Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-302/2022 03.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər 05 avqust 1997-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Şahverdili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2002-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək müddətdə saat 14 radələrində işlədiyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun üstündə fəaliyyət göstərən Zərərçəkmiş şəxsa məxsus olan "xxxx"ı MMC-də yerləşən anbardan 01 metrinin qiyməti 5 manat olmaqla 500 manat dəyərində 01 top 100 metr uzunluğunda 3x4mm2 ölçülü mis naqil, 01 metrinin qiyməti 2,7 manat olmaqla 270 manat dəyərində 01 top 100 metr uzunluğunda 4x1,5mm2 ölçülü mis naqil, 01 qutusunun qiyməti 16 manat olmaqla 384 manat dəyərində 24 qutu 4mxm ölçülü “Askaynak” markalı qaynaq çubuğu (elektrod), 01 ədədinin qiyməti 7 manat olmaqla 588 manat dəyərində 84 ədəd elektrik avtomatı gizli yolla talamaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1742,0 manat manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək müddətdə saat 14 radələrində işlədiyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun üstündə fəaliyyət göstərən Zərərçəkmiş şəxsa məxsus olan "xxxx"ı MMC-də yerləşən anbardan 01 metrinin qiyməti 5 manat olmaqla 500 manat dəyərində 01 top 100 metr uzunluğunda 3x4mm2 ölçülü mis naqil, 01 metrinin qiyməti 2,7 manat olmaqla 270 manat dəyərində 01 top 100 metr uzunluğunda 4x1,5mm2 ölçülü mis naqil, 01 qutusunun qiyməti 16 manat olmaqla 384 manat dəyərində 24 qutu 4mxm ölçülü “Askaynak” markalı qaynaq çubuğu (elektrod), 01 ədədinin qiyməti 7 manat olmaqla 588 manat dəyərində 84 ədəd elektrik avtomatı gizli yolla talamaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1742,0 manat manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, İmişli rayonu, Şahverdili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmişdir. Hadisədən əvvəl təxminən 3 il olarmış ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-in anbarında fəhlə işləyirmiş. İş saatı 08.00-dan 18.00-dir. Lakin hərdən əlavə olaraq iş çox olduğu vaxtlarda axşam da qalıb işləyirmiş. Onun işi anbara gələn tikinti materiallarını anbara yığmaq, satış üçün anbardan çıxan malları yük avtomobillərinə yükləməkdən ibarət olmuşdur. Təxminən hadisədən əvvəl 6-7 ay olarmış ki, anbarda onunla birlikdə Xəyal adlı şəxs işləmiş, başqa heç kim olmamışdır. Maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Anbarda onunla birlikdə fəhlə işləyən Xəyala demişdir ki, “mənim pula ehtiyacım var, gəl bir yerdə anbardan tikinti materiallarından çıxara biləcəyimizi çıxarıb çöldə bir yerə yığaq, satdıqdan sonra qazancı yarı-yarı bölərik”. Xəyal da onunla razılaşmışdır. 21 iyun 2022-ci il tarixdə saat 12.00-dan saat 14.00-dək olan müddətdə Xəyal ilə birlikdə hissə-hissə ümumilikdə “Askaynak” 04 ədəd blokda, hər blokda 6 qutu olmaqla cəmi 24 qutu qaynaq çubuğunu (elektrod) anbardan çıxarıb yan tərəfdə “Sədərək” Ticarət Mərkəzinin daş hasarından içəriyə yığmışlar. Anbarda material çox olduğundan onlar düşünmüşlər ki, etdikləri oğurluğu başa düşməsinlər deyə az-az götürüb çıxarsınlar, sabahı günü də biraz götürərlər. xx.xx.2022-ci il tarixdə iş vaxtından sonra da qalıb işləmişlər, gec olduğu üçün anbardan çıxartdıqları mallar yığdıqları yerdə qalmışdır. Səhəri günü, yəni 22 iyun 2022-ci il tarixdə saat 12.00-dan 14.00-dək olan müddətdə 02 ədəd top 100 metr uzunluğunda 3 damarli mis naqili ağ rəngli kisədə, 01 ədəd kisədə o, 01 ədəd kisədə isə Xəyal ayrı ayrı zamanda anbardan çıxarıb “Sədərək” TM-in daş hasarından bazarın həyətinə atmışlar. Həmin kisələrin içərisində mis naqillər ilə birlikdə ümumilikdə 07 qutu, hər qutuda 12 ədəd olan elektrik avtomatları çıxartmışlar. xx.xx.2022-ci il tarixdə saat 18.30 radələrində Xəyal ilə birlikdə işdən çıxıb mağazaların arxa tərəfindən “Sədərək” TM-nin həyətinə açıq sahədən daxil olmuşlar. O Xəyal ilə birlikdə anbardan çıxartdıqları tikinti mallarını topalayıb aparmaq istədikləri zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Həmin polis əməkdaşları mühafizə polisi olduqlarını, onlardan yerdə olan kisələrin içərisində nə olduğunu, həmin malları haradan əldə etdiklərini soruşmuşlar. Onlar da polis əməkdaşlarına kisələrdə olan tikinti malları “Sədərək” TM-in yanında fəaliyyət göstərən "xxxx" bazarının anbarından götürdüklərini bildirmişlər. Daha sonra polis əməkdaşları onları Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə aparmışlar. Onlar da polis bölməsində etdikləri əməli etiraf etmişlər. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o oğurluğu yalnız Xəyal ilə birlikdə etmişdir. O ifadəsində qeyd etdiklərindən başqa heç nə oğurlamamışdır. O ilk dəfədir ki, oğurluq etmişdir. Oğurluq etməyi o təklif etmiş, Xəyal da onunla razılaşmışdır. Onlar ikisi də eyni qaydada oğurluq etmişlər, oğurlanmış tikinti materiallarının bir hissəsini o, qalan hissəsini Xəyal anbardan çıxarmışdır. Onlar oğurluq etdikləri zaman nahar fasiləsi olmuş, həm də onlar oğurladıqları tikinti materiallarını anbardan kisələrdə tullantı zibil kimi çıxartdıqları üçün heç kim onların oğurluq etdiyini düşünməmişdir. O öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödəməklə barışdıqlarını və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmişdir. Hadisədən əvvəl təxminən 6-7 ay olarmış ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-in anbarında fəhlə işləyirmiş. İş saatı 08.00-dan 18.00-dir. Lakin hərdən əlavə olaraq iş çox olduğu vaxtlarda axşam da qalıb işləyirmiş. Onun işi anbara gələn tikinti materiallarını anbara yığmaq, satış üçün anbardan çıxan malları yük avtomobillərinə yükləməkdən ibarət olmuşdur. O anbarda Zahid adlı şəxs işləmiş, başqa heç kim olmamışdır. Zahid ona maddi vəziyyətinin pis olduğu üçün oğurluq etmək qərarına gəldiyini bildirmişdir. Anbarda onunla birlikdə fəhlə işləyən Zahid ona demişdir ki, “mənim pula ehtiyacım var, gəl bir yerdə anbardan tikinti materiallarından çıxara biləcəyimizi çıxarıb çöldə bir yerə yığaq, satdıqdan sonra qazancı yarı-yarı bölərik”. O da Zahid ilə razılaşmışdır. 21 iyun 2022-ci il tarixdə saat 12.00-dan saat 14.00-dək olan müddətdə Zahid ilə birlikdə hissə-hissə ümumilikdə “Askaynak” 04 ədəd blokda, hər blokda 6 qutu olmaqla cəmi 24 qutu qaynaq çubuğunu (elektrod) anbardan çıxarıb yan tərəfdə Sədərək Ticarət Mərkəzinin daş hasarından içəriyə yığmışlar. Anbarda material çox olduğundan onlar düşünmüşlər ki, etdikləri oğurluğu başa düşməsinlər deyə az-az götürüb çıxarsınlar, sabahı günü də biraz götürərlər. xx.xx.2022-ci il tarixdə iş vaxtından sonra da qalıb işləmişlər, gec olduğu üçün anbardan çıxartdıqları malları yığdıqları yerdə qalmışdır. Səhəri günü yəni, 22 iyun 2022-ci il tarixdə saat 12.00dan 14.00-dək olan müddətdə 02 ədəd top 100 metr uzunluğunda 3 damarli mis naqili ağ rəngli kisədə, 01 ədəd kisədə o, 01 ədəd kisədə isə Zahid ayrı-ayrı zamanda anbardan çıxarıb “Sədərək” TM-in daş hasarından bazarın həyətinə atmışlar. Həmin kisələrin içərisində mis naqillər ilə birlikdə ümumilikdə 07 qutu, hər qutuda 12 ədəd olan elektrik avtomatları çıxartmışlar. xx.xx.2022-ci il tarixdə saat 18.30 radələrində Zahid ilə birlikdə işdən çıxıb mağazaların arxa tərəfindən Sədərək TM-nin həyətinə açıq sahədən daxil olmuşlar. O Zahid ilə birlikdə anbardan çıxartdıqları tikinti malları topalayıb aparmaq istədikləri zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Həmin polis əməkdaşları mühafizə polisi olduqlarını, onlardan yerdə olan kisələrin içərisində nə olduğunu, həmin malları haradan əldə etdiklərini soruşmuşlar. Onlar da polis əməkdaşlarına kisələrdə olan tikinti malları “Sədərək” TM-in yanında fəaliyyət göstərən "xxxx" bazarının anbarından götürdüklərini bildirmişlər. Daha sonra polis əməkdaşları onları Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə aparmışlar. Onlar da polis bölməsində etdikləri əməli etiraf etmişlər. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o oğurluğu yalnız Zahid ilə birlikdə etmişdir. İfadəsində qeyd etdiklərindən başqa heç nə oğurlamamışdır. O ilk dəfədir ki, oğurluq edir. Oğurluq etməyi Zahid ona təklif etmiş, o da Zahidlə razılaşmışdır. Onlar ikisi də eyni qaydada oğurluq etmişlər, oğurlanmış tikinti materiallarının bir hissəsini o, qalan hissəsini Zahid anbardan çıxarmışdır. Onlar oğurluq etdikləri zaman nahar fasiləsi olmuş, həm də onlar oğurladıqları tikinti materiallarını anbardan kisələrdə tullantı zibil kimi çıxartdıqları üçün heç kim onların oğurluq etdiyini düşünməmişdir. O öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, halhazırda zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödəməklə barışdıqlarını və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildən Zərərçəkmiş şəxs MMC-də mühasib vəzifəsində çalışır. Zərərçəkmiş şəxs MMC podratçı şirkətdir, müxtəlif tikinti işlərini həyata keçirir. Hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun üstündə yerləşən "xxxx" MMC-in tikintisini həyata keçirir. "xxxx" MMC-in yerləşdiyi binanın müəyyən hissəsi hazır olduğu üçün onların şirkətinin anbarı "xxxx" MMC-in binasında yerləşdirilmişdir. Çünki tikinti işləri hələ də davam edir, tikintidə lazım olan tikinti materiallarını asanlıqla ustalara çatdırmaq olsun. Həm "xxxx" MMC-in binasında, həm də tikinti aparılan sahədə mühafizə xidməti mövcuddur. Zərərçəkmiş şəxs MMC-yə məxsus anbarda uzun müddətdir ki, iki nəfər Zahid və Xəyal adlı fəhlələr işləyirmiş. Lakin həmin anbarda anbardar vəzifəsində bir neçə nəfər işləmişdir. 22 iyun 2022-ci il tarixdə axşam saatlarında mühafizə xidməti ona zəng edərək şirkətin anbarından oğurluq olduğunu, oğurluq edənlərin anbarda fəhlə işləyən Zahid və Xəyal adlı şəxslərin olduğunu bildirmişlər. Onlar həmin gün şirkətin anbarına baxış keçirmişlər. Anbardan 02 top hər biri 100 metr uzunluğunda 01 top 3x4, 01 top 4x1,5mm2 mis naqillər, 24 qutu 4mxm ölçülü “Askaynak” markalı qaynaq çubuğu (elektrod), 84 ədəd elektrik avtomatının oğurlandığını aşkar etmişlər. Anbardan oğurlanmış tikinti materiallarının hamısı yeni olmuş, heç biri işlənməmişdir. Anbardan mis naqilin hər biri 100 metr uzunluğunda 3 damarlı olmaqla 01 metrinin qiyməti 5 manat olan 1000 manat dəyərində 02 ədəd top, 01 qutusunun qiyməti 17 manat olmaqla 408 manat dəyərində 24 qutu 4mxm ölçülü “Askaynak” markalı qaynaq çubuğu (elektrod), 01 ədədinin qiyməti 11 manat 80 qəpik olmaqla 991 manat 20 qəpik dəyərində 84 ədəd elektrik avtomatı oğurlanması nəticəsində şirkətə ümumilikdə 2399 manat 20 qəpik dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs MMC-nin anbarında fəhlə işləmələri barədə şirkət ilə heç bir müqavilələri olmamışdır. O anbardan oğurlanmış tikinti materiallarının bazardan alınmış qiymətlərini bildirmişdir. Lakin ekspertizanın təyin etdiyi qiymətlə razıdır, heç bir etirazı yoxdur. O, öz ifadəsində son olaraq Zərərçəkmiş şəxs MMC-yə vurulmuş ziyanın ödənildiyini göstərmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdıqlarını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RMİ-in polis nəfəri Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1998-ci ildən DİO-da, 2009-cı ildən Qaradağ Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində çalışır. Onun xidməti ərazisi “Sədərək” Ticarət Mərkəzidir. O həmin ərazidə avtopatrul ilə xidmət aparır. Xidməti hər gün saat 16:00-da başlayır, növbəti gün saat 09:00-da xidməti təhvil verib evə gedir. O, Qaradağ RMİ-in polis nəfəri, polis serjantı Şahid2 ilə xidmət aparır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində “Sədərək” TM-də xidmətdə olduqları zaman “Sədərək” TM-in Təsərrüfat bazarının arxa tərəfində, Abşeron Tikinti Materialları bazarı ilə “Sədərək” TM-nin arasında boşluq sahədə iki nəfər şəxsin əllərində kisələrlə nəsə apardıqlarını görüb həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxslərdən “Sədərək” TMin bağlı olduğu zamanda bazarda nə işlərinin olduğunu, əllərindəki kisələrin içərisindəkilərinin nələr olduğunu soruşmuşlar. Həmin vaxt iki nəfər cavan oğlan özlərini itirmişlər, danışmağa çətinlik çəkmişlər. Daha sonra onlardan biri kisələrin içərisindəkinin tikinti materialları olduğunu, həmin tikinti materiallarını işlədikləri "xxxx" MMC-in anbarından oğurladığını etiraf etmişdir. Onlar da həmin şəxsləri əllərindəki oğurluq mallarla birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. PB-də həmin şəxslərin 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Bu barədə raportla PB-in rəhbərinə məruzə edib həmin şəxsləri oğurladıqları tikinti materiallları ilə birlikdə PB-nə təhvil verib öz xidmət yerlərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RMİ-in polis nəfəri Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RMİ-in polis nəfəri Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Hadisədən əvvəl təxminən 1 ay olarmış ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun üstündə yerləşən "xxxx" MMC-də anbardar vəzifəsində çalışırmış. Həmin MMC həmçinin “TVM” İnşaat da adlandırılır. O həmin şirkətin arxa hissəsində yerləşən anbarında olur. Anbarda iki nəfər fəhlə işləyir. Həmin fəhlələr Zahid və Xəyal adlı şəxslərdir. O, bir aydır ki, orada işləyirmiş, hələ tam olaraq işi öyrənə bilməmiş, lakin Zahid ilə Xəyal orada uzun müddətdir ki, işlədikləri üçün bütün malların yerlərini ondan yaxşı bilirlər. Onun fəaliyyəti anbara nəzarət etməkdir. Belə ki, anbara tikinti malları gələndə fəhlələr həmin malları anbara yığırlar, o da həmin malları qaimə əsasında yoxlayır, həmçinin anbardan tikinti malları çıxarılanda həmin malları qaimə əsasında yoxlayıb yük avtomobillərinə yüklətdirib göndərirlər. xx.xx.2022-ci il tarixdə axşam saatlarında şirkətdən ona bildirmişlər ki, anbarda fəhlə işləyən Zahid və Xəyal adlı şəxslər anbardan oğurluq etmişlər. Daha sonra o da gedib 10-cu Polis bölməsində ərizə ilə müraciət etmişdir. O, anbara baxış keçirən zaman müəyyən etmişdir ki, anbardan 02 ədəd top hər biri 100 metr uzunluğunda, 3 damarlı mis naqil, 24 qutu 4mxm ölçülü “Askaynak” markalı qaynaq çubuğu (elektrod), hər qutuda 12 ədəd olmaqla 07 ədəd qutu elektrik avtomatı oğurlanmışdır. Mis naqilin 1 metrinin qiyməti 5 manat, qaynaq çubuğunun 01 ədəd qutusunun qiyməti 17 manat, elektrik avtomatının 01 ədədi 7 manat təşkil edir. Ümumilikdə anbardan oğurlanmış tikinti materialların qiyməti 1966 manat təşkil etmişdir. Qeyd olunanlardan başqa anbardan başqa heç nə oğurlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli 9/5428 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2242 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri: 02 top hər biri 100 metr uzunluğunda 01 top 3x4mm2, miqdarı 100 metr, bir ədədinin qiyməti 5 manat olmaqla ümumi dəyəri 500 manat; 01 top 4x1,5mm2 mis naqil, miqdarı 100 metr, bir ədədinin qiyməti 2,7 manat olmaqla ümumi dəyəri 270 manat; 24 qutu 4mxm ölçülü “Askaynak” markalı qaynaq çubuğun (elektrod), miqdarı 24, bir ədədinin qiyməti 16 manat olmaqla ümumi dəyəri 384 manat; 84 ədəd elektrik avtomatı, miqdarı 84 ədəd, bir ədədi 7 manat olmaqla ümumi dəyəri 588 manat təşkil etmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarından aydın olur ki, iş üzrə ekspert rəyi ilə əlaqədar olaraq yuxarıda qeyd olunan rəyi vermiş ekspert X7 şahid qismində dindirilmiş və müəyyən olunmuşdur ki, ekspert rəyində səhvə yol verilərək yekun qiymət 2242,0 manat göstərilmişdir. Lakin 100 metr uzunluğunda 3x4 mm2 mis naqilin 1 metrinin qiyməti 5 manat olmaqla 100 metr uzunluğunda mis naqilin qiyməti 500 manat təşkil etmişdir. Ona görə də rəyin yekun məbləği 1742,0 manat təşkil etmişdir. Sübutların qiymətləndirilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli qərarla buna qiymət verilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs MMC-yə məxsus istifadə olunmamış, 02 top hər biri 100 metr uzunluğunda 01 top 3x4, 01 top 4x1,5mm2 mis naqillər, 24 qutu 4mxm ölçülü “Askaynak” markalı qaynaq çubuğu (elektrod), 84 ədəd elektrik avtomat iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutun saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılmışdır. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilmələrini, əməllərini etiraf edərək səmimi peşiman olmalarını, zərərçəkmiş hüquqi şəxslə barışmaqla, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimaitəhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan ödənildiyindən onların törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 23 iyun 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 25 iyun 2022-ci il tarixdə barələrində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25 (iyirmi beş) manat olaraq tutulmaqla dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-yə məxsus istifadə olunmamış, 02 top hər biri 100 metr uzunluğunda 01 top 3x4, 01 top 4x1,5mm2 mis naqillər, 24 qutu 4mxm ölçülü “Askaynak” markalı qaynaq çubuğu (elektrod), 84 ədəd elektrik avtomatın zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X3 və X6 tərəfindən 44 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 264 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 264 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə: yaşadığı İmişli rayonu, Şahverdili kəndində yerləşən yaşayış evini hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində İmişli rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Tərtər rayonu, Mamırlı kəndində yerləşən ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Tərtər rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25 (iyirmi beş) manat olaraq tutulmaqla dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-yə məxsus istifadə olunmamış, 02 top hər biri 100 metr uzunluğunda 01 top 3x4, 01 top 4x1,5mm2 mis naqillər, 24 qutu 4mxm ölçülü “Askaynak” markalı qaynaq çubuğu (elektrod), 84 ədəd elektrik avtomatın zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 264 (iki yüz altmış dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 264 (iki yüz altmış dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-302/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-302/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver