Məhkəmə qərarları › İş №1(002)-296/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-296/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-296/2023 12.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci ilə təqsirli bilinərək CM-nin 76.6.3 və 67.1-ci madələri tətbiq edilməklə 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasınn sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 11(on bir) ədəd bükümdə, ümumilikdə təmiz çəkisi 1,039 qram narkotik vasitə hesab edilən heroin əldə edib daşıyaraq üzərində saxlamış, Qaradağ RPİnin 10-cu PB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 15:30-da ünvan 3 ünvanının qarşısında olarkən saxlanılaraq, Qaradağ RPİ-nin 10-cu PB-yə aparılmış, üzəridə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qəhvəyi rəngli köynəyin sol sinə cibindən 1(bir) ədəd şəffaf rəngli plastik qabın içərisində 11(on bir) ədəd ağ rəngli siqaret kağızına bükülmüş, çəkiləri 0,147, 0,101, 0,087, 0,051, 0,127, 0,091, 0,102, 0,115, 0,097, 0,046, və 0,075 qram olmaqla ümumilikdə təmiz çəkisi 1,039 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, xeyli müddətdir ki, narkotik vasitədən istifadə edir. 17 iyun 2023-cü il tarixdə taksi ilə Binəqədi rayonuna “mərkəz” adlanan yerə getmişdir. Orada qiyabi olaraq tanıdığı şəxsə yaxınlaşmış və narkotik vasitə “kakos” istəmiş və həmin şəxs ona çeti 5 manatdan olmaqla 10 büküm narkotik vasitə vermişdir.Həmin narkotik vasitəyə görə ümümilikdə 50 manat pul vermişdir.Həmin narkotik vasitəni aldıqdan sonra yaşadığı ünvana gəlmiş və ünvanının qarşısında polis əmdaşları onu saxlayıb polis bölməsinə aparmışlar. Əməlindən peşmançılıq hissi keçirir.Səhhətində problemlər var.Belə ki, avtoqəza keçirdikdən sonra onda yerimə məhdudiyyəti yaranmışdır. Ona Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə Qaradağ RPİ-də xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat o və digər əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksi ərazisində müşahidələr aparmağa başlamışdırlar. Həmin tarixdə onlar Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 10-cu polis bölməsinə dəvət etmiş, Təqsirləndirilən şəxs də onlarla birlikdə 10-cu polis bölməsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman o, əynində olan köynəyin cibindən 1(bir) ədəd şəffaf rəngli plastik qabı masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra həmin şəffaf rəngli plastik qaba baxış keçirilmiş və işərisində olan 11(on bir) ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim edilmişdir. Təqsirləndirilən şəxs şəffaf rəngli plastik qabın içərisində olan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, narkotik vasitə istifadə etdiyini, tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında o və əməliyyat qrupunun rəhbəri əməliyyat müvəkkili Şahid1 oğlu ilə birlikdə Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksinə getmişlər.Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 10-cu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə 10-cu polis bölməsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman o, əynində olan köynəyin cibindən 1(bir) ədəd şəffaf rəngli plastik qabı masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra həmin şəffaf rəngli plastik qaba baxış keçirilmiş və işərisində olan 11(on bir) ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim edilmişdir. Təqsirləndirilən şəxs şəffaf rəngli plastik qabın içərisində olan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, narkotik vasitə istifadə etdiyini, tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin zaman Təqsirləndirilən şəxs narkotik vasitənin satışı məşul olmasını müəyyən etməsələr də, Təqsirləndirilən şəxs yaşadığı ünvana naməlum şəxslərin çox gəlib-getməsi və yaşadığı ünvanın pəncərəsinə xeyli şəxsin yaxınlaşaraq oradan narkotik vasitə əldə etməsi barədə onda məlumat olmuşdur. İş materillarında olan 19 iyun 2023-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatında diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsində Təqsirləndirilən şəxs oğlunun üzərinə müdafiəçi X2, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 oğlu və Şahid2 oğlunun iştirakları ilə şəxsi axtarış keçirilir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli zolaqlı köynəyin cibindən 1(bir) ədəd şəffaf rəngli plastik qabı masanın üzərinə qoyaraq təqdim edir. Daha sonra həmin şəffaf rəngli plastik qaba baxış keçirilir və işərisində olan 11(on bir) ədəd ağ rəngli siqaret kağızına bükülmüş büküm və bükümlərin içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin narkotik vasitələri istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən Binəqədi rayonu ərazisindən aldığını bildirir. Bundan sonra həmin bükümlər iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3437 saylı rəyindən görünür ki, “Çəkilişlə şübhəli şəxsin üzərindən götürülmüş...” sözləri və imzaları olan 1(bir) ədəd zərfin içərisində 11(on bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,147 qram, 0,101 qram, 0,087 qram, 0,051 qram, 0,127 qram, 0,091 qram, 0,102 qram, 0,115 qram, 0,097 qram, 0,046 qram və 0,075 qram, ümumi təmiz çəkisi 1,039 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin xx.xx.2023-cü il тарихли, 4914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11(on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,147, 0,101, 0,087, 0,051, 0,127, 0,091, 0,102, 0,115, 0,097, 0,046, və 0,075 qram olmaqla ümumilikdə təmiz çəkisi 1.039 qram olan narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,819 qram çəkidə narkotik vasitə olan heroin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci ilə təqsirli bilinərək CM-nin 76.6.3 və 67.1-ci madələri tətbiq edilməklə 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasınn sonu ilə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini qismən etiraf edərək Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları və şahid ifadəsi ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin xırda bağlamalara bükülməsi və çəkilərinin təqribən eynilik təşkil etməsi, bükümlərin sayının 11 (on bir) ədəd təşkil etməsi və aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə əsaslar yaradır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq, daxili inamını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 80 (səksən) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 11 bükümdə ümumi çəkisi 0,819 qram narkotik vasitə heroin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 80 (səksən) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 11 bükümdə ümumi çəkisi 0,819 qram narkotik vasitə heroin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar