Məhkəmə qərarları › İş №1(002)-300/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-300/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-300/2023 07.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X5, Müdafiəçi X3 iştirakları ilə, xx.xx.1988-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, subay, "xxxx" ASC-də müafizəçi işləyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzə yurd adlanan ərzidə nömrəsiz fərdi evdə yaşayan X5 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Yekun protokola əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X8 xx.xx.2023 cü il tarixdə, saat 21:30 radələrində yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanının ümumi otağında arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə daxili şəxsi münasibətlər zəminində mübahisə zamanı əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol bazu oynağının cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sol çiyin qurşağının ön səthinin və sol bazu oynağının yumuşaq toxumalarının qançırı-şişkinlik halda əziyi, boyun və sol baldır nahiyələrinin qançırı ilə müşayiət olunan dərcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X8 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, 13 il bundan əvvəl Zərərçəkmiş şəxs İlə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs ilə 13 ilə yaxındır ər arvad münasibətində olduğuna baxmayaraq onunla rəsmi nikaha daxil olmamışdır. Son zamanlar maddi problemlər yarandığından yoldaşı ilə ailə daxili mübahisələr yaranmışdır. xx.xx.2023-cü il tarixdə axşam radələrində yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yenə də mübahisə baş vermiş və mübahisə zamanı halda yoldaşının əl və qol nahiyyələrinə əli ilə vurmuşdur.Əməlindən peşmandır.Hal-hazırda zərər çəkmiş şəxs, yəni kəbin əsasında arvadı olan Zərərçəkmiş şəxs ilə barışmışdır.Qeyd edilənləri nəzərə alaraq barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 13 ildir ailəlidir, lakin əri ilə rəsmi nikaha daxil olmayıb, bu nikahlarında 4 azyaşlı övladları var. 30,07.2023 cü il tarixdə axşam saat 21:30 radələrİndə birgə yaşadıqları Qobustan qəsəbəsi, Təzə Yurd adlanan ərazi fərdi yaşayış ünvanında mənzilin qonaq otağında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə düşmüşdür.Mübahisəyə səbəb Rasimin ailəyə baxmaması və başqa qadınlarla münasibətdə olması olmuşdur. Mübahisə zamanı Rasim onun bədəninin müxtəlif nahiyyələrinə əli ilə vurmuş və o, xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək X4 şikayət və tələbinin olmadığını bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, X8 məhkum olunmamış və Azərbaycan Respublikası CM-in 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 551 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəninin səthində aşkar edilmiş xəsarət-sol bazu oynağının cüzi hərəkət məhdudluğu ilə müşayət olunan sol çiyin qurşağının ön səthinin və sol bazu oynağının yumuşaq toxumalarının qançırı-şişkinlik halda əziyi, boyun və sol baldır nahiyyələrinin qançırı bərk küt əşya təsirindən qəraraın təsviri hissəsində göstərilən xx.xx.2023 cü il tarixdə törəmələri mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X8 cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyan ödənildikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə təqsirləndirilən şəxs X5 törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, X8 cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təhqiqat araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X8 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təhqiqat araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar