Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-298/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 il 10 ay 06 gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X3» ilə qadağan edilmiş əşya sayılan 1 ədəd «İPhone 8»» markalı «A1905» modelli, «**********64143» imei kodlu mobil smartfonu daxilində danışıq kartı ilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş 050 *** ** ** nömrəli danışıq kartı vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 055 6312162, 070 6312162, 051 *** ** ** və 050 *** ** ** nömrəli telefonlara zənglər etməklə qardaşı Şahid7 və digər şəxslərlə əlaqə saxlamaqla habelə "WhatsApp» proqramını tətbiq etməklə istifadə etmiş və xx.xx.2024-cü il tarixdə saat 18:05-də həmin smartfon daxilində danışıq kartı ilə birlikdə müəssisə əməkdaşları tərəfindən müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış zamanı məhkumların çörək saxlanılması üçün nəzərdə tutulmuş dolab ın üst hissəsində gizli saxlanc yerində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:05-də saxlanıldığı müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilərkən məhkumların çörək saxlaması üçün nəzərdə tutulmuş dolabın üst hissəsində gizlətdiyi ona məxsus, daxilində danışıq kartı olan qızılı rəngli 1 ədəd «İphone 8» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin telefonu təxminən müəssisənin istehsalat sahəsinin ərazisində tapmış və ondan bir neçə dəfə qardaşı Şahid7 və digər qohumlara zəng etmək üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq, ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə cinayət işinin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinin baş inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:05-də müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilərkən məhkumların çorək saxlaması üçün nəzərdə tutulmuş dolabın üst hissəsində gizli saxlanc yerində gizlədilmiş həmin kamerada cəza çəkən Təqsirləndirilən şəxs məxsus daxilində danışıq kartı olan 1 ədəd «İphone» markalı mobil telefon aparatı götürülmüş, məhkum mobil telefonu tapdığını və istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinin rejim-nəzarət şöbəsinin inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:05-də müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilərkən məhkumların çörək saxlaması üçün nəzərdə tutulmuş dolabın üst hissəsində gizli saxlanc yerində gizlədilmiş həmin kamerada cəza çəkən Təqsirləndirilən şəxs məxsus daxilində danışıq kartı olan 1 ədəd «İphone» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüş, məhkum mobil telefonu tapdığını və istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssəsində cəza çəkən qardaşı Təqsirləndirilən şəxs onun istifadəsində olan və adına olan 055 (070) ******* nömrəli telefonla və digər qardaşı X1 adına olan 051 737010 və 050 ******* nömrəli teleflonlarla bir neçə dəfə onlarla əlaqə saxlamış, lakin o, qardaşının telefonu necə əldə etdiyini bilməmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində fakt üzrə Azərbaycan Respublikasının CM-nin 317- 2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. Cinayət işinin 8-9-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 18:05də müəssisənin 1-ci rejim korpusun 16 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilərkən məhkumların çörək saxlanılması üçün nəzərdə tutulmuş dolabın çörək saxlanılması üçün nəzərdə tutulmuş üst hissəsində gizli saxlanc yerində gizlədilmiş, həmin kamerada xüsusi rejimdə cəza çəkən Təqsirləndirilən şəxs məxsus 1 ədəd daxilində «Azercell» danışıq kartı olan işlək vəziyyətdə «İPhone» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 22-23-cü vərəqələrində olan 8 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunan məhkumdur. Cinayət işinin 30-32-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən, 48-ci vərəqədə olan tələbnamədən və cinayət işinin 76- 84-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalmış 07 il 10 ay 06 gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X3»nın 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon, radioelektron cihazlar və elementlər məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Cinayət işinin 52-54-cü vərəqələrində olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 5/516 №-li rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və «İOS» əməliyyat sistemi ilə təchiz olunmuş «İPhone 8» markalı “SİM” danışıq kartı yerləşən yuvada olan məlumata görə «A1905» modelli «**********75506» imei kodlu qara rəngli mobil smartfon hal hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş sensor ekran və «İOS» əməmliyyat sistemi ilə təchiz olunmuş «İPhone 8» markalı “SİM” danışıq kartı yerləşən yuvada olan məlumata görə «A1905» modelli «**********64143» imei kodlu qızılı rəngli mobil smartfon hal hazırda işlək vəziyyətdədir. Cinayət işinin 51-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanın xərci 80 (səksən) manat təşkil edir. Cinayət işinin 128-ci vərəqəsində olan baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 2 ədəd diskdə olan məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs saxlanıldığı kamerada aşkar edilərək götürülmüş 1 ədəd «İPhone 8» markalı «A1905» modelli, «**********64143» imei kodlu mobil smartfona qoşulmuş 050 ******* nömrəli danışıq kartı vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 055 6312162, 070 6312162, 051 *** ** ** və 050 *** ** ** nömrəli telefonlara zənglər etməklə qardaşı Şahid7 və digər şəxslərlə əlaqə saxlamaqla istifadə etmişdir. Həmin məlumatlardan görünür ki, 051 *** ** ** və 050 *** ** ** nömrəli telefonlar Təqsirləndirilən şəxs digər qardaşı X1 adınadır. Cinayət işinin 131-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd «İPhone 8» markalı «A1905» modelli «**********64143» imei kodlu qızılı rəngli mobil smartfon daxilində danışıq kartı ilə birlikdə, habelə "xxxx" MMC-dən telefon danışıqlarına dair 2 ədəd diskdə olan məlumatlar maddi subut kimi tanınmış və işə əlavə edilmişdir. Cinayət işinin 151-152-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasına dair qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs un əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona hazırki hökmlə təyin ediləcək cəza Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 il 10 ay 08 gün hissəsinə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut 01 ədəd İPHONE 8 markalı A1905 modelli **********64413 imey kodlu smartfon dövlət nəfinə müsadirə edilməli, həmin smartfonun daxilində olan danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 80 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 il 10 ay 08 gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 06 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut 01 ədəd İPHONE 8 markalı A1905 modelli **********64413 imeni kodlu smartfon dövlət nəfinə müsadirə edilsin, həmin smartfonun daxilində olan danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 80 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Bəxtiya oğluna məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-298/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-298/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver