Məhkəmə qərarları › İş №1(002)-302/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-302/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-302/2023 10.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:30-da X10 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçil Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi yataqxana 1-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivi nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq həyətdə yerləşən bir mərtəbəli evin pəncərəsinin şüşəsini sındırma yolu ilə evə daxil olub yataq otağında yerləşən paltar dolabından Zərərçəkmiş şəxs məxsus 1 dəst dəyəri 2500 manat olan qızıl materialrından hazırlanmış üzərində gül forması olan üzüyü, həmin formada 1 cüt sırğanı, 1 ədəd dəyəri 2000 manat üzərində məscid şəkli və brilliyant qaşları olan qızıl materialından kişi üzüyünü, 1 ədəd dəyəri 1800 manat üzərində brilliyant qaşları olan qızıl materialından qadın nişan üzüyünü, 1 cüt dəyəri 850 manat olan düzbücaqlı formalı qızıl materialından sırğanı, l ədəd dəyəri 430 manat olan qızıl materialından hazırlanmış yumru formalı qadın üzüyünü, 1 ədəd dəyəri 1800 manat qızıl materialından boyunbağını, 1 ədəd dəyəri 1250 manat olan qızıl materialından boyunbağını, 320 manat dəyərində qızıl materialından klonu, 280 manat dəyərində qızıl materialından klonu, 1 cüt qızıl materialından sırğanı, 1 ədəd dəyəri 522 manat olan qızıl materialından halqa formalı bilərziyi, 1 dəst dəyəri 850 manat olan qızıl materialından hazırlanmış uşaq sırğasını və boyunbağını klonu ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxsə 12602 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, oğurluq hadisəsindən təxminən bir həftə öncə borclu olduğu şəxs zəng vuraraq ona hədə qorxu gəlmiş, buna görə də o, oğuluq etmək qətrına gəlmişdir. Belə ki, 13 may 2023-cü il tarixdə təxminən saat 22:00 radələrində yaşadığı evdən çıxıb qonşusu Zərərçəkmiş şəxs həyəti tərəfə yaxınlaşmlş və həmin vaxt onların evlərinin işıqlarının yanmadığını görmüşdür. O, havanın qaranlıq və tutqun olduğunu nəzərə alaraq qonşuları Zərərçəkmiş şəxs darvazasının yanından hasardan həyətə düşmüş və həyətdə olan yardımçı tikilinin yanına gedərək orada yardımçı tikilinin balaca pəncərəsini yerindən çıxardan zaman yerə açar düşmüşdür. O, həmin açarla tikilinin qapısını açaraq tikiliyə daxil olmuş, üzərində olan alışqanın işığı ilə ətrafa baxaraq oradan vintaçan, kəlbətin və sverlo götürərək oradan çıxıb evin qabaq pəncərəsinə yaxınlaşmışdır. Evin pəncərələrinin hamısı barmaqlıqlarla əhatə olunduğundan o qabaq tərəfdə evin giriş qapısının yanındakı pəncərəni seçmiş, orada yardımçı tikilidən götürdüyü vintaçan və kəlbətinlə pəncərənin dəmir barmaqlığının 3 ədəd divara bərkidilmiş dirəyini yerindən çıxardaraq pəncərənin şüşəsini sındırmış və sınmış pəncərə şüşələrini evin yan hissəsində olan stolun üzərinə yığmışdır. O, həmin pəncərədən evə daxil olmuş və otaqları bir-bir axtarmağa başlamışdır. Sonra yataq otağında olan paltar dolabındakı paltarları yerə tökərək axtarış aparmış, dolabın yuxarı siyirməsində qızıl qabı tapmış və qabı açdıqda içərisində 1 ədəd üzərində məkkə şəkli olan üzük görmüş və həmin üzüyü götürmüşdür. Bundan sonra ora tökdüyü paltarları axtaran zaman yerdə sellofan torbanın içərisində qızıl materialına oxşar materialdan 1 ədəd boyunbağı, 1 cüt sırğa və bir ədəd klonu götürərək cibinə qoyub evdən gəldiyi kimi çıxmışdır. Səhəri günü yəni, 14 may 2023-cü il tarixdə saat 10:00 radələrində o, dostu Camala zəng edərək məhəlləyə çağırmış və məhəllədə görüşdükdə Camala şəxsiyyət vəsiqəsini itirdiyini, anasının qızıllarını onun borclarını bağlamaq məqsədilə satmaq üçün ona verdiyini demişdir. Camal da onunla birlikdə MUM-un yanında olan mağazada qonşusu Tağının evindən oğurladığı qızılları Camalın şəxsiyyət vəsiqəsi ilə 1850 manata satmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs verilmiş ittihamda təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahdilərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 aprel 2023-cü il tarixdə əri Tağı Abşeron rayonu Qobu qəsəbəsində yol nəqliyyat hadisəsi zamanı xəsarət alaraq X6 Reanimasiya şöbəsində müalicə olunduğundan, o, hər gün Tağının səhətti ilə əlaqədar xəstəxanada olmuşdur. 14 may 2023-cü il tarixdə saat 14 radələrində ona məlum olmuşdur ki, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivində yerləşən nömrəsiz evinin pəncərəsinin şüşəsi sındırılmışdır. O, həmin gün dərhal Qaradağ RPİ-nin 11-ci PB-nə müraciət etmişdir. Polis əməkdaşları gəldikdən sonra ona məlum olmuşdur ki, naməlum şəxs onun evinin qabaq tərəfdən pəncərəsinin dəmir barmaqlığının bir tərəfini çıxardaraq pəncərənin şüşəsini sındırmış və evə daxil olaraq evdən yataq otağında paltar dolabında olan 1 dəst dəyəri 2500 manat olan qızıl materialrından olan üzərində gül forması olan üzüyü, həmin formada sırğanı, 1 ədəd dəyəri 2000 manat olan üzərində məscid şəkli və brilliyant qaşları olan qızıl materialından kişi üzüyünü, 1 ədəd dəyəri 1800 manat üzərində brilliyant qaşları olan qızıl materialından qadın nişan üzüyünü, 1 cüt dəyəri 850 manat olan düzbücaqlı formalı qızıl materialından sırğanı, l ədəd dəyəri 430 manat olan yumru formalı qadın üzüyünü, 1 ədəd dəyəri 1800 manat dəyərində qızıl materialından boyunbağını, 1 ədəd dəyəri 1250 manat dəyərində qızıl materialından boyunbağını, 320 manat dəyərində qızıl materialından klonu, 280 manat dəyərində qızıl materialından klonu, 1 cüt qızıl materialından sırğanı, 1 ədəd dəyəri 522 manat olan qızıl materialından halqa formalı bilərziyi, 1 dəst dəyəri 850 manat olan uşaq sırğa və boyunbağını klonu ilə birlikdə oğurlamışdır. Ona həmin oğurluq nəticəsində 12602 manat maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Taleh Zirovun ailəsi ilə ona 7500 manat ödənilməsi haqqında razılığa gəlmişlər, lakin razılaşdıqları məbləğin cəmi 4500 manatı ödənilmiş, ziyanın qalan hissə ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində cəza hissəsində veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla əvəllər Sahil qəsəbəsində bir məhəllədə yaşadığından onunla münasibətləri normaldır. 14 may 2023-cü il tarixdə təxminən saat 10 radələrində Taleh ona zəng edərək bildirmişdir ki, kreditlərini və borclarını ödəmək üçün anası ona qızıllarını satmağa vermişdir. Ona görə də qızılları Bakı şəhərində satmaq istəyir. Lakin şəxsiyyət vəsiqəsini itirdiyindən sata bilmir. O, da Talehə şəxsiyyət vəsiqəsinin üzərində götürəcəyini bildirmişdir. Həmin gün Taleh məhəlləyə gəlmiş və onunla birlikdə Bakı şəhərində MUM-un yanına gələrək qızılların alışı mağazalarını gəzməyə başlamışlar. Orada mağazaların birində qızılları göstərmişlər və qızıl alan şəxs qızılların hamısına birlikdə 1800 manat verəcəyini demişdir. Taleh həmin şəxslə razılaşmış və həmin şəxs Talehdən şəxsiyyət vəsiqəsini istəmişdir. Taleh də öz şəxsiyyət vəsiqəsini itirdiyindən, onun şəxsiyyət vəsiqəsini həmin şəxsə vermişdir. Qızıl alan şəxs şəxsiyyət vəsiqəsini aldıqdan sonra qızılların haradan əldə edildiyini soruşmuşdur. Bu zaman Taleh bildirmişdir ki, qızıllar özlərinindir. Buna görə də, həmin şəxs qızılları alaraq ona sənədlərə imza etdirmişdir. Taleh həmin şəxsdən 1800 manat pul alaraq onunla birlikdə evə gəlmişdir. Onun Təqsirləndirilən şəxs oğurluq etməsindən xəbəri olmamışdır. Taleh ona satdığı qızılların anası tərəfindən verildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Mərkəzi Univermaqda qızıl alışı və satışı ilə məşğuldur. 14 may 2023-cü il tarixdə təxminən saat 15 radələrində onun işlədiyi mağazaya 2 nəfər cavan oğlan yaxınlaşaraq qızl satdıqlarını bildirmişlər. O, qızıllara baxdıqdan sonra həmin qızılların kimə məxsus olması barədə soruşmuşdur. Həmin şəxslərdən biri, sonradan adını Taleh kimi bildiyi şəxs ona demişdir ki, “qızılları anası ona borclarını bağlamaq məqsədi ilə vermişdir”. O, da həmin qızılları baxdıqda həmin qızılların 11,26 qram çəkidə qızıl materialından hazırlanmış 1 komplekt, yəni 1 cüt sırğa və 1 ədəd dördbucaqlı formasında klon, 1 ədəd 12,68 qram çəkidə boyunbağı və 1 ədəd 11,5 qram çəkidə üzərində məscid şəkli olan kişi üzüyü olduğu məlum olmuşdur. O, həmin qızlları tərəzidə çəkdikdən sonra 585 əyarlı qızlları 1 qramını 60 manatdan, kişi üzyünün isə əyarı 375 olduğundan 35 manatdan hesablayaraq 1800 manata ümumi razılaşmışlar. Bundan sonra o, həmin şəxslərdən sənəd tələb etdikdə sonradan adını bildiyi Camal ona şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, Camalın şəxsiyyət vəsiqəsini alaraq Alış aktında qeydlərini etdikdən sonra Camalın özünə qaytarmışdır. O, 14 may 2023-cü il tarixdə Taleh adlı şəxsdən Camalın şəxsiyyət vəsiqəsi ilə aldığı qızılların oğurluq olduğunu bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə daktiloskopik ekspertizasının 21 iyun 2023cü il tarixli 23/476 saylı rəyindən görünür ki, 1. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivi nömrəsiz fərdi yaşayış ünvanında vətəndaş Zərərçəkmiş şəxs qızma məxsus evdə baş vermiş oğurluq faktı ilə əlqədar hadisə yerinin müayinəsi zamanı götürülərək təqdiqata təqdim edilmiş 10 ədəd kağız parçasının üzərinə yapışdırılmış 10 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan əl izlərindən 06 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əliniin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. 3. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə psixatrik ekspertizasının 17 iyul 2023-cü il tarixli 2360 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəailiyyətin müvəqqəti pozulması, kəmağıllıq müəyyən edilmir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən üzvi mənşəli şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmü. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlnun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə bu iş üzrə prossesual fəaliyyət qabiliyyətli hesab edilir. Cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələrini təsdiq edərək əyani şəkildə zərərçəkmiş Zərərçəkmiş şəxs qızma məxsus əmlaklarının evindən oğurlaması mexanizmini göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş əlillik haqqında tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlilliyi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, üçüncü dərəcə əlil olmasını və dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının tələbləri də nəzərə almalıdır. Azərbaycan Respublikası CPM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdiriən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 31 may 2023cü il tarixdən 02 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs dəymiş ziyanın qalan hissəsinin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından müdafiəçilər X5 üçün 72 (yetmiş iki) manat və X1 üçün 72 (yetmiş iki) manat pul onların vəkil işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs dəymiş ziyanın qalan hissəsinin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar