Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-293/2020 22.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, «xxxx» Müəssisəsi ilə “xxxx” ASC-nin “X2 Şəbəkəsi” MMC arasında bağlanılmış podrat müqaviləsi üzrə 330/220/110 Kv-luq «Cənub» Elektrik stansiyasının 330 Kv-luq paylayıcı qurğusu ilə 330/220/110 kv-luq «Qobu» yarımstansiyası arasında 330 kv-luq qabaritdə inşa olunmuş gərginlik altında qalmış 220 Kv-luq «7-ci Cənub» hava xəttinin 2-ci dövrəsinin 330 kv-luq qabaritində elektrik verilişi hava xəttinin çəkilməsi işləri yerinə yetirilməsi ilə əlaqədar müəssisəyə məxsus «Kamaz» markalı avtomobilin üzərində quraşdırılmış AQP 30 markalı qaldırıcı qurğusunun səbəti vasitəsi ilə yuxarıda həmin xəttin 230 saylı metal konstruksiyalı dayağının naqillərinin uclarının sıxacla bir-birinə birləşdirilməsi zamanı, iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən «Elektrik və istilik qurğularının istismarında təhlükəsizilk texnikası qaydası»nın 1.5.1, 1.6.1, 1.6.2, 1.6.3, 2.1.1, 2.1.2, 2.1.13, 3.1.1.1, 3.1.5.22, 3.2.1.19, 3.2.1.20 bəndlərinin və «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1, 3.2.1, 4.1.1, 5.1.1, 14.3.2 bəndlərinin tələblərinin pozularaq elektrik gərginlikdən açılmış cərəyan daşıyan hissələrdə yönəlmiş potensialın çıxarılması üçün düzgün torpaqlanması aparılmadığına, yəni səyyar torpaqlama ilə hər tərəfdə naqillərin ucları dayağına bağlansa da, işçilərin dayandığı səbətin naqillərlə birləşdirilməməsinə və qaldırıcı qurğunun torpaqlanmamasına, həmin işlərin təhlükəsiz görülməsinin təşkili üçün müvafiq naryad-buraxılış tərtib edilmədiyinə və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədən sərbəst işə buraxıldığına görə, qaldırıcı qurğunun səbətində iş yerinə yetirən elektrik quraşdırıcısı Zərərçəkmiş şəxs elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində ürəyin reflektor olaraq dayanması səbəbindən ölmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Dövlət ittihamçısı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, eyni zamanda ********* nömrəli cinayət işi üzrə prosessual pozuntuya yol vermiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, eləcə də Qaradağ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X3 barəsində xüsusi qərarın qəbul edilməsi dair qərarın qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işinin materialları məhkəmənin hazırlıq iclasınadək öyrənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində cinayətin baş vermə tarixi, saatı və konkret yeri əks olunmamışdır. Qeyd olunan ittiham aktının AzərbaycanRespublikasınınCinayət-ProsessualMəcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmayan şəkildə tərtib olunduğu müəyyən olunmuşdur. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət- ProsessualMəcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Bundan başqa ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparan Bakı şəhər Qaradağ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X3 ittiham aktını xx xxxxxxx 2020-ci il tarixdə saat 12:10da xidməti otağında Bakı şəhər Qaradağ rayon Prokurorluğunun inzibati binasında başa çatdırdığını göstərsə də, lakin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həmin ittiham aktı xx xxxxxxx 2020-ci il tarixdə təsdiq edilmişdir. Göstərilənlərə əsasən hazırkı cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Bu baxımdan ********* nömrəli cinayət işi üzrə prosessual pozuntuya yol vermiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, eləcə də Qaradağ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X3 barəsində xüsusi qərarın qəbul edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi ayrı-ayrılıqda çıxış edərək verilmiş vəsatətin dəlilləri ilə razı olduqlarını bildirərək vəsatətin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində çağırılmış X1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirib, ittiham tərəfinin vermiş olduğu vəsatətdə qeyd olunan dəlilləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən Bakı şəhər Qaradağ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X3, eləcə də prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına riayət edilməməsi və ittiham aktının Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmayan şəkildə tərtib olunması müəyyən olunmuşdur. Belə ki, xx xxxxxxx 2020-ci tarixdə Qaradağ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X3 tərəfindən tərtibi başa çatmış ittiham aktında təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətin törədilmə üsulu, motivi, nəticəsi və digər mühüm hallar göstərilsə də cinayətin konkret törədilmə yeri, vaxtı qeyd olunmamışdır. Eyni pozuntu adı çəkilən müstəntiq tərəfindən xx xxxxxxxx 2020-ci tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri əsaslandırıçı hissəsində buraxılmışdır . X4 təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktının nəticəvi hissəsində ittihamın təsviri əks etdirərək təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət üzrə «xxxx» Müəssisəsi ilə “xxxx” ASC-nin “X2 Şəbəkəsi” MMC arasında bağlanılmış podrat müqaviləsi üzrə 330/220/110 Kv-luq «Cənub» Elektrik stansiyasının 330 Kv-luq paylayıcı qurğusu ilə 330/220/110 kv-luq «Qobu» yarımstansiyası arasında 330 kv-luq qabaritdə inşa olunmuş gərginlik altında qalmış 220 Kv-luq «7-ci Cənub» hava xəttinin 2-ci dövrəsinin 330 kv-luq qabaritində elektrik verilişi hava xəttinin çəkilməsi işləri yerinə yetirilməsi ilə əlaqədar müəssisəyə məxsus «Kamaz» markalı avtomobilin üzərində quraşdırılmış AQP 30 markalı qaldırıcı qurğusunun səbəti vasitəsi ilə yuxarıda həmin xəttin 230 saylı metal konstruksiyalı dayağının naqillərinin uclarının sıxacla bir-birinə birləşdirilməsi zamanı, iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən «Elektrik və istilik qurğularının istismarında təhlükəsizilk texnikası qaydası»nın 1.5.1, 1.6.1, 1.6.2, 1.6.3, 2.1.1, 2.1.2, 2.1.13, 3.1.1.1, 3.1.5.22, 3.2.1.19, 3.2.1.20 bəndlərinin və «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1, 3.2.1, 4.1.1, 5.1.1, 14.3.2 bəndlərinin tələblərinin pozularaq elektrik gərginlikdən açılmış cərəyan daşıyan hissələrdə yönəlmiş potensialın çıxarılması üçün düzgün torpaqlanması aparılmadığına, yəni səyyar torpaqlama ilə hər tərəfdə naqillərin ucları dayağına bağlansa da, işçilərin dayandığı səbətin naqillərlə birləşdirilməməsinə və qaldırıcı qurğunun torpaqlanmamasına, həmin işlərin təhlükəsiz görülməsinin təşkili üçün müvafiq naryad-buraxılış tərtib edilmədiyinə və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədən sərbəst işə buraxıldığına görə, qaldırıcı qurğunun səbətində iş yerinə yetirən elektrik quraşdırıcısı Zərərçəkmiş şəxsun elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində ürəyin reflektor olaraq dayanması səbəbindən ehtiyyatsızlıqdan ölümünə səbəb olan» səhlənkarlıq cinayətini törətməsi qeyd etməsinə baxmayaraq, prosessual sənədlərdə törədilmiş səhlənkarlıq cinayətinin konkret yeri və hansı tarixdə törədilməsi göstərilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs həm xx xxxx 2020-ci tarixdə şahid qismində həm də xx xxxxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində, Şahid1 xx xxxx 2020-ci il tarixdə və Şahid3 xx xxxx 2020-ci il tarixdə şahid qismində ifadə verərkən Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə təxminən saat 15:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsinin dağlıq ərazilərində olan 230 saylı metal künc dayağında “Kamaz” 53212 AQP 30 markalı ** JB *** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı qaldlrıcı qurğu avtomobilinin avtosəbətində elektrik nəqillərini birləşdirərkən sonuncunun induktiv enerji axımının vurması səbəbindən öldüyünü bildirmişlər. Bundan başqa ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktının Bakı şəhər Qaradağ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X3 tərəfindən tərtibinin xx xxxxxxx 2020-ci il tarixdə saat 12:10-da başa çatıb imzalandığı qeyd olunsa da, lakin həmin ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə təsdiq edilmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 290.1-ci maddəsinin tələblərinə görə İttiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmin Məcəllənin 290.2-ci maddəsinin tələblərinə görə İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin düzgün seçilməsini və bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət olunmasını, müstəntiqin tərtib etdiyi ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğunluğunu, bu Məcəllənin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş pozuntular əhəmiyyətli və kobud olduğundan və aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından hazırkı cinayət işinin baxılmasına xitam verilməli və qeyd olunan pozuntuntuların mümkün dərəcədə aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Odur ki, məhkəmə, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin dəlilləri ilə razılaşaraq hesab edir ki, vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş ********* nömrəli cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, eləcə də Qaradağ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X3 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsindəseçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından və buna dair sübutlar ittiham tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300.1.5, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-293/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-293/2020
22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver