Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-30/2023 19.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədilə 01 iyul 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7 ünvanında yerləşən “Qadın və kişi” paltarları satışı mağazasının nəfəsliyini açmaqla, qanunsuz olaraq saxlanc yeri hesab olunan mağazanın içərisinə daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus mağazada kassadan 485 manat nağd pulu, mağazanın içərisindən 01 ədədinin qiyməti 18 manat olmaqla 252 manat dəyərində 14 ədəd kişi şalvarı, 01 ədədinin qiyməti 22 manat olmaqla 07 ədəd kişi şalvarı, 01 ədədinin qiyməti 26 manat 50 qəpik olmaqla 212 manat dəyərində 08 ədəd kişi cins şalvarı, 01 ədədinin qiyməti 10 manat olmaqla 60 manat dəyərində 06 ədəd uşaq şalvarı, 01 ədədinin qiyməti 10 manat 50 qəpik olmaqla 63 manat qiymətdə, 06 ədəd qız şalvarı, 01 ədədinin qiyməti 10 manat olmaqla 60 manat dəyərində 06 ədəd qadın şalvarı, 01 ədədinin qiyməti 13 manat olmaqla 78 manat dəyərində qadın şalvarı, 06 ədəd 01 ədədinin qiyməti 12 manat olmaqla 72 manat dəyərində 06 ədəd qadın cins şalvarı, 01 ədədinin qiyməti 18 manat olmaqla 72 manat dəyərində 04 ədəd qadın idman geyimi, 01 ədədinin qiyməti 15 manat olmaqla 60 manat dəyərində 04 ədəd qadın şortik dəsti, 01 ədədinin qiyməti 5 manat olmaqla 40 manat dəyərində 08 ədəd qadın ətiri, 01 ədədinin qiyməti 50 qəpik olmaqla 25 manat dəyərində 50 ədəd qadın saçı yığan rezini, 01 ədədinin qiyməti 10 manat olmaqla 40 manat dəyərində 04 ədəd qadın xalatı, 01 ədədinin qiyməti 25 manat olmaqla 100 manat dəyərində 04 ədəd qadın şalvarı, 01 ədədinin qiyməti 9 manat olmaqla 27 manat dəyərində 03 ədəd kişi ayaqqabısı, 01 ədədinin qiyməti 25 manat olmaqla 125 manat dəyərində 05 ədəd kişi köynəyini, 01 ədədinin dəyəri 26 manat olmaqla 130 manat dəyərində 05 ədəd kişi köynəyi Zərərçəkmiş şəxs1 məxsus, ümumilikdə 2.055 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədilə 05 iyul 2022ci il tarixdə saat 11:00 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin plastik pəncərəsini vint açanla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evdən dəyəri 600 manat olan «Nikura» markalı televizoru və dəyəri 300 manat olan samovarı, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 900 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə 15 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış evinin plastik pəncərəsini açmaqla, yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağından dəyəri 100 manat olan ütünü və gödəkçənin cibindən 150 manat pulu, Zərərçəkmiş şəxs4 məxsus 250 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talamaq məqsədilə 25 iyul 2022-ci il tarixdə saat 13:00 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin plastik pəncərəsini açmaqla, yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağından, gödəkçənin cibindən 600 manat pulu, qonaq otağından dəyəri 35 manat olan gün eynəyini və dəyəri 200 manat olan gümüş qadın kulonunu Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 835 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1-də ailə üzvləri ilə birlikdə yaşayır. 01 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində şəxsiyyəti istintaq araşdırması zamanı məlum olan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7 ünvanında yerləşən “Qadın və kişi” mağazasına nəfəslikdən daxil olaraq mağazanın içərisindən 2 ədəd: biri qara biri boz rəngli kişi cins şalvarını, 2 ədəd biri ağ biri qara rəngli kişi köynəyini, 4-5 ədəd kişi və qadın ətirini, 140 manat nağd pulu kassadan götürərək oradan uzaqlaşmışdır. Həmin geyimlərdən bir ədədini Bakı şəhəri Yasamal rayonunda “Kaktus” adlanan ərazidə dönər mağazasında işləyən adını bilmədiyi şəxsə 10 manata satmış, həmin pulu şəxsi istifadəsi üçün xərcləmişdir. Ətirləri isə tanımadığı şəxslərə bir ədədini 3-5 manat aralığında küçədə satmışdır. Qalan geyimlərin isə bir dəstini özü geyinmiş, digərlərini isə satmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, bu epizod üzrə ona verilmiş ittihamın məbləği ilə razı deyil, belə ki, o, həmin mağazadan dəqiq xatırlamasa da ümumilikdə oğurladığı əşyaları üç ədəd sellofan torbaya yığaraq aparmışdır. Bundan sonra 05 iyul 2022-ci il tarixdə saat 11 radələrində şəxsiyyəti istintaq araşdırması zamanı ona məlum olan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 ünvanında yerləşən həyət evinə küçə darvazasının taxta qapısını mismar vasitəsi ilə açaraq əvvəlcə həyətə daxil olmuş, daha sonra evin plastik pəncərəni vint açanla açıb evə daxil olmuş və evin içərisindən divarda olan bir ədəd televizoru və bir ədəd samovarı oğurlayaraq evə daxil olduğu yerdən həyətə, daha sonra oğurladığı televizoru və samovarı götürməklə həyətdən küçəyə çıxmışdır. Bundan sonra oğurladığı əşyaları tanımadığı taksiyə yükləyərək Yasamal rayonuna gəldiyini. Orada bir ədəd televizoru 20 manata və bir ədəd samovarı isə 158 nömrəli məktəbin yaxınlığında yerləşən əlvan metal qəbulu məntəqəsinə 20 manata sataraq ümumilikdə 45 manat pul əldə etmiş və əldə etdiyi 45 manat pulu isə şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa 25 iyul 2022-ci il tarixdə saat 13 radələrində şəxsiyyəti istintaq araşdırması zamanı ona məlum olan vətəndaş Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökatan qəsəbəsi, massiv 1 ünvanında yerləşən həyət evinə daş hasardan aşaraq əvvəlcə həyətə keçmiş, daha sonra isə evin plastik pəncərəsini əli ilə itələyib açaraq evə daxil olmuşdur. O, evi bir qədər axtardıqdan sonra yataq otağındakı gödəkçənin cibindən 600 manat pulu götürüb qonaq otağına keçmişdir. Orada olan bir ədəd kişi eynəyini və bir ədəd qadın gümüş boyunbağı olan klounu götürüb ilk olaraq evin qarşı tərəfindən çıxmaq istəmişdir. Evin qarşısından çəpərə qalxıb ətrafa boylandığında insanların onu görəcəyindən ehtiyyat edib yenidən həyətə düşüb evin o biri tərəfindən çıxıb getmişdir. Yolda gümüş klonun dəyərinin olmadığını bilib klounu yol kənarına atmışdır. O, həmin samovarı Yasamal rayonunda yerləşən əlvan metalın qəbulu məntəqəsinə satdığı zaman alıcıya 01 ədəd samovarın özünə məxsus olduğunu bildirmiş, alıcı həmin əşyanın oğurluq olmasından xəbərsiz olmuşdur. O, Zərərçəkmiş şəxs3 həyətindən çıxan zaman həyətin qarşı tərəfindən yola boylanmış, lakin orada kimisə görməmiş, oradan çıxan zaman kiminsə onu görəcəyindən ehtiyyat edib evin arxa tərəfindən çıxıb yola düşmüş və oradan uzaqlaşmışdır. Həmçinin Şahid3 ehtimalla onu görə biləcəyini, amma o evin qarşı tərəfinə boylananda hətta arxa tərəfdən çıxıb gedən zaman heç kimin onu görmədiyindən əmin olduğunu bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin qapısında dayanmışdır. Həmin vaxtı 4-5 nəfər polis əməkdaşı ona yaxınlaşaraq ad soyadını soruşmuşlar, o da onlara özünü təqdim etmişdir. Onlar ona Qaradağ RPİ-nin 10cu polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və onun onlarla polis bölməsinə getməyini istəmişlər. O, polis bölməsində olan zaman ilk olaraq törətdiyi əməli etiraf etmədiyindən polis əməkdaşları tərəfindən əl və ayaq zərbələri ilə şiddətə məruz qalmışdır. O, ilk olaraq qorxduğu üçün bu barədə istintaq orqanına və heç kimə heç nə deməmişdir. Aldığı xəsarətlərin dərəcəsinin təyin edilməsi məqsədilə MTE-dən keçmişdir. O, oğurladığı əşyaların müəyyən bir qismini tanımadığı şəxslərə satmışdır. Həmçinin əşyaları satarkən alıcılara həmin əşyaların özünə məxsus olmasını bildirmişdir. Oğurluq yolla əldə etdiyi əşyaları alan şəxsləri tanımamışdır. Onların şəxsiyyətləri və yerləri barədə onda heç bir məlumat olmamışdır. O, oğurluq yolla əldə etdiyi əşyaları küçədə təsadüf nəticəsində keçib gedən şəxslərə satmış, əldə etdiyi pulları isə öz şəxsi sərfiyyatlarına xərcləmişdir. O, oğurluq cinayətlərini tək törətmiş, bu işdə ona heç kim köməklik etməmiş və göstəriş verməmişdir. O, öz ifadəsində yuxarıda qeyd etdiyi üç oğurluq epizodundan başqa digər cinayət törətmədiyini bildirmişdir. İstintaq zamanı ifadə verərkən polislər ona törətmədiyi oğurluq cinayətini boynuna almalı olduğunu bildirmişlər. O, etdiyi əməllərdən başqa cinayət əməli törətmədiyini, həmçinin həmin oğurluq cinayətlərini törətmədiyini və qəbul etməyəcəyini bildirdiyi üçün polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmışdır. Qorxduğu üçün ilk öncə işgəncəyə məruz qalması barədə heç bir şikayət etməmiş, lakin sonradan özü və müdafiəçisi tərəfindən çoxsaylı dövlət orqanlarına şikayətlər edilmişdir. Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2 ünvanında yerləşən həyət evindən heç bir oğurluq etməmişdir. Həmin cinayət hadisəsinin olmasından onun heç bir xəbəri olmamış, həmin hadisənin törədilməsində iştirak etməmiş və həmin oğurluq hadisələrinin kimin tərəfindən törədilməsi barədə onda heç bir məlumat olmamışdır. Polis idarəsində olarkən ona qarşı zorakılıq və hədə qorxu tətbiq edilməklə şübhəli şəxs kimi tutulan zaman digər cinayət əməlini də boynuna qoymuşlar. Bu səbəbdən də həmin epizod üzrə hadisə yerinə çıxarılarkən zərərçəkmiş şəxsin iştirakı ilə ifadə verərkən də heç nəyin yerini özü bilməmiş, yalnızca müstəntiqin yönləndirməsi nəticəsində ütünün və pulun götürüldüyü iddia edilən yerləri göstərmişdir. Əgər o yuxarıda göstərilən etiraf etdiyi cinayətdən başqa digər oğurluq hadisəsi də törətmiş olsaydı və doğrudan da həmin oğurluqları ilkin ifadəsi zamanı etiraf etsəydi həmin oğurluqlar üzrə heç olmasa onun əl barmaq izləri çıxarılardı, oğurladığı əşyanı necə israf etməsi aydınlaşdırılardı. Əlavə olaraq bildirmişdir ki, Şahid2 da istintaq zamanı ifadəsində ondan ütünü almasını bildirsə də məhkəmə iclasında ondan yalnız samovar aldığını bildirmişdir. İstintaq zamanı ifadəsini də oxumadan imzalatdırmışlar. O öz ifadəsində son olaraq maddi imkanı olmadığından zərərçəkmiş şəxslərə vurulmuş ziyanları ödəyə bilmədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə satıcı Günel Mirzəyeva səhər saat 09 radələrində ona zəng vuraraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7 ünvanında icarə işlətdiyi qadın paltarları satışı mağazasının nəfəsliyinin açıq olduğunu və mağazanın dağınıq olduğunu və mağazadan oğurluq olduğunu ona bildirmiş, ayağı sarıqlı olduğundan mağazaya gələ bilməmiş, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası DİN-nin 102 Zəng Mərkəzinə bu barədə məlumat vermiş, xx.xx.2022-ci il tarixdə özü mağazaya gəlib baxış keçirmiş, mağazadan bir ədədinin dəyəri 18 manat olan 14 ədəd yəni iki qutuda olan kişi şalvarının, dəyəri 22 manat olan 1 qutuda 07 ədəd kişi şalvarının, 01 ədədinin dəyəri 26.50 manat olan 01 qutuda, 08 ədəd kişi cins şalvarının, 01 ədədinin dəyəri 10 manat olan bir qutuda 06 ədəd uşaq şalvarının, 01 ədədinin dəyəri 10.50 manat olan qutunun içərsində olan 06 ədəd uşaq qız şalvarı,01 ədədinin dəyəri 10 manat olan bir qutuda 06 ədəd qadın şalvarı, 01 ədədinin dəyəri 13 manat olan bir qutuda 06 ədəd qadın şalvarının, 01 ədədinin qiyməti 12 manat olan bir qutuda 06 ədəd qadın cins şalvarının, 04 ədəd bir ədədinin dəyəri 18 manat olan qadın idman geyiminin, 04 ədəd bir ədədinin dəyəri 15 manat olan qadın şortik dəstinin, 01 ədədinin dəyəri 5 manata olan 08 ədəd qadın ətirinin,01 ədədinin dəyəri 0.50 qəpik içərisində 50 ədəd olan qadın saçı yığan rezinin,04 ədəd bir ədədinin dəyəri 10 manat olan qadın xalatı, vitrində olan bir ədədinin qiyməti olan 25 manata olan 04 ədəd qadın şalvarının, 03 ədəd bir ədədinin dəyəri 9 manata olan kişi ayaqqabısının, 05 ədəd bir ədədinin qiyməti 25 manat kişi köynəyinin, 05 ədəd dəyəri 26 manat olan kişi köynəyinin və kassadan 485 manat nağd pulun oğurlandığını müəyyən etmiş, baş vermiş oğurluq hadisəsi zamanı gələ bilmədiyindən ərizə və izahatı satıcı Şahid1 onun adından qeyd etmiş, oğurluq zamanı oğurlanmış əşyalar ona məxsus olduğunu bildirmiş və ayağı sarıqlı olduğundan gələ bilməmiş, mağazada baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2.055 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 8 ünvanında yaşayır. "xxxx" ASC-də təmirçi çilingər işləyir, xx.xx.2022-ci il tarixdə məzuniyyətə çıxaraq ailə üzvləri ilə birlikdə Yardımlı rayonuna istirahətə getmiş, evini isə qonşuya tapşırmışdır. xx.xx.2022-ci il tarixdə qonşusu ona zəng vuraraq velosipedinin harda olması barədə sorumuş, o isə ona velosipedin həyətdə olduğunu bildirdiyində ona velosipedin həyətdə olmadığını bildirmişdir. Daha sonra ondan həyətə girib baxmağını xahiş etmiş, biraz sonra qonşusu ona zəng vuraraq evin pəncərəsinin açıq olduğunu qeyd etmişdir. Ertəsi gün evə gəlib özü baxış keçirən zaman dəyəri 600 manat olan “NİKURA” markal televizorun, dəyəri 300 manat olan samovarın oğurlandığını müəyyən etmiş və bu barədə Qardağ RPİ-ni 10-cu PB-nə məlumat vermişdir. Televizor evə girdikdə əsas qonaq otağında divarda asılı vəziyyətdə olmuş, samovarı isə evdən çıxan zaman televizorun aşağı tərəfinə yerə qoymuş, samovar gümüşü rəngdə olmuş, lüləy hissəsində suyu açıb-bağlamaq üçün nəzərdə tutulan su kranı qırıq olduğundan kran hissəsini yanmış məftil ilə bağlamış, tutacaqlarının isə taxta ilə örtülü olmuşdur. Həmçinin baş vermiş oğurluq hadisəsi zamanı ona 900 manat zərər dəymişdir. O, öz ifadəsində son olaraq ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 öz ifadəsində göstərmişdir ki, Gömrük idarəsində mülki qulluqçu işləyir. ünvan 5 ünvanında yaşayır. Hər gün saat 08:00-da işə gedib axşam 18:00-da qayıdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində işdən evə gələn zaman, həyət evinin pəncərəsinin açıq olduğunu müəyyən etmiş, evə daxil olub yataq otağındakı döşəyi qaldırıb altına baxanda döşəyin altında 150 manat pulunun olmadığını müəyyən etmiş, evinə oğrunun girdiyini və pulunu oğurladığını başa düşmüş, daha sonra naməlum şəxs tərəfindən bir ədəd ütünün oğurlandığını müəyyən etmiş, daha sonra tozsoranı evdən tapmış, həmin vaxtı çox həyəcanlı olmuş, tozsoranı hara qoyduğunu bilmirmiş, tozsoranın evdə olduğunu bildirmiş, 150 manat pulunun və bir ədəd dəyəri 100 manat olan ütü oğurlandığını bildirmiş, evində baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 250 manat maddi ziyan dəydiyini bildirmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması həyata keçirilərkən o, şəxsən iştirak etmişdir. İlk olaraq təqsirləndirilən şəxsdən hansı tərəfdən evə daxil olması soruşulanda o, evin digər hissəsindən girdiyini bildirmişdir, lakin həyətinə daxil olan oğru o, istiqamətdən evə daxil olmamış, ola da bilməzmiş. İfadə verərkən oğurluq etdiyini demiş, amma hansı pəncərədən evə daxil olduğunu soruşanda da düz pəncərəni göstərməmişdir. Pulu hardan götürdüyünü bildirməmişdir. Lakin sonrada müstəntiq özü onu istiqamətləndirməyə başlamış və hər dəfəsində özü yerləri göstərərək « burdan götürmüşdün ? » deyərək yerləri ona bildirmiş və təqsirləndirilən şəxs də təsdiqləmişdir. Bununla da ona aydın olmuşdur ki, təqsirləndirilən şəxs onun evini tanımamış və əşyaların götürüldüyü yeri göstərə bilməmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə təqdim edərək onun evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxs olmadığından ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, massiv 4, keçid 7 evdə qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə saat 06:30da yaşadığı evdən çıxıb işə getmiş, ondan təxminən 30 dəqiqə sonra anası işə getmiş, həmin vaxtı evdə onlardan başqa heç kim olmamış, axşam saat 17:00-da evə gəldikdə evin pencərəsinin sınıq olduğunu müəyyən etmiş, evə daxil olub baxış keçirən zaman 1-ci mərtəbədə yataq otağında yerləşən dolabda anasının qış gödəkçəsinin yan cibində olan 600 manat nağd pulun olmadığını aşkar etmiş, evə biraz baxış keçirdikdən sonra oradan 35 manat dəyərində olan gün eynəyinin və dəyəri ümumilikdə 200 manat olan gümüş qadın klonun oğurlandığını müəyyən etmiş, bu barədə 10-cu PB-nə məlumat vermişdir. Oğurluq hadisəsinin baş verdiyini müəyyən etdikdən sonra evinin həyətində quraşdırılmış görüntü kamerasına baxdığı zaman Taleh həmin vaxtı kamera görüntüsünə əks olunmuş, oda ona görə Talehdən şübhələnmiş, lakin daha sonra polis bölməsində həmin oğurluq hadisəsini Taleh deyil Anar adlı şəxsin törətdiyini öyrənmişdir. Bundan başqa baş vermiş oğurluq hadisəsi zamanı ona qırılmış pəncərənin təmir olunması xərcləri daxil olmaqla ümumilikdə 835 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, AA******* seriyalı şəxsiyyət vəsiqəsinə görə onun soyadı Həsənovadır. Bütün iş materiallarında soyadının Həsənova yazıldığı və oxunduğu kimi əsas götürülməsini xahiş etmiş, Mirzəyeva onun ata soyadıdır, ailəlidir, Həsənova onun ərinin soyadıdır, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Qadın və kişi” mağazasında satıcı işləyir. xx.xx.2022-ci il tarixdə saat 08:30-da satıcı işlədiyi “Qadın və kişi” mağazasına işə gəlmiş, mağazanın qapısını açıb içəriyə daxil olduqdan sonra mağazanın nəfəsliyinin açıq olduğunu və içəridə olan paltarların dağınıq olduğunu görmüş, həmin vaxt ona aydın olmuşdur ki, mağazada oğurluq hadisəsi baş vermişdir. O, dərhal bu barədə Məlahətə məlumat vermiş, daha sonra Məlahət bu barədə DİN-nin 102 ZM-nə məlumat vermiş, sonra hadisə yerinə ərazi aidiyyəti üzrə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları gələrək hadisə yeri olan mağazanın içərisinə baxış keçirmiş, baxışın keçirilməsi haqqında protokol tərtib edilmiş, protokolu imza etmiş, daha sonra hadisə yerinin foto şəkilləri çəkilmiş, hadisə yerində onun ərizəsi alınmış, xx.xx.2022-ci il tarixdə mağazaya Məlahət xanım gəlmiş, onlar birlikdə mağazaya ətraflı baxış keçirmiş, xx.xx.2022-ci il tarixdə mağazaya keçirilən baxış zamanı onlara məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix saat 08:30-dək olan müddət ərzində mağaza bağlı olduğu vaxtda naməlum şəxs mağazanın içərisinə nəfəsliydən içəri daxil olaraq mağazanın içərisindən Zərərçəkmiş şəxs1 məxsus bir ədədinin dəyəri 18 manat olan 14 ədəd yəni iki qutuda olan kişi şalvarının, dəyəri 22 manat olan 1 qutuda 07 ədəd kişi şalvarının, 01 ədədinin dəyəri 26.50 manat olan 01 qutuda, 08 ədəd kişi cins şalvarının, 01 ədədinin dəyəri 10 manat olan bir qutuda 06 ədəd uşaq şalvarının, 01 ədədinin dəyəri 10.50 manat olan qutunun içərsində olan 06 ədəd uşaq qız şalvarı,01 ədədinin dəyəri 10 manat olan bir qutuda 06 ədəd qadın şalvarı, 01 ədədinin dəyəri 13 manat olan bir qutuda 06 ədəd qadın şalvarının, 01 ədədinin qiyməti 12 manat olan bir qutuda 06 ədəd qadın cins şalvarının, 04 ədəd bir ədədinin dəyəri 18 manat olan qadın idman geyiminin, 04 ədəd bir ədədinin dəyəri 15 manat olan qadın şortik dəstinin, 01 ədədinin dəyəri 5 manata olan 08 ədəd qadın ətirinin,01 ədədinin dəyəri 0.50 qəpik içərisində 50 ədəd olan qadın saçı yığan rezinin,04 ədəd bir ədədinin dəyəri 10 manat olan qadın xalatı, vitrində olan bir ədədinin qiyməti olan 25 manata olan 04 ədəd qadın şalvarının, 03 ədəd bir ədədinin dəyəri 9 manata olan kişi ayaqqabısının, 05 ədəd bir ədədinin qiyməti 25 manat kişi köynəyinin, 05 ədəd dəyəri 26 manat olan kişi köynəyinin və kassadan 485 manat nağd pulu oğurlamış, baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 ümumilikdə 2055 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsində № 158 məktəbin yaxınlığında icarə obyekt götürərək əlvan metalın qəbulu ilə məşğul olur. Bundan başqa Anar adlı şəxsi müştəri qismində tanımışdır. İyul ayının əvvəllərində gününü dəqiq xatırlamadığını icarəyə işlətdiyi əlvan metal qəbulu məntəqəsinə Təqsirləndirilən şəxs gələrək əlindəki sellofanda samovar olduğunu və həmin samovarın özünə məxsus olduğunu, həmçinin istifadəyə yararasız olduğunu deyərək evdə istifadə edilmədiyini bildirib 35 manata satdığını qeyd etmişdir. O həmin samovarı ondan 35 manat ödəyərək almışdır. O, həmin əşyanı aldığı zaman oğurluq olduğundan xəbərdar olmamışdır. Samovar dəqiq yadında olmamış, amma samovarın lüləy tərəfi kranı yanmış məftil ilə bağlı olmuşdur. O metal yığıldıqdan sonra həmin metalları əlvan metal qəbulu zavoduna təhvil vermişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ancaq samovar almışdır. Belə ki, Təqsirləndirilən şəxs taksiylə gəlmiş, taksidə başqa adam da olmuş, oda həmin taksidəki digər şəxsi qiyabi olaraq tanıdığından sənəd tələb etmədən samovarı onlardan almışdır. Həmin samovarın 70-80 manat qiyməti olarmış. O 35 manat verərək onu almış, ibtidai istintaq zamanı ifadəsini oxumamış imzalamışdır. Belə ki, o Təqsirləndirilən şəxs heç bir ütü almamış və bununla bağlı müstəntiqə də heç bir şey deməmişdir. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvandan çıxaraq siqaret almağa getmişdir. Yaşadıqları evin arxa tərəfindən çıxaraq Zərərçəkmiş şəxs3 evinin sol tərəfindən keçən zaman 1-2 dəqiqəlik Xanların evinin arxa tərəfində olan kiçik qapı ilə üzbə-üz dayandığını bildirmişdir. Xanların evinin çəpərindən xışıltı səsi gəldiyini həmin tərəfə baxanda bir nəfərin yavaşca başını qaldırıb çəpərdən gizlin baxığının şahidi olduğunu qeyd etmişdir. Onun dayandığı yerin, görünən yer olmadığını, çəpərdən boylanan şəxsin onu görə bilmədiyini bildirmişdir. Həmçinin biraz dayanaraq həmin şəxsin oradan çıxmasını gözlədiyini qeyd etmişdir. Bir daha həmin şəxs başını qaldırmış anidən küçəyə baxaraq gözdən itdiyini qeyd etmişdir. O,diqqətlə baxdıqda həmin şəxsin Anar olduğunu müəyyən etdiyini bildirmişdir. Anarı qəsəbədən tanıdığını onun Lökbatan qəsəbəsində təzə evlər deyilən beş mərtəbələrdə yaşadığını bildirmişdir. Onun özünündə orada qadığını Anarın əvvəllər avtoyuma məntəqəsində yuyucu işlədiyini, onu Anuş kimi çağırdıqlarını qeyd etmişdir. O, məhəllədəki mağazadan iki ədəd siqaret alıb yenidən evə qayıtdığını bildirmişdir. Polis əməkdaşları onu 10-cu PB-nə dəvət edib baş vermiş oğurluq hadisəsi barədə sual verdikdə o, baş verənləri onlara danışdığını qeyd etmişdir. Bir daha baş verən oğurluq hadisəsindən polisə dəvət olunduqdan sonra məlumatlandığını bildirmişdir. Şahid3 Təqsirləndirilən şəxs çəpərdən boylanan zaman gördüyü zaman onundan onu görməsi barədə ünvanlanmış sualəına cavab olaraq onun dayandığı yerin görülən yer olmadığını Təqsirləndirilən şəxs onu görə bilmədiyini ehtimal etməsini bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs görüb tanıdığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 4 ünvanında yerləşən X4 məxsus yaşayış evinə daxil olaraq oradan qızıl-zinət əşyalarının oğurlaması faktı, tanışı X7 vasitəsilə Yasamal rayonunda yerləşən qızılın alışı mağzasına satması ilə bağlı X7 olduğu yer və şəxsiyyəti istintaqa məlum olmadığından həmçinin dindirilməsi mümkün olmadığından oğurluq faktı sübuta yetməmiş kimi hesab edildiyindən, Təqsirləndirilən şəxs əməlinə həmin fakt üzrə hissəvi xitam verilərək qeyd edilən epizod üzrə elan edilmiş ittiham xaric edilmiş, həmin faktla bağlı faktla cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ayrıca icraata №220030363 cinayət işi ayrılalaraq icraata qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7 ünvanında yerləşən “Qadın və kişi” paltarları mağazasından geyim əşyalarını Təqsirləndirilən şəxs qara rəngli sellefonla daşıması lentə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zor tətbiq edilməsi ilə bağlı araşdırma aparılmasından ötrü cinayət işindən material ayrılaraq aidiyyəti üzrə Qaradağ rayon prokurorluğuna göndərilmişdir. Həmin material üzrə Qaradağ rayon prokurorluğunun müstəntiqi Fuad Əhmədov tərəfindən müvafiq araşdırılma aparılmış, qeyd olunan xüsusatlar öz təsdiqini tapmadığından 30 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsaəsn cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7 ünvanında yerləşən “Qadın və kişi” paltarları mağazasında baş vermiş oğurluq hadisəsinin qeydə aldındığı video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs özgə əmlakını gizli talamaq məqsədi ilə 15 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış evinin plastik pəncərəsini açmaqla, yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağından dəyəri 100 manat olan ütünü və gödəkçənin cibindən 150 manat pulu, Zərərçəkmiş şəxs4 məxsus 250 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etməsinə dair ittiham verilsə də məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan epizod üzrə oğurluq etməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, Zərərçəkmiş şəxs4 məxsus yaşayış evindən edilmiş oğurluq hadisəsi ilə bağlı müstəntiq tərəfindən formal olaraq 06 avqust 2022-ci il tarixdə “ifadənin yerində yoxlanılması haqqında” protokol tərtib edilərək iş materiallarına əlavə edilmiş, hər hansı bir audio və ya video çəkiliş aparılmamış, hadisə yerinin müayinəsi zamanı hər hansı bir əlbarmaq izləri götürülməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində ifadəsinin yerində yoxlanması zamanı təqsirləndirilən şəxsin həyətə və evə daxil olduğu istiqamətləri, o cümlədən ütü və pulun götürüldüyü heç bir yeri düzgün göstərə bilmədiyini, işin istintaqını aparan müstəntiqin yönləndirməsi ilə yoxlama aparıldığını bildirmişdir. Bundan başqa həmin epizod üzrə yeganə şahid olan Şahid2 da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməyək təqsirləndirilən şəxsdən yalnız samovar aldığını, ütünü isə almadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumayaraq imza etdiyini bildirmişdir. Beləliklə də iş üzrə Təqsirləndirilən şəxs həmin cinayət hadisəsini törətməsi heç bir mötəbər sübutlarla əsaslandırılmamışdır. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana" qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqlarının və X5 Haqında Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ haqqına) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan epizod, yəni Zərərçəkmiş şəxs4 münasibətdə oğurluq etməsi öz təsdiqini tapmamaqla ittihamın bu hissəsi əsaslandırılmamış ittiham kimi qəbul edilməli və Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 351.3.4-cü maddəsində də göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Zərərçəkmiş şəxs1 məxsus mağazadan, Zərərçəkmiş şəxs2 məxsus evdən və Zərərçəkmiş şəxs3 məxsus ünvandan oğurluq etməsinə dair üç epizod üzrə sübuta yetməklə onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 04 avqust 2022-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 06 avqust 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 65 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 390 (üç yüz doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan: “Zərərçəkmiş şəxs4 250 manat məbləğində ziyan vuraraq oğurluq etməsi”nə dair epizod xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 04 avqust 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə izah edilsin ki, cinayət nəticəsində onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 390 (üç yüz doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-30/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-30/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver