Məhkəmə qərarları › İş №1(002)-307/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-307/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-307/2020 18.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci ildə Cəlilabad rayonu, Şabanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Şabanlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə saat təxminən 04 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən əlində olan pol ağacı ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla sağ gözaltı nahiyəsinin dərialtı hematoması, cüzi hərəkətlər məhdudluğu ilə müşayiət olunan sol əlin 1-ci barmağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, alnın sol yan səthinin səthi əzilmiş yarası, başın sol təpə və sağ kürək nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, ruhi-əsəb xəstəliyindən əzab çəkmir, fərdi əməklə məşğul olur, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bacısı Şahid təxminən 8 ildir ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi yaşadığını, bu müddət ərzində Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda kirayədə yaşadıqlarını, 2020-ci ilin mart ayının əvvəllərində bacısı Aytəkinin yola getməkləri üçün Əmirşahdan ayrılıb tək yaşamağa başladığını, bundan sonra Aytəkinin mart ayının 14-də Cəlilabad rayonunda analarının yanına getdiyini, x xxxx 2020-ci il tarixdə Aytəkinin yenidən Lökbatan qəsəbəsinə qayıdıb KATV deyilən yaxınlığında kirayədə yaşamağa başladığını, iyunun ayının 1-də digər bacısı Nuridənin ona zəng vurub Aytəkinin geri qayıtdığını və yeni tapdığı evdə kirayədə yaşadağını bildirdiyini və Əmirşahın onunla yaşamadığı təqdirdə Aytəkini bıçaqla vuracağını dediyini ona xəbər verdiyini qeyd etmişdir. O, həmin gün saat təxminən 21 radələrində Aytəkinin qaldığı evə getmiş və bacısı qorxduğu üçün Əmirşaha zəng vurub Aytəkini narahat etməməsini və onunla yaşamaq istəmədiyini bildirmiş, Əmirşah bu zaman ona Katv-nin yanında dayanacaqda görüşməyi və söhbət etməyi təklif etmişdir. O, həmin dayanacaqda Əmirşahla görüşmüş və bir daha bacısı Aytəkini narahat etməməsini xahiş etmişdir. Əmirşah isə ona Aytəkini bıçaqla vuracağını demişdir. Bir qədər söhbət etdikdən sonra Əmirşah ona pivə içməyi təklif etmiş, lakin o, Əmirşahla sağollaşıb Aytəkinin qaldığı evə qayıtmışdır. Həyətə çatdıqda Əmirşahın arxasınca gəldiyini görmüş və nə üçün gəldiyini soruşduqda Əmirşah cavab verməyərək çıxıb getmişdir. Həmin gecə saat 04 radələrində qapının döyüldüyünü eşitmişlər və Aytəkin qapını açmağa çıxmışdır. Qapını açdıqda həmin şəxsin Əmirşah olduğunu görmüşlər və bacısı qapını bağlamaq istəmişdir. Bu zaman o, çıxdıqda Əmirşahın Aytəkini bıçaqla vurmaq istədiyini görmüşdür. O, bacısını qorumaq üçün Əmirşahı təpiklə vurduqda Əmirşah bıçaqla sol ayağının bud nahiyəsinə vurmuşdur. Bundan sonra o, itələdikdə Əmirşah yerə yıxılmış və həyətdə olan pol ağacı ilə qaranlıq olduğu üçün Əmirşahın dəqiq bilmədiyi nahiyələrinə dəfələrlə zərbələr vurmuşdur. Bundan sonra Əmirşah küçəyə qaçmış və içkili olduğu üçün müvazinətini saxlaya bilməyərək hasarın dibində yıxılmışdır. O, Əmirşaha tərəf gedib bir daha xəbərdarlıq etmiş, Əmirşah isə polisə məlumat verəcəyini bildirmişdir. O, bundan ayağından qan axdığını hiss etmiş və evə qayıtmışdır. Bacısı ilə bir həyətdə yaşayan tanımadığı bir nəfər şəxs onu bu vəziyyətdə gördükdə tibbi yardım çağırmışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, münaqişə Lökbatan qəsəbəsi Həzi Aslanov küçəsi ev 44 ünvanının həyətində baş vermiş və təxminən 10-15 dəqiqə davam etmişdir. Münaqişə zamanı nə özü, nə də Əmirşah heç bir təhqir və nalayiq ifadə işlətməmişlər. Baş vermiş münaqişə zamanı yanlarında bacısı Aytəkindən başqa heç kim olmamışdır. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, ruhi-əsəb xəstəliyindən əzab çəkmir, təxminən 7-8 ildir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ərazisində müxtəlif yerlərdə fərdi əməklə məşğul olur. O, Təqsirləndirilən şəxs təxminən 6 ildir ki tanıdığını, Elnurun bacısı Aytəkin ilə 6 ilə yaxın müddətdə qeyri-rəsmi münasibətdə yaşadığını, həmin münasibətdən 5 yaşında Sadiq adlı oğulları olduğunu bildirərək, 2020-ci ilin mart ayından sonra Aytəkinin uşağını ona göstərmədiyini, uşağı Cəlilabad rayonunda anasının yanında qoyduğunu qeyd etmişdir. O, x xxxx 2020-ci il tarixdə saat təxminən 17-18 radələrində işdən qayıdarkən Lökbatan qəsəbəsində Katv deyilən yerin yaxınlığında Aytəkini gördüyünü, Aytəkindən uşağı gətirib-gətirmədiyini soruşmuş, Aytəkin ona uşağın rayonda olduğunu, oğlunu ona göstərməyəcəyini bildirdiyini demişdir. Bundan sonra o, Aytəkinlə sağollaşıb ayrılmış, həmin gün axsam saat təxminən 21 radələrində Elnura zəng vurub görüşməyi təklif etmiş, məqsədi uşağını görməyə köməklik etməsini xahiş etmək olmuşdur. O, Elnurla Katv-nin yanında dayanacaqda görüşmüş, Elnurdan uşağının harda olmasını soruşmuş və uşağını görmək istədiyini bildirmişdir. Elnur uşağın rayonda olduğunu demiş və bir qədər söhbət etdikdən sonra onlar ayrılmışdır. O, həmin gecə saat təxminən 04 radələrində Aytəkinin yaşadığı evə getmiş, həyətə daxil olub evin qapısını döymüş və Aytəkin qapını açdıqda ondan uşağı rayondan gətirməyini xahiş etmişdir. Həmin zaman Elnur evdən çölə çıxmış və o, Elnura məsələnin Aytəkinlə onun arasında olduğunu bildirərək qarışmamağını demişdir. Həmin vaxt Elnur qapının yanında olan pol ağacını götürərək onun başına və bədəninin müxtəlif yerlərinə yerlərinə vurmuş, o, sol əli ilə başını tutan zaman sol əlinin baş barmağına zərbə dəyməsi nəticəsində barmağından xəsarət almışdır. O, həmin vaxt gödəkçəsinin cibində olan mətbəx bıçağını çıxarıb Elnurun sol ayağına vurduğunu, bundan sonra uzaqlaşmaq istədikdə Elnurun arxasınca gəlib ona yumruq və təpik zərbələri ilə vurmağa başladığını, sonra Aytəkin çıxaraq Elnuru evə aparmış və özünün küçəyə çıxıb 102 xidmətinə zəng vuraraq polisə məlumat verdiyini bildirmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, münaqişənin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Katv deyilən yerin yaxınlığında Həzi Aslanov küçəsində yerləşən həyət evində 2 iyun saat təxminən 04 radələrində baş verdiyini, münaqişə təxminən 15-20 dəqiqə davam etdiyini, münaqişə zamanı Elnurun heç bir nalayiq ifadə işlətmədiyini, münaqişə zamanı sol əlinin baş barmağından, başının və bədəninin müxtəlif yerlərindən xəsarət aldığını, Elnura Xəsarət yetirdiyi bıçağın kirayədə yaşadığı evdə mətbəxdə istifadə olunan bıçaq olduğunu, fəhlə işlədiyi üçün iş yerində yemək yeyərkən lazım olduğundan üstündə götürdüyünü, sonuncu dəfə x xxxx 2020-ci il tarixdə yaşadığı Şabran rayonuna gedərkən yolun kənarına atdığını bildirərək, münaqişə baş verən zaman Aytəkinin orada olduğunu, başqa heç bir şahid olmadığını, Aytəkini vurmaq istəmədiyini, Elnurla aralarında münaqişə zamanı Elnurun pol ağacı ilə döydüyü üçün bıçaqla özünü müdafiə edən zaman onun sol ayağından vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 Qaradağ rayon Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 32/381 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyənin dərialtı hematoması, cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin 1-ci barmağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, alnın sol yan səthinin səthi əzilmiş yarası, başın sol təpə və sağ kürək nahiyəsinin qançırları müəyyən edilmişdir. Xəsarət bərk küt əşya (alət) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx xxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər xarakteri və lokalizasiyalarına görə şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunur. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar