Məhkəmə qərarları › İş №1(002)-291/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-291/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-291/2023 20.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü ildə İsmayıllı rayonu, Sərsurə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli hökmü ilə CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndi ilə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, 30 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 04 iyun 2023-cü il tarixdə saat 17:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, bina 5 qarşısında əməliyyat-axtarış tədbiri keçirən Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə saat 18:50 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,202 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fəhləlik edib çörək pulu qazanır. Narkotik və psixotrop maddələrin alüdəçisi olduğu üçün arada bir tanımadığı şəxslərdən əldə edib qəbul edir. 02 aprel 2023-cü il tarixdə günorta saatlarında xalasının yaşadığı evə qonaq getmək üçün Əhmədli ərazisinə getmişdir. Yadında qalmayan yerdə olarkən adını və heç bir anket məlumatlarını bilmədiyi oğlan ilə təsadüfən rastlaşmışdır. Həmin şəxs narkotik alüdəçisi olduğunu bildikdən sonra bir çet (kakos) yəni narkotik vasitə olan heroini 10 manata ona verə biləcəyini bildirmişdir. O, həmin oğlanla razılaşıb 10 manat verib ondan bir büküm yəni 01 ədəd siqaret kağızı kəsiyində «kakos» yəni narkotik vasitə heroin alıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə edər. 04 iyun 2023-cü il tarixdə saat 17:10 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi bina 5 qarşısında olarkən mülki geyimdə iki nəfər ona yaxınlaşaraq özlərini Qaradağ RPİ-nin 38-ci polis bölməsinin əməkdaşları kimi təqdim edib onu 38-ci PB-nə gətirmişlər. Daim polis nəzarətində olduğu üçün həmin bükümü cibindən çıxarıb kənara atmaq imkanı olmamışdır. Orada onun narkotik alüdəçisi olduğunu bildikdən sonra şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunuşdur. Xidməti otaqların birində polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O, da şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarımın sağ yan cibindən həmin aldığı bir bükümü çıxardıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində kakos yəni heroin olmasını bildirmişdir. Bükümün içərisinə baxış keçirilən zaman siqaret kağız kəsiyi bükümdə qəhvəyi rəngli toz şəklində (kakos) yəni narkotik vasitə hesab edilən heroin aşkar aşkar olunmuşdur. Öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Sorğu zamanı polis əməkdaşlarına da ifadəsində göstərdiyi kimi haradan necə əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Heroinə digər sözlə (Kakos) deyildiyinə görə çəkiliş zamanıda o qaydada adlandırmışdır. Həmin narkoyik vasitəni öz istifadə üçün daşımışdır. Lakin əvvəllər ona narkotik satan şəxs haqqında onda heç bir məlumatları yoxdur, heç bir əlamətlərinə fikir verməmişdir. Ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməyib. O, törətdiyi əməldən səmimi peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili X5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. O, ifadəsində göstərmişdir ki, 04 iyun 2023-cü il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ilə xidmətdə olduqları zaman keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 17:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi bina 5 saylı evin qarşısında qanunsuz narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PBnə gətirilmişdir. Qaradağ RPİ-nin 38-ci PB-də məlum olmuşdur ki, həmin şəxs Qaradağ rayon Sahil qəsəbəsi sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürm aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə tərəfindən görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində qara rəngli idman şalvarının sağ yan cibindən kağız kəsiyində bir büküm çıxardaraq masanın üzərinə qoymuş bükümün içərisində «kakos» yəni narkotik vasitə heroin olmasını öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli maddə müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin maddəni tanımadığı şəxsdən 10 manat əldə etmişdir. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və onlar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməyibdir. Təqsirləndirilən şəxs saxlanıldığı andan şəxsi axtarış və götürmə aparılma anınadək daim nəzarətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. O, ifadəsində göstərmişdir ki, 04 iyun 2023-cü il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili X5 ilə xidmətdə olduqları zaman keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 17:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi bina 5 saylı evin qarşısında qanunsuz narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmişdir. Qaradağ RPİ-nin 38-ci PB-də məlum olmuşdur ki, həmin şəxs Qaradağ rayon Sahil qəsəbəsi sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürm aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə tərəfindən görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində qara rəngli idman şalvarının sağ yan cibindən kağız kəsiyində bir büküm çıxardaraq masanın üzərinə qoymuş bükümün içərisində «kakos» yəni narkotik vasitə heroin olmasını öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli maddə müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin maddəni tanımadığı şəxsdən 10 manat əldə etmişdir. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və onlar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməyibdir. Təqsirləndirilən şəxs saxlanıldığı andan şəxsi axtarış və götürmə aparılma anınadək daim nəzarətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşqul olması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 6/3159 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №47” dairəvi möhür əksləri olan, “1. Təqsirləndirilən şəxs “imza “...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.202 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi- 0,202 qram, tədqiqata sərf edildi-0,050 qr, qalıq-0,152 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 08 iyul 2023-cü il tarixli, 4258 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 24 iyul 2023-cü il tarixli, 2028 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş "Opioidlərin qəbulu nəticəsində və davranış pozuntuları" diaqnozu qeyd edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən, xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən hadisəni törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 119 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Mövlamov Təqsirləndirilən şəxs xx xxxxx 1994-cü ildə İsmayıllı rayonu Sulud kəndində anadan olub. Hal-hazırda ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Yaşadığı müddətdə 119 saylı Mənzil Kommunal İstismar sahəsinə heç bir şikayət daxil olmayıb. Cinayət işinin materiallarından görünür ki, 07 avqust 2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,202 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınsın, təqdqiqatdan sonra qalıq 0,152 qram heroin saxlanılması üçün Qaradağ RPİ-nə maddi sübutların saxlanma otağına təhvil verilməsi iş üzrə nəzərə alınmışdır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Abdullayev, icraatında olan ********* №-li cinayət işi üzrə şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 01 ədəd DVD-yə baxış keçirdilir. Belə ki, DVD kompyuter vasitəsi ilə baxış keçirərkən müəyyən olundu ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3, şəxsi axtarış və götürmə protokolunda qeyd olunan Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarının iştirakı ilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kağız kəsiyində içərisində qəhvəyi rəngli toz şəklində maddə olan bükümü çıxardaraq masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm içərisində narkotik vasitə olan heroin (kakos) olmaqla özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirir. Bundan sonra 01 ədəd büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Görüntü dayandırılmadan, kəsilmədən 05:19 dəqiqə davam edir. Bununlada DVD-yə baxış başa çatır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökümün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli hökmü ilə CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi ilə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, 30 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 04 iyun 2023-cü il tarixdə, saat 18:15-də şübhəli şəxs qismində tutulmuş, 06 iyun 2023-cü il tarixdə saat 11:30-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi məqsədi ilə Qaradağ rayon Məhkəməsinə təqdimat verilmiş və 06 iyun 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 202 qram narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq çəkisi 0.152 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 04 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan və tədqiqatdan sonra ümumi qalıq çəkisi 0,152 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar