Məhkəmə qərarları › İş №1(002)-299/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-299/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-299/2024 28.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4cü maddələri ilə təqsirli bilinərək cəzasının əvvəli 04 sentyabr 2019-cu il tarixdən hesablanmaqla CM-nın 68.1.3-cü və 67.1-ci maddələrinə əsasən qəti olaraq 19 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarı ilə cəza müddəti 19 il 02 ay endirilmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində çəzaçəkən zaman “Cəzaçəkmə müəssisələrinin X8” ilə qadağan edilmiş əşya sayılan 1 ədəd “İphone 8” markalı “A1905” modelli, “**********755062 imei kodlu mobil smartfonu daxilində danışıq kartı ilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş 050 ******* nömrəli danışıq kartı vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək 055 ******* və 050 ******* nömrəli telefonlara zənglər etməklə tanışları Şahid8 və Şahid7 və digər şəxslərlə əlaqə saxlamaqla habelə “Whatsapp” proqramını tətbiq etməklə istifadə etmiş və xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində həmin smartfon daxilində danışıq kartı ilə birlikdə müəssisə əməkdaşları tərəfindən müəssisənin 1-ci rejim korpusun 16 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış zamanı məhkumların çörək saxlanılması üçün nəzərdə tutulmuş dolabçanın üst hissəsində gizli saxlanc yerində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, istifadə etdiyi mobil telefonu müəssənin ərazisində olan zibil qabından tapmışdır. Telefonla Moskvada qalan yaxın qohumları ilə əlaqə saxlamışdır. Telefonu qaldığı yerdə şkafın başında gizlətmiş və telefon müəssənin əməkdaşları tərəfindən yoxlanış olunan zaman oradan tapılmışdır. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəs ilə elan edilmis ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Bakı Ağır Cinayetler Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azerbaycan Respublikası CM-nin 120.2.2, 228.4-cü maddələr ilə 19 il 3 ay müddətinə azadlıqdan mahrum etmə cazasina mahkum olunmuş, xx.xx.2022-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18:05 radələrində saxlanıldığı müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilmişdir. Kameraya daxil olduqdan sonra kamerada həbsdə saxlanılan məhkumlara onlarda hər hansı bir qadağan olunmuş aşyanın olub-olmaması barədə soruşulmuş, məhkumlar onlarda hər hansı bir qadağan olunmuş əşyaların olmadığını bildirmişlər. Bundan sonra kamerada saxlanılan şəxslərin üzərinə, habelə yataq yerinə və kameranın bütün yerlərinə baxış-axtarış tədbirləri keçirilmişdir. Tədbirlər zamanı baxış keçirilərkən məhkumların çörək saxlaması üçün nazərədə tutulmuş dolabçanın üst hissəsində gizlətdiyi daxilində danışıq kartı olan 1 ədəd qara rəngli “İphone” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin telefon təxminən bir ildən artıq bundan qabaq müəssisənin istehsalat sahəsinin ərazisində tapmışdır. Bu telefonu istifadə eçen heçkimə yəni başqa məhkumlaraq verməmişdir. O, bu telefondan istifadə etmişdir, 055 ******* və 050 ******* nömrəli telefonlara zənglər etməklə tanışları Şahid8 və Şahid7 və digər şəxslərlə, əsasən “Whatsapp” proqramından istifadə edərək Rusiyada yaşayan qohunları ilə əlaqə saxlamış, həmçinin “Youtube” proqramına daxil olmaqla müxtəlif musiqilərə və filimlərə baxmışdır. Bilir ki, mobil telefondan istifadə etmək qadağandır və buna görə məsuliyyət vardır, lakin cəzası çox böyük olduğu üçün kamerada olmaq darıxdırıcıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsinin inspektoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssəsinin əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:05 radələrində müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilmişdir. Kameraya daxil olduqdan sonra kamerada həbsdə saxlanılan məhkumlara onlarda hər hansı bir qadağan olunmuş əşyanın olub-olmaması barədə soruşulmuş, məhkumlar onlarda hər hansı bir qadağan olunmuş əşyaların olmadığını bildirdikdən sonra kamerada saxlanılan şəxslərin üzərinə, habelə yataq yerlərinə və kameranın bütün yerlərinə baxış-axtarış tədbirləri keçirilmişdir. Tədbirlər zamanı məhkumların çörək saxlaması üçün nəzərdə tutulmuş dolabçanın üst hissəsində gizli saxlanc yerində gizlədilmiş həmin kamerada xüsusi rejimdə cəza çəkən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X3 məxsus daxilində danışıq kartı olan 1 ədəd “İphone” markalı mobil telefon aparatı və həmin kamerada çəza çəkən 19 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasın məhkum edilmiş məhkum İqbal Qəhrəmanovun və Təqsirləndirilən şəxs izahatları alınmış, sonuncular həmin mobil telefonlarını tapdıqlarının və istifadə etdiyini etiraf etmişdir. Axtarış zamanı saxlanılması və istifadəsi məhkumlara qadağan edilmiş digər əşyalar aşkar edilmədi. Aşkar edilib götürülmüş 2 ədəd “İphone” markalı mobil telefon xüsusi qaydada qablaşdırılmış, fakt sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin rəisin növbətçi köməkçisi Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssəsinin əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:05 radələrində müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilmişdir. Kameraya daxil olduqdan sonra kamerada həbsdə saxlanılan məhkumlara onlarda hər hansı bir qadağan olunmuş əşyanın olub-olmaması barədə soruşulmuş, məhkumlar onlarda hər hansı bir qadağan olunmuş əşyaların olmadığını bildirdikdən sonra kamerada saxlanılan şəxslərin üzərinə, habelə yataq yerlərinə və kameranın bütün yerlərinə baxış-axtarış tədbirləri keçirilmişdir. Tədbirlər zamanı məhkumların çörək saxlaması üçün nəzərdə tutulmuş dolabçanın üst hissəsində gizli saxlanc yerində gizlədilmiş həmin kamerada xüsusi rejimdə cəza çəkən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X3 məxsus daxilində danışıq kartı olan 1 ədəd “İphone” markalı mobil telefon aparatı və həmin kamerada çəza çəkən 19 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasın məhkum edilmiş məhkum İqbal Qəhrəmanovun və Təqsirləndirilən şəxs izahatları alınmış, sonuncular həmin mobil telefonlarını tapdıqlarının və istifadə etdiyini etiraf etmişdir. Axtarış zamanı saxlanılması və istifadəsi məhkumlara qadağan edilmiş digər əşyalar aşkar edilmədi. Aşkar edilib götürülmüş 2 ədəd “İphone” markalı mobil telefon xüsusi qaydada qablaşdırılmış, fakt sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssəsində tanışı Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 19 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza çəkir. O, hazırda istifadəsində və adına olan 050 ******* nömrəli telefonla Təqsirləndirilən şəxs ilə bir neçə dəfə mobil telefonla danışmış, söhbətləri ümumi xarakter daşımış, ondan siqaret, çay, qənd göndərilməsini xahiş etmişdir. İsmayılovun yanına bir dəfə gedib sovqat aparımışdır. Müstəntiq tərəfindən telefon danışıqlarına dair məlumatlar ona təqdim edilmiş və görmüşdür ki, telefon danışıqları qeydiyyata alınmışdır. Turxanın haradan mobil telefon əldə etməsi barədə ona bir məlumat yoxdur. Məhkəmə iclasında tərəflərin razılığı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkum şahidlər Şahid5 və Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar Şahid5 və Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərmişlər ki, xx.xx.2024-cü il tarixdə hal şahidi qismində dəvət olunaraq, saat 18:05 radələrində təcridxananın 1-ci rejim korpusunun 16 saylı kamerasında təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarış zamanı kamerada həbsdə saxlanılan məhkumlardan onlarda hər hansı bir qadağan olunmuş əşyanın olub-olmaması barədə soruşulmuş, həmin şəxslər onlarda hər hansı bir qadağan olunmuş əşyaların olmadığını bildirmişlər. Bundan sonra məhkumların üzərinə, habelə yataq yerinə və kameranın bütün yerlərə baxış-axtarış tədbirləri keçirilmişdir. Tədbirlər zamanı sonra kamerada məhkumların çörək saxlanılması üçün nəzərdə tutulmuş dolabçanın üst hissəsində gizli saxlanc yerində gizlədilmiş 2 ədəd «İPhone» markalı mobil telefon aparatları aşkar edilərək götürülmüşdür. X1 və X6 şifahi sorğu zamanı həmin mobil telefonların onlara məxsus olduğunu bildirmişlər. Fakt barədə protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2024-cü il tarixli, 5/516 nömrəli rəyindən görünür ki, 1.Təqdim edilmiş sensor ekran və "İOS" əməliyyat sistemi ilə təchiz olunmuş "iPhone 8" markalı "SİM" danışıq kartı yerləşən yuvada olan məlumata görə "A1905" model "**********75506" "İMEİ" kodlu qara rəngli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş sensor ekran ve "İOS" əməliyyat sistemi ilə təchiz olunmuş "iPhone 8 markalı "SİM" danışıq kartı yerləşən yuvada olan məlumata görə "A1905" model "**********64143" "İMEİ" kodlu qızılı rengli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2.Tədqiq olunan bir ədəd qara rəngli “İPhone 8" markalı "A1905" modelli və bir ade qızılı rəngli "iPhone 8" markalı "A1905 modelli mobil smartfonlara tətbiq edilmiş ekran kilidin sıfırlanması üçün "7.68.0.809 versiyalı UFED 4PC" adlı proqram təminatında texniki imkan olmadığından həmin mobil telefonların yaddaşında olan məlumatları silmədən ekran kilidlərinin keçilməsi mümkün olmadı. 3.Rəyin "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan bir edəd qara rəngli "iPhone 8" markalı "A1905" modelli və bir ədəd qızılı rəngli "iPhone 8" markalı "A1905" modelli mobil smartfonların yaddaşlarında hər hansı bir məlumatların olub- olmaması və silib-silinməməsi üzrə tədqiqatın aparılması mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" Telekom MMC-dən alınmış 08 avqust 2024-cü il tarixli, “16996” saylı məktubdan və iş üzrə çıxarış olan diskdən görünür ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs saxlanıldığı kamerada aşkar edilərək götürülmüş 1 ədəd ”İPhone 8” markalı “A1905” modelli, “**********75506” imei kodlu mobil smartfona qoşulmuş 050 ******* nömrəli danışıq kartı vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 055 ******* vǝ 050 ******* nömrəli telefonlara zənglər etməklə tanışları Şahid8 Şəhram oğlu və Şahid7 ilə müvafiq olaraq 5 və 2 dəfə əlaqə saxlamaqla istifadə etməsi qeydiyyata alınmışdır. Həmin məlumatlardan görünür ki, 050 ******* nömrəli telefon Şahid7 adınadır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" protokolundan görünür ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində müəssisənin 1-ci rejim korpusun 16 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilərkən məhkumların çörək saxlanılması üçün nəzərdə tutulmuş dolabçanın üst həmin kamerada xüsusi rejimdə cəza çəkən X3 məxsus 1 ədəd daxilində "xxxx" danışıq kartı olan işlək vəziyyətdə «İphone» markalı mobil telefon aparatı və məxsus daxilində həmin kamerada cəza çəkən Təqsirləndirilən şəxs "xxxx" danışıq kartı olan işlək vəziyyətdə «İPhone» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 23 oktyabr 2024-cü il tarixli “maddi sübut kimi tanınması və işə əlavə edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İPhone 8” markalı “A1905” modelli, “**********75506” imei kodlu qara rəngli mobil smartfon daxilində danışıq kartı ilə birlikdə, habelə "xxxx" MMCdən telefon danışıqlarına dair 02 ədəd diskdə olan məlumatlar maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X8»nın 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 68.1.3cü və 67.1-ci maddələrinə əsasən cəzaları qismən toplanılmaqla qəti olaraq 19 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 04 sentyabr 2019-cu il tarixdən hesablanmışdır. Daha sonra Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 7(002)-542/2021 saylı qərarı ilə barəsində “Azərbayacan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 01 may 2020-ci il tarixli Qanunu tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 19 (on doqquz) il 02 ( iki) aya endirilmişdir. Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “İPhone 8” markalı “A1905” modelli, “**********75506” imei kodlu qara rəngli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli, 01 ədəd 050 ***-**-** saylı “sim” danışıq kartı isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 72 (yetmiş iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarı ilə 19 il 02 aya endirilmiş cəzanın çəkilməmiş qalmış 13 (on üç) il 11 (on bir) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Cəzasının əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisində çəksin. İş üzrə maddi sübut kimi tanınmış “A1905” modelli, “**********75506” imei kodu, bir ədəd “İphone 8” markalı, mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və 01 ədəd 050 ***-**-** saylı “sim” danışıq kartı isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 72 (yetmiş iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar