Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-30/2022 10.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1990-cı il tarixdə Salyan rayonu, Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində üç azyaşlı uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Salyan rayonu, Xıdırlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə balıqovlama bileti olmadan qanunsuz balıq tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 15 sentyabr 2021-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, özünə məxsus 1 ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan metal qayıqdan istifadə edərək dənizə girib hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 5 ədəd torları suda qurmuş və 16 sentyabr 2021-ci il tarixə saat 08:00-dək, hər biri 33 manat olmaqla 12 ədəd kütüm, hər biri 11 manat olmaqla 50 ədəd külmə və hər biri 11 manat olmaqla 12 ədəd kefal balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1078 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 08:00-da sahilə çıxarkən X19 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş bir ədəd metal qayıq, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 5 ədəd torlar, 12 ədəd kütüm, 12 ədəd kefal və 50 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə saat 18:00-da balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş və X3 qeyrirəsmi qaydada aldığı, ona məxsus 1 ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş bir ədəd metal qayıqdan istifadə edərək Xəzər dənizinə girib jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 5 ədəd torları suda qurub evinə qayıtmışdır. 16 sentyabr 2021-ci il tarixdə, saat 06:00-da yenidən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1 ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd metal qayıqdan istifadə edərək dənizə girib qurduğu torları yığmağa başlamışdır. Həmin tarixdə saat 08:00-dək 12 ədəd kütüm, 12 ədəd kefal və 50 ədəd külmə balıqları tutmuşdur. Toru tutduğu balıqlarla birlikdə qayığa yığıb sahil istiqamətində hərəkət etməyə başlamışdır. Saat 08:00-da sahilə çıxarkən X19 idarəsinin Abşeron xətt polis bölməsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Polis əməkdaşları Xəzər dənizinə çıxmaq üçün istifadə etdiyi 1 ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd metal qayığa baxış keçirərkən içərisində jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 5 ədəd torlar, həmin balıqovlama vasitələri ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğu 12 ədəd kütüm, 12 ədəd kefal və 50 ədəd külmə balıqlarını aşkar edərək götürmüşlər və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirib, protokol tərtib etmişlər. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. O, öz ifadəsində son olaraq törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində üç azyaşlı uşağının olduğunu, habelə mülki iddianı tam olaraq ödəməsinin nəzərə alınaraq, barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iddiaçının nümayəndəsi X5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclasında nümayəndələrinin üzrlü səbəbdən iştirak edə bilməyəcəyinin nəzərə alınmasını, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etirazları olmadığını, habelə iş üzrə hesablanmış maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən 11 saylı RETS İdarəsinin hesabına ödənildiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 İdarəsinin Abşeron xətt polis məntəqəsinin polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2017-ci il tarixdən DİO-da, X19 İdarəsinin Abşeron xətt polis polis məntəqəsinin polis nəfəri vəzifəsində çalışır. 16 sentyabr 2021-ci il tarixdə X19 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 08:00-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd metal qayıq, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 5 ədəd torlar, 12 ədəd kütüm, 12 ədəd kefal və 50 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 12 ədəd kütüm, 12 ədəd kefal və 50 ədəd külmə balıqlarını 1 ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd metal qayığın və jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 5 ədəd torların vasitəsi ilə rəsmi icazəsi olmadan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 İdarəsinin Abşeron xətt polis məntəqəsinin polis nəfəri Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək X19 İdarəsinin Abşeron xətt polis məntəqəsinin polis nəfəri Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə X19 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirin nəticəsi ilə əlaqədar hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuş ki, saat 08 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd metal qayıq, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 5 ədəd torlar, 12 ədəd kütüm, 12 ədəd kefal və 50 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 12 ədəd kütüm, 12 ədəd kefal və 50 ədəd külmə balıqlarını 1 ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd metal qayıq, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 5 ədəd torlar vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X19 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində, Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi üzrə 27.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfimdən mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X12 mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 21.09.2021-ci il tarixli, 21/527 nömrəli məktubundan məlum olur ki, 21.09.2021-ci il tarixə kimi Salyan rayonu Xıdırlı kənd sakini Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından müəyyən olunur ki, 16 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 33 manat olmaqla 12 ədəd kütüm, hər biri 11 manat olmaqla 50 ədəd külmə və 12 ədəd kefal balkıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1078 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Salyan rayonu, Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan rayonu, Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Xıdırlı kəndində yaşamaqla ailə üzvləri arvadı- X13, qızları X14, X15 və oğlu X4 ibarətdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında 24 iyun 2016-cı il tarixdə nikaha bağlanmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 19.03.2013-cü il tarixdə doğulmuş X9, 31.07.2016-cı il tarixdə doğulmuş X10 və 22.12.2018-ci il tarixdə doğulmuş X7 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçik X18 və X17 Xidməti tərəfindən verilmiş AA seriyalı 025744 saylı texniki talondan aydın olur ki, qeyd olunan “Yamaha-40” markalı mühərriklə təchiz edilmiş metal konstruksiyalı qayığın sahibi X11r. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin baxış iclası zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması, himayəsində üç azyaşlı uşağının olması və dəymiş maddi ziyanı tam olaraq ödəməsi nəzərə alınaraq, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs oğlunun barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin tətbiq edilməsinə etiraz etməyərək, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, amnistiya aktına əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli olduğundan, təqsirləndirilən şəxs və onun müdafiəçisi amnistiya aktının tətbiq edilməsinə razı olduğundan dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs təqsirli hərəkətləri nəticəsində balıq ehtiyatlarına 1078 manat məbləğində maddi zərər dəymiş, habelə bu məbləğ onun tərəfindən mülki iddiaçının hesabına ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Abşeron XPM-nin rəisi, polis mayoru Şahid1 müvəqqəti saxlancına verilmiş, bir ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd metal qayıq sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 5 ədəd torlar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, eləcə də iş üzrə maddi sübut kimi tanınmış, 16 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş qəbul aktına əsasən fiziki şəxs X8 təhvil verilmiş balıqların satışından əldə edilən məbləğ dövlət nəfinə köçürülməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımlarla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197-198, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs oğluna qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış, 16 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş qəbul aktına əsasən fiziki şəxs X8 təhvil verilmiş balıqların satışından əldə edilən məbləğ dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su NPİ-nin Abşeron XPM-nin rəisi, polis mayoru Şahid1 müvəqqəti saxlancına verilmiş, bir ədəd “Yamaha-40” markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd metal qayıq sahibi Təqsirləndirilən şəxs qaytarılsın, “jılka” adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm. olan 5 ədəd torlar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-30/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-30/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver