Məhkəmə qərarları › İş №1(002)-294/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-294/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-294/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 09 avqust 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 22 iyul 2023-cü il tarixdə saat 18:00 radələrində Qaradağ RPİ-nin cinayət axtarış şöbəsi və 10-cu PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən H.Əliyev parkının qarşısında saxlanılıb, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 19:40 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış təmiz çəkisi 0,222 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 iyul 2023-cü il tarixdə şəxsi işiylə bağlı Bakı şəhəri, Səbail rayonu Şıxov çimərliyinə getmişdir. Həmin gün saat 16:00 radələrində Şıxov çimərliyində tanımadığı bir nəfər şəxs ona yaxınlaşmış, narkotik maddə olan kakos satdığnı bildirmiş, ondan narkotik maddə almağını təklif etmişdir. O da narkotik maddə qəbul etdiyi üçün həmin şəxsin bu təklifi ilə razılaşmış, ondan 10 manat müqabilində bir ədəd siqaretin qızılı kağız kəsiyinə bükülümüş narkotik maddə olan kakosu almış, həmin narkotik maddəni əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibinə qoyaraq oradan uzaqlaşmış, işi bitikdən sonra Lökbatan qəsəbəsinə gəlmişdir. Həmin gün saat 18:00 radələrində Lökbatan qəsəbəsində yerləşən H.Əliyev parkının qarşısından keçib gedərkən üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışr, xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİ-nin cinayət axtarış şöbəsinin və 10-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmiş, ondan anket məlumatlarını soruşmuşlar, o da polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədini istəmiş, o isə polis əməkdaşlarına şəxsiyyət vəsiqəsinin üzərində olmadığmı bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirmişdirlər. 10-cu PŞ-də xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə mobil telefon vaistəsi ilə video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarışa başlanılmazadan əvvəl ona üzərindəki qanuni və ya qeyri-qanuni əşyalarını masanın üzərinə qoymağı təklif olunmuş, bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxladığı 01 ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoymuş və üzərində heç bir əşyasının olmamasını bildirmişdir. Masanın üzərinə qoyduğu büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəklində narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. İlkin sorğu zamanı bükümün içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Şıxov çimərliyində tanımadığı şəxsdən 10 manat aldığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və iştirakçılar və onun tərəfindən imzalanmışdır. O, son olaraq əməlindən peşman olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 22 iyul 2023-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Əlövsət adlı şəxsin Lökbatan qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Qaradağ RPİnin 10-cu PŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra o, Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 və 10-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, həmin məlumat əsasında tərəflərindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Lökbatan qəsəbəsində yerləşən H.Əliyev adına parkın qarşısında əvvəlcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Əlövsət adlı şəxsə oxşar bir nəfərə yaxılaşmış, xidməti vəsiqələrini təqdim edərək ona özlərini Qaradağ RPİ-nin CAŞ-si və 10-cu PŞ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb edərkən o, şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Onlar Əlövsətə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirmişlər. PŞ-də həmin şəxsin 09.08,2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bu barədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Valeh Orucova təhvil verilmişdir. Təqsirləndirilən şəxs baş təhqiqatçı Valeh Orucov tərəfindən tutulmuş, müdafiəçi dəvət olunmuş, polis serjantı Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə video çəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxladığı 01 ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoyaraq üzərində heç bir əşyasının olmamasını bildirmişdir. Masanın üzərinə qoyduğu büküm açılmış bükümün içərisində qəhvəyi rəngli, toz şəklində narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bükümü içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Şıxov çimərliyində tanımadığı şəxsdən 10 manat aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, narktok maddə heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 22 iyul 2023-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Əlövsət adlı şəxsin Lökbatan qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Qaradağ RPİ-nin 10cu PŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra o, Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid2 və Qaradağ RPİ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, həmin məlumat əsasında tərəflərindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. 22 iyul 2023-cü il tarixdə saat 18:00 radələrində Lökbatan qəsəbəsində yerləşən H.Əliyev adına parkın qarşısında əvvəlcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Əlövsət adlı şəxsə oxşar bir nəfərə yaxılaşmış, xidməti vəsiqələrini təqdim edərək ona özlərini Qaradağ RPİ-nin CAŞ-si və 10cu PŞ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb edərkən o, şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Onlar Əlövsətə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Qaradağ RPİnin 10-cu PŞ-nə gətirmişlər. PŞ-də həmin şəxsin 09.08,2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bu barədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Valeh Orucova təhvil verilmişdir. Təqsirləndirilən şəxs baş təhqiqatçı Valeh Orucov tərəfindən tutulmuş, müdafiəçi dəvət olunmuş, onun tərəfindən mobil telefon vasitəsi ilə video çəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxladığı 01 ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoyaraq üzərində heç bir əşyasının olmamasını bildirmişdir. Masanın üzərinə qoyduğu büküm açılmış bükümün içərisində qəhvəyi rəngli, toz şəklində narkotik maddə heroinə oxşar kütlə aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bükümü içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Şıxov çimərliyində tanımadığı şəxsdən 10 manat aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, narktok maddə heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişdirlər. Şahid, Qaradağ RPİ-nin 10-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3962 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində narkotik vasitə aşkar olunmuş Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,222 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,222 qram, tədqiqata sərf edildi– 0,05 qram, qalıq - 0,172 qram. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 02 avqust 2023-cü il tarixli, 4912 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda absitenensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,222 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmalı və qalıq qalmış 0,172 qram çəkidə narkotik vasitə olan heroinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin inzibati binasında Qaradağ RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1, 10-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid2, mobil telefon vasitəsi ilə çəkiliş aparan CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilir. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1(bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşan zaman o “kakos” olduğunu, Səbail rayonu ərazisində Şıxovda tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin büküm açılaraq baxış keçirilir və bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar olunur. Bundan sonra həmin büküm açılmış içərisində qəhvəyi rəngli toz şkilli maddə aşkar olundu, həmin büküm bağlandı, zərfə qoyularaq möhürlənib qablaşdırılır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Qaradağ RİHB-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 109 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli 2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Qaradağ RİHB-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 109 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli, 656 saylı arayışdan görünür ki, Şirinov X4 rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi, ev 2, mənzil 80 ünvanında yaşayır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, müsbət xarakterizə edilməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, narkotik vasitənin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 22 iyul 2023-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs kimi tutulmuş və 24 iyul 2023-cü il tarixdə, saat 11:35-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, Qaradağ rayon prokurorunun qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və o Qaradağ RPİ-nin MSY-dən azad edilməklə, müstəntiqin qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CMnin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.172 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından liyev Əlisəfa Qurban oğlunun və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.172 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 saata görə 270 (iki yüz yetrmiş manat) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 10 saata görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar