Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-295/2023 17.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Zəngilan rayonunda anadan olmuş, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində özünə məxsus olan, sürücülük hüququ olmaqla idarə etdiyi “Mersedes Benz-280” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Meyvəli Ticarət Mərkəzi ilə Sədərək Ticarət Mərkəzinin arasındakı yolda “X3 Azərbaycan Respublikası Qanunu”nun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, diqqətini daim dəyişən yol şəraitindən ayırmamalı, arxadan sol tərəfi ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını və əks istiqamətli nəqliyyat axınlarının 1.1 üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almalı, sola doğru dönmə əməliyyatı apararaq həmin xətti kəsməklə hərəkət üçün təhlükə şəraiti yaratmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyərək 1.1 üfüqi nişanlanma xəttini kəsib sola doğru dönmə əməliyyatı edərkən, arxadan gələn Kənar dairəvi yolun körpüsünə tərəf şəhər istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai Sonata” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sol əlinin İ barmağının əl darağının əsasının qapalı yerinidəyişmiş sınığı ilə müşayət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 25 fevral 2023-cü il tarixdə günorta saatlarında idarə etdiyi “Mersedes Benz 280” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sədərək Ticarət Mərkəzindən çıxaraq həkimlə görüşməyə gedirmiş. Sədərək TM-nin qarşısındakı dairədən Yasamal istiqamətində olan körpüyədək 15-20 metr sürüb yolun sağ tərəfində saxlamışdır. Görmüşdür ki, şiddətli ağrısı olduğu üçün gedə bilməyəcək və qərara gəlmişdir ki, dönüb Xocəsən yolu ilə evinə, yəni Biləcəri qəsəbəsinə getsin. Dönmə işiqlarını yandırıb yavaşyavaş sol tərəfə çıxmışdır. Təxminən 80-100 metr gəlmişdir. Yolun əks tərəfidən körpünün altından maşın gəlmədiyini dəqiqləşdirib yolun boş olduğunu görüb geriyə dönmək istəmişdir. Həmin anda idarə etdiyi avtomobil yolun ortasına çıxmışdır. Bu zaman arxadan əks tərəfə hərəkət edən “Hyundai Sonata” markalı avtomobil ilə toqquşmuşdur. Törətdiyi əməldən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunub və zərərçəkmiş şəxs ondan şikayətçi deyildir və ona dəymiş ziyan ödənilmişdir.Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 fevral 2023-cü il tarixdə günorta radələrində idarə etdiyi “Hyundai Sonata” markalıavtomobillə “Sədərək” ticarət mərkəzinin Meyvəli bazarı tərəfdən olan çıxışından çıxıb şəhər istiqamətində hərəkətə başlamışdır. Kənar dairəvi yolun körpüsünün altına çatmağa az qalmış yolun sağ tərəfində dayanmış “Mersedes Benz 280” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil gözlənilmədən hərəkətə başlamış v həmin avtomobil yolun ortasından geriyə dönmə manevri etmişdir. Onun qəflətən qarşısına çıxdığını görəndə aralarında 2-3 metr məsafə olmuşdur. O, təhlükə yarandığını görən kimi əyləci basıb avtomobili sol tərəfə yönəltmişdir ki, hadisənin qarşısını alsın. Bu anda onun avtomobilinin ön sağ hissəsi ilə həmin avtomobilin qabaq qapısının ön hissəsi toqquşmuşdur. Hadisə zamanı onun sol biləyi əzilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş olan ziyanı tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisi oğludur. X4 markalı, **-MT-*** dövlət qediyyat nişanlı avtomobilli var. 25 fevral 2023-cü il tarixdə günorta radələrində əmisi oğlu Nazimin maşını ilə “Sədərək” ticarət mərkəzinin Meyvəli bazarı tərəfdən olan çıxışından çıxıb şəhər istiqamətində hərəkətə başlamışlar. Kənar dairəvi yolun körpüsünün altına çatmağa 50-100 metr qalmış yolun sağ tərəfində dayanmış “Mersedes Benz markalı avtomobil gözlənilmədən hərəkətə başlamış və Nazim əyləci basmış, lakin toqquşmadan yayına bilməmişlər. Hadisə nəticəsində Nazimin sol əli zədələnmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 mart 2023-cü il tarixli 153 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində sol əlin İ barmağının əl darağının əsasının qapalı yerinidəyişmiş sınığı kimi xəsarət aşkar edilmişdir. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir.Cavadovun aldığı xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni idarə etdiyi avtomaşının digər hərəkətdə olan minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 27 iyul 2023-cü il tarixli 8/2088 nömrəli rəyindən görünür ki, “Mersedes Benz 280” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X3 Azərbaycan Respublikası Qanunu”nun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Hyundai Sonata” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə bağlı olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu və cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, cinayət işinin materiallarını və məhkəmə istintaqı zamanı araşdırılmış sübutları nəzərdən keçirirək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ərizə təqdim edərək barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsindən göründüyü kimi, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə də, məhkəmə iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə təqsirləndirilən şəxslər barəsində cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir.) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 75.1.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində secilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri ləğv edilsin. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-295/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-295/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver