Məhkəmə qərarları › İş №1(002)-30/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-30/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-30/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Cəlilabad rayonu, Adnalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-də sartış nümayəndəsi vəzifəsində çalışmış, Cəlilabad rayonu, Şiləvəngə ərazi dairəsi, Adnalı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən nömrəsiz fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Belə ki, o, Siyəzən rayonu, Siyəzən şəhərində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin satış nümayəndəsi vəzifəsində işləyərək həmin cəmiyyətlə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək və xx.xx.2017-ci il tarixdə bağlanmış maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən məsul şəxs olaraq öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımalı, idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüş, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı olduğu halda işlədiyi müddətdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə "xxxx" ASC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xəcəhəsən şossesində yerləşən “Meyvəli” ticarət bazarında olan anbarından 523.332,42 manat (beş yüz iyirmi üç min üç yüz otuz iki manat qırx iki qəpik) dəyərində toyuq məhsullarını satış nümayəndəsi olaraq mağazalara vermək üçün faktiki, eləcə də ASC-nin istifadə etdiyi məhsulların qəbulu, satışı, maliyyə və digər əməliyyatın aparıldığı vahid informasiya sistemi olan “AZMSALE” proqramında fərdi adından və şifrəsindən istifadə edərək qəbul edib müxtəlif ticarət obyektlərinə təhvil verərək toyuq məhsullarının satışından işlədiyi müddətdə, müxtəlif tarixlərdə hissə-hissə toplanmış cəmi 523.332,42 manatın (beş yüz iyirmi üç min üç yüz otuz iki manat qırx iki qəpik) 483.110,42 manatını (dörd yüz səksən üç min yüz on manat qırx iki qəpik) qeyd edilən proqram vasitəsilə kassaya mədaxil qəbzlərinə əsasən ASC-nin xəzinəsinə mədaxil etsə də, qeyd edilən müddət ərzində vahid niyyətlə qalan 40.222 (qırx min iki yüz iyirmi iki) manatı ASC-nin kassasına mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə talayıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Cəlilabad rayonu, Adnalı kəndində atası Elyas Qubadov, anası Fəridə Qubadova, bibisi Firəngiz Qubadova ilə birlikdə yaşayır. O, fərdi əməklə məşğul olur, buna görə də müxtəlif vaxtlarda fərdi şəkildə günəmuzd fəhləlik edir, həmin dövrlərdə Sumqayıt şəhərində qardaşı Royalın evində yaşayır. Qardaşı Royalın evi Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşir, lakin dəqiq ünvanı bilmir. Halhazırda rəsmi olaraq heç yerdə işləmir. 2012-ci ildə Cəlilabad rayonu, Adnalı kənd tam orta məktəbini bitirmiş, başqa heç bir təhsil müsəssisəsində təhsil almamışdır. O, 2013- 2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2015-2017-ci il tarixlərdə Səba Broylerdə satış nümayəndəsi köməkçisi vəzifəsində işləmiş, 2017-ci il tarixdən 2020-ci il tarixə kimi isə "xxxx"də satış nümayəndəsi vəzifəsində işləmişdir. Həmin dövrdən "xxxx"də faktiki olaraq işləmir. Lakin onunla əmək müqaviləsinə xitam verilməmişdir. "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımaq əmək funklsiyasının icrası zamanı onun öhdəsinə qoyulmuşdur. "xxxx" ASC ilə bağladığı tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüşdür. Bundan başqa həmin müqaviləyə əsasən ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotu aparmağı və s. kimi vəzifələri olmuşdur. Şirkətin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Meyvəli bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan proqrama daxil edirlər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Satış nümayəndələrinə nəzarət edən bölgə müdirləri fəaliyyət göstərir, sifarişləri ilkin olaraq onlar görürlər. Həmin sifarişlər daha sonra anbarda görünür. Anbarın işçiləri tərəfindən mal yığımı olur. Lakin çox vaxt heç bir faktura təqdim edilməmişdir. Bəzi vaxtlarda faktura ona verilmişdir. Çox vaxt o, sifariş verdiyi məhsuldan artıq miqdarda mal maşına yüklənmişdir. O, bu barədə satış müdiri Xaliqə bildirsə də, Xaliq ona həmin malları da satmağını bildirmişdir. Ona görə də o, məcbur qalıb həmin malı tanımadığı şəxslərə satmışdır. O, 2017-ci il tarixdən "xxxx"də satış nümayəndəsi vəzifəsində işləmişdir. Həmin şirkətdə o, toyuq məhsullarını Siyəzən Broylerin anbarından qəbul edib mağazalara satışını həyata keçirmişdir. Onun işlədiyi müddətdə əvvəllər bir dəfə də satışını həyata keçirdiyi toyuq məhsullarından şirkətə borcu yaranmış və o həmin borcu hissə-hissə ödəmişdir. 2020-ci il tarixdə sonuncu yoxlama zamanı onun "xxxx" ASC-yə olan borcu 40222,00 manat təşkil etmişdir. Götürdüyü toyuq ət məhsullarını sənədlə qəbul etmiş, həmin malın çəkisində, sayında, keyfiyyətində problem ilə üzləşməmişdir. Ona təqdim edilmiş "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi, "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə ad və soyadının qarşısındakı imzalar ona məxsusdur. Həmin sənədlər onunla "xxxx" ASC arasında bağlanmış və o, həmin sənədlərə əsasən şirkətdə işləmişdir. "xxxx" ASC-nin direktorunun adına yazdığı izahat onun tərəfindən yazılmış, orada da hesabında aşkar edilmiş çatmamazlığın bütövlüklə onun özünə aid olmasını qeyd etmişdir. Həmin izahatda da qeyd etdiyi kimi onun işlədiyi müddətdə əvvəllər bir dəfə də satışını həyata keçirdiyi toyuq məhsullarından şirkətə borcu yaranmış və o həmin borcu hissə-hissə ödəmişdir. 2020-ci il tarixdə sonuncu yoxlama zamanı onun "xxxx" ASC-yə olan borcu 40222,00 manat təşkil etmişdir. Götürdüyü toyuq ət məhsullarını sənədlə qəbul etmiş, həmin malın çəkisində, sayında, keyfiyyətində problem ilə üzləşməmişdir. O, "xxxx" ASCnin direktorunun adına yazdığı izahatında Biləcəri qəsəbəsində yerləşən Elmar marketə 17500 manat məbləğində toyuq məhsullarını verdiyini, lakin həmin şəxsin həmin toyuq məhsullarının əvəzində pulu vermədiyini qeyd etmişdir. O, Biləcəri qəsəbəsində yerləşən Elmar adlanan marketi işlədən şəxsi tanımır. Həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Həmin şəxs xatırladığı qədəri ilə pulu onu hissə-hissə qaytarmışdır. Onun fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə o, sifarişi əsasında 523.332,42 manat məbləğində malları anbardan çıxararaq mağazalara çatdırmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyərini cəmiyyətə ödəməmişdir. Heç kim ondan hədə-qorxu ilə pul tələb etməmiş, mağazadan topladığı pulları oğurlamamış və ya hansısa formada ələ keçirməmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş hüquqi şəxslə barışmaqla, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurduğu ziyanın 25%-ni, yəni 10060 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə onun Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdən "xxxx" ASC-də Hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. 2020-ci il tarixdə "xxxx" ASC tərəfindən auditor yoxlamasının keçirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş sənədə əsasən auditor vəzifəsində işləyən Şahid5 tərəfindən orada yoxlama həyata keçirilərək auditor aktı tərtib edilmişdir. "xxxx" ASC-nin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Meyvəli bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan “AZMSALE” proqramına daxil etmişlər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünmüşdür. Satış nümayəndələrinə nəzarət edən bölgə müdirləri fəaliyyət göstərmiş, sifarişləri ilkin olaraq onlar görmüşlər. Həmin sifarişlər daha sonra anbarda görünmüşdür. Anbarın işçiləri sifarişi fakturalaşdırmış, həmin faktura əsasında mal yığımı olmuşdur. Fakturalarda elektron tərtib edilmişdir. Daha sonra sifariş mağazalara çatıdırılması üçün satış təmsilçisinə təqdim olunmuşdur. Aparılmış auditor yoxlaması nəticəsində tərtib edilmiş 05 may 2020-ci il tarixli 20/02/2 nömrəli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Aparılmış yoxlamanın həyata keçirildiyi dövr ərzində "xxxx" ASC-də satış nümayəndələrin ilə həyata keçirilən bütün əməliyyatlar “AZMSALE” proqramı vasitəsilə elektron formada aparılmışdır. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-dən mənimsənilmiş 40222,00 manat ödənilmiş və həmin şəxslə barışıq əldə edilmiş, halhazırda həmin şəxslə bağlı "xxxx" ASC-nin heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi zərərin (ziyan) tamamilə ödənildiyini, onunla barışaraq, ona qarşı hər hansı maddi və pul tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2017-ci ilin sentyabrın 27-dən "xxxx" ASC-də Bakı-Abşeron üzrə anbar müdiri vəzifəsində işləyir. Şirkətin satış yeri Bakı şəhəri Qaradağ rayonunda Meyvəli bazarının ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan proqrama daxil edirlər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Satış nümayəndələrinə nəzarət edən bölgə müdirləri fəaliyyət göstərir, sifarişləri ilkin olaraq onlar görürlər. Həmin sifarişlər daha sonra anbarda görünür. Onun işçiləri sifarişi fakturalaşdırır. Həmin faktura əsasında mal yığımı olur. Bundan sonra tərəfindən mal yoxlanılır. O, razılıq verdikdən sonra sifariş mağazalara çatıdırılması üçün satış təmsilçisinə təqdim olunur. Təqsirləndirilən şəxs 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2017-ci ilin fevral ayından 2020-ci ilin may ayına kimi "xxxx" ASC-də bölgə müdiri vəzifəsində işləmişdir. İşlədiyi şöbədə 10 satış nümayəndəsi vardır. Şirkətin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Meyvəli” bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan proqrama daxil edirlər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Xüsusi proqrama daxil olmaq üçün satış nümayəndələrinə login və şifrə verilir. Xüsusi proqram təhkim edilmiş planşetin sahibindən başqa heç kim ora daxil ola bilməz. Çünki satış nümayəndəsi yalnız ona təhkim olunmuş mağazalar üzrə sifariş verə bilir. Heç bir satış nümayəndəsi digər satış nümayəndəsinin müştərilərinə müdaxilə edə bilmir. Satış nümayəndələrinə sifarişlər anbarda görünür. Anbar müdiri və onun işçiləri sifarişi fakturalaşdırır. Həmin faktura əsasında mal yığımı olur. Bundan sonra isə mal yoxlanılır. Daha sonra sifariş mağazalara çatıdırılması üçün satış nümayəndəsinə təqdim olunur. Onun işi tabeliyində olan satış nümayəndələrin bütün işinə ümumi nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, "xxxx" ASC-nin satış ofisinin xəzinədarı vəzifəsində işləmiş Şahid4, "xxxx" MMC-də auditor vəzifəsində işləyən Şahid5 Nümayəndə ilə eyni məzmunlu ifadə verməklə bildirmişlər ki, Təqsirləndirilən şəxs 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. O, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş sənədə əsasən "xxxx" MMC-da auditor vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda da işləyir. 2020-ci il tarixdə “Siyazan Broyler" ASC tərəfindən həmin şirkətdə auditor yoxlamasının keçirilməsi üçün müraciət edilmişdir və tərəfindən orada yoxlama həyata keçirilərək auditor aktı tərtib edilmişdir. "xxxx" ASC-nin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Meyvəli bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş və telefonlarda olan "AZMSALE" proqramına daxil edirdilər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Satış nümayəndələrinə nəzarət edən bölgə müdirləri fəaliyyət göstərir, sifarişləri ilkin olaraq onlar görürlər. Həmin sifarişlər daha sonra anbarda görünür. Anbarın işçiləri sifarişi fakturalaşdırır. Həmin faktura asasında mal yığımı olur. Fakturalarda elektron tərtib edilir. Daha sonra sifariş mağazalara çatıdırılması üçün satış təmsilçisinə təqdim olunur. Aparılmış auditor yoxlaması nəticəsində tərəfimdən tərtib edilmiş 05 may 2020-ci il tarixli 20/02/1 nömrəli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, X12 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Ziya Qubadovun fəaliyyətinin yoxlanması nəticəsində 69480,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Ziya Qubadovun sifarişi əsasında 553704,79 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 69480,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Aparılmış auditor yoxlaması nəticəsində tərəfimdən tərtib ediind us to duzdy may 2020-ci il tarixli 20/02/2 nömrəli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi asasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Aparılmış auditor yoxlaması nəticəsində tərəfimdən tərtib edilmiş 19 may 2020-ci il tarixli 20/03/1 nömrəli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, X3 20 noyabr 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Elçin Mehrəliyevin fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Elçin Mehrəliyevin sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmi v mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir.olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Aparılmış auditor yoxlaması nəticəsində tərəfimdən tərtib edilmiş 19 may 2020-ci il tarixli 20/03/3 nömrəli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, X4 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Kənan Nərimanovun fəaliyyətinin yoxlanması nəticəsində 27278,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Nərimanovun sifarişi əsasında 698971,50 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 27278,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilmişdir. Aparılmış auditor yoxlaması nəticəsində tərəfimdən tərtib edilmiş 19 may 2020-ci il tarixli 20/03/2 nömrəli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, X7 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-da satış nümayəndəsi olmuşdur. Həsən Həsənzdənin fəaliyyətinin yoxlanılması nəticəsində 8752,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövürdə Kənan Nərimanovun sifarişi əsasında 549181,49 manat məbləğində malalr anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edulmuş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 8752,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Audit dövründə xx.xx.2020-ci il tarixdə X7 tərəfindən borcunun 3124,00 manatı ödənilmiş və beləlilə cəmiyyətə vurulmuş ziyan 5628,00 manat təşkil etmişdir. Aparılmış yoxlamanın həyata keçirildiyi dövr ərzində "xxxx" ASC-də satış nümayəndlərin ilə həyata keçirilən bütün əməliyyatlar “AZMSALE” proqramı vasitəsilə elektron formada aparılır. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumat verilsədə o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid4 ifadəsi elan edilmiş kimi qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 05 may 2020-ci il tarixli 20/02/2 nömrəli müstəqil auditor hesabatında görünür ki, xx.xx.2020 - xx.xx.2020-ci il tarixləri aralığında "xxxx" ASC-də satış nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs cəmiyyətin anbarından 523332,42 manat dəyərində toyuq məhsullarını qəbul etmiş, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/141 №-li rəyindən görünür ki, iş materiallarında olan qaimə - fakturalar, inventarizasiya aktları, audit rəyləri, əmək və alqı-satqı müqavilələri, elektron qaimələr, təhvil təslim aktları, üzləşdirmə aktları və ‘İNTERAUDİT SERVİCE” MMC-nin xx.xx.2020-ci il tarixli, 20/02/2 saylı müstəqil Auditor Hesabatını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla həmin sənədlər üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 40.222,00 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" ASC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında” müqaviləsinə əsasən işçi məsul şəxs olaraq öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımalı, idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüş, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 18 sentyabr 2024cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan "xxxx" ASC-dən rayon prokurorluğuna daxil olmuş 01 ədəd yaddaş qurğusunda Təqsirləndirilən şəxs "xxxx" ASC-də işlədiyi müddətdə öz öhdəsinə götürdüyü malların və ödənişlərin hərəkət cədvəli detallı şəkildə əks olunması görünür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 30 iyul 2024-cü il tarixli № 259 saylı ərizədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə vurmuş olduğu 40222.00 manat məbləğində olan ziyanı tam olaraq ödəmiş və "xxxx" ASC tərəfindən rayon prokurorluğuna Təqsirləndirilən şəxs vurmuş olduğu ziyanın tam ödənməsi, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbin olmaması, barışıq əldə olunması məzmununda 30 iyul 2024-cü il tarixli 259 nömrəli müraciət daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs vurulmuş ziyanın 25%-ni dövlət büdcəsinə ödəyərək bu barədə məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin Cəlilabad şöbəsinin 20 fevral 2025-ci tarixli 2223 qəbzindən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar 5000 manat, "xxxx" MMC-nin 11 mart 2025-ci il tarixli **********0 saylı qəbzindən görünür ki, 3000 manat və "xxxx" MMC-nin 13 mart 2025-ci il tarixli **********2 saylı qəbzindən görünür ki, 2060 manat olmaqla, ümumilkdə 10060 (on min altmış) manat məbləğində pul vəsaitini X2 hesabına ödəmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, və 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş hüquqi şəxsə tamamilə ödəməsini və zərərçəkmiş hüquqi şəxslə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%ni, yəni 10060 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Beləliklə məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün istintaq zamanı Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X8 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 45 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 1(101)-466/2024 nömrəli hökmündən aydın olur ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/141 №-li ekspertiza rəyində tədqiqatın dəyəri kimi hesablanmış 100 manat məbləğində pulun həmin iş üzrə təqsirləndirilən şəxs olan X6 tutulması qərara alınmışdır. Buna görədə məhkəmə hesab edir ki, qeyd olunan ekspertiza üzrə hesablanmış 100 manat ekspertiza xərcinin təkrarən Təqsirləndirilən şəxs tutulmasına məqsədə müvafiq deyildir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs "xxxx" ASC-də işlədiyi müddətdə malların və ödənişlərin hərəkət cədvəlinin əks olunduğu 01 ədəd yaddaş qurğusu cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 43, 321, 344- 347, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs "xxxx" ASC-də işlədiyi müddətdə malların və ödənişlərin hərəkət cədvəlinin əks olunduğu 01 ədəd yaddaş qurğusu cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar