Məhkəmə qərarları › İş №1(002)-305/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-305/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-305/2022 01.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 24 sentyabr 2022-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən tərtib edilərək 29 sentyabr 2022-ci il tarixdə Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədov tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımış, habelə cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürməyə cəhd etmişdir. Belə ki, o, satış məqsədi olmadan və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürmək məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,037 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımaqla, həmin narkotik vasitəni cəzaçəkmə müəssisəsində saxlanılan qohumu, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə 13 (on üç) il azadlıqdan məhrum edilmiş məhkum Şahid2 yoxlamadan gizlətməklə ötürmək məqsədilə bir ədəd sellofan paketdə qablaşdırıb ağız boşluğunda gizlədərək xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən AR ƏN PX-nin 8 saylı CÇM-nə sonuncu ilə görüş üçün müraciət etdikdən sonra cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda keçirilmiş axtarış və götürmə zamanı ağız boşluğunda gizlətdiyi həmin çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyündən bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini öz şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürməyə cəhd etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs öz izahatında göstərmişdir ki, onun anası rus milliyyətindən olmaqla özü orta təhsilini Bakı şəhəri 243 nömrəli tam orta məktəbin rus bölməsində almışdır. Azərbaycan dilində sərbəst yazıboxuya bilmir. Yuxarıda qeyd olunan cinayət işinin ibtidai istintaqı zamanı bu barədə müstəntiqə dəfələrlə bildirsə də ona heç bir tərcüməçi təqdim edilməmiş və ümumiyyətlə bununla bağlı heç bir tədbir görülməmişdir. İşdə olan sənədləri oxumayaraqdan müstəntiqin sözlərinə əsasən və kənar vərəqdə yazılmış hərfləri oxşatmaqla imza etmişdir. Cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısının vəsatəti əsasında dindirilmiş Qaradağ RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı X5 öz izahatında göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs üzərinə nəzarət buraxılış məntəqəsində xüsusi ayrılmış otaqda, qadın əməkdaş tərəfindən baxış keçirilərkən ağız boşluğunda gizlətdiyi 1 (bir) ədəd ağ sellofana bükülmüş, təmiz çəkisi 1,037 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülməsi barədə toplanmış material onun icraatına daxil olmuşdur. İlkin sənədləşmələr hamısı Azərbaycan dilində aparılmışdır. Təqsirləndirilən şəxs milliyyətcə azərbaycanlı olsa da onda danışarkən sual yaranmış və təqsirləndirilən şəxsdən Azərbaycan dilini bilməsi barədə soruşmuş, o da bildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs izahat verərkən onunla sərbəst şəkildə Azərbaycan dilində danışmış və göstərdiyi yazıları sərbəst şəkildə oxumuşdur. O, ifadə alarkən təqsirləndirilən şəxsə ifadəsini tamamlamaq lazımdı deyə bildirdikdə Təqsirləndirilən şəxs ona biraz dili yaxşı bilmədiyini bildirmiş və “siz yazın məndə onu oxuyub yazım” demişdir. Təqsirləndirilən şəxs istintaq aparıldığı dövrdə ona tərcüməçi lazım olduğu barədə nəsə deməsini xatırlamır, eləcə də Təqsirləndirilən şəxs tərcüməçi lazım olub-olmaması barədə ərizə alınmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in CM-nin 234.1 və 29,317-1.1-ci maddələri təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Coşğun Abbasov barəsində xüsusi qərar çıxarılmasına dair yazılı vəsatət vermişdir. O öz vəsatətində göstərmişdir ki, həmin cinayət işi Bakı şəhər Qaradağ rayon polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməl CM-nin 234.1 və 29, 317-1.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixdə - Təqsirləndirilən şəxs CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə ittiham aktı Qaradağ rayon prokuroru tərəfindən təsdiq edilərək, iş baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, satış məqsədi olmadan və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürmək məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,037 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımaqla, həmin narkotik vasitəni cəzaçəkmə müəssisəsində saxlanılan qohumu, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə 13 (on üç) il azadlıqdan məhrum edilmiş məhkum Şahid2 yoxlamadan gizlətməklə ötürmək məqsədilə bir ədəd sellofan paketdə qablaşdırıb ağız boşluğunda gizlədərək xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən AR ƏN PX-nin 8 saylı CÇM-nə sonuncu ilə görüş üçün müraciət etdikdən sonra cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda keçirilmiş axtarış və götürmə zamanı ağız boşluğunda gizlətdiyi həmin çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyündən bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini öz şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürməyə cəhd etmişdir. Qeyd edilən cinayət işi məhkəmənin hazırıq iclasına qədər tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, eləcə də, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surəti verilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən və izahatından görünür ki, Təqsirləndirilən şəxs anası rus milliyyətindən olmaqla ailə daxili istifadə etdiyi, sərbəst bildiyi və ünsiyyətdə olduğu dil rus dilidir. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində orta təhsil haqqında arayışın surətindən görünür ki, sonuncu Bakı şəhəri 243 nömrəli orta məktəbdə 1989-cu ildə rus dilində təhsil almışdır. Təqsirləndirilən şəxs məhkəmədə azərbaycan dilində yazıb-oxumaqda çətinlik çəkdiyini, lakin bununla bağlı bir neçə dəfə şifahi formada müstəntiqə müraciət etməsinə baxmayaraq, ibtidai istintaq dövründə tərcüməçi ilə təmin edilmədiyini bildirdi. Eləcə də, Təqsirləndirilən şəxs azərbaycan dilində sərbəst danışa bilməməsi onun nitqindən bəlli olurdu. Lakin cinayət işinin sənədlərindən, o cümlədən şübhəli şəxs qismində tutulma haqqında protokol, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və şübhəli şəxsin ekspertiza təyin olunması barədə qərarla tanış edilməsi haqqında protokol tərtib edilərkən Təqsirləndirilən şəxs CPM-nin 90.7.12-ci maddəsinə əsasən tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququ təmin edilməli olduğu halda, qanunun həmin tələbləri pozularaq tərcüməçinin iştirakı təmin edilməmişdir. Bundan başqa, kompüterdə tərtib edilmiş və əlyazma şəklində olan sair istintaq sənədlərində icraat ümumilikdə azərbaycan dilində aparılmış, müvafiq sənədlərdə Təqsirləndirilən şəxs tərəfindən həmin sənədlərlə tanış olmaya dair icra edilmiş və tərəfindən yazılması mübahisələndirilməyən qeydlər azərbaycan dilində olsa da rusdilli şəxslərə xarakterik çoxsaylı orfoqrafik və üslub səhvləri ilə müşayiət olunmuşdur. Göründüyü kimi, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs tərcüməçi təqdim edilməmiş, ona etiraz məsələsi həll edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs onun barəsində toplanmış istintaq sənədləri ilə qanunun tələbləri səviyyəsində tanış ola bilmədiyindən, eləcə də, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsaslarını başa düşmədiyindən öz səmərəli müdafiəsini qurmaq üçün dəlilləri irəli sürmək imkanından məhrum olmuş, onun CPM-nin 90.7.12, 91.5.12-ci maddəsində nəzərdə tutulmuş tərcüməçinin köməyindən pulsuz istifadə etmək və tərcüməçiyə etiraz etmək hüquqları təmin edilməmişdir. Bununla Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Burada qeyd edilməlidir ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 14.4-cü maddəsinə əsasən hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə bildirilməlidir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, qanunvericilikdə müdafiə hüquqlarının təmin edilməsi cinayət prosesini həyata keçirən orqanın əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir Bundan başqa, CPM-nin 26.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilməli olduğu halda, qanunun həmin tələbləri pozularaq cinayət mühakimə icraatının aparıldığı dili bilməyən Təqsirləndirilən şəxs ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surəti təqdim edilməmiş, iş materiallarında həmin dilə tərcümə olunmuş ittiham aktı mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ( bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.3.2-ci maddəsinə cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.3.7-ci maddəsinə əsasən, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surəti verilməməsi cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası CPM-nin 303.3.1, 303.3.2, 303.3.7 və 307.1-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuş, o cümlədən, tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulmuş, bundan başqa, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surəti verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 84, 303 və 307-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Coşğun Abbasov barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı verdiyi vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verilmiş vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti və tərəflərin izahatını dinləyərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol verilməklə aparıldığından və həmin kobud pozuntuların aradan qaldırılması məhkəmə baxışı zamanı mümkün olmadığından cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən Təqsirləndirilən şəxs tərcüməçi təyin edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən, izahatından və orta təhsil haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası rus milliyyətindən olmaqla ailə daxili istifadə etdiyi, sərbəst bildiyi və ünsiyyətdə olduğu dil rus dili olmaqla Bakı şəhəri 243 nömrəli orta məktəbdə 1989-cu ildə rus dilində təhsil almışdır. Təqsirləndirilən şəxs məhkəmədə azərbaycan dilində yazıb-oxumaqda çətinlik çəkdiyini, bununla bağlı bir neçə dəfə şifahi formada müstəntiqə müraciət etməsinə baxmayaraq, ibtidai istintaq dövründə tərcüməçi ilə təmin edilmədiyini bildirmişdir. Cinayət işinin sənədlərindən, o cümlədən şübhəli şəxs qismində tutulma haqqında protokol, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və şübhəli şəxsin ekspertiza təyin olunması barədə qərarla tanış edilməsi haqqında protokol tərtib edilərkən Təqsirləndirilən şəxs CPM-nin 90.7.12-ci maddəsinə əsasən tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququ təmin edilməli olduğu halda, qanunun həmin tələbləri pozularaq tərcüməçinin iştirakı təmin edilməmişdir. Bundan başqa, kompüterdə tərtib edilmiş və əlyazma şəklində olan sair istintaq sənədlərində icraat ümumilikdə azərbaycan dilində aparılmış və həmin sənədlərlə çoxsaylı orfoqrafik və üslub səhvləri müşayiət olunmuşdur. Göründüyü kimi, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs tərcüməçi təqdim edilməmiş, ona etiraz məsələsi həll edilməmişdir. Bütün bu sadalanan hallar ümumilikdə təqsirləndirilən şəxsin ona verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsif baxımından hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsindən aydın olur ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinin tələbindən aydın olur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinin tələbindən aydın olur ki, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 307.1-ci maddəsində qeyd olunur ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmiş və Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 303, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında ilizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı X5 barəsində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar