Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-305/2020 01.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində 2 yetkinlik yaşına çatmayan və 2 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış, habelə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ərazisində saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibinin altındakı xırdaca cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,217 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra həmin gün saat 23:45-də onun yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ev 21 ünvanın qarajında axtarış və götürülmə aparılarkən qarajın arxa divarının aşağı hissəsində torpağın altında gizlədilmiş sellofanın içindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd nömrəsi silinmiş odlu silah, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı saz vəziyyətdə olan tapança, 01 ədəd döyüş sursatı olan “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqça (daraq), 05 ədəd döyüş sursatı hesab edilən 9 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən istifadəyə yararlı patronu aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddət narkotik maddələr qəbul etmiş, lakin narkotik maddələr qəbul etdiyinə görə əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Lökbatan qəsəbəsində, “Dvoresin yanı” adlanan yerin yaxınlığında əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitə olan heroin təklif etmişdir. O, həmin şəxsə üzərində pulunun olmadığını bildirsə də, lakin həmin şəxs ondan pul almadan ona bir ədəd sellofan bükümündə olan narkotik maddə olan heroin vermişdir. O, ona verilmiş heroini alıb əynindəki boz rəngli, cins şalvarının sağ yan xırda cibinə qoymuşdur. Daha sonra evinə getmiş və həmin gün narkotik maddəni qəbul etmək üçün yaşadığı evdən küçəyə çıxdıqda bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını söyləyərək, özünü təqdim etməsini bildirmişlər. O, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra, onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah saxlamaqda şübhəli olduğunu bildirərək, onlarla birlikdə Qaradağ RPİ-nə gəlməsini bildirmişlər. O, etiraz etməmiş və idarəyə gətirilmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah edilmiş, eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüquqları izah edilməklə ona vəkillərin siyahısı təqdim edilmiş və o, təqdim edilmiş siyahıdan vəkil seçmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilərək, üzərində hər hansı bir qanunsuz əşya varsa könüllü təqdim edilməsi təklif edilmişdir. O da əynində olan xəttli köynəyin sol döş cibindən iki ədəd, onlardan bir qutusu “Kingston” digəri isə “Pall Mall” markalı siqaretlər, o cümlədən bir ədəd alışqanı və əynindəki boz rəngli cins şalvarının sağ yan cibinin altında olan xırda cibdə saxladığı narkotik maddə “kakos” adlandırdığı heroini çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin narkotik maddəni özü istifadə etmək məqsədi ilə həmin gün saat 17 radələrində tanımadığı şəxsdən Lökbatan qəsəbəsi, “Dvoresin yanı” adlanan yerdən pulsuz almışdır. Heç bir vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Üzərində şəxsi axtarış aparılması zamanı polis əməkdaşları tərəfindən video çəkiliş aparılmış, habelə üzərindən aşkar edilmiş bir qutu “Kingston” və “Pall Mall” markalı siqaretlər, o cümlədən bir ədəd alışqan özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş, həmin protokol onun tərəfindən, həmçinin müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Həmçinin sorğu zamanı polis əməkdaşlarına qanunsuz olaraq odlu silah əldə etməsi ilə bağlı bildirmişdir ki, 1 ildən artıq müddətdir ki, “Şıxov” çimərliyində dəniz kənarında otluğun arasında 1 ədəd “Makarov” tipli tapança tapmış, həmin tapançadan heç vaxt istifadə etməmiş, qorxduğu üçün yaşadığı evin həyətində olan qarajda torpağın altında gizlətmişdir. Həmin odlu silahı onu heç kim təqdim etməmiş və o, heç bir vaxt həmin silahdan istifadə etməmiş, sadəcə silahı gizlədərək, özündə saxlamışdır. Bundan sonra polis əməkdaşlarına silahı gizlətdiyi yeri göstərmişdir. Bununla bağlı yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişlər və orada həmin tapançanı polis əməkdaşlarına təqdim etmişdir. Tapançanı təqdim etdikdə də polis əməkdaşları tərəfindən video çəkiliş aparılmış və bu barədə protokol tərtib edilərək, həmin protokol özü, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində dörd azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununlıa bağlı əməliyyat qrupu təşkil edilmiş və əməliyyat qrupuna onun özü rəhbərlik etmişdir. xx.xx.2020-ci il tarixdə saat 20:00-da Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkili polis kapitanı Şahid2, həmin şöbənin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivin ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, sonuncuya özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və qanunsuz odlu silah saxlamaqda şübhəli olduğu bildirilərək, onlarla birlikdə polis idarəsinə getməli olduğu bildirimiş və sonuncu etiraz etməmişdir. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqların birində şübhəli şəxs kimi tutulması barədə hüquqları izah edilmişdir. Bundan sonra xidməti otaqda dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkilişlə şəxsi axtarış və götürülmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varda təqdim edilmsəi təklif edilmiş və o, əynində olan boz rəngli cins şalvarının sağ yan böyük cibinin altındakı xırdaca cibindən bir ədəd sellofan bükümün içərisində açıq qəhvəyi rəngli, xüsusi iyə malik, toz şəklində, narkotik vasitəyə bənzər maddəni çıxararaq bildirmişdir ki, həmin maddə “kokos” adlandırılan narkotik vasitə heroindir, onu özünün istifadə etməsi məqsədilə həmin gün Lökbatan qəsəbəsi, “Dvoresin” yaxınlığında tanımadığı şəxsdən pulsuz almışdır və narkotik vasitəni satmaq niyyəti olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs əyninda olan xəttli köynəyinin sol döş cibindən iki ədəd, onlardan bir qutusu “Kingston” markalı digəri isə “Pall Mail” markalı siqaretləri, o cümlədən bir ədəd alışqan aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bükümdəki narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, DİN-nin 46 nömrəli zərflər üçün möhürlə möhürlənmiş və qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş iki qutu siqaret və alışqan isə ona geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı vidoçəkiliş aparılmış, bu barədə protokol tərtib edilərək, protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs təxminən 1 il bundan əvvəl “Şıxov” çimərliyində dəniz kənarında otluğun arasında 1 ədəd “Makarov” tipli tapança tapdığını, həmin tapançanı yaşadığı evin həyətində olan qarajda torpağın altında gizlətdiyini etiraf etmişdir. Bundan sonra İlham evində axtarış aparılmasına razılıq bildirmiş və onunla birlikdə yaşadığı ünvana getmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin 1-ci mərtəbəsi hesab edilən hissəsində qaraj kimi istifadə olunan giriş qapısı olmayan yerə daxil olaraq orada qarajın arxa divarının dibində, torpağın altında poletelin selofan içərisində gizlədilmiş 01 ədəd makarov tipli tapançanı onlara təqdim etmişdir. Həmin ünvanda başqa bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Ünvanda axtarış aparılması zamanı da video çəkiliş aparılmış və bu barədə protokol tərtib edilmiş, həmin protokolda iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs heç bir fiziki və psixoloji təsir göstərilməmiş, o, həmin narkotik vasitənin, eləcə də odlu silahın onun özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid3 və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.11, 19) Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərində şəxsi axtarış keçirilərkən o, könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan böyük cibinin altındakı xırdaca cibindən bir ədəd selofan bükümün içərisində açıq qəhvəyi rəngli, xüsusi iyə malik, toz şəklində narkotik vasitəyə bənzər maddəni çıxararaq bildirmişdir ki, həmin maddə “kokos” adlanan narkotik vasitədir, özü istifadə etmək məqsədilə Lökbatan qəsəbəsi, “dvoresin” yaxınlığında tanımadığı şəxsən pulsuz almışdır. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan xəttli köynəyin sol döş cibindən iki ədəd, onlardan bir qutusu “Kingston” markalı, digəri isə “Pall Mall” markalı siqaretlər, o cümlədən bir ədəd alışqan aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bükümdəki maddə dağılmaması üçün narıncı kağıza bükülərək, zərfə qoyulmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 46 saylı zərflər üçün möhürü ilə möhürlənmiş və qablaşdırılmış, iştirakçılar, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş iki qutu siqaret və alışqan özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi ilə video diskə baxış keçirilmişdir. (i.v. 28-29) Axtarış və götürmə aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış aparılmışdır. Axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evinin həyətinə girişdə sağ tərəfdə fərdi yaşayış evinin 1-ci mərtəbəsi hesab edilən hissəsində qaraj kimi istifadə olunan giriş qapısı (darvazası) olmayan yerə daxil olaraq orada qarajın arxa divarının dibində, torpağın altında gizlədilmiş selofan poletelin içərisindən 01 ədəd makarov tipli tapançaya oxşar silahı, sandıqça hissəsində isə 05 ədəd patrona oxşar əşyaları təqdim edərək bildirmişdir ki, odlu silah “Makarov” tapançasıdır. 1 il əvvəl “Şıx” çimərliyində dəniz kənarında otluğun arasından tapmışdır. Qeyd olunan əşyalar götürülmüş, qablaşdırılaraq möhürlənmişdir. Həmin ünvanda başqa bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi ilə video diskə baxış keçirilmişdir. (i.v. 36-38) Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 311 saylı, xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs OPİ, AMP aşkar edilmişdir. (i.v. 45) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1838 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar, Azərbaycan Respublikası DİN “Zərflər üçün 46” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,217 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi - 0,217 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,167 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manatdır. (i.v.46-49) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3/1070 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançadır – yivli odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Həmin tapançanın üzərində olan rəqəmlər silindiyindən istehsal ilini müəyyən etmək mümkün deyil. Təqdim edilmiş silahın hissələrinin üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd 9 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən patrondur, döyüş sursatı hesaba edilir, istifadəyə (atəşə) yaralıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır. (i.v.63-66) Maddi sübut kimi tanınma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxxxx 2020-ci il protokolla götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,217 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınmış, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalmış çəkisi 0,167 qram narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (i.v.86) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-116/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxxxx 2020ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.92-93) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən və Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(002)-101/2009 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 184 (yüz səksən dörd) saat ictimai işlər cəzasına məhkum edilmişdir. (i.v.99, 101-102) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X1 xx xxxxxxxx 2020-ci il tarixli, 011- 9134-1220 saylı məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş “Makarov” konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Tədqiqata təqdim edilmiş 04 ədəd 9x18 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu (i.v.100) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X8-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxxx 2020-ci il tarixli 2751 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.118-119) Maddi sübut kimi tanınma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx xxxxxxx 2020-ci il tarixli protokolla götürülmüş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapança, 01 ədəd “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqca (daraq), 05 ədəd 9 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən istifadəyə yararlı patron iş üzrə maddi sübut kimi tanınmış, məhkəmə-ballistik ekspertizası keçirildikdən sonra bir ədəd tapança, bir ədəd sandıqca, 4 ədəd patron (digər bir ədəd patrondan eksperimental atəşdə istifadə edilib və gilizi qablaşdırılaraq) qaytarılmışdır. DİN KTİ-nin “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılaraq 01 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş “Makarov” konstruksiyalı PM modelli tapança, 01 ədəd daraq, 03 ədəd 9x18 mm kalibrli patronlar və 01 ədəd 9x18 kalibrli patronu atılmış gilizi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (i.v.121-122) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2004-cü il təvəllüdlü Fərid, xx.xx.2006-cı il təvəllüdlü Fərhad, xx.xx.2009-cu il təvəllüdlü Aysel, xx.xx.2012-ci il təvəllüdlü Fidan adlı 2 yetkinlik yaşına çatmayan və 2 azyaşlı övladı vardır. (i.v. 126-130) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində Qaradağ Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2751 saylı və məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/1070 saylı rəyləri işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilib, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi, eləcə də 01 ədəd “Makarov” tapançanın, 01 ədəd sandıqçanın (daraq), 05 ədəd patronun “Şıxov” çimərliyində otluqda yerləşdirən şəxslərin şəxsiyyətini müəyyən edilməsinin mümkün olmaması xüsusatı nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərinə xx.xx.2020-ci il tarixdə şəxsi axtarış və götürmə, bundan başqa xx.xx.2020-ci il tarixdə axtarış və götürülmə aparılarkən qeydə alınmış videogörüntü olan 02 ədəd DVD diski, habelə məhkəmə kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1838 saylı, məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2751 saylı və məhkəmə ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli 3/1070 saylı rəyləri, Daxili İşlər Nazirliyinin X1 xx.xx.2020-ci il tarixli, 011-9134-1220 saylı məktubu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolu sübut növü kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri yaranmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 131-141) Cinayət işi materiallarında olan Qaradağ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il gtarixli, 17/65-170/9 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 184 saat ictimai işlər növündə cəzaya məhkum edilmişdir. Hökmün surəti və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2009-cu il tarixdə Qaradağ rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəlmişdir. Təqsirləndirilən şəxs “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Qərarının 1.4-cü bəndi tətbiq edilməklə Qaradağ Rayon Məhkəməsinin 1(002)-101 saylı, xx xxxx 2009-cu il tarixli hökmü ilə təyin olunmuş cəzadan azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasının təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində 2 yetkinlik yaşına çatmayan və 2 azyaşlı uşağının olmasını (CM- 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar ona təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplanmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapança, 01 ədəd “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqca (daraq), 03 ədəd 9 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən istifadəyə yararlı patron və 01 ədəd 9x18 kalibrli patronun atılmış gilizi cinayətin predmeti olduğundan dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), cəzanın fərdiləşdirilməsi prinsipi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, (CM 66.2) cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, (CPM-132), iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapança, 01 ədəd “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqca (daraq), 03 ədəd 9 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən istifadəyə yararlı patron və 01 ədəd 9x18 kalibrli patronun atılmış gilizi dövlət nəfinə müsadirə edilməklə təhvil verilməli və sübut növü kimi tanınmış 02 (ki) ədəd disk cinayət işinin materiallarında saxlanmalı,(CPM- 346.1.19), iş üzrə ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (CM- 93.1.2) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X2: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 xx xxxxxxxx 2020-ci il tarixli № 1705 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 73 (yetmiş üç) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2020-ci il tarixli № 2122 saylı order əsasında işə qoşularaq məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X7 tərəfindən göstərilmiş cəmi 73 (yetmiş üç) iş saatı hüquqi yardıma görə 438 (dörd yüz otuz səkkiz) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserindəqeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqatının dəyəri – 173,90 (yüz yetmiş üç manat, doxsan qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı – 0,167 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapança, 01 ədəd “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqca (daraq), 03 ədəd 9 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən istifadəyə yararlı patron və 01 ədəd 9x18 kalibrli patronun atılmış gilizi dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X7 tərəfindən göstərilmiş cəmi 73 (yetmiş üç) iş saatı hüquqi yardıma görə 438 (dörd yüz otuz səkkiz) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-305/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-305/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver