Məhkəmə qərarları › İş №1(002)-304/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-304/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-304/2023 26.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsn oğlunun iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 20:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Nərimanov küçəsində atasının əmisi oğlu Zərərçəkmiş şəxs İspandiyar oğlu ilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq başın sağ gicgah nahiyyəsinin dərialtı hematoması, başın sol gicgah, başın alın, alt dodaq və sol bazu oynağı nahiyyələrinin qançırları, alt dodağın selikli qişasının əzilmiş yarası, sağ said nahiyyəsinin, sol diz oynağının, sol ayağın İ barmağının dırnaq falanqasının sıyrıqları, sol ayağın birinci barmağının daraq sümük proyeksiyasının qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək və ibtidai ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasının əmisi oğludur. Həmdə qonşusudur. Əvvəllər münasibətləri normal olub. Aralarında heç bir düşmənçilik və ədavət, heç bir mübahisə olmayıb. 2023-cü ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşdığı evdə apardığı təmir işləri ilə ələqədar evinin qarşısına, yola daş tökdürmüşdür. X8 yük avtomobili idarə edir. Atası ondan daşları yoldan yığışdırmasını istəmişdir. Zərərçəkmiş şəxs isə atasından avtomobili oradan sürməməsini istəmişdir. Buna görə aralarında sözlə mübahisə baş vermişdir. 08 avqust 2023-cü il tarixdə saat 20:20 radələrində yaşadığı evin qarşısında küçədə dayanan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq atasına avtomobili bir daha həmin küçədən sürməməyini demişdir. O da Etibara bu mübahisələrin qohumlar arasında ayıb olduğunu bildirmiş və növbəti gün söhbət etməyi təklif etmişdir. Etibar isə onun ünvanina nalayiq ifadələr işlətmişdir. Məcbur olub onu sakitləşdirmək üçün sifət nahiyyəsina yumruq vurmuş, yerə yıxılanda isə təpiklə bədəninə vurmuşdur. Bundan sonra oradan uzaqlaşmışdır. Hadisə vaxt etibarı ilə iki-üç dəqiqə davam etmiş, həmin vaxt orada onlardan başqa əmisi oğlu Şahid olmuşdur. Məhkəmənin 26 oktyabr 2023-cü il tarixli iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisinin nəvəsidir. Atası Telman onun əmisi oğludur. Qohumluqdan əlavə həm də qonşudurlar. Əvvəllər münasibətləri normal olub. Aralarında heç bir ədavət və düşmənçilik olmayıb, heç bir mübahisə baş verməyib. O, 2023-cü ilin avqust ayının əvvəllərində yaşadığı evdə təmir işləri aparmış, buna görə yaşadığı evin qarşısındakı küçəyə daş tökdürmüşdür. Əmisioğlu Telman yük avtomobili idarə edir. Yolda nəqliyyat vasitələrinin hərəkətinə mane olduğu üçün Telman daşları yoldan yığmağını istəmiş, oda daşları evin həyətinə daşımış, Telman küçədə idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman avtomobili hasara sürtmüşdür. Buna görə aralarında mübahisə baş vermişdir. O, qohumluq əlaqələrini nəzərə alaraq ondan şikayət etməmişdir. 08 avqust 2023-cü il tarixdə saat 20:20 radələrində Telmanın oğlu Təqsirləndirilən şəxs onu evdən küçəyə çağırmışdır. Atası ilə aralarında baş vermiş mübahisəyə görə Elşadla da mübahisə etmişlər. Elşad qəfil onu yumruq ilə vurmuş və yerə yıxıb təpiklə xəsarət yetirmişdir. Mübahisə vaxtı ona məxsus "Samsung Galaxy A53" markalı mobil telefonun ekran şüşəsi qırılmışdır. Əynindəki şalvar və köynəyi cırılmışdır. Nəticədə ona 200 (iki yüz) manat maddi ziyan dəymişdir. Hadisə vaxt etibarı ilə iki-üç dəqiqə davam etmişdir. Həmin vaxt orada onlardan başqa Elşadın əmisi oğlu Şahid olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasının əmisi oğludur. Həm də qonşudurlar. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Onlarla əvvəllər münasibətləri normal olub. Aralarında heç bir düşmənçilik və ədavət, heç bir mübahisə olmayıb. 08 avqust 2023-cü il tarixdə saat 20:20 radələrində o, yaşadığı evin qarşısında küçədə dayanan zaman Etibar Təqsirləndirilən şəxs yaxınlaşaraq əmisi Telman haqqında avtomobili bir daha həmin küçədən sürməməyini bildirmişdir. Elşad ona bu mübahisələrin qohumlar arasında ayıb olduğunu bildirmiş və növbəti gün söhbət etməyi təklif etmişdir. O isə Elşadın ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Elşad onun sifat nahiyyəsinə yumruq vurmuş, yerə yıxılanda isə təpiklə bədəninə vurmuşdur. Onları aralaşdırmış, hadisə vaxt etibarı ilə iki-üç dəqiqə davam etmişdir. İş materiallarına əlavə edilmiş SX № ******* saylı hərbi biletin surətindən görünür ki, vəsiqənin sahibi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Qaradağ rayon, İcra Hakimiyyəti Başçısının Ələt qəsəbəsi İ.Ə.D-nin nümayəndələyi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli xasiyyətnamədə vətəndaş Təqsirləndirilən şəxs barəsidə Ələt qəsəbəsi İ.Ə.D üzrə nümayəndəliyinə heç bir şikayət tərkibli ərizə və müraicət daxil olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Qaradağ rayon, İcra Hakimiyyəti Başçısının Ələt qəsəbəsi İ.Ə.D-nin nümayəndələyi tərəfindən verilmiş 25 avqust 2023-cü il arayışdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatsız yaşayır qeydiyyatı isə ünvan 4 ünvanındadır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 Qaradağ rayon Şöbəsinin 15 avqust 2023-cü il tarixli 572 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın sağ gicgah nahiyəsinin dərialtı hematoması, başın sol gicgah, başın alın, alt dodaq və sol bazu oynağı nahiyyələrinin qançırları, alt dodağın selikli qişasının əzilmiş yarası, sağ said nahiyyəsinin, sol diz oynağının, sol ayağın İ barmağının dırnaq falanqasının sıyrıqları, sol ayağın İ barmağının daraq sümük proyeksiyasının qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X9 müraciət etdiyi 08 avqust 2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İşdə olan tələbnamədən və Bakı şəhərr Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X2 tərəfindən 25 iyun 2022-ci il tarixdə qəbil edilmiş “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarın surətindən aydın olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nın 263-1.1-ci maddəsi ilə istintaq olunan cinayət işinin icraatına CM-nın 74-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 15 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar