Məhkəmə qərarları › İş №1(002)-291/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-291/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-291/2022 03.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 42-ci məhəllə yataqxana 11, otaq 53 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində "həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci il fevral ayının ortalarında saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocahəsən yolunun kənarında yerləşən "xxxx" ASC-yə məxsus zavodun hasarından aşaraq, qanunsuz olaraq zavoda daxil olub oradan 800 manat dəyərində 20 metr uzunluğunda 20 p.m(3x25) ölçülü elektrik naqilini gizli yolla talayaraq zərərçəkmiş şəxs "xxxx" ASC-nə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 iyun 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocahəsən yolunun kənarında yerləşən "xxxx" ASC-yə məxsus zavodun hasarından aşaraq, qanunsuz olaraq zavoda daxil olub, oradan bir ədəd 50 manat dəyərində laqonda, bir ədəd 100 manat dəyərində laqonda, bir ədəd 150 manat dəyərində pereferatoru və 300 manat dəyərində qurğuşun qırıntılarını gizli yolla talayaraq öz iradəsindən asılı olmayan səbəbdən, yəni polis əməkdaşları tərəfindən saxlanılaraq, oğurluq cinayətini başa çatdıra bilməyib "xxxx" ASC-nə 600 manat maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci il fevral ayının ortalarında saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Lökbatan-Xocahəsən yolunun kənarında yerləşən "xxxx" ASC-yə məxsus zavodun hasarından aşaraq, qanunsuz olaraq zavoda daxil olub oradan 800 manat dəyərində 20 metr uzunluğunda 20 p.m(3x25) ölçülü elektrik naqilini gizli yolla talayaraq zərərçəkmiş şəxs "xxxx" ASC-nə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 iyun 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Lökbatan-Xocahəsən yolunun kənarında yerləşən "xxxx" ASC-yə məxsus zavodun hasarından aşaraq, qanunsuz olaraq zavoda daxil olub, oradan bir ədəd 50 manat dəyərində laqonda, bir ədəd 100 manat dəyərində laqonda, bir ədəd 150 manat dəyərində pereferatoru və 300 manat dəyərində qurğuşun qırıntılarını gizli yolla talayaraq öz iradəsindən asılı olmayan səbəbdən, yəni polis əməkdaşları tərəfindən saxlanılaraq, oğurluq cinayətini başa çatdıra bilməyib "xxxx" ASC-nə 600 manat maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin fevral ayının ortalarında saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Xocahəsən yolunun kənarı ilə metal qırıntıları yığan zaman, orada olan zavodun hasarında aşaraq həyətə düşmüşlər və orada metal axtaran zaman köhnə tikilinin içərisində elektrik naqili görmüşlər və həmin elektrik naqillərini oğurlamaq qərarına gəlmişlər. Təxminən 12 kq çəkidə elektrik naqilini oğurlamışlar və oradan çıxaraq həmin elektrik naqilini Binəqədi rayonu ərazisində yerləşən “Murad” şadlıq sarayının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparıb özlərinə məxsus olmasını bildirmişlər və ora həmin naqili 158 manata satmışlar. Həmin pulu isə öz aralarında bölərək xərcləmişlər. xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində yenə də Təqsirləndirilən şəxs2 ilə birlikdə yenə də həmin zavoddan oğurluq etmək qərarına gəlmişlər və zavodun arxa hissəsində sökülmüş hasardan keçərək həyətə düşmüşlər. Zavodun içərəsinə keçdikdən sonra alətlərin saxlandığı dəmir qapılı şkafın içərəsindən bir ədəd pereferator, iki ədəd laqondanı özləri ilə götürdükləri kisəyə yığmışlar, həmçinin orada olan təxminən 30 kq ağırılığında qurğuşun qırıntılarını iki ədəd kisəyə yığmışlar. Sonra onlar zavodan çıxmaq istəyən zaman polis əməkdaşları oraya gəlmişlər onu saxlamışlar, Elvin isə oradan qaçmaq istəmiş, lakin sonra Elvin də da qayıtmış və onları 10-cu polis bölməsinə gətirmişlər. Orada onlar oğurluq etdiklərini etiraf etmişlər. O, Elvinlə birlikdə həmin zavoddan iki dəfə oğurluq etmişdir, birinci dəfə 2022-ci ilin fevral ayının ortalarında elektrik naqilini oğurlamışlar, ikinci dəfə isə xx.xx.2022-ci il tarixdə həmin zavoddan oğurluq etmişlər. Onlar xx.xx.2022-ci il tarixdə oğurluq edən zaman ətrafda heç kimi görməmişlər, həmçinin zavodda da heç kim olmamışdır. Onları polis əməkdaşları zavoddan çıxmaq istəyən zaman saxlamışlar. O öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş hüquqi şəxslə barışdığını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin fevral ayının ortalarında saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Xocahəsən yolunun kənarı ilə metal qırıntıları ilə yığan zaman orada olan zavodun hasarından aşaraq həyət düşmüşlər və orada metal axtaran zaman köhnə tikilinin içərəsindən elektrik naqili görmüşlər və həmin elektrik naqillərini oğurlamaq qərarına gəlmişlər. Təxminən 12 kq çəkidə elektrik naqilini oğurlamışlar və oradan çıxaraq həmin elektrik naqilini Binəqədi rayonu ərazisində yerləşən “Murad” şadlıq sarayının yaxınlığında yerləşən metal qəbulu məntəqəsində aparıb özlərinə məxsus olmasını bildirmişlər və ora həmin naqili 158 manata satmışlar. Həmin pulu isə öz aralarında bölərək xərcləmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində yenə də Təqsirləndirilən şəxs1lə birlikdə həmin zavoddan oğurluq etmək qərarına gəlmişlər və zavodun arxa hissəsində sökülmüş hasardan keçərək həyətə düşmüşlər. Zavodun içərəsinə keçdikdən sonra alətlərin saxlandığı dəmir qapılı şkafın içərəsindən bir ədəd pereferator, iki ədəd laqondanı özləri ilə götürdükləri kisəyə yığmışlar, həmçinin orada olan təxminən 30 kq ağırlığında qurğuşun qırıntılarını iki ədəd kisəyə yığmışlar. Sonra onlar zavoddan çıxmaq istəyən zaman polis əməkdaşları oraya gəlmişlər, Yalçını saxlamışlar, o, isə oradan qaçmaq istəmiş, lakin sonra artıq qaçmağın mənasız olduğunu görüb, qaçmamış və polislər onları 10-cu polis bölməsinə gətirmişlər. Orada onlar oğurluq etdiklərini etiraf etmişlər. O, Yalçın ilə birlikdə həmin zavoddan iki dəfə oğurluq etmişlər, birinci dəfə 2022-ci ilin fevral ayının ortalarında elektrik naqilini oğurlamışlar, ikinci dəfə isə xx.xx.2022-ci il tarixdə həmin zavoddan oğurluq etmişlər. Onlar xx.xx.2022-ci il tarixdə oğurluq edən zaman ətrafda heç kimi görməmişlər, həmçinin zavodda da heç kim olmamışdır. Onları polis əməkdaşları zavoddan çıxmaq istəyən zaman saxlamışlar. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş hüquqi şəxslə barışdığını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, "xxxx" ASC-nin idarə heyətinin sədri işləyir. "xxxx" ASC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Lökbatan-Xocahəsən yolunun kənarında yerləşən zavodu vardır. xx.xx.2022-ci il tarixdə saat 10:01 radələrində ASC-nin gözətçisi işləyən Şahid İsmayıl oğlu özünə məxsus heyvanları həmin zavodunun yaxınlığında otararkən naməlum şəxslərin həmin zavodun ərazisinə daxil olmasını görmüş və bu barədə ona zəng vuraraq xəbər vermişdir. O da öz növbəsində 10-cu PB-nin əməkdaşlarına bu barədə məlumat verdikdən sonra polis əməkdaşları dərhal oraya gedərək oradan oğurluq emtək istəyən iki nəfər şəxsi saxlamışlar. Belə ki, həmin şəxslər zavodda dəmir şkafın içərəsindən iki ədəd laqonda, bir ədəd pereferator, həmçinin qurğuşun qırıntılarını oğurlayaraq özləri ilə aparmaq istəmişlər. Bir ədəd 100 manat dəyərində laqonda, bir ədəd 50 manat dəyərində laqonda, bir ədəd 150 manat dəyərində perefrator və 300 manat dəyərində qurşuğun qırıntılarını oğurlamaq istəmişlər. Bundan başqa 2022-ci ilin ferval ayında da həmin zavoda şitlər arasında olan 20 metr uzunluğunda 20p.m (3x25) ölçülü elektrik naqilləri kəsərək oğurlamışlar. Zavod işləmədiyindən həmin elektirk naqillərində elektrik olmamışdır. Həmin elektrik naqillərini dəyəri 800 manat təşkil etmişdir. Zavoddan baş heç bir şey oğurlanmamışdır. İlk dəfə oğurluq zamanı 800 manat, ikinci dəfə isə 600 manat maddi ziyan dəymişdir. O, cinayət işi üzrə təyin edilmiş məhkəmə əmtəşünaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur. Həmin rəydə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocahəsən yolunun kənarında yerləşən "xxxx" MMC-nə məxsus zavoddan oğurlanmış iki ədəd laqonda və bir ədəd pereferatorun dəyəri o, göstərdiyindən aşağı qeyd edilmişdir. O, ekspert rəyi ilə razı deyil. Buna görə də onun ilkin ifadəsində göstədiyi qiymətlərin əsas götürülməsini xahiş etmişdir. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində pereferator yox, drel göstərilməsi ilə bağlı qeyd etmişdir ki, həmin alət həm pereferator, həm də drel kimi istifadə edilir. Lakin zavodda onlar həmin alətdən əsasən pereferator kimi istifadə etmişlər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdıqlarını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, "xxxx" ASC-nə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Lökbatan-Xocahəsən yolunun kənarında yerləşən zavodun gözətçisi işləyirmiş. Hal-hazırda həmin zavod işləmir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində o, özünə məxsus xırda buynuzlu heyvanları həmin zavodun yaxınlığında otararkən 2 nəfər naməlum şəxsin həmin zavodun ərazisinə daxil olmasını görmüşdür. Bir neçə ay qabaq həmin zavodun ərazisindən elektrik naqili oğurlandığı üçün o, yenə də oğurluq edilməsindən şübhələnib bu barədə "xxxx" ASC-nin sədri Abzər müəllimə zəng vurub xəbər vermişdir. Bundan 10-15 dəqiqə sonra 10-cu PBnin 2 nəfər əmkdaşı gələrək zavoddan oğurluq etmək istəyən 2 nəfər şəxsi saxlamışlar. O da oraya gələn zaman həmin şəxslərin qurğuşun qırıntılarını və 2 ədəd laqonda və bir ədəd pereferator oğurlamaq istədiklərini aşkar etmişdir. Daha sonra isə Abzər müəllim də gəlmiş və baş vermiş hadisə ilə bağlı 10-cu PB-nə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2022-ci il tarixli 9/5108 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların uzun müddət istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 115,00 manat müəyyən olunur. O cümlədən: 1 ədəd göy rəngli, üzərində P.İ.T PWS125-D3 yazıları olan kiçik ölçülü laqonda-20,00 manat,

2. 1 ədəd göy rəngli, üzərində ATEC Angle Grinder AT8316A Germany yazıları olan böyük ölçülü laqonda-75,00 manat,

3. 1 ədəd göy rəngli, üzərində X7 maximum power: 3000W yazıları olan kiçik ölçülü drel-20,00 manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladığı əmlakdan müvafiq protokol tərtib edilərək götürülmüş iki ədəd laqonda, bir ədəd pereferator və qurğuşun qırıntıları maddi sübut kimi tanınmış və məsul saxlanc üçün zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş hüquq şəxslə barışıq əldə etməklə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş hüquq şəxslə barışıq əldə etməklə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimaitəhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 28 iyun 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 30 iyun 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 28 iyun 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 30 iyun 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25 (iyirmi beş) manat olmaqla tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd laqonda, bir ədəd pereferator və qurğuşun qırıntılarının zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X6 və X3 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 270 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 270 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə qaldığı 04 (dörd) ay 06 (altı) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə: yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə yataqxana 11, otaq 53 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Sumqayıt şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın.

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkasi küçəsində yerləşən nömrəsiz evi hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Sumqayıt şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın.

İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25 (iyirmi beş) manat olmaqla tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi iki ədəd laqonda, bir ədəd pereferator və qurğuşun qırıntılarının zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar