Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-298/2022 13.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1968-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 X1 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 8 X1 “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya olan, işlək vəziyyətdə, daxilində danışıq kartı olan 01 ədəd “Samsung Galaxy J1” markalı, “SM-J105H” modelli, “**********02038, **********02036” İmei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və xx.xx.2022-ci il tarixdə, saat 09:10 radələrində müəssisə əməkdaşları tərəfindən onun qeydiyyatda olduğu 1-ci rejim korpusunun 14 saylı kamerasında keçirilmiş axtarış-baxış zamanı yataq yerindəki döşəyin altında həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317- 2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, halhazırda 8 X1 cəza çəkir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında qeydiyyatda olduğu 1-ci rejim korpusunun 14 saylı kamerasında keçirilmiş axtarış-baxış zamanı onun yataq yerindəki döşəyin altında işlək vəziyyətdə, daxilində danışıq kartı olan 01 ədəd “Samsung Galaxy J1” markalı, “SM-J105H” modelli, mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin mobil telefon aparatını müəssisənin ərazisində ağacın altından taparaq gizlətmişdir. Aşkar olunaraq götürülmüş mobil telefon aparatının daxilində olan, "xxxx" MMC operatoruna məxsus ***-***-**-** nömrəli danışıq kartı olmuşdur və həmin telefon vasitəsilə vasitəsilə yaxın qəhumları ilə müxtəlif vaxtlarda danışmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 8 X2 Əməliyyat Bölməsinin böyük inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 09.00 radələrində 8 X1 cəza çəkən və saxlanılan məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 1-ci rejim korpusunun 14 saylı kamerasında keçirilmiş axtarış-baxış zamanı onun yataq yerindəki döşəyin altında işlək vəziyyətdə, daxilində danışıq kartı olan 01 ədəd “Samsung Galaxy J1” markalı, “SM-J105H” modelli, “**********02038, **********02036” imei kodlu mobil telefon aparatı aşkar edilərək götürülmüş, şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılaraq, bu barədə müvafiq protokol tərtib edilmiş və protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. İş materillarında olan kompyuter-texniki ekspertizasının 08 aprel 2022-ci il tarixli, 5/370 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Samsung Galaxy J1” markalı, “SM-J105H” modelli, “**********02038, **********02036” İmei kodlu mobil telefon aparatı hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X3”nın təsdiq edilməsi barədə 19 noyabr 2010-cu il tarixli 16-T saylı əmrinin 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materillarından görünür ki, aşkar edilmiş 1 ədəd “Samsung Galaxy J1” markalı, “SM- J105H” modelli, “**********02038, **********02036” İmei kodlu mobil telefon aparatı və və daxilində olan, "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəli danışıq kartı maddi subut kimi tanınmış və işə əlavə edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş məlumatdan göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung Galaxy J1” markalı, “SM-J105H” modelli, “**********02038, **********02036” İmei kodlu mobil telefon aparatı və və daxilində olan, "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəli danışıq kartı dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə 53 (əlli üç) manat 65 (altmış beş) qəpik ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) il 10 (on) ay 06 (altı) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablansın Cəzasını Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş xüsusi rejimli cəzaçəkmə müəssəsində çəksin. İşi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung Galaxy J1” markalı, “SM-J105H” modelli, “**********02038, **********02036” İmei kodlu mobil telefon aparatı və daxilində olan, "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəli danışıq kartı dövlət nəfinə müsadirə edilsin. İş üzrə 53 (əlli üç) manat 65 (altmış beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-298/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-298/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver