Məhkəmə qərarları › İş №1(002)-293/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-293/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-293/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X31 və onun vəkili və nümayəndəsi Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə. X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X20 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X32 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X11 Azərbaycan Respublikasmın Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Təcili və X24 X34 Şəxsi 15 saylı X47 Bölməsində sürücü vəzifəsində işləyir. Həmin bölmədə baş tibb bacısı X12 ilə iş yoldaşı olmuşdur.X2 Rəhimovamn bacısıdır.X6 arasında olan konflikt sonuncunun bacısı X8 iddiaçı olduğu Bakı şəhər Qaradağ Rayon Məhkəməsində onun əleyhinə şahid qismində İfadə verməsi ilə başlamışdır.Belə ki, 08 may 2024-cü il tarixdə 15 saylı X47 Bölməsində yeni təyin edilmiş bölmə rəhbəri tərəfindən tanışlıq məqsədi ilə iclas keçirilmişdir. İclasda işçilər çıxışlar etmiş, o cümlədən bölmənin sürücüsü X41 iclasda direktordan ad çəkmədən əxlaqsızlığın qarşısının alınmasını xahiş etmişdir. Bu zaman baş tibb bacısı Mehriban Rəhimova ayağa qalxaraq H.Məmmədova “əxlaqsız sən özünsən, get arvadının, ananın, bacının qeyrətini çək” demiş və iclası tərk etmişdir. Bundan sonra H.Məmmədovu guya şərəf və ləyaqətini alçatmağına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışdır.Məmmədov Həsən iclasda dediyi sözlərin Mehriban Məmmədovaya ünvanlamadığını, onun şərəf və ləyaqətini alçaltmadığını sübut etmək üçün həmin iclasda iştirak edən şəxsləri, X31, X15, X22 və başqa şəxsləri Məhkəmədən şahid qismində dindirilməsini xahiş etmişdir. 25 sentyabr 2024-cü il tarixdə o, Bakı şəhər Qaradağ Rayon Məhkəməsində ifadə verdikdən sonra, məhkəmə zalından çıxmış və məhkəmə zalının qarşısında gözləyərkən iddiaçı X8 bacısı X21 tərəfindən təhqir olunmuşdur. Belə ki, X5 yaxınlaşaraq "ay Allah gör dünya kimlərə qaldı, baboşlara qaldı”. Sonra “bağışlayın sizin arvadınızın Əlibaba adında əri olmayıb?” sonra, “ay baboş get arvadının spidometrini , probeqini yoxlat”, “gör sənin başına nə oyunlar açacam, sənin dalını dağıdacam, ay baboş, uşaqların məktəbə gedib gəlir”.X21 təhqirləri edərkən ətrafda çoxlu insanlar olmuş, X16, X28, X38 bu hadisəyə şahid olmuşlar.Şahid X3 rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 3, mənzil 34 ünvanda yaşayır. 2024-cü ilin iyun ayına qədər 15 saylı X47 bölməsində, hazırda 3 saylı X47 bölməsində tibb bacısı işləyir. Nümayəndəa izahatında göstərmişdir ki, 25 sentyabr 2024cü İl tarixdə Bakı şəhər Qaradağ Rayon Məhkəməsində şahid qismində ifadə vermək üçün getmişdir. Məhkəmə zalının qarşısında gözləyərkən X1 Kərim Arif oğlunun ünvanına “ay Allah gör dünya kimlərə qaldı, baboşlara qaldı”. Sonra “bağışlayın sizin arvadınızın Əlibaba adında əri olmayıb?” sonra, “ay baboş get arvadının spidometrini , probeqini yoxlat", “gör senin başına nə oyunlar açacam, sənin dalını dağıdacam” sözlərini deyərək onu təhqir etmişdir. X28 və X38 şahid olmuşlar.“Ay Allah gör dünya kimlərə qaldı” - Bu cümlə, mövcud vəziyyətdən narazılıq ifadə edərək, qarşındakı insanın mənfi qiymətləndirilməsidir və təhqirdir."Bağışlayın sizin arvadınızın Əlibaba adlı əri olmayıb" - Şəxsi ailə münasibətlərinə müdaxilə edən bir ifadədir və həmin şəxsin həyat yoldaşına hörmətsizlik və təhqirdir. “Ay baboş get arvadının spidometrini, probeqini yoxlat” - Burada avtomobil terminləri (spidometr, probeq) metaforik şəkildə qadına aid edilib və qadının şəxsi həyatına təhqiramiz işarələr vurulub. Bu, cəmiyyət tərəfindən qadının ləyaqətinin aşağılanması kimi dəyərləndirilməlidir. "Dalını dağıdacam" - Fiziki zorakılığı hədələyən açıq-aşkar təhqirdir, çünki bu cümlə həm fiziki, həm də mənəvi zorakılıqla qorxutma məqsədi daşıyır. X9 istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçmiçş WhatsApp sosial şəbəkəsi vasitəsi ilə X21 tərəfindən, onun istifadəsində olan 070 *** ** ** mobil nömrəsi ilə qyediyyatdan keçmiş WhatsApp sosial şəbəkəsi vasitəsi ilə ona və iş yoldaşı X23 ünvanına təhqiredici mesajlar yazılmışdır. Belə ki, 29 iyul 2024-cü il tarixdə Nailə Quliyeva WhatsApp sosial şəbəkəsi vasitəsi Atamoğlan Heydərova “buna da sənin cavabın olacaq şərəfsizlər”, “biraz səbrli olun”, “siz biqeyrətlər elə bilirdiniz bacım işsiz qalacaq starşiy göndərtdirdim, indi sizinlər məşğul olacağam", “az qalıb sizin ömrünüzə az”, “sənədlər yığılsın dalınız dağılacaq”, “Kərimində, sənində, Həsənində dalı dağılacaq”, “oxu onlarada xəbər elə arvadlarından xəbərsizlər”. Daha sonra X23 şəklini göndərmiş və şəklin aşağısından “bu götədə xəbər göndər, mənlə rastlaşacaq, arvadı fahişə” sözlərini yazmaqla X25 təhqir etmişdir. "Şərəfsizlər" - Bu ifadə birbaşa şəxsə və ya insanlara hörmətsizlik edir, onların mənəviyyatsız və əxlaqsız olduğunu iddia edir. İctimai normalar daxilində bir insanın şərəfinə hücum kimi qəbul edilir və açıq təhqirdir. "Siz biqeyrətlər" - "Biqeyrət" ifadəsi, bir insanı qeyrətsiz, yəni namussuz olaraq təqdim edir. Bu ifadə şəxsin ləyaqətini və şərəfini alçaltmaq məqsədi daşıyır. "Dalınız dağtlıcaq" - Bu, fiziki zorakılıq təhdidi olaraq qəbul edilir və birbaşa cəza və ya pis nəticələrə yönəlmiş qorxutma məqsədi güdür. "Karimin də, sənin də, Həsəninin də dali dağılıcaq" - Bu ifadə də eyni təhqir və təhdid xarakterlidir, fərdi şəxsləri birbaşa zorakılıqla qorxutmağa yönəlmişdir. "Avradlarınızdan xəbəsizlər" - Bu cümlə, hədəfə yönəldilmiş şəxslərin qadınlarına dair alçaldıcı bir işarədir və onların namuslarına toxunan təhqirdir. "Bu götədə də xəbər göndər" - Bu ifadə təhqirli bir bədən hissəsi üzərindən şəxsi aşağılayan məzmunda istifadə olunub. "Arvadı fahişə" - Bu, birbaşa şəxsin ailə üzvünü təhqir etmək üçün istifadə olunub. "Fahişə" sözü, əxlaqsız bir qadını təsvir edir və ailə üzvünün şərəf və ləyaqətinə ağır təhqirdir. Habelə, X29 istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə qediyyatdan keçmiş WhatsApp sosial şəbəkəsi vasitəsi ilə X21 tərəfindən, onun istifadəsində olan 070 *** ** ** mobil nömrəsi ilə qyediyyatdan keçmiş WhatsApp sosial şəbəkəsi vasitəsi İlə ona və iş yoldaşı X23 ünvanına təhqiredici mesajlar yazılmışdır.Belə ki, 21 sentyabr 2024-cü il tarixdə X4 Həsən İsa oğluna WhatsApp sosial şəbəkəsi vasitəsi ilə X23 şəklini göndərmiş və şəklin aşağısından “hörmətli tibb işçiləri, aleyeee, savadsızlar”, “ay xoruzlar gözləyin baboşlar gəlir”, “xalq artisti məharətin göstərir fuuuu”, “bunları göndər Kərim zurnaya”, “dalın var mənlə danış, Kərim arvadı göyçəyədə xəbər ver getdin anasının, arvadının dalına baxsın, orda kişilik etməsin, nakişilər qadınla uğraşırsız, burdan bilinir ki, biqeyrətsiz, cındırlar hər kəs getsin evdəki arvadının spidometrin hesablasın ” bu məzmunlu təhqiredici sözlər yazmışdır. Hörmətli tibb işçiləri, aleyee, savadsızlar" - Bu ifadə tibb işçilərinə qarşı təhqir və alçaldıcı tonda söylənilib. "Savadsızlar" deməklə həmin insanların bilik və bacarıqlarına hörmətsizlik edilib, onların peşəkar nüfuzuna xələl gətirilib. "Ay xoruzlar, gözləyin baboşlar gəlir" - "Xoruzlar” və "baboşlar" İfadələri insanlara qarşı alçaldıcı terminlər kimi işlədilib. Burada "xoruzlar" ifadəsi kişilərə qarşı cinsiyyətə görə aşağılayıcı məna daşıyır və bu səbəbdən təhqir sayılır. "Xalq artisti məharətin göstərir fuuuu" - Bu ifadə də istehza və alçaldıcı məna daşıyır. "Fuuuu" kimi ifadələr həmin şəxsin bacarıqlarına hörmətsiz yanaşmaq məqsədi daşıyır, açıq-aşkar təhqirdir. "Bunları göndər Kərim zurnaya" - "Zurna" burada şəxsi alçaltmaq və hörmətsiz bir məna İlə təqdim olunur. İctimai baxımdan bu, təhqirli bir ifadə kimi qəbul edilir. "Dalın var mənlə danış" - Bu ifadə şəxsin fiziki xüsusiyyətlərini alçaltmaq və onu təhqir etmək məqsədi daşıyır. "Kərim arvadı göyçəyəda xəbər ver getsin anasının, arvadının dalına baxsın, orda kişilik etməsin, nakişilər” - Burada "arvadın dalına baxsın" ifadəsi, şəxsin həyat yoldaşına qarşı aşağılayıcı və cinsi məzmunlu bir təhqir kimi işlədilib. "Nakişi" sözü isə namussuzluğu ifadə edir və təhqir məqsədi güdür. "Burdan bilinir ki, biqeyrətsiz, cındırlar, hər kəs getsin evdəki arvadının spidometrin hesabləsin" - "Biqeyrətsiz", "cındırlar" ifadələri şəxsləri birbaşa olaraq alçaltmaq və təhqir etmək məqsədi daşıyır. "Spidometrin hesablasın" cinsi məzmunlu metaforik ifadə ilə işlədilərək qadınlara hörmətsizlik göstərir. Göstərilənlərə əsasən X11 Azərbaycan Respublikasının CM-nin 148-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X31 və onun vəkili və nümayəndəsi Nümayəndə şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 xüsusi ittiham qaydasında şikayəti qəbul etməyərək bildirmişdir ki, şikayətdə qeyd edilənlərin 85 faizi yalandır.Kərim onun anasının qəbiri ilə bağlı nəlayiq ifadə işlətdiyindən o da Kərimi təhqir etmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsində 25 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasından sonra Kərimin ünvanına “ay Allah gör dünya kimlərə qaldı, baboşlara qaldı “bağışlayın sizin arvadınızın Əlibaba adında əri olmayıb?” kimi ifadələr işlətmişdir.Lakin onunla bağlı hər hansı təhqiramiz ifadələri heç bir yerdə yaymamışdır. Bundan başqa o, WhatsApp tətbiqində də Kərimin ünvanına “şərəfsiz” və “nakişi” kimi ifadələr işlətmişdir.Bunların hamısını Kərimin onun anasının və bacısın ünvanına dediyi nəlayiq ifadələrə görə olmuşdur. Qeyd edilənlərə əsasən şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittiham qaydasında qeyd edilmiş ifadələr təhqir kimi qəbul edilməməlidir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilə bilər ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq mötəbər sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Bu mənada, X31 şikayət ərizəsində X11 onu küçədə insanların qarşısında təhqir etməsini və buna görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını göstərsə də, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirməsini sübuta yetirə bilməmişdir. Xüsusi ittihamçı ərizəsində göstərdiyi xüsusatları heç bir mötəbər sübut və dəlillərlə əsaslandırmamışdır. Bundan başqa X19 tərəfindən X31 və X33 "WhatsApp" tətbiqi vasitəsi ilə göndərilmiş məlumatlarla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhqir xarakterli məlumatların hər hansı şəxsə və ya şəxslərə “WhatsApp” vasitəsi ilə göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə olan hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Belə ki, hər hansı şəxsə və ya şəxsiərə "WhatsApp" tətbiqi vasitəsi ilə məlumat göndərilməsi zamanı həmin məlumatları sadəcə həmin ünvan sahibi görə bilər. Yəni, burada kütləvilik əlaməti yoxdur. Əgər təhqir xarakterli məlumatlar sosial internet şəbəkələrində yayılmış olsa idi (məsələn; facebook, twitter və s.) o zaman həmin məlumatlar qeyri-müəyyən şəxslər dairəsi üçün açıq olardı və burada kütləvilik əlaməti də mövcud olardı. Göründüyü kimi şikayət ərizəsində X13 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqlə, kinoxronikai proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bile-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məiumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi hatda internet informasiya ehtiyatında yayılmış oisun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşüiür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşüiür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətim nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi İnformasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. - Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bərəsində xüsusi ittiham qaydasında şikayət erilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cınayət-Prosessuai Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassiz olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X13 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkii Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apeüyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar