Məhkəmə qərarları › İş №1(002)-292/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-292/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-292/2022 17.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əsədova (Qasımova) Sülhiyyə Vadəddin qızının, Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Şəmkir Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(076)-395/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 01 mart 2017-ci il tarixdən başlayaraq 01 yanvar 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 115,00 manat, bundan əlavə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(002)-520/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 12 mart 2021-ci il tarixdən başlayaraq yuxarıda adı qeyd olunmuş uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı artırılaraq sabit pul məbləğində müəyyən olunmaqla hər ay 160,00 manat məbləğində alimentin tutularaq Qasımova (Gülməmmədova) Sülhiyyə Vadəddin qızına ödənilməsinə dair üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 3(002)-254/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək inzibati qaydada 500,00 manat məbləğində cərimə tənbeh növü və qeyd edilən rayon məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 3(002)-1559/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 8 (səkkiz) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədlərindəki tələbi icra etmədiyi üçün ona 20 dekabr 2021-ci il, 18 fevral 2022-ci il və 28 mart 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 13 aprel 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Qasımova (Gülməmmədova) Sülhiyyə Vadəddin qızına hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 3086,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində fərdi olaraq ev tikinti-təmiri işləri ilə məşğul olur və gündəlik gəliri orta hesabla 15-20 manat müqabilində təşkil edir. O, 2008-ci ilin mart ayının 14-də X4 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 01 yanvar 2009-cu il tarixdə Mələk adlı bir qız övladı dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq 2010-cu il tarixdə aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Sülhiyyə Qasımova bir azyaşlı uşağını götürərək gəlin gəldiyi ünvandan çıxaraq valideynlərinin yaşadığı Şəmkir şəhərində yerləşən ünvanına gedərək valideynlərinin himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra 2011-ci ilin dekabr ayında keçmiş həyat yoldaşı Sülhiyyə Qasımova ondan boşanmağa görə və uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 01 yanvar 2009-cu il təvəllüdlü qızı Mələk Gülməmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 70,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Sülhiyyə Qasımovaya ödənilməsinə dair qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə alimentə görə ödəniş etdiyi üçün keçmiş həyat yoldaşı Sülhiyyə Qasımova alimenta gərə ondan heç bir tələbinin olmadığı barədə rəsmi qaydada ərizə ilə İcra Şöbəsinə müraciət etmişdir. Həmin vaxtdan bir neçə il keçəndən sonra keçmiş həyat yoldaşı Sülhiyyə Qasımova 2016-cı ilin axırlarında uşağın saxlanılmasından ötrü ondan aliment pulunun alınması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən qızı Mələk Gülməmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 115,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Sülhiyyə Qasımovaya ödənilməsinə dair 09 yanvar 2017-ci il tarixli, 2(076)-395/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra dövründə alimentə görə borclu olduğu məbləği tam olaraq keçmiş həyat yoldaşı Sülhiyyə Qasımovaya ödəyə bilmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 3(002)-254/2021 saylı qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra alimentə görə borclu olduğu məbləği tam olaraq ödəyə bilmədiyi üçün keçmiş həyat yoldaşı Sülhiyyə Qasımova 2021-ci ilin əvvələrində aliment pulunun artırılmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən qızı Mələk Gülməmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı artırılaraq sabit pul məbləğində müəyyən olunaraq hər ay 160,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Sülhiyyə Qasımovaya ödənilməsinə dair 11 fevral 2021-ci il tarixli, 2 (002)-520/2021 saylı qətnamə çıxarılmışdır. Qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün yenidən aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə alimentə görə borclu olduğu məbləği keçmiş həyat yoldaşı Sülhiyyə Qasımovaya ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 3(002)-1559/2021 saylı qərarı ilə o, 8 (səkkiz) gün müddətinə həbs edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədən çıxışıma məhdudiyyət qoyulmuşdur. O, məhkəmə qətnamələrindən sonra keçmiş həyat yoldaşı Sülhiyyə Qasımovaya hər iki məhkəmə qətnaməsi üzrə alimentə görə müəyyən məbləğdə ödəniş etmiş və 12 aprel 2022-ci il tarixədək Şəmkir Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(076)- 395/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 2436,00 manat və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(002)-520/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 650,00 manat, hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 3086,00 manat məbləğində aliment borcu qaldığını və aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Sülhiyyə Qasımovanın bir az yaşlı uşağı ilə ona görüşə icazə vermədiyi üçün ödəniş etmədiyini bildirmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, məhkəmə gedişatı dövründə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əsədova (Qasımova) Sülhiyyə Vadəddin qızı öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2008-ci ilin mart ayının 14-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 01 yanvar 2009-cu il tarixdə Mələk adlı bir qız övladı dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində, o, azyaşlı uşağını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. 2011-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs boşanmağa görə və aliment pulunun alınmasından ötrü iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 01 yanvar 2009-cu il təvəllüdlü qızı Mələk Gülməmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 70,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona alimentə görə bir müddət ödəniş etsədə sonradan könüllü olaraq alimentin ona ödənilməsindən rəsmi qaydada imtina edərək alimentə görə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs heç bir tələbinin olmadığını bildirmişdir. Həmin vaxtdan bir neçə il keçəndən sonra heç bir yerdə işləmədiyinə görə azyaşlı uşağının böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq 2016-cı ilin axırlarında keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən Mələk Gülməmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 115,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 09 yanvar 2017-ci il tarixli, 2(076)- 395/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona alimentə görə borclu olduğu məbləği tam olaraq ödəmədiyi üçün sonuncunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 3(002)-254/2021 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs inzibati qaydada cərimə olunmasına baxmayaraq ona alimentə görə borclu olduğu məbləği qərəzli olaraq ödəmədiyi üçün məcburiyyət qarşısında qalaraq aliment pulunun artırılmasından ötrü yenidən 2021-ci ilin əvvələrində aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən qızı Mələk Gülməmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı artırılaraq sabit pul məbləğində müəyyən olunaraq hər ay 160,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 11 fevral 2021-ci il tarixli, 2(002)-520/2021 saylı qətnamə çıxarılmışdır. Qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün yenidən aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs yenidən alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün sonuncunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 3(002)-1559/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 8 gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Məhkəmə qətnamələrindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs hər iki məh- kəmə qətnaməsi üzrə alimentə görə ona müəyyən məbləğdə ödəniş etsə də 13 aprel 2022-ci il tarixədək Şəmkir Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(076)-395/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 2436,00 manat və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(002)-520/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 650,00 manat məbləğində, hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 3086,00 manat məbləğində borcunu ödəməmişdir. Lakin hazırki məhkəmə gedişatı dövründə təqsirləndirilən şəxs ona ittiham verilmiş 3086,00 manat məbləği tamamilə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əsədova (Qasımova) Sülhiyyə Vadəddin qızı məhkəməyə yazılı ərizə təqdim edərək ona vurulmuş ziyanın tam olaraq ödəndiyini, təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, şöbəyə daxil olmuş Şəmkir Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(076)-395/2017 saylı qətnaməsi üzrə 01 mart 2017-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 01 yanvar 2009-cu il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 115,00 manat sabit pul məbləğində aliment tutulub X2 verilməlidir. İcra vərəqəsi 16 mart 2017-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilmişdir. 30 mart 2017-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə dəvət edilmiş, ona qanunvericiliyin tələbləri izah edilmiş, alimentin və yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bundan sonra borclu 2017-ci və 2018-ci illərin müxtəlif vaxtlarında ödəniş etsədə həmin vaxtlar alimenti mütəmadi olaraq ödəmədiyi üçün aliment üzrə borcu yaranmışdır. 28 yanvar 2019-cu il tarixdə borclu şöbəyə dəvət edilmiş, borcludan izahat alınmış, borclu işləmədiyi üçün alimenti və yaranmış borcu ödəyə bilmədiyini bildirmişdir. Borclu işlə təmin olunmasına köməklik göstərilməsi üçün Bakı Şəhəri Qaradağ Rayon Məşğulluq Mərkəzinə göndərilmişdir. Bundan sonra borclu dəfələrlə şöbəyə dəvət edilmiş, lakin o, icra məmurunun çağırışına gəlməkdən yayınmış və 16 yanvar 2020-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün aidiyyati üzrə Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Görülmüş tədbirlər nəticəsində 30 aprel 2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə gətirilmiş, borcludan izahat alınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün borclu barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin 30 aprel 2020-ci il tarixli, 3(002)-509 saylı qərarı ilə borclu Təqsirləndirilən şəxs barəsində başlanmış inzibati xəta haqqında işə iclas zamanı tələbkarın xeyrinə ödəniş etdiyi üçün xitam verilmişdir. Bundan sonra borclu alimenti ödəməmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmağa başlamışdır. 21 yanvar 2021-ci il tarixdə borclu təkrarən şöbəyə dəvət edilmiş, ondan izahat alınmış, lakin icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilrək baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin 21 yanvar 2021-ci il tarixli, 3(002)-254 saylı qərarı ilə borclu Təqsirləndirilən şəxs 500 manat məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(002)-520/2021-ci il tarixli qətnaməsi üzrə 12 mart 2021-ci il tarixdə şöbəyə daxil olmuş icra vərəqəsinə əsasən 01 yanvar 2009-cu il təvəllüdlü Mələk Gülməmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(076)-395 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq borclu Təqsirləndirilən şəxs tələbkar Sülhiyyə Qasımovanın xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 160,00 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcraata daxil olmuş icra vərəqəsinə əsasən 12 mart 2021-ci il tarixdə icraata başla- maq haqqında qərar qəbul edilmiş və icra vərəqələri bir icraatda birləşdirilərək tələbin könüllü icra edilməsi üçün bildiriş borclu Təqsirləndirilən şəxs göndərilmişdir. 20 aprel 2021-ci il tarixdə borclunun işlədiyi müəyyən edilmiş və icra sənədi borclunun əmək haqqından tutmaların aparılması üçün iş yerinə göndərilmişdir. 04 avqust 2021-ci il tarixədək borclunun əmək haqqından tutmalar həyata keçirilmiş, lakin sonradan əmək müqaviləsinə xitam verildiyi üçün tutmalar dayandırılmışdır. Bundan sonra borclu dəfələrlə şöbəyə dəvət edilmiş, lakin o icra məmurunun çığırışına gəlməkdən yayınmış və 17 sentyabr 2021-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Görülmüş tədbirlər nəticəsində 20 dekabr 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə gətirilmiş, borcludan izahat alınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin 20 dekabr 2021-ci il tarixli, 3(002)- 1559 saylı qərarı ilə borclu Təqsirləndirilən şəxs 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(002)-83 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra dövründa Bakı şəhəri 1 saylı Ərazi Məşğulluq Mərkəzindən daxil olmuş 17 yanvar 2022-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs münasib iş təklifləri edilmiş, lakin borclu həmin təkliflərdən imtina etmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş məlumata əsasən və borclunun yaşayış yerində olduqda tələbin qanunla yönəldilə biləcəyi əmlaklar aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsədə borclu qeyd edilənlərə əhəmiyyət verməyərək alimentə görə borclu olduğu məbləği qərəzli olaraq ödəməmişdir. 12 aprel 2022-ci il tarixə Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(076)-395/2017 saylı icra vərəqəsinə əsasən 3084,00 manat alimentə görə ödəniş etmiş və 2436,00 manat aliment üzrə borcu qalmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(002)-520/2021 saylı icra vərəqəsinə əsasən 1430,00 manat aliment görə ödəniş etmiş və 650,00 manat aliment üzrə borcu qalmışdır. Ümumilikdə 12 aprel 2022-ci il tarixə kimi hər iki icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 3086,00 manat aliment borcu yaranmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq məhkəmə qətnamələrinin icrasını təmin etmədiyi üçün 13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının CMnin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişlərdən, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 3(002)-254/2021 saylı və 20 dekabr 2021-ci il tarixli, 3(002)-1559/2021 saylı inzibati xəta haqqında qərarlarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Şəmkir Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(076)-395/2017 saylı və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(002)-520/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqında müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2021 saylı, 11 fevral 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etmiş və həmin qətnamələrə əsasən verilmiş icra sənədləri üzrə yaranmış borcunu zərərçəkmiş şəxsə tam ödəmişdir. Bu, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəməyə ünvanlanmış ərizələrində də öz əksini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 344- 347, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar