkillərə baxış keçirilərkən hadisənin blokun çıxış qapısının bağlı olan sol hissəsində baş verməsi, qapının sağ hissəsinin isə açıq olması onu göstərir ki, həmin vaxt təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi çölə çıxarmaq niyyəti olmamış, əksinə azyaşlı “gizlənpaç” oynayarkən qapının arxasından gizləndiyindən, vəziyyətdən istifadə edərək ona qarşı əxlaqsız hərəkətlər etmək üçün heç kimin görməməsi üçün şərait yaratmağa çalışmışdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin həmin gün hadisəni törədərkən orta dərəcəli sərxoş olduğunu da nəzərə almışdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə tövsif edilmiş və onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə — bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini boynuna almayaraq, əməlindən peşman olmaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 xx.xx.2020-ci il tarixli № 1346 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə cəmi 60 (altmış) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə xx.xx.2020-ci il tarixli № 1968 saylı order əsasında işə qoşularaq məhkəmədə cəmi 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X8 tərəfindən göstərilmiş cəmi 60 (altmış) iş saatı hüquqi yardıma görə 360 (üç yüz altmış) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X8 tərəfindən göstərilmiş cəmi 60 (altmış) iş saatı hüquqi yardıma görə 360 (üç yüz altmış) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-291/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-291/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver