Məhkəmə qərarları › İş №1(002)-297/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-297/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-297/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Biləsuvar rayonu Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 aprel 2023cü il tarixdə, saat 10.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus boş torpaq sahəsində saxlanılmış dəmir armaturla quraşdırılmış ümumi dəyəri 3500 manat təşkil edən hər birinin eni 1 metr, uzunluğu 1.2 metr, hündürlüyü 3 metr olan 8 ədəd dəmir karkasları gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 19 may 2023-cü il tarixdə saat 11:30-da Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəəbəsi, M.Seyidov küçəsində yerləşən 8 nömrəli evin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət edilib orada xidməti otaqlardan birində video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunun içərisindən 2 ədəd kağıza bükülmüş bükümdə təmiz çəkisi 1,916 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, yaşadığı Sahil qəsəbəsində əlvan metalın alışı və satışı ilə məşğul olur. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 19 may 2023-cü il tarixdə günorta radələrində yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitəsinin istifadəsində şübhəli olduğunu bildirmiş və onu polis bölməsinə aparmışlar. Polis bölməsində şifahi sorğu zamanı üzərində hər hansı bir qadağan olunmuş əşya və ya predmet olduğunu soruşulmuş və o, da üzərində narkotik vasitənin olmasını bildirmiş və şalvarın cibindən 1 ədəd siqaret qutusunda olan narkotik vasitəni çıxarıb təqdim etmişdir.Narkotik vasitəni onlayn yolla 50 manat pul ödəyərək tanımadığı şəxsdən almış və Baxıxanov qəsəbəsində işarələnən yerdən götürmüşdür. O, əlavə olaraq bildirmişdir ki, heç bir oğurluq hadisəsi törətməmişdir. Belə ki, 18 may tarixdə gecə saatlarında tanımadığı şəxs evinə gəlmiş və dəmir karkaslar satdığını bildirmişdir.O, həmin şəxsə səhər metal sexinə gəlməsini bildirmişdir. Səhəri gün işlədiyi metal qəbulu sexinə tanımadığı şəxslər dəmir armatur materialdan olan karkas formasında yığılmış metal gətirmişlər. O, həmin dəmir armaturdan olan karkasları pulunu verərək almışdır. Ona görə də oğurluq ittihamına görə ona bəraət verilməsini xahiş edir.Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir.Əməlindən səmimi peşmançılıq hissi keçirir.Evidir və himayəsində üç azyaşlı uşağı var.Qeyd edilənlərə əsasən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayır. Qaradağ RPİ-nin 38-ci polis bölməsinin yaxınlığında ona məxsus torpaq sahəsi vardır. Həmin həyətyanı torpaq sahəsinin iki tərəfində hasar vardır. Lakin iki tərəfi açıq vəziyyətdədir.Həmin torpaq sahəsində təxminən bir neçə il bundan qabaq tikinti işləri aparmaq üçün dəmir armaturadan karkaslar yığmışdır.Təxminən aprel ayında səhər işə gedərkən dəmir krakasların oğurlandığını müəyyən etmişdir.Bununla bağlı polisə müraciət etmiş və dəmir karkaslar ona qaytarılmışdır.Hal-hazırda ona dəymiş ziyan ödənidiyindən təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat-müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi M.Seyidov küçəsi ev 8, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlanması və satışında şübhəli olması barədə məlumat əldə edilmiş və əməliyyat qrupu yaradılmışdır. 19 may 2023-cü il tarixdə, saat təxminən 11:30 dəqiqədə Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sahil qəsəbəsi, İ.Seyidov küçəsi 8 ünvanın yaxınlığında saxlanılaraq 38-ci polis bölməsinə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə hərəkətləri keçirilərkən o, əynindəki şalvarının sağ yan cibindən siqaret qutusunun içərisindən 2 ədəd iç-içə keçirilmiş kağıza bükülüsünü çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusunda içərisindən 2 ədəd kağız bükülü açıldıqda içərisində kağıza bükülmüş kristal şəklində iysiz maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmişdir. İş üzrə şahid Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Heydərov X1 İnal İlham oğlu ilə eyni məzmunlu ifadə verərərək onun dediklərini təsdiq etmişdir. İş materillarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokola əlavə edilmiş “DVD” diskdə olan videogörüntüyə məhkəmə iclasında keçirlmiş baxış zamanı müəyyən edilmişdir ki, 19 may 2023-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsində otaqların birində Müdafiəçi, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin baş əməliyyat-müvəkkili Şahid1 və Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və predmet varsa masanın üzərinə qoymaq təklif olunur və sonuncu boz rəngli şalvarın sağ ön cibindən qırmızı-ağ rəngli siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur və həmin qutunun içərisindəki maddənin psixotrop maddə olan patı (metamfetamin) olduğunu, öz istifadəsi üçün onlayn yolla 50 manata əldə etdiyini bildirir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 may 2023-cü il tarixli, 6/2916 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ … imzaTəqsirləndirilən şəxs “ sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunun içərisində 02 ədəd iç-içə keçirilmiş kağız bükümdə təmiz çəkisi 1,916 maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsin 17 iyun 2023-cü il tarixli, 3845 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniə xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, aşkar edilərək götürülmüş təmiz çəkisi 1,916 qram kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamin və Zərərçəkmiş şəxs mülkiyyətində olan dəmir armaturdan hazırlanmış karkas maddi sübut kimi tanınmışdır. İş materiallarında olan qərar və tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3 maddələri ilə 02 il 03 ay 02 gün azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək üzərində 03 il azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırması cəzsının çəkilməmiş hissəsi 09 ay 18 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan teleqramdan görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmiş və onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməllərini etiraf etməyərək Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları ilə təsdiq edildiyindən məhkəmə tədsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edərək peşman olması və himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 1.816 qram psixotrop maddə metamfetamin məhv edilməli və dəmir armaturdan hazırlanmış karkasların sahibinə qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul və məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 19 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 55 (əlli beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 1.816 qram psixotrop maddə metamfetamin məhv edilsin və dəmir armaturdan hazırlanmış karkasların sahibinə qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 47 (qırx yeddi) saata görə 282 (iki yüz səksən iki) manat məbləğində pul və məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar