Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-299/2021 17.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkum olmayan, orta təhsilli, Füzuli şəhəri, Komsomol küçəsində qeydiyyatda olan, ünvan 4-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 30.04.2021-ci il tarixdə saat 23:35 radələrində Qaradağ RPİ-nin CAŞ və NMB-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman tərəflərindən narkoloji sərxoş olmasında şübhəli bilinərək ünvan 1 ünvanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə 01.05.2021-ci il tarixdə saat 01:15 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli köynəyinin sol döş cibindən şəxsi istifadə üçün saxladığı 04 ədəd, sağ döş cibindən şəxsi istifadə üçün saxladığı 02 ədəd siqaretin kağızı kəsiyi bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram, 0,028 qram, 0,033 qram, 0,034, qram, 0,042 qram, 0,046 qram ümumi təmiz çəkisi 0,208 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələrin, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik maddələrin alüdəçisi olduğu üçün tanımadığı şəxslərdən narkotik vasitə əldə edib qəbul etmişdir. 30.04.2021-ci il tarixdə təxminən saat 14 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan əraziyə getmişdir. Orada olarkən bir nəfər şəxs markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi idarə etdiyi taksi avtomobili ilə ona yaxınlaşaraq avtomobilə əyləşməyini bildirmişdir. Narkotik vasitə istədiyni bildikdən sonra həmin şəxs bir çet narkotik vasitə olan heroini (kakos) və ya psixotrop maddə olan metafetamini 10 manata satmasını bildirmişdir. Onunla razılaşıb 70 manat pul verib həmin oğlandan 1 çet (şüşə) psixotrop maddə olan metafetamin və 6 çet (kakos) narkotik vasitə olan heroin siqaretin kağızı kəsiylərində alıb onlardan 5 ədəd ağ bükümləri əynində olan boz rəngli köynəyinin sol döş cibinə, 2 ədəd göy bükümləri isə sağ döş cibinə qoymuş ki, sonra istifadə edər. Həmin günü gecə saat 23:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 60 saylı evin yaxınlığında olarkən mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirib onun narkotik sərxoşluğundan şübhələndikləri üçün onu Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 38-ci polis bölməsinə gəlmiş və xidməti otaqların birinə daxil olmuşlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O, da şəxsi axtarış və götürmə zamanı əynində olan köynəyinin sol döş cibimdən siqaretin kağızı kəsiylərində 5 ədəd ağ bükümləri və sağ döş cibimdən isə 2 ədəd göy bükümləri çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda 6 ədədində (kakos) yəni narkotik vasitə olan heroin, 1 ədədində isə (şüşə) yəni psixotrop maddə olan metafetamin aşkar olunmuş öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Sorğu zamanı polis əməkdaşlarına da ifadəsində göstərdiyi kimi haradan necə aldığını bildirmişdir. Ondan aşkar edilmiş həmin bükümlər iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Heroinə digər sözlə «kakos» metamfetaminə digər sözlə «şüşə» deyildiyinə görə video çəkliş zamanı da heroini «kakos», metamfetamini isə «şüşə» adlandırmışdır. Polis əməkdaşları tərəfindən ona heç bir psixoloji və fiziki təsir göstərilməyib. Əməlindən peşmandır. Verilən sallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmur. Həmin «Kubinka» deyilən əraziyə getməyinə imkanı olmadığından birdəfəlik çox bükümləri çox almışdır ki, hissə-hissə özü istifadə etsin. Bükümləri həmin günü aldığı üçün evə gedib çıxmadığından bükümləri evdə gizlədə bilməmişdir. Bu səbəbədən də müvəqqəti olaraq bükümlər üzərində qalmışdır. Həmin bükümləri aldığı şəxsin onda heç bir məlumatları yoxdur, heç bir əlamətləri yadında qalmamışdır və taksi avtomobilin markasına və dövlət qeydiyyat nişanına fikir verməmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, epilepsiya xəstəsi olmaqla İİ qrup əlil olduğunu bildirib ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30.04.2021-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ilə xidmətdə olduqları zaman saat 23:35 radələrində ünvan 1 ünvanın qarşısında bir nəfər şəxsin onları gördükdə tez üzün çevirərək iti addımlarla onlardan uzaqlaşmasını görüb hərəkətlərindən şübhələnib ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun narkoloji sərxoş olmasından şübhələnib onu Qaradağ RPİnin 38-ci PB-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 38-ci PB-də məlum olmuş ki, həmin şəxs Qaradağ rayon Sahil qəsəbəsi sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli köynəyinin sol döş cibindən siqaretin kağızı kəsiklərində 5 ədəd bükümləri və sağ döş cibindən isə 2 ədəd bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümlərin 6 ədədində «kakos» yəni heroin olmasını, 1 ədədində isə «şüşə» yəni psixotrop maddə olan metafetamin olmasını və öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş bükümlər açılaraq içərisinə baxdıqda 6 ədədinin içərisində qəhvəyi rəngli 1 ədədinin içərisində isə ağ rəngli kristal şəkilli maddə kütlələrinin olması müəyyən edilmişdir. Sorğu zamanı bildirmiş ki, həmin maddələri tutulmamışdan əvvəl özü qəbul etmək üçün Bakı şəhərində «Kubinka» adlanan yerdə tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 70 manata almışdır. Ondan aşkar edilmiş həmin bükümlər, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və polis əməkdaşları həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Şahid1 verilmiş suala cavab olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti olmamışdır. Tərəflərindən Ceyhuna qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməyib. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşqul olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, Şahid3 digər Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə məhkəmə baxışı zamanı Şahid2 məhkəmə iclasında dindirilmiş digər Şahid1 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 16); Şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmədən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, o, könüllü olaraq əynindəki boz rəngli köynəyin qabaq sol döş cibindən 5 ədəd ağ rəngli kağıza bükülmüş bükümü, əynindəki boz rəngli, köynəyin qabaq sağ döş cibindən isə 2 ədəd göy rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmiş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı qanun ilə qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd ağ rəngli kağıza bükülmüş bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində, iysiz maddə aşkar edilmiş, o, həmin maddələrin narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümün içərisindən ağ rəngli, kristal şəklində, iysiz maddə aşkar edilmiş, o, həmin maddələrin narkotik vasitə hesab edilən metamfetamin olduğunu bildirmiş, onun təqdim etdiyi 2 ədəd göy rəngli kağıza bükülmüş bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində, iysiz maddə aşkar edilmiş, o, həmin maddələrin narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik maddələri 30.04.2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə olarkən tanımadığı şəxsdən 70 manat qarşılığında aldığını bildirmiş, onun təqdim etdiyi 2 ədəd göy və 5 ədəd ağ rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 24-25) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2021-ci il tarixli 6/1747 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN ”Zərflər üçün №47” möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.053 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.033 qram; 0.046 qram; 0.034 qram; 0.042 qram ; 0.025 qram; 0.028 qram; ümumi təmiz çəkiləri 0.208 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (siyahı İ) daxildir.Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,208 qram, tədqiqata sərf edilən miqdar – 0,12 qram, qalıq – 2,207 qram, metamfetaminin təmiz çəkisi – 0.053 qram, tədqiqata sərf edilən miqdar 0.03 qram, qalıq- 0.023 qram (i.v 33-35) Dvd diskə baxış keçirilməsi haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 01 ədəd DVD-yə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə əynində olan köynəyinin sol döş cibindən siqaretin kağızı kəsiylərində 5 ədəd ağ bükümləri və sağ döş cibindən isə 2 ədəd göy bükümləri çıxardaraq masanın üzərinə qoyur. Həmin bükümlər açıldıqda 6 ədədindən qəhvəyi rəngli içərisində toz şəklində, 1 ədədindən isə ağ rəngli kristalşəkilli maddələr aşkar olunur. şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdəki maddələrin 6 ədədində narkotik vasitə olan (kakos) heroin olmasını, 1 ədədində isə psixotrop maddə olan metamfetamin olmasını, öz istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra bükümlər iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Görüntü 09:33 dəqiqə davam etmişdir. (i.v 38) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 may 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 43-44) 01 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elnur Abdullayevin 01.05.2021-ci il tarixli vəsatəti rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və onun müvəqqəti saxlama yerindən azad olunması qərara alınmışdır. (i.v. 55-56) Qətimkan tədbiri seçmə barədə 01 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 57) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 07 may 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 69) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi baş direktoru Orxan Cəfərov tərəfindən Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Elnur Abdullayevə ünvanlanmış 07 iyul 2021-ci il tarixli, 19/51-7347 nömrəli məktubdan görünür ki, Ambulator məcburi X5 zamanı Təqsirləndirilən şəxs İİ qrup əlil olması barədə Ambulator məcburi X5 komissiyası məlumatlandırılmış, bununla bağlı Qaradağ RPİ-nin İŞ-nə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Qaradağ RPİ-nin İŞ-dən təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzindən verilmiş 16 iyun 2021-ci il tarixli, **********4 nörməli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcə əlilliyə görə 130 manat məbləğində sosial müavinət (müddətsiz) alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert Komissiyasının 19 may 2021-ci il tarixli, 1511 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.75-76) Maddi sübut kimi tanıma haqqında 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan təmiz çəkisi 0.208 qram heroin, psixotrop maddə olan təmiz çəkisi 0.053 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, məhkəmə ekspertiza mərkəzinin 01.05.2021-ci il tarixli, 6/1747 nömrəli rəydə heroindən qalıq qalmış və texniki olaraq səf yazılmış 2.207 qram 0.088 qram kimi oxunması qərara alınmış, tədqiqatdan sonra qalıq qalmış xalis çəkisi 0.088 qram olan heroin və qalıq qalmış 0.023 qram metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nə təhvil verilmişdir. (i.v.77) Sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01.05.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətinin tərkibi olmadığından barəsində həmin hissədə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,053 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayətin tərkibini yaratmadığından həmin hissədə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət məsuliyyətinə cəlb olunduğundan inzibati xəta tətbiq olmadan kifayətlənmiş, məhkəmə Ekspertiza Mərkəzinin 01.05.2021-ci il tarixli 6/1747 №-li rəyində tədqiqatdan sonra narkotik vasitə olan heroindən qalıq qalmış və texniki olaraq səf yazılmış 2,207 qramın 0,088 qram kimi oxunması və maddi sübut tanınması haqqında qəbul olunmuş 10.07.2021-ci il tarixli qərar nəzərə alınmış, iş üzrə şahid ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, şəxsi axtarış və götürmə aparılması barədə protokol yə ona əlavə edilmiş 01 ədəd DVD disk, məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,208 qram çəkidə narkotik vasitə heroinin və təmiz çəkisi 0,053 qram çəkidə psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,088 qram heroinin və tədqiqatdan sonra qalıq qalmış 0,023 qram metamfetaminin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil veriləcəyi nəzərə alınmış, narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün işdən material ayrılaraq Qaradağ RPİ-nin 38-ci polis bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs sənədlərdə “Sadiq” kimi yazılan ata adı Sadıq kimi oxunması qərara alınmışdır. (i.v. 78-84) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, epilepsiya xəstəsi olmasını, İİ qrup əlil olmasını (CM 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasının yüngülləşdirən halların mövcud olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 01 gün müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 4 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi büdcəsinə keçirilməli (CM-nin-198.1), iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan psixotrop maddənin və narkotik vasitənin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 60 (altmış) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə baxışı zamanı dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 60 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 360 (üç yüz altmış) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 4 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin və psixotrop maddənin qalığı – 0,088 qram heroin və 0.023 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 109.00 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 60 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 360 (üç yüz altmış) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-299/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-299/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver