Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-298/2023 06.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1984-cü ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində üç azyaşlı uşağı olan) əvvəllər məhkum olunmamış, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan məlum olur ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımışdır. Belə ki, verilmiş ittihamdan aydın olur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib saxlamaqla daşımış, 08 iyun 2023-cü il tarixdə saat 22:40 radələrində Qaradağ RPİ-nin 10-cu PB-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Xəyal” adlı kafenin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd siqaretin göy rəngli kağız bükümündə, 03 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə, 01 ədəd sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,298 qram, 0,501 qram, 0,376 qram və 0,065 qram olmaqla ümumi təmiz çəkisi 1,240 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə təmiz çəkiləri 0,054 qram və 0,031 qram olmaqla ümumi təmiz çəkisi 0,085 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Ailəlidir, üç övladı var. Fərdi qaydada etibarnamə əsasında “Toyota Prius” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən üç ildir ki, narkotik vasitə kakos deyilən heroin, arabir psixotrop maddə şüşə deyilən metamfetamini çəkməklə istifadə edir. Taksi fəaliyyəti ilə məşğul olduğundan 08 iyun 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisindən keçən zaman 2-ci Alatava deyilən yerdə, üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmadığı şəxsdən 35 manat verib 02 ədəd bükümdə narkotik vasitə kakos deyilən heroin və psixotrop maddə şüşə deyilən metamfetamin alıb cibində saxlamışdır. Heroindən biraz falqa üzərində yandırıb istifadə etdikdən sonra siqaretin kağız bükümlərinə, 01 ədəd sellofan bükümlərə ayırmışdır. Ümumilikdə bükümlərin sayı 06 ədəd olmuşdur. Biraz işləyib, yaşadığı evə gedirmiş. Saat 22 radələrində şəhərdən gəlib yaşadığı Qobu-Park yaşayış kompleksinə gedirmiş. Lökbatan qəsəbəsində yerləşən “Xəyal” adlı kafenin qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib 10-cu Polis bölməsinə aparmışlar. Onun cibində olan bükümləri atmaq imkanı ola bilmiş, lakin polis nəzarətində saxlanıldığı üçün cibindəki bükümləri atmamışdır. Polis bölməsində ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhələndiyini izah edib şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil ona təqdim olunandan sonra üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan boz rəngli şalvarın sol yan cibindən açıq şəkildə 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümün içərisində 04 ədəd siqaretin gümüşü rəngli, 01 ədəd siqaretin göy rəngli kağız bükümlərini, 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər təhqiqatçı tərəfindən açılmış, 02 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə patı deyilən psixotrop maddə olan metamfetamin, 03 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə, 01 ədəd siqaretin göy rəngli kağız bükümündə və 01 ədəd sellofan bükümdə kakos deyilən narkotik vasitə heroin aşkar edilmişdir. Həmin metamfetamini və heroini Yasamal rayonu, 2-ci Alatava deyilən ərazidə tanımadığı şəxsdən 35 manat müqabilində əldə etdiyini, öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə heç vaxt məğul olmadığını, belə bir niyyətinində olmadığını, əgər narkotik vasitələrin satışı ilə məşğul olsaydı ən azından istifadə etdiyi mobil telefonunda bu barədə müəyyən “sms”lər olmuş olardı və istifadə etdiyi mobil telefonda müxtəlif şəxslərlə arasında heç olmasa mütəmadi danışıqlar aparılması qeydə alınardı. Bundan başqa əgər belə bir fikri olsaydı narkotik vasitə və psixotrop maddələri bərabər şəkildə bükümlərə ayırar və hamısını üzərində gəzdirməzdi. Lakin alınmış məlumatlardan da göründüyü kimi onun belə bir telefon danışıqları və “sms” yazışmaları olmamışdır. O özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, himayəsində üç azyaşlı uşağın olmasını, törətdiyi əməlindən peşman olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini qeyd edərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 10-cu PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 08 iyun 2023-cü il tarixdə Füzuli rayonununda qeydiyyada olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroin”in qəbulu, daşınması və satışı ilə məşğul olması, arasıra üzərində narkotik vasitə olan “heroin” saxladığı barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə o, Qaradağ RPİ-nin 10-cu PB-in rəisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə baş əməliyyət müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra əməliyyat qrupuna daxil olan Şahid2 ilə birlikdə 08 iyun 2023-cü il tarixdə saat 22.40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Xəyal” kafesinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar da həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün PB-ə gətirmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1984-cü ildə Füzuli şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-in rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Eldar Nəcəfovun və polis əməkdaşı Şahid2 iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə tərəfindən aparılan video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd siqaretin göy rəngli kağız bükümündə, 04 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə, 01 ədəd sellofan bükümündə bükülünü təqdim edərək bildirmişdir ki, həmin 04 ədəd bükümlərin içərisində narkotik vasitə kakos deyilən heroin, 02 ədəd kağız bükümün içərisində psixotrop maddə patı deyilən metamfetamin vardır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, üzərindən 01 ədəd “Leo” banka məxsus bank kartı aşkar olunmuşdur. Sonra içərisində narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələr zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirsədə qismən fərqli ifadə verərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 10-cu PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır 08 iyun 2023-cü il tarixdə Füzuli rayonunda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroin”in qəbulu, daşınması və istifadəsi ilə məşğul olması, arasıra üzərində narkotik vasitə olan “heroin” saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə o Qaradağ RPİ-nin 10-cu PB-in rəisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə baş əməliyyət müvəkkili, Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra əməliyyat qrupuna daxil olan Şahid1 ilə birlikdə 08 iyun 2023-cü il tarixdə saat 22.40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Xəyal” kafesinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar da həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün PB-ə gətirmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1984-cü ildə Füzuli şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-in rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Eldar Nəcəfovun və onun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə tərəfindən aparılan video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd siqaretin göy rəngli kağız bükümündə, 04 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə, 01 ədəd sellofan bükümündə bükülünü təqdim edərək bildirmişdir ki, həmin 04 ədəd bükümlərin içərisində narkotik vasitə kakos deyilən heroin, 02 ədəd kağız bükümün içərisində psixotrop maddə patı deyilən metamfetamin vardır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, üzərindən 01 ədəd “Leo” banka məxsus bank kartı aşkar olunmuşdur. Sonra içərisində narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələr zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. O öz ifadəsində verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı bir məlumata malik olmadığını və bu barədə əməliyyat məlumatınında olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 6/3282 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikasının DİN Zərflər üçün №222” dairəvi möhür əksləri, "Qanunsuz əşyalar çıxan şəxs Təqsirləndirilən şəxs (imza)..." sözlər və imzalar olan bir ədəd zərfin içərisində 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,054 qram va 0,031 qram ümumi təmiz çəkisi 0,085 qram olan maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,298 qram və 0,501 qram, 0,376 qram, 0,065 qram ümumi təmiz çəkisi 1,240 qramda olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumilikdə təmiz çəkisi-0,085 qram, cəmi tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,065 qram. Heroinin ümumilikdə təmiz çəkisi- 1,240 qram, cəmi tədqiqata sərf edildi-0,12 qram, qalıq-1,120 qram. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 22 iyul 2023-cü il tarixli, 4664 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 avqust 2023-cü il tarxli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus götürülmüş ümumi təmiz çəkisi 0.085 qram 02 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin; ümumi təmiz çəkisi 1,240 qram 04 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,065 qram, heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi - 1,120 qram 06 ədəd bükümdə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-in əməkdaşı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Xəyal" adlı kafenin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-ə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əyinində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin göy rəngli kağız bükümündə, dörd ədəd siqaretin gümüşü rəngli kağız bükümündə və bir ədəd sellofan bükümündə bükülünü təqdim edərək bildirmişdir ki, həmin bükümlərdən dörd ədədinin içərisində narkotik vasitə olan heroin, iki ədəd siqaretin gümüşü rəngli kağız bükümündə şəffaf rəngli kristalşəkilli maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin narkotik və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş və satış ilə bağlı hər hansı bir fikir bildirməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 05 mart 2013-ci il tarixdə doğulmuş X5, 29 mart 2014-cü il tarixdə doğulmuş X3 və 12 dekabr 2016-cı il tarixdə doğulmuş X4 ataları Təqsirləndirilən şəxsdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş psixotrop maddələri və narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə” aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bütün izahat və ifadələrində də əldə etdiyi narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs psixotrop və narkotik vasitələrin satışı ilə məşğul olması barədə polis orqanında hər hansı bir ehtimal olsaydı ibtidai istintaq zamanı bu hal aydınlaşdırılar və bu istiqamətdə real istintaq hərəkətləri aparılardı. Lakin bu hallar ibtidai istintaq orqanı tərəfindən aydınlaşdırılmamış, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı hər hansı istintaq hərəkətləri aparılmamış, digər lazımi əməliyyat-axtarış tədbirləri də həyata keçirilməmişdir. Heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərindən iki ədəd ayrı bükümdə, fərqli çəkilərdə olan psixotrop maddə metamfetaminin, dörd ədəd ayrı bükümdə, fərqli çəkilərdə olan narkotik vasitə heroinin aşkar edilməsinə görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Əksinə məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə 01 may 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək daxil olan və çıxan zənglərin müəyyən edilməsi, nömrənin kimə məxsus olması, sms mesajların siyahısı, yazılı mətni, həmçinin anten məlumatlarının müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-dən daxil olmuş “dvd” diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışına dəlalət edən hər hansı bir “sms” yazışması müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, narkotik vasitənin miqdarını və növünü, eləcədə narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu halda taksi fəaliyyəti ilə məşğul olmaqla kənar şəxslərində həyat və sağlamlıqlarına hər an real təhlükə yarada biləcəyi ehtimalının kifayət qədər yüksək olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsinə tövsif edildiyindən “ayrı-ayrılıqda təmiz çəkisi 0,054 qram va 0,031 qram, ümumi təmiz çəkisi 0,085 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin” çəkisi şəxsi istehlak miqdarından artıq olmadığı üçün həmin bənd ittihamdan xaric edilməlidir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və Qaradağ rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,065 qram olan metamfetamin və ümumi qalıq çəkisi 1,120 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən ilk dəfə istintaq zamanı 43 iş saatı, cinayət işi ibtidai istintaqa qaytarıldıqdan sonra isə 10 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan ayrı-ayrılıqda təmiz çəkisi 0,054 qram va 0,031 qram, ümumi təmiz çəkisi 0,085 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək saxlaması və daşıması ilə bağlı bənd xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 08 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,065 qram olan metamfetamin və ümumilikdə qalıq çəkisi qalıq 1,120 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-298/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-298/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver