Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-305/2024 10.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Goranboy rayonu, Xan Qərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Xan Qərvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə, saat 10:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yolun kənarında aralarında yaranmış şəxsi mübahisə zamanı idarə etdiyi ona məxsus “Mersedes” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa salonunda Zərərçəkmiş şəxs baş və üz nahiyyələrinə əl zərbələri ilə qəsdən vuraraq sonuncuya burun tənəfüsünün şişkinlik fonunda tənəffüs keçiriciliyinin qismən pozulması ilə müşayiət olunan burun və burunǝtrafi yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi, qaşarası və sağ gözətrafı nahiyələrinin qançırları, sağ əlin İİİ barmağının sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və təhqiqat zamanı verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, dörd ilə yaxındır ki, Zərərçəkmiş şəxs ilə qeyri rəsmi münasibətləri olmuşdur. Son zamanlar Zərərçəkmiş şəxs onunla qeyri rəsmi münasibətlərinə son qoyulmasını bildirmişdir. 25 oktyabr 2024-cü il tarixdə səhər saat 10:20 radələrində Ümid qəsəbəsi, yeni massiv ev 38 ünvanının qarşısından özünə məxsus Mersedes markalı **- CV-*** d.q.n-lı avtomobili ilə keçən zaman Zeynəbi görmüş və ondan hara getdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona Sahil qəsəbəsinə getdiyini şəxsi işinin olduğunu bildirmişdir. Bu zaman o, Zeynəbə onunla Sahil qəsəbəsinə getməsini təklif etmiş və Zeynəbdə onun təklifinə əsasən onun idarə etdiyi maşına minmişdir. Bir qədər getdikdən sonra aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı Zeynəb onunla əl qolla danışmışdır. Oda bundan əsəbləşib idarə etdiyi maşını yolun kənarına çəkib əl zərbələri ilə bir neçə dəfə Zərərçəkmiş şəxs vuraraq döymüşdür. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamadısını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində təhqiqat zamanı verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, 25 oktyabr 2024-cü il tarixdə saat 10:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinin çıxacağında tanışı Təqsirləndirilən şəxs onu döyərək bədən xəsarəti yetirmişdir. Belə ki, təxminən dörd ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi münasibətdə olduğunu, son zamanlar müəyyən səbəblərdən aralarında baş vermiş anlaşılmamazlıq nəticəsində Təqsirləndirilən şəxs ayrılmaq qərarına gəlmişdir. Buna baxmayaraq qısqançlıq zǝmnində onunla sözlə mübahisələri yaratmışdır xx.xx.2024-cü il tarixdə təxminən saat 10.20 radələrində yaşadığı ünvan 2 ünvanından çıxaraq Sahil qəsəbəsinə gedən zaman, tanışı Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus Mersedes markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilini onun yanında saxlamış ondan hara getməsini soruşmuş və onu Sahil qəsəbəsinə aparmasını təklif etmişdir. Təqsirləndirilən şəxs təklifindən sonra o maşının arxa salonuna əyləşmiş və bir qədər getdikdəndən sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi maşını yolun kənarına verib saxlamış elə avtomobilin salonunda onu əl zərbələri ilə başının müxtəlif nahiyyələrinə vuraraq onu döymüşdür. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 Qaradağ Rayon şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 676 nömrəli rəyindən görünür ki, 1.Vǝtəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - burun tənəffüsünün şişkinlik fonunda tənəffüs keçiriciliyinin qismən pozulması ilə müşayiət olunan burun və burunǝtrafı yumşaq toxumalarının qançır - şişkinlik halında əziyi, qaşarası və sağ gözətrafı nahiyələrin qançırları, sağ əlin İİİ barmağın sıyrığı bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.
2. Vǝt. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikasını DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 14 fevral 2023-cü il tarixli “cinayət təqibi üzrə icraatın başlanmasının rədd ediməsi barədə” qərarının surətindən aydın olur ki, Təqsirləndirilən şəxs əməlində CM-nın 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olsada zərərçəkən şəxslə barışdığına görə barəsində CPM-nin 40.3-cü və CM-in 73.2-ci maddələri tətbiq edilməklə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsindən də görürnür ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 ( yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov