Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-300/2021 26.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixtrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 18 aprel 2021-ci il tarixdə saat 00:40-da Qaradağ RPİ-nin 38-ci PB-nin və Qaradağ CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu Bakı-Salyan magistraal yolunun 25-ci kilometrliyində yerləşən Bakı Gəmiqayırma zavodu MMC-nin qarşısında yolun əks tərəfində saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək dəvət edilmiş müdafiçinin iştirakı ilə həmin gün saat 01:30 radələrində üzərinə video çəklişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın qabaq sağ cibindən, şəxsi istifadəsi üçün saxladığı 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0.551 qram olan kustar üsulla hazırlanmış psixatrop maddə metanfetamin aşkar edilərək protokolla götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 (dörd) ay olar ki, narkotik və psixatrop maddələrin qəbulu ilə məşğul olmağa başlamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni 17 aprel 2021-ci il tarixdə 18 radələrində o, Şirvan şəhərinin mərkəzində tanımadığı şəxsdən bir bükümünü 10 manata almışdır. Belə ki, o, 17 aprel 2021-ci il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi maşınla Şirvan şəhərinin mərkəzinə gəlmişdir. Orada dayanmış həm yaşıdı olan taksi sürücüsünə yaxınlaşmışdır. Həmin taksi sürücüsü ilə söhbət etməyə başlamışdır. Həmin söhbət əsnasında taksi sürücüsü ona demişdir ki, əgər o, istəsə ona narkotik vasitə gətirə biləcəyini demişdir. O da həmin taksi sürücüsünə psixotrop maddə ilə metamfetamin gətirməsini demişdir. Həmin taksi sürücüsü ona bildirmişdir ki, gətircəyi metamfetaminin bir bükümü 10 manatdır. O, taksi sürücüsü ilə razılaşmışdır. Həmin taksi sürücüsü onu gözləməyini xahiş etmiş və oradan uzaqlaşıb getmişdir. O, təxminən 15-20 dəqiqə gözlədikdən sonra həmin taksi sürücüsü ona yaxınlaşmışıb 2 büküm vermişdir. Sonra bildirmişdir ki, həmin bükümlərin birinin içərisində psixotrop maddə metamfetamin digərinin içərisində isə narkotik vasitə olan heroin vardır. Həmin bükümlərdən biri gümüşü rəngli digəri isə qırmızı rəngli olmuşdur. O, ilk öncə gümüşü rəngli bükümü açmış və həmin vaxt görmüşdür ki, həmin bükümün içərisində metamfetami vardır. Sonra qırmızı rəngli bükümü açmış onun içərisində heroin olduğunu görmüşdür. O, hər iki bükümə görə taksi sürücüsünə 20 manat pul vermişdir. O, narkotik və psixotrop maddəni alandan sonra yaşadığı Hacıqəhrəmanlı qəsəbəsinə getmişdir. Aldığı narkotik vasitənin bir hissəsini orada istifadə etmişdir. Sonra o, Şirvan şəhərinin mərkəzindən Bakı şəhərinə müştəri gətirmişdir. Həmin müştərinin gətirib Lökbatan dairəsində maşından düşürtmüşdür. Sonra Şirvan şəhəri istiqamətində qayıdan zaman yolun kənarında maşını saxlayıb ki, təbii ehtiyacını ödəmək istəmişdir. Həmin vaxt mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin 3 nəfər şəxs özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməsini istəmişlər. O da, polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu 38-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində ona vəkillərin siyahısı təqdim edilmişdir. Sonra ona bildirilmişdir ki, həmin siyahıda adı olan vəkillərdən birini seçsin. O, həmin siyahıda adı olan vəkillərdən birini seçmişdir. Həmin vəkil PB-nə dəvət edilmişdir. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Sonra ona bildirilmişdir ki, videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə kiçiriləcəkdir. Sonra ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyaraq təqdim etsin. O, könüllü olaraq əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən qırmızı və gümüşü rəngli olan bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan həmin bükümlərin içərisində nə olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, gümüşü rəngli bükümün içərisində metamfetmamin qırmızı rəngli bükümün içərisində isə heroin vardır. Sorğu zamanı həmçinin polis əməkdaşlarına bildirmişdir ki, həmin psixotrop maddə və narkotik vasitəni şəxsi istifadəsi üçün Şirvan şəhərindən 20 manata almışdır. Sonra onun, hüquqlarını müdafiə edən vəkilin və polis əməkdaşlarının iştirakı ilə həmin bükümlər zərfə qoyulmuş və o da digər iştirakçılarla birlikdə həmin zərfi imza etmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində onun baxımına ehtiyacı olan valdeyinlərinin olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını və ailəli olmaqla cavan olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18.04.2021-ci il tarixdə 38-ci PB-də işdə olan zaman Şirvan rayonu Hacıqəhrəmanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində keçən Bakı-Salyan magistral yolunun 25-ci kilometrliyində narkotik vasitələrin saxlanması və daşıması barədə əməliyyat məlumat daxil olmuşdur. Dərhal onun tərəfindən daxil olmuş məlumat PB-nin rəhbərliyinə məruzə edilmiş və əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir. Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 və CAŞ-nin kiçik inspektoru polis serjantı Rauf Şahgəldiyev əməliyyat qrupuna daxil edilmişdir. 18.04.2021-ci il tarixdə saat 00:40-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən Bakı-Salyan magistral yolunun 25-ci kilometrliyində yerləşən “Bakı Gəmiqayırma” zavodu ilə üzbəüz olan ərazidə bir nəfər şəxsin xarici əlamətlərdən Təqsirləndirilən şəxs oxşadığını görmüşlər. Onlar həmin şəxsi bir neçə dəqiqə izlədikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs Alışov Elçin Eldar oğlu olduğunu bildirmişdir. Onlar həmin şəxsi PB-nə dəvət etmişlər. PBdə xidməti otaqların birində Alışov Elçin Eldar oğluna vəkillərin siyahısı təqdim edilmişdir. Alışov Elçinə bildirilmişdir ki, siyahıda olan vəkillərdən birini seçsin. O da adı siyahıda olan vəkillərdən birini seçmiş və həmin vəkil PB-nə dəvət edilmişdir. PB-nə dəvət olunmuş vəkil və videoçəkiliş vasitəsi ilə həmin şəxsin üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəl Alışov Elçin Eldar oğluna hüquq və vəzifələri izah olunmuş və təklif olunmuşdur ki, üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoyaraq təqdim etsin. Alışov Elçin Eldar oğlu əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən gümüşü və qırmızı rəngli siqaret kağırlarına bükülmüş bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli bükümün içərisindən ağ rəngli, kirstal şəklində, iysiz maddə və təqdim etdiyi qırmızı rəngli bükümün içərisindən isə qəhvəyi rəngli, toz şəklində, iysiz maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs gümüşü rəngli bükümdə olan maddənin psixitrop maddə hesab edilən “metanfetamin”, qırmızı rəngli bükümdə olan maddənin isə narkotik vasitə hesab edilən “heroin” olduğunu, və hər iki bükümü 17.04.2021-ci il tarixində Şirvan şəhərində olarkən tanımadığı şəxsdən 20(iyirmi) AZN qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində ağ rəngli, kirstal şəklində, iysiz maddə olan gümüşü rəngli büküm və içərisində qəhvəyi rəngli, toz şəklində, iysiz maddə olan qırmızı rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, Alışov Elçin Eldar oğlu üzərinə şəxsi axtarış və götürülməni telefonu vasitəsi ilə videoya çəkmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin narkotik vasitəsini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili X5 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və X3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid2 və X3 məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 11, 19); Şəxsi axtarış və götürmə aparılması haqqında 18 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmədən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, o, əynindəki göy rəngli, cins şalvarının qabaq sağ cibindən gümüşü rəngli və qırmızı rəngli siqaret kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı qanun ilə qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi gümüşü rəngli bükümün içərisindən ağ rəngli, kristal şəklində, iysiz maddə və təqdim etdiyi qırmızı rəngli bükümün içərisindən isə qəhvəyi rəngli, toz şəklində, iysiz maddə aşkar edilmiş, E,Təqsirləndirilən şəxs gümüşü rəngli bükümdə olan maddənin narkotik vasitə hesab edilən “metamfetamin”, qırmızı rəngli bükümdə olan maddənin isə narkotik vasitə hesab edilən “heroin” olduğunu və hər iki bükümü 17 aprel 2021-ci il tarixdə Şirvan şəhərində olarkən tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində ağ rəngli, kristal şəklində, iysiz maddə olan gümüşü rəngli büküm və içərisində qəhvəyi rəngli, toz şəklində, iysiz maddə olan qırmızı rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 27-28) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli 6/1528 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 47” möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən...” əl yazıları, imzalar olan zərfdəki 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.551 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0, 064 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,064 qram, tədqiqata sərf edilən miqdar – 0,04 qram, qalıq – 0,024 qram., metamfetaminin təmiz çəkisi – 0.551 qram, tədqiqata sərf edilən miqdar – 0.05 qram, qalıq- 0.501 qram (i.v 36-39) DVD diskə baxış keçirilməsi haqqında 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 18 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürülmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Diskdən görünür ki, iş üzrə şübhəli şəxs Alışov X9 RPİ-nin 38-ci PB-nin və CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-ci km-də saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif edilmiş və sonuncu əynində olan göy rəngli, cins şalvarının qabaq sağ cibindən, şəxsi istifadəsi üçün saxladığı 01 ədəd gümüşü rəngli kağızına bükülmüş bükülünü və qırmızı rəngli kağıza bükülmüş bükülünü çıxardaraq masanın üzərinə qoymuşdur. Hər iki kağıza bükülmüş bükülü açılmış, Təqsirləndirilən şəxs həmin gümüşü rəngli bükülünün içərisindəki kristalşəkilli maddənin psixotrop maddə olan metamfetamin qırmızı rəngli bükülünün içərisində isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Video görüntü 07 dəqiqə 52 saniyə davam edir. (i.v 42) 19 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi üçün, o, Qaradağ RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. (i.v. 60-61) Qətimkan tədbiri seçmə barədə 19 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 62-63) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 Ekspert Komissiyasının 18 iyun 2021-ci il tarixli, 1953 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.82-83) Sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində 19 aprel 2021-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Repsublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.551 qram çəkidə psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 0.064 qram heroin maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində heroinin 0.024 qram qalığı və metamfetaminin 0.501 qram qalığı Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin üzərinə “şəxsi axtarış keçirilməsi və götürülmə barədə” protokol və həmin protokola əlavə edilmiş 1 ədəd CD formatında disk, məhkəmə-kimyəvi ekspertizasının 6/399 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün material ayrılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə göndərilmiş, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 0.064 qram heroin aşkar edilməsi faktında cinayət tərkibi olmadığından onun həmin fakta dair iş üzrə cinayət təqibi rədd olunmuş, bütün cinayət işinin materiallarında təqsirləndirilən şəxsin soyadı Alışov kimi oxunması qərara alınmışdr. (i.v. 87-95) Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2020-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsin 4 saylı Regional Ərazi Filialının Şirvan Şəhər Qəbul Şöbəsi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli **********6 nömrəli arayışdan görünür ki, X12, həqiqətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin 4 saylı Regional ərazi filialının Şirvan şəhər qəbul şöbəsindən aylıq məbləği 110.00 manat olmaqla İİİ qrup əlilliyə görə müavinət alır. Müddətsiz. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Tərlan Muradov tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli, 138 saylı xasiyyətnamədən görünür ki, Alışov X1 qəsəbəsi, N.Nərimanov küçəsi, 11 nömrəli evdə qeydiyyatdadır və yaşayır. O, özünü təşəbbüskar, bacarıqlı vətəndaş kimi göstərmiş, qonşuların və ağsaqqalların hörmətini qazanmışdır.ünsiyyətdə nəzakətli, məişətdə təvazökar və davranışında mədənidir. Öz işinin öhdəsindən layiqincə gəlir. Vətənə qəlbən bağlıdır, hərbi vətənpərvərlik ruhunda tərbiyə edilmiş, qəsəbədə Respublika və yerli əhəmiyyətli tədbirlərdə özünün və ailə üzvlərinin iştirakını təmin etmişdir. Ona tapşırılan işi vicdanla və şərəflə yerinə yetirir. İşsizdir. Onun haqqında Hacıqəhrəmanlı İcra Nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, müsbət xarakterizə olmasını, atasının İİİ qrup əlil olmasını, (CM 59.2), nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasının yüngülləşdirən halların mövcud olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 18 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 01 gün müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvanı gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası daimi yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİdə saxlanılan narkotik vasitənin və psixotrop maddənin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi büdcəsinə keçirilməli (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan dan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 62 (altmış iki) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 62 (altmış iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 372 (üç yüz yetmiş iki) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan psixotrop maddəinin və heroinin qalığı – 0,501 qram metamfetamin və 0.024 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 109.90 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 62 (altmış iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 372 (üç yüz yetmiş iki) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-300/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-300/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver