Məhkəmə qərarları › İş №1(002)-305/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-305/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-305/2021 12.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) və digər Zərərçəkmiş şəxs2 nümayəndəsi X6, Zərərçəkmiş şəxs (mülki cabadeh) Zərərçəkmiş şəxs3 nümayəndəsi X7, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 nümayəndəsi X2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs (mülki iddiaçı) Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" Açıq Səhmdar Cəmiyyətində sürücü vəzifəsində işləyən, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 12 may 2021-ci il tarixdə saat 15 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi «Mercedes Benz» yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 1-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman qarşısında hərəkəti istiqamətdə hərəkətdə olan X6 idarə etdiyi «VAZ 21074» minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «VAZ 21074» minik markalı avtomobilin sərnişini X3 travmatik və hemorragik şok, daxili qanaxma, İİ-İİİ boyun fəqərələrinin qapalı sınığı, döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-İ-Vİİ-Vİİİ qabırğaların qapalı, az yerinidəyişən sınıqları, sol ağciyərin aşağı payının cırılmış yarası, sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət alaraq ölməsinə, digər sərnişinlər Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi ilə müşayiət olunan subdural hematoma, hemopnevmatoroksla müşayiət olunan sağdan İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların yerinidəyişmiş, soldan İ, İİ, İİİ qabırğaların yerinidəyişməmiş və İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerinidəyişən sınıqları, sol qalça sümüyünün xətti sınığı, onurğanın oma fəqərəsinin V və bel şöbəsinin İİ fəqərəsinin yerinidəyişmiş sınıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs3 sağ gözətrafı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan alın sümüyünün sağ göz orbitasının arxa divarına qədər davam edən yerinidəyişməyən xətti sınığı, sol bud-çanaq oynağının çıxığı ilə müşayiət olunan sol sirkə kasası sümüyünün qəlpəli, yerinidəyişmiş sınığı, simfiz sümüyünün yerinidəyişmiş sınığı, hemotoroksla müşayiət olunan sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların az yerinidəyişmiş sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır, “VAZ 21074” minik markalı avtomobilin sürücüsü X1 diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sol budun aşağı 1/3-nin və diz oynağının qançırı-şişkinlik halında əziyi (hematoması), hər iki baldırın və sağ aşıq-baldır oynağının sıyrıqları kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər almalarına, habelə «VAZ 21074» minik markalı avtomobilin əzilərək sahibi X10 2650 (iki min altı yüz əli) manat məbləğində, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus «Mercedes Benz» yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 2020 (iki min iyirmi) manat məbləğində maddi ziyan dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun «BCD» kateqoriyalı, AE seriyalı, 804085 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqəylə "xxxx" ASC-nə məxsus olan «Mercedes Benz» yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, həmin avtomobillə müxtəlif vaxtlarda müxtəlif yerlərə "xxxx" ASC-yə məxsus malları daşımaqla məşğul olmuşdur. 12 may 2021ci il tarixdə Bakı şəhərindən yük götürərək Lənkəran rayonuna aparmış, orada malları təhvil verib yenidən Bakı şəhərinə yola düşmüşdür. O, idarə etdiyi «Mercedes Benz» yük markalı avtomobillə Ələt-Astara avtomobil yoluna çıxaraq Ələt qəsəbəsi istiqamətində hərəkətinə davam etmiş, xeyli yol gəldikdən sonra Qaradağ rayonu Ələt qəsəbəsi ərazisinə çataraq oradan Bakı-Qazax avtomobil yoluna çıxmış və Bakı şəhəri istiqamətində hərəkətinə davam etmişdir. Hərəkətdə olarkən avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, eləcə də avtomobildə sərnişin olmamışdır. O, avtomobili yolun sağ yəni, sağdan birinci hərəkət zolağı ilə saatda təxminən 75-80 km/saat sürətlə idarə etmişdir və Qaradağ rayonu Sahil qəsəbəsinə keçərək Bakı şəhərinə çatmağına az qalmış yəni, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində avtomobili yolun sağ hərəkət zolağı ilə saatda təxminən 60-65 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olan zaman qarşıda xeyli aralıda onun hərəkətdə olduğu zolaqda “VAZ 2107” markalı minik avtomobili hərəkətdə olmuşdur. O, bir az hərəkət edərək həmin avtomobilə çatmış və qarşıda Lökbatan dairəsi deyilən yerə çatıb körpüyə qalxan zaman fikrini yoldan yayındıraraq yolun sağ və soluna baxmışdır. O, sağa sola baxdıqdan sonra yenidən qarşıya baxan zaman ani olaraq ondan qarşıda hərəkətdə olan “Vaz 21074” markalı minik avtomobilin tormoz verərək dayandığını görmüşdür. Bu an o, ara məsafəsinin az olduğunu və onu vurucağını başa düşmüş və təcili ayağını avtomobilin əyləncinə atsa da, lakin ara məsafəsi az olduğu üçün hadisədən yayına bilməmiş, idarə etdiyi “Mercedes Benz” markalı yük avtomobilinin qabaq hissəsilə qarşısında hərəkətdə olan “VAZ 21074” markalı minik avtomobilinin arxa hissəsindən vurmuşdur. O, “Vaz 21074” markalı avtomobili vurduqdan sonra zərbədən yolun soluna doğru hərəkət etmiş, yolun sol hərəkət zolağında dayanmış, onun öz avtomobili isə hərəkətdə olduğu sağ hərəkət zolağında dayanıb qalmışdır. Bundan sonra o, tez avtomobili saxlayıb dərhal düşmüş və həmin minik avtomobilinə doğru qaçmışdır. Ora yaxınlaşdıqda görmüşdür ki, həmin minik avtomobilinin sərnişinləri avtomobilin içərisində qalmışlar. O, həmin vaxt ətrafa yığışan tanımadığı başqa adamların köməkliyi ilə onları avtomobildən çıxarmışdır. Həmin vaxt o, sərnişinlərin xəsarət aldığını, onlardan birinin isə hərəkətsiz vəziyyətdə yerdə uzandığını görmüşdür. Daha sonra hadisə yerinə təcili yardım briqadası və polis əməkdaşları gəlmişdir. Orada ona məlum olmuşdur ki, həmin avtomobildə olan qadın sərnişin aldığı xəsarətlərdən ölmüşdür. Hadisə zamanı özü heç bir bədən xəsarəti almamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X10, Zərərçəkmiş şəxs3, zərərəçəkmiş şəxsin hüquqi varisi X4 və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs sonda ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əməlində səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslərlə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, onların ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, “BC” kateqoriyalı, AC seriyalı, 630669 nömrəli sürücülük vəsiqəsi vardır. Həmin vəsiqə ilə özünə məxsus olan “VAZ 21074” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Həmin avtomobilin pulunu tam ödəyərək almış, lakin imkan edib öz adına sənədləşdirə bilməmişdir. O, 12 may 2021-ci il tarixdə Şəmkir rayonundan ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gəlmişdir. İdarə etdiyi “VAZ 21074” markalı avtomobillə Şəmkir rayonundan Bakı-Qazax avtomobil yoluna çıxmışlar və Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar və xeyli yol gələrək Kürdəmir rayonunda dayanıb yemək yedikdən sonra yola davam etmişlər. O, idarə etdiyi “VAZ 21074” minik markalı avtomobillə Qaradağ rayonu Ələt qəsəbəsi ərazisinə çatmış, Ələt qəsəbəsini keçərək Bakı şəhəri istiqamətində hərəkətinə davam etmişdir. Hərəkətdə olarkən avtomobil texniki cəhətdən saz olmuş, yük yerində təxminən 30-40 kq ev əşyaları olmuş, avtomobildə 4 nəfər sərnişin olmuşdur. Həmin sərnişinlərdən qabaq oturacaqda oğlu Oruc, arxa oturacaqda həyat yoldaşı Zərərçəkmiş şəxs2, qaynənəsi Nabat Bayramova və qonşusu Zərərçəkmiş şəxs3 olmuşdur. O, avtomobili yolun sağ yəni, sağdan birinci hərəkət zolağı ilə saatda təxminən 90-100 km/saat sürətlə idarə edərək xeyli gəlmiş və Qaradağ rayonu Sahil qəsəbəsin keçmiş, Bakı şəhərinə çatmağına az qalmış Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində avtomobili yolun sağ hərəkət zolağı ilə saatda təxminən 75-80 km/saat sürətlə idarə etmişdir. O, hərəkətdə olan zaman güzgüdən arxaya baxdıqda arxadan yük avtomobilinin gəldiyini görmüşdür. Lakin avtomobili yüklü olduğu üçün buna fikir verməyərək asta sürətlə öz yoluna davam etmişdir. O, qarşıya baxaraq hərəkətdə olan zaman birdən idarə etdiyi “VAZ 21074” markalı avtomobilə arxa hissədən başqa avtomobil vurmuş, zərbədən onun avtomobili sola doğru hərəkət edərək yolun sol hərəkət zolağında dayanmışdır. Avtomobil dayanan kimi qapını açaraq dərhal düşmüş və avtomobildə olanlara köməklik edib çıxarmışdır. O, qaynənəsinin hərəkətsiz olduğunu görmüş, oyatmağa çalışsa da, artıq onun öldüyünü görmüşdür. Bundan sonra hadisə yerinə gəlmiş təcili yardım avtomobili ilə həyat yoldaşını xəstəxanaya aparmışdır. Yol nəqliyyat hadisəsi zamanı o, yüngül xəsarət alsa da, həyat yoldaşı Zərərçəkmiş şəxs2 və avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 ağır xəsarət almışlar. Həmçinin yol nəqliyyat hadisəsi zamanı ona məxsus olan «VAZ 21074» markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2650 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işi üzrə ibtidai istintaq dövründə ərizə təqdim edərək, mülki iddiaçı qismində tanınmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı iddiası, şikayəti, tələbinin olmadığını və mülki iddiasından imtina etdiyini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-də qaraj müdiri vəzifəsində işləyir. 12 may 2021-ci il tarixdə saat 15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi cəmiyyətə məxsus “Mercedes Benz” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkətdə olan “VAZ 21074” markalı minik avtomobilinin arxa hissəsindən vurmuşdur. Nəticədə "xxxx" ASC-nə məxsus “Mercedes Benz” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi barədə məlumat daxil olmuş və cəmiyyət tərəfindən baxış keçirilərək 2020 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cəmiyyətə vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Buna görə də Cəmiyyətin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti, tələbi və iddiası yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxslər qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmişlər, lakin məhkəmə iclaslarında sonuncuların etibarnamə üzrə nümayəndələri göndərmişlər. Azərbaycan Respublikası CPM-nin 87.6.11 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdikləri ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini mümkün hesab etmiş və onların nümayəndələri tərəfindən verilmiş ərizələr nəzərə alınmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, 12 may 2021-ci il tarixdə saat 15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 1-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X11 anası olmaqla 02.02.1952-ci ildə Şəmkir rayonunda anadan olmuşdur və atası vəfat etdiyindən, qardaşı da olmadığı üçün onunla birlikdə yaşamışdır. Anası 08 may 2021-ci il tarixdə Şəmkir rayonuna getmiş və 12 may 2021-ci il tarixdə yenidən bacısı və onun ailəsiylə birlikdə Bakı şəhərinə qayıtmışdır. Həmin gün təxminən saat 15 radələrində bacısının həyat yoldaşı Şahin zəng vuraraq yolnəqliyyat hadisəsi keçirdiklərini və anasının ağır xəsarət aldığını demiş, daha sonra ona məlum olmuşdur ki, anası aldığı xəsarətlərdən ölmüşdür. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən morqda anasını müayinə etdikdən sonra təhvil vermişlər və onlarda anasını Pirallahı qəsəbəsində dəfn etmişlər. Ona sonradan məlum olmuşdur ki, anası bacısının həyat yoldaşı Şahinə məxsus “Vaz 21074” markalı avtomobillə Bakı şəhərinə çatmaqlarına az qalmış yəni, Lökbatan qəsəbəsi ərazisində hərəkətdə olduqları zaman arxadan yük avtomobili onları vurmuş, nəticədə anası xəsarət alaraq hadisə yerində ölmüşdür. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 nümayəndəsi X12 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Ona görə də, ərizənin nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, 12 may 2021-ci il tarixdə yəni, yol-nəqliyyat hadisəsi baş verən gün o, qonşuları Şahin Namazovun avtomobili ilə onun ailəsi ilə birlikdə Şəmkir rayonundan Bakı şəhərinə gəlmişdir. O, avtomobildə arxa sol oturacaqda oturmuş və onlar xeyli yol gəldikdən sonra Kürdəmir rayonu ərazisində dayanaraq istirahət etdikdən sonra yola davam etmişlər. O, yolda gəldikləri zaman özünü yorğun hiss etdiyi üçün yatmış, yuxuda olduğu zaman bərk zərbəni hiss etmiş və tamamilə özündən getmişdir. Arabir gözünü açmaq istəsə də aldığı xəsarətlərdən özünə gələ bilməmiş, xeyli müddət sonra özünə gəldikdə aldığı xəsarətlərdən xəstəxanada olduğunu görmüşdür. O, hadisə zamanı aldığı xəsarətlərə görə sağala bilmədiyini, həkim xərclərini ödə bilmədiyini, qarşı tərəfin ona yardım etmədiyini və buna görə də şikayətçi olduğunu bildirmişdir. Daha sonra o, ərizə verərək mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 nümayəndəsi X16 ərizə təqdim edərək bildirdi ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Buna görə də mülki iddiadan imtina etmələrinin nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, 12 may 2021-ci il tarixdə Şəmkir rayonundan Bakı şəhərinə gəlmək üçün hazırlaşmışlar və həyat yoldaşı Şahin Namazova məxsus “Vaz 21074” markalı avtomobili ilə Şəmkir rayonundan çıxmışlar. Bakı- Qazax magistral yolu ilə xeyli gələrək Kürdəmir rayonunda dayanaraq yemək yedikdə sonra yola davam etmişlər. Həyat yoldaşı Şahin avtomobili idarə edərkən oğlu Oruc qabaq sağ oturacaqda oturmuş, arxada orta oturacaqda özü, sağında anası Nabat, solunda isə qonşuları Tahirə otururmuşdur. O, xeyli yol gəldikdən sonra saat 15 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yolun sağ hissəsi ilə hərəkətdə olduqları zaman qəflətən onların avtomobilinə arxa hissəsindən başqa avtomobilin zərbə ilə vurduğunu hiss etmiş və bundan sonra xəsarət alaraq avtomobilin içərisində qalmış, gözləri açıq olsa da heçnə hiss etməmiş, başa düşməmişdir. Onu həyat yoldaşı və oğlu avtomobilin içərisindən çıxararq xəstəxanaya aparmışlar. O, hadisə zamanı ağır xəsarətlər almışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 nümayəndəsi X15 oğlu ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət, tələbləri və iddiaları yoxdur. Onlara dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Göstərilənləri nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 12 may 2021-ci il tarixdə Şəmkir rayonundan atası ilə birlikdə Bakı şəhərinə gəlmək üçün yola çıxmışlar. Onlar atasına məxsus olan «VAZ 21074» markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonundan Bakı- Qazax avtomobil yoluna çıxaraq Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar və xeyli yol gəlib Kürdəmir rayonunda dayanıb yemək yedikdən sonra yola davam etmişlər. O, avtomobildə qabaq oturacaqda oturmuş, Bakı-Qazax avtomobil yolu ilə xeyli gəldikdən sonra Qaradağ rayonu Sahil qəsəbəsin keçib Lökbatan qəsəbəsi ərazisinə daxil olmuşlar. Lökbatan qəsəbəsi ərazisində hərəkətdə olarkən atası avtomobili yolun sağdan birinci hərəkət zolağı ilə asta sürətlə idarə etmişdir. O, qarşıya baxaraq yola davam edən zaman birdən avtomobilə arxa hissədən başqa avtomobilin zərbəylə vurduğunu hiss etmiş, zərbədən sonra onların avtomobili yolun soluna doğru hərəkət edib dayanmışdır. Avtomobil dayanan kimi o, qapını açaraq düşmüş və atası ilə birlikdə köməklik edib arxa oturacaqda oturan anasını, qohumlarını çıxarmışlar. Onları avtomobildən çıxaranda qohumu Nabatın artıq vəfat etdiyini görmüş, atası ilə birlikdə anasını və qohumu Tahirəni xəsarət aldıqları üçün xəstəxanaya aparmışlar. O, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 may 2021-ci il tarixli “yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi barədə” protokol, əlavə edilmiş sxem və foto cədvəldən görünür ki, dəvət olunmuş hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi yeri yaşayış məntəqəsidir. Yolun işlək hissəsi düz, örtüyü asfalt-beton, örtüyün vəziyyəti qurudur. Yolun örtüyünün eni 12 metr, hərəkət zolaqlarının sayı 12 metrdir. İşlək hissədə qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün dəmir məhəccər yerləşdirilmişdir. İşlək hissədə sağdan sarı xətt, daha sonra asfalt hissə, soldan sarı xətt, asfalt hissə, sonra sağdan dəmir məhəccər, sonra soldan dəmir məhəccər birləşir. Həmin sahədə hərəkətin üsulu nizamlanmayandır. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, 90 km/saat yol nişanları zonasındadır. Həmin yol təbii işıqla işıqlandırılır. Toqquşan nəqliyyat vasitələrinin sayı ikidir. Hər iki avtomobil hadisədən əvvəl Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur. Toqquşma yolun sağdakı birinci hərəkət zolağında yolun sağ kənarındakı sarı xəttdən mərkəzə doğru 1.80 metr məsafədə yerləşir. Hadisə yerində “Mercedes Benz” markalı yük avtomobili yolun sağ hərəkət zolağında, “VAZ 2107” markalı avtomobil isə soldan birinci zolaqda dayanıb. Toqquşma yerindən yolun soluna doğru tək 22 metr şin izi var. Tormozlama izləri aşkar olunmadı. Xüsusi qeyd olaraq; hadisə yeri Bakı-Qazax yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 1-ci km-də yerləşir. Baxış günün işıqlı vaxtı, quru yol şəraitində keçirilir. Yolun hərəkət hissəsində 3 hərəkət zolağı vardır. Hərəkət zolaqlarının eni 4 metr olmaqla qırıqqırıq ağ xəttlə ayrılır. Hadisədən əvvəl hər iki avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olub. Avtomobillər arasında toqquşma yolun sağdan birinci hərəkət zolağında, yolun sağ kənarındakı sarı xəttdən sola doğu 1.80 metr məsafədə yerləşir. (i.v. 6-18) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə barədə 12 may 2021-ci il tarixli, 2/6044 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuş, alkoqol sərxoşluğu yoxdur. (i.v. 20) DİN BDYPİ İmişli RQİTBŞ tərəfindən 15.05.2014-cü il il tarixində verilmiş AE seriyalı 804085 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BCD” dərəcəli sürücülük hüququ vardır və vəsiqə 15.05.2024-cü ilədək etibarlıdır. (i.v. 28) Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AC seriyalı 108903 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-JF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” yük markalı avtomobil "xxxx" ASC-nə məxsusdur. (i.v. 29) "xxxx" ASC tərəfindən verilmiş 392 saylı yol vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 01-31 may 2021-ci il tarixilərdə **-JF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” yük markalı avtomobilin istifadəsinə icazə verilmişdir. (i.v. 30) "xxxx" ASC ilə Təqsirləndirilən şəxs arasında 23 may 2014-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ASC-yə Sosial Xidmətlər İdarəsi Sosial xidmətlər şöbəsinin sürücüsü vəzifəsində işə qəbul edilmişdir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər edilərək 20.05.2020-ci il tarixdən 522 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. (i.v. 42-43) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18 may 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 54) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsi tərəfindən verilmiş 19 may 2021-ci il tarixli, 016-58154-1221 saylı məktubdan görünür ki, DİN-in Baş X29 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 15.05.2014-cü il tarixdə (15.05.2024-cü il tarixədək müddətə etibarlı olan) AE 804085 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 56) Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AC seriyalı 875805 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobil X8 məxsusdur. (i.v. 64) Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİ 727918 saylı etibarnamədən görünür ki, X14 **-XZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək hüququnu 19 avqust 2021-ci il tarixədək X10 etibar etmişdir. (i.v. 65) "xxxx" ASC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi yer üzrə müsbət xarakterizə olunur. (i.v. 77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X26 Qaradağ rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 46 saylı, 31 may 2021-ci il tarixli meyitin ekspertizası rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - travmatik və hemorragik şok, daxili qanaxma, İİ-İİİ boyun fəqərələrinin qapalı sınığı, döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-İ-Vİİ-Vİİİ qabırğaların qapalı, az yerinidəyişən sınıqları, sol ağciyərin aşağı payının cırılmış yarası, sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı. Həmin xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, 12.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və N.S.Bayramovanın ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. N.S.Bayramovanın ölümünə səbəb ağ ciyərin cırılması ilə müşayiət olunan sol tərəfli qabırğaların çoxsaylı sınıqları nəticəsində yaranan kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 4-6 saat əvvəl baş vermişdir. Mərhum N.S.Bayramovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nətijəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (24.05.2021-ci il tarixli 1304/K saylı akt). (i.v. 84-88) Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 22 may 2021-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 2107” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan - ehtiyyat hissələri üçün 1320 manat, işçilik haqqı olaraq 1330 manat olmaqla, ümumilikdə 2650 manat məbləğində hesablanmışdır. (i.v. 92) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli, 8/1207 saylı məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının rəyindən görünür ki, “Mercedes Benz” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəylə müəyyən edilmişdir ki, “VAZ 21074” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi yol-nəqliyyat hadisələri sahəsində xüsusi texniki bilik tələb etmir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. (i.v. 128-131) Nəqliyyat vasitəsinin maddi sübut kimi tanlnması haqqında 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, “VAZ 21074” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobillər sahibinə təhvil verilmişdir. (i.v.132) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X26 Qaradağ rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının canlı şəxsin ekspertizasının 300 saylı, 19 iyun 2021-ci il tarixli rəyindən görünür ki, X6 bədəni üzərində sol diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sol budun aşağı 1/3-nin və diz oynağının qançırı-şişkinlik halında əziyi (hematoması), hər iki baldırın və sağ aşıq-baldır oynağının sıyrıqları xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, 12.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nətijəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. X6 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni idarə etdiyi avtomobilin digər hərəkətdə olan avtomobillə toqquşması nəticəsində törənə bilərdilər. (i.v. 133-135) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X26 Qaradağ rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının canlı şəxsin ekspertizasının 342 saylı, 22 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində travmatik və hemorragik şok, daxili qanaxma, İİ-İİİ boyun fəqərələrinin qapalı sınığı, döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-İ-Vİİ-Vİİİ qabırğaların qapalı, az yerinidəyişən sınıqları, sol ağciyərin aşağı payının cırılmış yarası, sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, 12.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni idarə etdiyi avtomobilin digər hərəkətdə olan avtomobillə toqquşması nəticəsində törənə bilərdilər. (i.v. 136-139) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X26 Qaradağ rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının canlı şəxsin ekspertizasının 343 saylı, 22 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sağ gözətrafı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan alın sümüyünün sağ göz orbitasının arxa divarına qədər davam edən yerinidəyişməyən xətti sınığı, sol bud-çanaq oynağının çıxığı ilə müşayiət olunan sol sirkə kasası sümüyünün qəlpəli, yerinidəyişmiş sınığı, simfiz sümüyünün yerinidəyişmiş sınığı, hemotoroksla müşayiət olunan sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların az yerinidəyişmiş sınıqları xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, 12.05.2021c il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni idarə etdiyi avtomobilin digər hərəkətdə olan avtomobillə toqquşması nəticəsində törənə bilərdilər. (i.v. 140-143) Cinayət işi üzrə sübuatların qiymətləndirilməsi barədə 30 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X3 ölməsi, Zərərçəkmiş şəxs2 və X5 ağır xəsarət alması faktı üzrə X6 əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 144-150) Qətimkan tədbiri seçmə barədə 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 171-173) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 nümayəndəsi X16 tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışlar, ona qarşı heç bir şikayət, tələb və iddiaları yoxdur. Onlara dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Mülki iddiadan imtina etdiklərini məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi X12 tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışlar, ona qarşı heç bir şikayət, tələb və iddiaları yoxdur. Onlara dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Göstərilənləri nəzərə alınmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) X15 tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Buna görə də mülki iddiadan imtina edir. Ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi X15 tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışlar, ona qarşı heç bir şikayət, tələb və iddiaları yoxdur. Onlara dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslər, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin iş materiallarında olan və məhkəmə iclasında verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1 və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini həm ibtidai araşdırma zamanı həm də məhkəmədə etiraf etməsini, əməlindən səmimi olaraq peşmançılıq hissi keçirməsini, müsbət xarakterizə olunmasını (CM 59.2), cinayət nəticəsində zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı tam ödəməsini (59.1.13), zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə etməsini, sonuncuların ona qarşı hər hansı şikayət, tələb və iddialarının olmadığını (CM- 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), eləcə də CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı (CİM- 67.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı (CPM- 353.4.12), iş üzrə maddi sübut tanınmış “VAZ 21074” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə təhvil verilməsi nəzərə alınmalı (CPM-132.), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İbtidai istintaq dövründə X15 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddialar ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı dövründə X15 və Zərərçəkmiş şəxs3 nümayəndəsi ayrı-ayrılıqda ərizə təqdim edərək, mülki iddia tələblərindən imtina etdiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, iddiaçıların iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə qəbul olunmalı, mülki iddialar üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Beləliklə məhkəmə hesab edir ki, X15 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş iddiadan imtinalar qəbul olunmalı və mülki iddialar üzrə icraata xitam verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqdim olunmuş və cinayət işi materiallarına əlavə edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə bxışı zamanı 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 03 (üç) ay il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut tanınmış “VAZ 21074” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz” yük markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar