Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-306/2023 02.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1966-cı ildə Qax rayonu, Almalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qax rayonu, Almalı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, X9 1-ci məhəllədə qeydiyyatsız yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan bir nəfər şəxsin dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə səbəb olmuşdur. Belə ki, o, 04 iyun 2023-cü il tarixdə saat 17:20-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbiləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi “Ford Transit” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayon, ərazisindən keçən 48,4-cü kilometrliyində Bakı istiqamətində hərəkətdə olan zaman qarşıda yolu soldan sağa doğru keçən piyada X3 mikroavtobusun qabaq sağ küncü ilə vurmuşdur. Hadisə nəticəsində ehtiyatsızlıqdan piyada Nəriminə Səlimovanın baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, döş qəfəsinin soldan orta qoltuqaltı xətt üzrə İİİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, ağciyərin əzilməsi, alt çənə sümüyünün sınığı, sol ayağın İİİ-İV-V daraq sümüklərinin açıq sınıqları, sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin, başın alın, döş qəfəsinin sol yarısının, sol saidin və sol diz oynağı nahiyələrinin qançırları, sağ diz oynağının ön səthinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «BCD» kateqoriyalı, AE seriyalı, 019939 nömrəli sürücülük vəsiqəsilə tanışı Şahid məxsus olan «Ford Transit» markalı, **- DR-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu etibarnamə əsasında idarə edərək həmin mikroavtobusla Sumqayıt-Ağcabədi arası sərnişin daşımaqla çörəkpulunu qazanırmış. O, 04 iyun 2023-cü il tarixdə həmin mikroavtobusla Ağcabədi rayonundan sərnişin götürüb Bakı şəhərinə gəlmək üçün xeyli yol gəldikdən sonra Bakı-Qazax avtomobil yoluna daxil olub Bakı şəhəri istiqamətində hərəkətinə davam edirmiş. O, mikroavtobusu yolun orta hərəkət zolağı ilə saatda təxminən 90-100 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə on beş nəfər tanımadığı sərnişin olmuşdur. O, Bakı-Qazax yolu ilə xeyli gedib Qobustan qəsəbəsini keçmiş, mikroavtobusu yolun orta yəni, soldan ikinci hərəkət zolağı ilə saatda təxminən 55-60 km/saat surətlə idarə edib birazda getdikdən sonra saat 17:20 radələrində xeyli aralıdan iki nəfər piyadanın yəni, biri azyaşlı uşaq, biri yaşlı qadın olmaqla yolun sol hissəsindəki dəmir çəpərlərin yanında dayandıqların görmüş, həmin vaxt onlar yolun solundan sağa keçmək üçün dartınırmışlar. Birazda gedib onlara çatmağa az qalmış həmin piyada qadınlardan yaşlı olan yolun sol hissəsindən adi yerişlə sağa doğru keçməyə başlamış, o, piyadanın sol zolağı keçib orta zolağa daxil olduğunu görüb sükanı sola döndərib soldan birinci hərəkət zolağına keçmək istəmişdir ki, həmin qadının arxasından manevr edib yoluma davam etsin. O, orta hərəkət zolağından sola istiqamətlənmək istəyən zaman həmin yaşlı qadın orta zolaqda hərəkətdən dayanmayaraq çevrilərək anidən geriyə qayıtmaq istəmişdir. O, dayanmadan çevrilib geriyə qayıdan zaman orta hərəkət zolağında “Ford Transit” markalı mikroavtobusun qabaq sağ küncündən dəyib yerə yıxılmışdır. O, dərhal mikroavtobusu yolun sol hissəsində saxlamış və düşüb dərhal həmin piyada qadına doğru gedib ona köməklik etməyə çalışmışdır. Hadisə yerinə başqa adamlar toplaşıb köməklik etməyə çalışmışlar, daha sonra hadisə yerinə Polis və təcili yardım əməkdaşları gələrək həmin qadının öldüyünü bildirmişlər. O, hadisə yerində qalıb Polis əməkdaşlarına özünü və sənədlərini təqdim etmişdir. Hadisə zamanı o, və mikroavtobusda olan sərnişinlər heç bir bədən xəsarəti almamışdırlar. O, hadisədən əvvəl spirtli içki, narkotik vasitə qəbul etmədiyini bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 04 iyun 2023-cü il tarixdə Bakı- Qazax yolunun 48,4-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölən X4 onun bacısı olmaqla 1955-ci ildə Salyan rayonu, Xalac kəndində anadan olmuşdur. O, ailə qursada kəbini və övladı olmamışdır. Hadisə baş verən gün onun ailə qurduğu kişinin qohumları zəng vuraraq bacısını avtomobil vurduğunu və aldığı xəsarətlərdən öldüyünü bildirmişlər. Həmin gün bacısını morqda müayinə etdikdən sonra Salyan rayonu, Yenikənd kəndinə apararaq orada dəfn etmişdirlər. Ona sonradan məlum olmuşdur ki, bacısı Nərminə yolu keçən zaman onu mikroavtobus vurmuşdur. O, hadisədən sonra sürücünün ailə üzvlərinin onlarla maraqlandığını, yas xərclərini ödədiyini bildirmişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özünə məxsus olan «Ford Transit» markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu Təqsirləndirilən şəxs sürmək üçün vermişdir. O, həmin mikroavtobusla sərnişin daşıyaraq çörəkpulunu qazanırmış. 04 iyun 2023-cü il tarixdə həmin mikroavtobusla Ağcabədi rayonundan sərnişin götürüb Bakı şəhərinə gəlmək üçün Ağcabədi rayonundan çıxıb xeyli yol gəldikdən sonra Bakı-Qazax avtomobil yoluna daxil olaraq Bakı şəhəri istiqamətində hərəkətlərinə davam edirmişlər. Mustafa mikroavtobusu yolun orta hərəkət zolağı ilə saatda təxminən 90-100 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə on beş nəfər tanımadığı sərnişin olmuşdur. Bakı-Qazax yolu ilə xeyli gəlib Qobustan qəsəbəsin keçib birazda getdikdən sonra saat 17:20 radələrində xeyli aralıdan görmüşdür ki, iki nəfər qadın piyada yəni, biri azyaşlı uşaq, biri yaşlı qadın olmaqla yolun sol hissəsindəki dəmir çəpərlərin yanında dayanmışlar. Birazda gedib həmin piyadalara çatmağa az qalmış yaşlı olan qadın yolun sol hissəsindən adi yerişlə sağa doğru keçməyə başlamış, Mustafa onun sol zolağı keçib artıq orta zolağa daxil olduğunu görüb sükanı sola döndərib soldan birinji hərəkət zolağına keçmək istəmişdir. O, orta hərəkət zolağından sola istiqamətlənmək istəyən zaman həmin yaşlı qadın orta zolaqda hərəkətdən dayanmayaraq anidən geriyə çevrilərək, uşağa tərəf qayıtmaq istəmiş, çevrilib geriyə qayıdan zaman orta hərəkət zolağında ona məxsus olan “Ford Transit” markalı mikroavtobusun qabaq sağ künjündən dəyib yerə yıxılmışdır. Hadisədən sonra mikroavtobusu yolun sol hissəsində saxlamışlar və düşüb dərhal həmin piyada qadına doğru gedib ona köməklik etməyə çalışmışdırlar. Daha sonra hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib həmin qadının öldüyünü bildirmişlər. Hadisə nətijəsində ona məxsus olan «Ford Transit» markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa 500 manat maddi ziyan dəymişdir. O, dəymiş maddi ziyana görə heç bir şikayətinin və tələbininin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 Qaradağ rayon şöbəsinin 04 iyun 2023-cü il tarixli 39 №-li rəyindən görünür ki, mərhum X2 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər- baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, döş qəfəsinin soldan orta qoltuqaltı xətt üzrə İİİ-İV- V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, sol ağciyərin əzilməsi, alt çənə sümüyünün sınığı, sol ayağın İİİ-İV-V daraq sümüklərinin açıq sınıqları, sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin, başın alın, döş qəfəsinin sol yarısının, sol saidin və sol diz oynağı nahiyələrinin qançırları, sağ diz oynağının ön səthinin sıyrıqları bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan avtomobilin vurması nəticəsində törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. N.A.Səlimovanın ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum N.A.Səlimovanın ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə xx.xx.2023-cü il tarixdə saat 19:30-da başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. N.A.Səlimovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2023-cü il tarixli, 3-16-16/2-8/2002 nömrəli rəyindən məlum olur ki, «Ford Transit» markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza təqdiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. İş materiallarında əlavə edilmiş 04 iyun 2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsinə” dair 3459 saylı aktdan məlum olur ki, Təqsirləndirilən şəxs həmi gün saat 22:30 radələrində tibbi müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu və narkotik vasitərəin qəbulu aşkar edilməmişdir. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış məktubla müəyyən edilmişdir ki, DİNin BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AE seriyalı 019939 nömrəli «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Adı çəkilən şəxsdə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Qax rayon, Almalı kənd İ.Ə.D.Ü nümayəndələyi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Ford Transit” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Ford Transit” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-306/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-306/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver