Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-299/2020 25.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Qanuni Nümayəndə iştirakları ilə xx xxxxxx 1968-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi ilə bağlı barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Şizofreniya Paranoid” formasında xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığı vəziyyətdə satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,340 qram olan psixotrop maddə-metafetamini əldə edib idarə etdiyi ** FZ *** dövlət qeydiyyat nişanlı Lada Granta 21902-000-A2 markalı avtomobildə saxlamaqla daşımış, xx.xx.2020-ci il tarixdə idarə etdiyi Lada Granta 21902-000-A2 markalı avtomobillə Şahid4 və Şahid2 sərnişin qismində Kürdəmir rayonundan Bakı şəhərinə aparmış, daha sonra isə xx.xx.2020-ci il tarixdə Bakı şəhərindən Kürdəmir rayonuna apararkən Azərbaycan Respublikası Baş Dövlət X11 YPXA-nın 6-cı tağımının YPX-nin polis nəfəri polis baş serjantı Şahid1 həmin tarixdə saat 04:48 radələrində Bakı-Qazax yolunun 65-ci km-də yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postunda xidmətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi ** FZ *** dövlət qeydiyyat nişanlı Lada Granta 21902-000-A2 markalı avtomobili postun yük avtomobillərinin keçib getməsi üçün nəzərdə tutulan hissəsindən Qazax rayonu istiqamətində sürüb keçdiyini görüb həmin avtomobili saxlatdırıb karantin postuna qaytarmış, daha sonra YPX-nin polis nəfərləri polis baş serjantı Şahid1 və polis baş serjantı Şahid6 həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Lada Granta 21902-000-A2 markalı avtomobili Qaradağ RPİ-nin 11-ci PB-nin növbətçi hissəsinə təhvil verdikdən sonra həmin avtomobilə Təqsirləndirilən şəxs və müdafiəçisi Şükür Şıxıyevin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilərkən avtomobilin sağ tərəf ayaqaltı rezininin altından bir ədəd selofan bükümdə təmiz çəkisi 0,340 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi olan bacısı Nümayəndə iştirakı ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 2000-ci ildə narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuşdur. Xəstəliyi ilə bağlı Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Psixatriya xəstəxanasında bir neçə dəfə müalicə almışdır. Hazırda isə özünü normal hiss edir. O, Lada Granta markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Şahid4 və Şahid2ı Kürdəmir rayon sakini kimi tanıyır. Şahid2 isə Şahid4 görə tanımışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 23:30 radələrində Şahid4 onun istifadəsində olan ***-***-**-** CSM nömrəsinə öz istifadəsində olan yadında qalmayan nömrədən zəng edib bildirmişdir ki, “gedəsi yerimiz var, gedə bilərikmi?”. O, da Rövşənə demişdir ki, “taksi sürcüsüdür, pul versə gedər”. Rövşən demişdir ki, “pul sənə qurbandır, yaşadığı evin qarşısına gəlib onu götürsün”. O da idarə etdiyi Lada Granta markalı avtomobilinə əyləşib Rövşənin Kürdəmir rayonunda yaşadığı ünvanının qarşısına sürmüşdür. Rövşən onun idarə etdiyi avtomobilə əyləşəndə telefonda kiminləsə danışırmış. Daha sonra Rövşən telefonu söndürüb ona demişdir ki, Bakı şəhərinə getmək lazımdır, adam var, onunla görüşüb Kürdəmir şəhərinə qayıdacaqlar. O, Rövşənə demişdir ki, Bakı şəhərinə onu 100 manata aparar. Rövşən isə ona demişdir ki, Bakı şəhərinin 20-ci Sahə deyilən ərazisinə gedib qayıdacaqlar, buna görə ona 60 manat verəcəkdir. Beləliklə o, Rövşənlə onu Bakı şəhərinə aparmağa 60 manata razılaşmışdır. O, avtomobili yanacaq doldurma məntəqəsinə sürmüş və orada Rövşən 25 manatlıq avtomobilinin çəninə benzin vurdurmuş, 25 manat da ona pul vermiş, Kürdəmir rayonuna qayıdanda 10 manat da verəcəyini demişdir. Daha sonra Rövşən Röyalın mobil telefonuna zəng vurub demişdir ki, yola çıxsın, Bakı şəhərinin 20-ci Sahə deyilən ərazisinə gedirlər. O, avtomobili Röyalın yaşadığı evin yerləşdiyi küçəyə sürmüşdür. Röyal avtomobilə əyləşdikdən sonra avtomobili Bakı şəhərinə sürmüşdür. Rövşən qabaq oturacaqda, Röyal isə arxa oturacaqda əyləşmişdir. Hacıqabul rayonuna çatmağa az qalmış Rövşən cibindən “şüşə” yəni metamfetamin psixotrop maddəsini çıxardıb falqanın üzərində yandırıb tüstüsünü qəbul etməyə başlamışdır. Rövşən ona demişdir ki, 1 manatlıq pul əskinazı çıxardıb tüstüsünü qəbul etsin, yuxusu gəlməyəcək, yaxşı olacaq. O da Rövşənin dediyi kimi edib psixotrop maddə olan “şüşə” yəni, metamfetamin tüstüsünü qəbul etmişdir. Ondan sonra Rövşən həmin psixotrop maddə olan metamfetamini arxada əyləşən Röyala ötürmüş və Röyal da psixotrop maddə olan metamfetaminin tüstüsünü qəbul etmişdir. Beləliklə təxminən saat 03 radələrində onlar Bakı şəhəri, Bayıl qəsəbəsinə, 20-ci sahə deyilən əraziyə çatmışlar. Rövşən avtomobili “Təndir” marketin qarşısında saxlatdırmış və Röyala pul verib ona demişdir ki, “mən ağrıyıram, sən get gəl”. Röyal da Rövşəndən pul alıb avtomobildən düşüb bir küçəyə daxil olmuş və təxminən 15 dəqiqə sonra gəlib avtomobilə əyləşib Rövşənə demişdir ki, heroin olmadı, əvəzinə metamfetamin almışdır. O, avtomobili hərəkətə gətirib Kürdəmir rayonu istiqamətinə sürmüşdür. Yenicə tərpənmişdir ki, Rövşən Röyala demişdir ki, “ver baxım, görüm necə maldır”. Röyal Rövşənə nə isə büküm vermişdir. O, bilmişdir ki, bükümdə olan psixotrop maddə metamfetamindir. Rövşən yenidən cibindən falqa çıxardıb üzərində psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü qəbul etmişdir. Daha sonra Rövşən psixotrop maddə olan metamfetamini Röyala vermiş və Röyalda metamfetaminin tüstüsünü qəbul etmişdir. Bakı şəhərini çıxandan sonra o, avtomobili yolun kənarında olan marketin yanında saxlamış, Rövşən və Röyal marketdən siqaret və su alıb hər ikisi avtomobilin arxa oturacağında əyləşmişlər. O, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Karonavirus” xəstəliyi ilə bağlı karantin postuna çatanda avtomobili yük avtomobilləri üçün nəzərdə tutulan yoldan sürdüyü üçün YPX əməkdaşı avtomobili onun arxasınca sürüb onu saxlatdırmışdır. Həmin vaxt Röyal cəld iki oturacağın arasından qabaq oturacağa keçib əyləşmişdir. YPX əməkdaşı ondan sənədlərini istəyəndə şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etmişdir. Rövşən və Röyalın şəxsiyyət vəsiqəsi olmadığı üçün YPX əməkdaşı avtomobili karantin postuna sürdürmüşdür. O, avtomobili karantin postuna sürərkən Röyal içərisində psixotrop maddə metamfetamin olan bükümü siqaret qutusuna qoymaq istəsə də bunu edə bilməmişdir. Ona görə də posta çatanda Röyal selofanda olan psixotrop maddə metamfetamini yerə atmışdır. YPX əməkdaşları bunu görmüşlər və Röyalın yerə atdığı içərisində psixotrop maddə şüşə olan selofanı yerdən götürmüşlər. Bundan sonra YPX əməkdaşları onları Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edib 11-ci PB-nə onları təhvil verib getmişlər. Daha sonra ona vəkili təqdim edilmiş, hüquqları izah edilmiş, vəkilinin iştirakı ilə onun üzərinə videoçəkliş vasitəsilə axtarış keçirilmiş, lakin üzərindən hər hansı qeyri-qanuni bir əşya aşkar edilməmişdir. Daha sonra vəkilinin iştirakı ilə videoçəkliş vasitəsilə polis əməkdaşları onun idarə etdiyi Lada Granta markalı avtomobilinə onun razılığı ilə axtarış keçirmişlər və 2020-ci ilin may ayının əvvələrində dəqiq tarix yadında qalmayan günündə Bakı şəhərinin 20-ci Sahə deyilən ərazisində yolun kənarında dayanmış tanımadığı təxminən 40 yaşlarında olan özünü “Mamed” kimi ona təqdim edən kişidən şəxsi istifadəsi üçün 10 manata aldığı və idarə etdiyi avtomobilin sağ tərəf arxa ayaqaltısının altında gizlətdiyi bir büküm psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş sellofan büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. İlkin ifadələrində o, avtomobilindən aşkar edilmiş metamfetamin barədə məlumatı olmadığını və ona məxsus olmadığını bildirmişdi. Lakin indi bildirir ki, avtomobilindən aşkar olunmuş psixotrop maddə metamfetamin ona məxsus olmuşdur. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, onun idarə etdiyi Lada Granta markalı avtomobilinin sağ tərəf arxa ayaqaltısının altından aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetamin ona məxsus olmuşdur, həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün avtomaşınının sağ tərəf arxa ayaqaltısının altında gizlətmişdir. Bakı-Qazax yolunun 65-ci km-də yerləşən karantin postunda idarə etdiyi avtomobilindən yerə atılmış psixotrop maddə olan metamfetamin Rövşən və Röyala məxsus olmuşdur, o, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ilkin ifadələrində düzgün ifadə verməyib idarə etdiyi Lada Granta markalı avtomobilinin sağ tərəf arxa ayaqaltısının altından aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetamin barədə məlumatının olmadığını və ona məxsus olmadığını bildirmişdir. O, narkotik vasitə heroin qəbul etmirmiş, lakin arada-bir psixotrop maddə olan metamfetamin qəbul edirmiş. Avtomobilində aşkar olunmuş həmin psixotrop maddə olan metamfetamini də ona görə saxlamışdır ki, kefinə düşəndə istifadə etsin. O, narkotik vasitələrin və ya psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmur. Polis əməkdaşları onu Bakı-Qazax yolunun 61-ci km-də yerləşən karantin postunda saxlayıb 11-ci polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, Şahid4 və Şahid2 xx.xx.2020-ci il tarixdə Bayıl qəsəbəsində yerləşən 20-ci sahə deyilən ərazidə psixotrop maddə olan metamfetamini aldıqları şəxsi görməmişdir. Röyal idarə etdiyi avtomobildən düşüb küçəyə daxil olub 15 dəqiqədən sonra gəlib avtomobilə əyləşmişdir. 2020-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, 20-ci Sahə deyilən ərazisində psixotrop maddə olan metamfetamini aldığı “Mamed” adlı şəxsi birinci dəfə imiş ki, görürmüş, həmin şəxs təxminən 40 yaşlarında orta boylu bir şəxs olmuşdur. Şahid4 ona bildirmişdir ki, psixotrop maddə metamfetaminin tüstüsündən qəbul edim ki, yolda yuxum gəlməsin. Rövşən ona psixotrop maddə metamfetamini istifadə etmək üçün təmannasız vermiş, qarşılığında ona pul verməyəcəkmiş. Onun idarə etdiyi Lada Granta markalı avtomobilindən aşkar edilmiş psixotrop maddə metamfetamini o, 20-ci sahə deyilən ərazidə “Təndir” marketin yaxınlığında yolun kənarında dayanmış tanımadığı şəxsdən almışdır. Rövşən və Röyal da xx.xx.2020-ci il tarixdə gecə vaxtı 20-ci sahə deyilən ərazidə “Təndir” marketin yaxınlığında avtomobili saxlatdırmışlar və Röyal Rövşəndən pul alıb yaxınlıqdakı küçəyə daxil olub sonra gəlmişdir. Yəqin ki, ona psixotrop maddə metamfetamini satan şəxs Röyala da psixotrop maddə metamfetamini satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hal-hazırda Azərbaycan Respublikası DİN-nin BDYP-nin YPX Alayının 6-cı X12 inspektoru vəzifəsində xidmət edir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 04:48 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Azpetrol YDM-nin yanındakı Bakı-Qazax yolunun 61-ci km-də karantin postunda üzü rayon istiqamətində xidmətdə olarkən Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin postdan yayınıb yük avtomobillərinin keçdiyi hissədən Qazax rayonu istiqamətində keçib getmək istəməsini görüb onunla birlikdə xidmətdə olan DİN-nin BDYP-nin 6-cı X12 polis nəfəri, polis baş serjantı Şahid1 sürücüyə saxla işərəsi vermişdir. Lakin sürücü asta sürətlə hərəkətini davam etdirmişdir. Şahid1 idarə etdiyi ** YP *** nömrəli xidməti avtomobili ilə həmin avtomobilə yaxınlaşıb saxlatdırmışdır. Həmin avtomobildə iki nəfər sərnişin olmuşdur. Şahid1 sürücüdən sənədlərini təqdim etməsini tələb etmiş, sürücü öz şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini təqdim etmişdir. Şahid1 sənədlərə baxarkən sürücünün narahat olmasını, özünü şübhəli apardığını görüb sürücüdən niyə narahat olmasını soruşduqda sürücü yorğun olmasını bildirmişdir. Avtomobildəki iki nəfər sərnişinlərin sənədlərini istədikdə sərnişinlər üzərlərində sənədlərinin olmamasını bildirmişlər. Ona görə də Şahid1 sürücüyə bildirmişdir ki, avtomobili arxasınca posta sürsün. Sürücü avtomobilini sürüb onun arxasınca posta gəlmişdir. Posta çatarkən həmin avtomobildə olan şəxslərdən biri avtomobildən bir ədəd selofana bükülmüş bükülünü yerə atmışdır. ÇPA-nın əməkdaşı yerə atılmış bükülünü götürmüş, bükülünün içərisində ağ rəngli psixatrop maddə şüşəyə oşxar kültə aşkarlanmışdı. Sürücü və avtomobildə olan şəxslərdən bükümün içərisində nə olduğu barədə soruşanda onlara cavab verməmişlər və onlarda şübhə doğurduğundan post yoldaşı YPX-nin polis baş serjantı Şahid6 ilə birlikdə həmin avtomobilin sürücüsünü və iki nəfər sərnişini avtomobil ilə birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmçinin yerə atılmış içərisində ağ rəngli psixotrop maddəyə oxşar kütlə olan 01 ədəd selofan bükülünü də məsul növbətçiyə təhvil vermişlər. Qaradağ RPİ-nin 11-ci PB-də müəyyən olunmuşdu ki, Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, digər iki nəfər sərnişinlər isə Şahid4 və Şahid2dur. Daha sonra onlar xidməti postlarına qayıtmışlar. O, bildirir ki, xx.xx.2020-ci il tarixə kimi o, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid2 tanımamışdır, ilk dəfə həmin gün onları postda olarkən görmüşdür. O, Təqsirləndirilən şəxs idarə etdiyi Lada Qranta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobili saxlatdırıb karantin postuna qaytararkən ona və ya post yoldaşına hər hansı bir formada müqavimət göstərilməmişdir. O, Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobildən konkret olaraq kimin içərisində psixotrop maddə metamfetamin olan bükümü yerə atmasını görməsə də həmin bükülünü avtomobilin qabaq sağ tərəf şüşəsindən yerə atıldığını görmüşdür. Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağında Şahid2, arxa oturacağında isə Şahid4 əyləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hal-hazırda Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 10-cu PPB-nün polis nəfəri vəzifəsində xidmət edir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 04:48 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Azpetrol YDM-nin yanındakı Bakı-Qazax yolunun 61-ci km-də karantin postunda üzü rayon istiqamətində xidmətdə olarkən Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin postdan yayınıb yük avtomobillərinin keçdiyi hissədən Qazax rayonu istiqamətində keçib getmək istəməsini görüb onunla birlikdə xidmətdə olan DİN-nin BDYP-nin 6-cı X12 polis nəfəri, polis baş serjantı Şahid1 sürücüyə saxla işərəsi vermişdir. Lakin sürücü asta sürətlə hərəkətini davam etdirmişdir. Şahid1 idarə etdiyi ** YP *** nömrəli xidməti avtomobili ilə həmin avtomobilə yaxınlaşıb saxlatdırmışdır. Həmin avtomobildə iki nəfər sərnişin olmuşdur. Şahid1 sürücüdən sənədlərini təqdim etməsini tələb etmiş, sürücü öz şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini təqdim etmişdir. Şahid1 sənədlərə baxarkən sürücünün narahat olmasını, özünü şübhəli apardığını görüb sürücüdən niyə narahat olmasını soruşduqda sürücü yorğun olmasını bildirmişdir. Avtomobildəki iki nəfər sərnişinlərin sənədlərini istədikdə sərnişinlər üzərlərində sənədlərinin olmamasını bildirmişlər. Ona görə də Şahid1 sürücüyə bildirmişdir ki, avtomobili arxasınca posta sürsün. Sürücü avtomobilini sürüb Şahid1 arxasınca posta gəlmişdir. Posta çatarkən həmin avtomobildə olan şəxslərdən biri avtomobildən bir ədəd selofana bükülmüş bükülünü yerə atmışdır. O, yerə atılmış bükülünü götürmüşdür. Bükülünün içərisində ağ rəngli psixatrop maddə şüşəyə oşxar kültə aşkarlanmışdır. Sürücü və avtomobildə olan şəxslərdən bükümün içərisində nə olduğu barədə soruşanda onlara cavab verməmişlər və onlarda şübhə doğurduğundan YPX-nin inspektorları Şahid1 və Şahid6 həmin avtomobilin sürücüsünü və iki nəfər sərnişini, avtomobildən yerə atılmış içərisində ağ rəngli psixotrop maddəyə oxşar kütlə olan 01 ədəd bükümü avtomobil ilə birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Qaradağ RPİ-nin 11-ci PB-də müəyyən olunmuşdur ki, Lada Qranta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, digər iki nəfər sərnişinlər isə Şahid4 və Şahid2dur. Daha sonra isə YPX-nin inspektorları Şahid1 və Şahid6 xidməti postlarına qayıtmışlar. O, bildirir ki, xx.xx.2020-ci il tarixə kimi o, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid2 tanımamışdır, ilk dəfə həmin gün onları postda olarkən görmüşdür. O, Lada Granta markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobildən konkret olaraq kimin içərisində psixotrop maddə metamfetamin olan bükümü yerə atmasını görməsə də həmin bükülünü avtomobilin qabaq sağ tərəf şüşəsindən yerə atıldığını görmüşdür. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/803 saylı rəyindən görünür ki, tədqiqata 2 ədəd zərfdə təqdim edilmiş: - üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər kütlə...” və s. qeydlər olan zərfdəki təmiz çəkisi 0,340 qram maddə, psixotrop maddə-metamfetamindir. - üzərində “Karantin postunda Təqsirləndirilən şəxs avtomobilindən yerə atılmış və YPX əməkdaşları tərəfindən təqdim olunan psixotrop maddəyə bənzər maddə...” və s. qeydlər olan zərfdəki təmiz çəkisi 0,915 qram maddə, psixotrop maddə-metamfetamindir. Hər iki zərfdəki metamfetaminlər tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir. Ekspertiza tədqiqatının dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2020ci il tarixli 1590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halı olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin xx.xx.2020-ci il tarixli 1203 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər “Şizofreniya paranoid forma” diaqnozu ilə psixiatrik qeydiyyatda olmaqla müalicələrdə olmasını nəzərə alaraq, həmçinin hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, ona ittiham olunan əməl dövründə və hal-hazırda anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin xx.xx.2020-ci il tarixli 65 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda təsvir edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Paranoid şizofreniya» formasında xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığına görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs mübtəla olduğu xroniki psixi patologiya çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin xx.xx.2020-ci il tarixli 92 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə «Şizofreniya, paranoid forma» xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. - 2-ci, 3-cü və 4-cü suallar üzrə: Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda stasionar müalicəyə ehtiyacı var. Təqsirləndirilən şəxs qeyd olunan psixi pozuntular intensiv müşahidə tələb etmir. Buna görə də Təqsirləndirilən şəxs barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. - 5-ci sual üzrə: Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolunun 65-ci km-də “Koronovirus” xəstəliyi ilə bağlı karantin postunda ** FZ *** dövlət qeydiyyat nişanlı Lada Granta markalı avtomobildən Şahid2 tərəfindən yerə atılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,915 qram, eləcə də ** FZ *** dövlət qeydiyyat nişanlı Lada Granta markalı avtomobildən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,340 qram olan psixotrop maddə metamfetamin ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 1,155 qram psixotrop maddə metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli Qaradağ rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xroniki ruhi xəstəlikdən əziyyət cəkməklə, hal-hazırda da o, öz hərəkətlərinin təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildlr. Buna görə də onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür, yəni o, ANLAQSİZ hesab olunduğundan, barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(002)- 242/2020 saylı hökmü ilə Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,155 qram psixotrop maddə olan metafetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi və iş üzrə 108 manat 46 qəpik ekspertiza xərcinin təqsirləndirilən şəxslər Şahid4 və Şahid2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübutun talehi həll edildiyindən onun yenidən məhv edilməsi zərurəti aradan qalxmışdır. Ekspertiza xərcinə münasibətdə isə məhkəmə hesab edir ki, Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(002)-242/2020 saylı hökmü ilə həmin məbləğin təqsirləndirilən şəxslər Şahid4 və Şahid2 tutularaq dövlət nəfinə ödənilməsi qərara alındığından və Təqsirləndirilən şəxs hər hansı bir qazanca malik olmamaqla fəaliyyət qabiliyyəti olmayan hesab edildiyindən onun ekspertiza xərcindən azad edilməsi daha məqsədəmüvafiqdir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 81 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 486 (dörd yüz səksən altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 477-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1, 93.1-1.1 və 95.0.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 486 (dörd yüz səksən altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-299/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-299/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver