Məhkəmə qərarları › İş №1(002)-307/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-307/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-307/2021 05.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, himayəsində üç azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 yanvar 2021-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə daş hasardan tullanmaqla keçərək evin həyətyani sahəsində yerləşən, saxlanc yeri hesab olunan “Ömər market” adlı ərzaq mağazasının qapısını açıb oraya qanunsuz daxil olaraq mağazadan sonuncuya məxsus hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 20 qutu “KENT 8” markalı, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 20 qutu “KENT 4” nazik markalı, hər bir qutusunun qiyməti 3 manat 40 qəpik olan 20 qutu “Viniston” markalı, hər bir qutusunun qiyməti 3 manat 40 qəpik olan 20 qutu “Viniston” nazik markalı, hər bir qutusunun qiyməti 3 manat 40 qəpik olan 20 qutu “Viniston” kompakt markalı, hər bir qutusunun qiyməti 2 manat 70 qəpik olan 20 qutu “LD” kompakt markalı, hər bir qutusunun qiyməti 2 manat 90 qəpik olan 20 qutu “LD” nazik markalı, hər bir qutusunun qiyməti 2 manat 40 qəpik olan 20 qutu “Palmal” boz nazik markalı, hər bir qutusunun qiyməti 2 manat 40 qəpik olan 20 qutu “Vincester” boz nazik markalı, hər bir qutusunun qiyməti 2 manat 40 qəpik olan 20 qutu “Vincester” boz kompakt markalı, hər bir qutusunun qiyməti 2 manat 40 qəpik olan 20 qutu “Vincester” göy kompakt markalı, hər bir qutusunun qiyməti 2 manat 40 qəpik olan 20 qutu “Vincester” mentollu markalı, hər bir qutusunun qiyməti 2 manat 40 qəpik olan 20 qutu “Rotmans” göy markalı, hər bir qutusunun qiyməti 1 manat 90 qəpik olan 20 qutu “Viceroy” göy nazik markalı, hər bir qutusunun qiyməti 1 manat 90 qəpik olan 20 qutu “Viceroy” boz nazik markalı, hər bir qutusunun qiyməti 1 manat 90 qəpik olan 20 qutu “Maqna” boz markalı, hər bir qutusunun qiyməti 1 manat 90 qəpik olan 20 qutu “Maqna” qara markalı, hər bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 20 qutu “Vant” göy markalı, hər bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 20 qutu “Vant” qara markalı, hər bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 20 qutu “Vant” boz markalı, hər bir qutusunun qiyməti 2 manat 10 qəpik olan 60 qutu “Classic” markalı, hər bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 20 qutu “Vest” qalın markalı, hər bir qutusunun qiyməti 1 manat 90 qəpik olan 40 qutu “Prima” markalı, hər bir qutusunun qiyməti 2 manat 40 qəpik olan 20 qutu “Palmal” nazik markalı, hər bir qutusunun qiyməti 2 manat 30 qəpik olan 20 qutu “Vant XS” markalı siqaretləri, hər birinin qiyməti 7 manat olan 4 ədəd “servelat” kolbasaları, hər birinin qiyməti 1 manat 50 qəpik olan snikers böyük markalı 10 ədəd, hər birinin qiyməti 1 manat olan snikers balaca markalı 10 ədəd şokaladları və 300 manat nağd pulu götürüb aparmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 1553 (min beş yüz əlli üç) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədilə 11 may 2021-ci il tarixdə saat 08 radələrində ünvan 4-da yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə qapını açarla açmaqla qanunsuz daxil olub evin həyətyani sahəsindən sonuncuya məxsus 1000 manat dəyərində 26-lıq “Note” markalı kombi su qızdırıcı cihazını, su çəninə birləşdirilmiş 100 manat dəyərində “Markus” markalı gidroforlu su nasosunu, daha sonra evin ikinci mərtəbəsinin giriş qapısını açarla açıb yaşayış sahəsi və saxlanc yeri hesab olan həmin evə qanunsuz daxil olub evin yataq, qonaq, mətbəx otaqlarında 01 ədədinin qiyməti 6 manat olan 11 ədəd 66 manat dəyərində kombi qızdırıcı dəmir plitələrin kranlarını, evin digər yataq otağından 300 manat dəyərində “Galaxy” markalı qutuda çəngəl-qaşıq dəstini, evin birinci mərtəbəsində olan otaqdan 400 manat dəyərində evin qazan avdanlıqlarını, 65 manat dəyərində avtomobil üçün nəzərdə tutulan tozsoran, evin ətrafında olan 100 manat dəyərində qaz və su xətlərinin üzərində olan kranlarını, 50 manat dəyərində 50 metr uzunluğunda müxtəlif elektrik mis xətlərini, evin həyətində olan 30 manat dəyərində bir təkərli əl yük arabasına yükləyib araba ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2111 (iki min yüz on bir) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədilə 16 may 2021ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə daş hasardan tullanmaqla qanunsuz daxil olub, həyətyani sahədən 01 ədəd 400 manat dəyərində “Viva” markalı “0203-6L-B” model kombi aparatını, 01 ədəd 50 manat dəyərində “Aqidel” markalı “AQD-3” model gidroforlu su nasosunu, 01 ədəd 10 manat dəyərində 20 metr uzunluğunda uzadıcı elektrik calağını oğurlamaqla Zərərçəkmiş şəxs1 460 (dörd yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 0,283 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17 may 2021-ci il tarixdə, saat 21 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, “Cırtdan Parkın arxası” adlanan ərazidə saxlanılaraq polis bölməsinə gətirildikdən sonra onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,283 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bədənində ağrılar olması səbəbindən 2019-cu il tarixdən narkotik vasitə qəbul etməyə başlamışdır. O, Bəsti Allahverdiyeva ilə evli olmaqla onunla özünə məxsus fərdi yaşayış evində yaşamışdır. Qaynanası Zərərçəkmiş şəxs2 isə onların yaşadığı evin yaxınlığında yaşayır. Həyat yoldaşı və onun ailəsi onun narkotik vasitə alüdəçisi olduğunu bildiklərindən onunla münasibətləri yaxşı olmamışdır. Narkotik vasitə qəbul etdiyi üçün və pula ehtiyacı olduğundan qaynanası Elnarənin evindən oğurluq etmək fikrinə düşmüşdür. Qayınanasıgilin birlikdə rayona gedəcəklərindən əmin olduğundan 11 may 2021-ci il tarixdə səhər saat 08 radələrində onların yaşıdıqları Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv 3-cü küçə, ev 49-da yerləşən evinə getmiş və evin dəmir giriş qapısının cəfdəsini açaraq, həyətə daxil olmuşdur. Belə ki, arvadı Bəstidə atası və anasının yaşadıqları evlərinin açarının bir nüsxəsinin olduğundan ondan xəbərsiz öncədən həmin açarı əldə etmişdir. Bundan sonra evin ikinci mərtəbəsinin giriş qapısını özündə olan açar ilə açıb evə daxil olmuşdur. Həmçinin evin mətbəxində birinci mərtəbənin giriş qapısının açarını əldə edib həmin otaqlara da daxil olmuşdur. Özü ilə gətirdiyi vint açanla evin həyətində divara quraşdırılmış “Note” markalı kombi su qızdırıcı cihazını, bundan başqa həyətdə su çəninə birləşdirilmiş “Markus” markalı gidroforlu su nasosunun vintlərini açıb ayırmışdır. Daha sonra evdə otaqlarda olan kombi qızdırıcı dəmir plitələrin sayını bilmədiyi kranlarını və sair yadında qalmayan dəmir məmulatlarını oğurlayıb hamısını evin həyətində olan bir təkərli arabaya yığıb üstünüdə torba ilə bağlayıb gizlin şəkildə heç kim görmədən həyətdən çıxarıb uzaqlaşaraq gəzə-gəzə Lökbatan qəsəbəsində yaşadığı evin həyətinə aparmışdır. Sonra həmin əşyaları satıb pul əldə etmək üçün mobil telefonla “instagram” sosial şəbəkəsinə daxil olub oradan kombi alışı-satışı ilə məşğul olan, hal-hazırda xatırlamadığı səhifəyə daxil olmuş və orada qeyd olunan, hal-hazırda xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxslə telefonda danışan zaman ona oğurladığı əşyalar barədə məlumat verərək, həmin əşyaları öz əşyaları kimi qələmə vermişdir. Bir az keçdikdən sonra həmin şəxs hal-hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı “Hyundai Sonata” markalı minik avtomobili ilə Lökbatan qəsəbəsinə gəlmiş və onlar görüşmüşlər. Həmin şəxs tək gəlmiş və təxminən 35-40 yaşlarında kişi olmuşdur. Qaynanası Elnarənin evindən oğurladığı bir ədəd kombi istilik sistemini və təxminən 5-6 ədəd kombi radiatorunun kranlarını öz əmlakı kimi təqdim etmiş və 150 manat pul müqabilində həmin şəxsə satmışdır. Əldə etdiyi pulları öz ehtiyyaclarına xərcləmişdir. Digər oğurladığı əşyaları isə özünə məxsus olduğu adı ilə küçələrdə tanımadığı dəmir məmulatlarını alan şəxslərə yadında qalmayan qiymətə satmışdır. Əldə etdiyi pullara isə narkotik vasitə heroin əldə edib qəbul etmişdir. Bundan başqa 16 may 2021-ci il tarixdə yaşadığı ünvanda qonşuluqda yaşayan, yeni köçmüş və adını bilmədiyi qonşusunun evinə girmişdir. Belə ki, 16.05.2021-ci il tarixdə, saat 23 radələrində həmin evdə heç kimin olmadığını bildiyi üçün daş hasardan keçərək həyətə daxil olmuşdur. Həmin vaxt həyətdə olan kombi su qızdırıcısını və su nasosunu oğurlamışdır. Həmin kombi aparatını Abşeron rayonu Qobu qəsəbəsində yaşayan Elvin adlı şəxsə hal-hazırda xatırlamadığı pula satmışdır. Həmin şəxsə də kombinin özünə məxsus olduğunu demişdir. Sonradan evindən oğruluq etdiyi şəxsin Zərərçəkmiş şəxs1 olduğunu bilmişdir. Bunlardan başqa heç nə oğurlamamışdır. Bundan sonra 17 may 2021-ci il tarixdə Lökbatan qəsəbəsində olan zaman tanımadığı bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində bir ədəd gümüşü rəngli kağıza bükülmüş büküm narkotik vasitə kakos, yəni heroin almışdır. Həmin bükümü cibində olan “argo” markalı siqaret qutusunun içərisinə, siqaret qutusunu da əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Lökbatan qəsəbəsi “Cırtdan” park deyilən ərazinin arxa tərəfində olarkən saat 21 radələrində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və Qaradağ rayonu 10-cu PB-nə dəvət etmişlər. Onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təhqiqatçı üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığını soruşmuşdur. Üzərində qanunsuz əşya olduğunu bildirib əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “argo” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin siqaret qutusunun içərisində olan bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümün içərisində nə olduğunu soruşmuşdur. O, həmin bükümün içərisində kakos, yəni narkotik vasitə olan heroin olduğunu, həmin gün Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını, şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmişdir. Üzərindən bir ədəd alışqan və iki ədəd açar da aşkar edilmişdir. Üzərində başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, iştirakçılar həmin zərfi imza etmişlər. Qeyd olunan cinayət əməllərindən başqa cinayət törətməmişdir. O, 29 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Ömər market” adlı ərzaq mağazasından oğurluq etməkdə ittiham olunsa da, lakin həmin oğurluqla onun heç bir əlaqəsi olmamışdır. O, həmin cinayət əməlini törətməsə də, lakin ibtidai istintaq orqanının əməkdaşları tərəfindən həmin cinayət əməlini törətməsini etiraf etməyə məcbur edilmişdir. Bununla bağlı ona fiziki və mənəvi təzyiq göstərilmişdir. Təqsirləndirilən şəxs sonda özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bildiyini, oğruluqlar etdiyinə görə peşman olduğunu, Zərərçəkmiş şəxs3 məxsus ərzaq marketindən edilmiş oğruluqla hər hansı əlaqəsinin olmadığını nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs olduğu epizod üzrə törətdiyi cinayət əməlini etiraf etməsə də, lakin ibtidai istintaq zamanı 20 may 2021-ci il tarixdə verdiyi ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmiş və 16 iyul 2021-ci il tarixdə əlavə dindirilərkən ifadəsində göstərdiyi ziddiyyətli məqamlara aydınlıq gətirərək, ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində 29 yanvar 2021-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə daş hasardan tullanmaqla keçərək evin həyətyani sahəsində yerləşən, saxlanc yeri hesab olunan “Ömər market” adlı ərzaq mağazasından oğurluq etməklə törtədiyi cinayət əməlini könüllü etiraf edərək bildirmişdir ki, 28 yanvar 2021-ci il tarixdə Lökbatan qəsəbəsində olmuş, cibində pulu və siqareti olmamışdır. Buna görə də oğurluq etmək fikrinə düşmüşdür. Lökbatan qəsəbəsi 3-cü massivin ərazisində piyada gəzərkən “Ömər market” adlı ərzaq mağazasını görüb dayanmışdır. Həmin marketə girmək qərarına gəlmişdir. Marketin giriş çıxışına baxdıqda bir giriş və çıxışının olduğunu görmüşdür. Mağaza fərdi yaşayış evinin həyətində olmuşdur. Mağazanın içərisində müşahidə kameralarının olduğunu, çöldə isə kamera olmadığını görmüş və həmin gün gecə mağazaya girmək qərarına gəlmişdir. Oğurluğa girməmişdən əvvəl papaqlı gödəkcə geyinmişdir ki, üzü kameraya düşməsin. Ona görə də mağazadan oğurluq edən zaman bacardığı qədər özünü kameradan gizlətmişdir. Həmin gün saat 23 radələrində həmin marketin qarşısına gəlmişdir. Həmin vaxt mağazanın işlədiyini görmüş, buna görə də gözləmişdir ki, 1 saatdan sonra mağazaya girsin. Təxminən 1 saatdan sonra mağazanın bağlandığını görmüşdür. Mağaza bağlanandan sonra isə təxminən 30-45 dəqiqə gözləmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mağaza ilə üzbəüz dayandıqda sağ tərəfdə mişar daşı ilə hörülmüş hasarın üzərinə çıxmış, həyətyani sahədə heç kimin olmadığını görmüşdür. Həmin vaxt hasara içəri tərəfdən nərdivan söykənildiyini görmüşdür. Həmin nərdivanla həyətə düşmüşdür. Həyətə düşdükdən sonra “Ömər” marketin həyətyani sahəyə açılan plastik qapısından mağazada daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra siqaretlər olan yerə getmişdir. Mağazadan böyük ölçülü sellofan torba götürüb içərisinə dayanmadan tələsik müxtəlif siqaretlər, kolbasa və snikers şokoladı yığmışdır. Bununla yanaşı mağazada kassa qoyulan yerdən də 300 manat nağd pul götürmüşdür. Gəldiyi istiqamətdə də daş hasardan çıxıb yaşadığı evə qayıtmışdır. Oğurladığı malları yaşadığı evə gətirmişdir. Evdə oğurladığı siqaretlərə baxan zaman “Ömər” marketdən 2 blok qalın “KENT 8”, 2 blok nazik “KENT 4”, 2 blok “Viniston”, 2 blok nazik “Viniston”, 2 blok “Viniston Kompakt”, 2 blok nazik “LD”, 2 blok nazik “Palmal” 2 blok boz nazik “Vincester”, 2 blok göy kompakt “Vincester”, 2 blok boz kompakt “Vincester”, 2 blok mentollu “Vincester”, 2 blok göy “Rotmans”, 2 blok boz nazik “Vikeroy”, 2 blok göy nazik “Vikeroy” 2 blok boz nazik “Maqna”, 2 blok qara “Maqna”, 2 blok boz “VANT”, 2 blok göy “VANT”, 2 blok qara “VANT”, 6 blok qarışıq “Classic”, 2 blok qalın “VEST”, 4 blok prima, 2 blok palmal, 2 blokda “vant XS” markalı siqaret, 3-4 ədəd kolbasa, 5-10 ədəd sinikers və təxmini 250-300 manat arası nağd pul oğurladığını müəyyən etmişdir. Oğurladığı 250-300 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Siqaretləri isə özü istifadə etmişdir. Polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman evin həyətyani sahəsindən qonşusu Şamilin evindən oğurladığı uzadıcı elektrik calağı, gidraforlu su nasosu, evin qonaq otağında divanın altından isə “Ömər” marketdən oğurladığı siqaretlərin qalığı aşkar edilərək götürülmüşdür. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1A ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. 17 may 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1A ünvanında yerləşən fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. Belə ki, o, 17 may 2021-ci il tarixdə iş yerindən çıxıb yaşadığı evə gəlmişdir. Evin həyətinin darvazasının açıq vəziyyətdə olduğunu görmüş və yaşadığı evə kiminsə daxil olmasından şübhələnmişdir. Həyətə daxil olduqdan sonra həyətyani sahədə divara bərkidilmiş 24-lük “Viva” markalı su qızdırıcı cihazın (kombinin) yerində olmadığını görmüşdür. Həmin vaxt kombinin borulardan açılaraq oğurlandığını müəyyən etmişdir. Həmin vaxt kombinin borularının aşağı hissəsində olan gidroforlu su nasosunun və 20 metr uzunluğunda uzadıcı elektrik calağının da olmadığını müəyyən etmişdir. Evin otaqlarına və həyətyani sahəyə baxmağa davam etmişdir. Başqa hər hansı bir əmlakın oğurlandığını müəyyən etməmişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus fərdi yaşayış evinin həyətyani sahəsində yerləşən 800 manat dəyərində 24-lük “Viva” markalı su qızdırıcı cihazı (kombi), 100 manat dəyərində gidroforlu su nasosu və 100 manat dəyərində 20 metr uzunluğunda uzadıcı elektrik calağı oğurlanmış, ümumilikdə ona 1000 (min) manat maddi ziyan dəymişdir. Daha sonra evindən oğurluq edən şəxsin qonşusu Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir və həmin əşyalar sonuncunun evindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bütün əşyalar ibtidai istintaq zamanı ona geri qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bütün əşyalar ona geri qaytarılsa da, lakin təqsirləndirilən şəxs ilə barışmır və ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri əri Qabil və iki yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Bəsti Allahverdiyeva isə təqsirləndirilən şəxslə faktiki nikah münasibətlərindədir və onlar yaxınlıqda yaşayırlar. Yaşadığı ev iki mərtəbəli həyət evidir. Ramazan bayramı ilə əlaqədar 11 may 2021-ci il tarixdə, səhər saat 08 radələrində ailəsi ilə birlikdə gəzmək üçün Qəbələ rayonuna getmişlər. Evdən çıxarkən əsas yaşadıqları ikinci mərtəbədə olan evin dəmir giriş qapısının “VAZ” tipli “HPECS” markalı kilidini bağlasa da, qapının üst hissəsində yerləşən seyf kilidini bağlamamışdır. Həyətin dəmir darvazasının qapısına kilid vurmasa da, sadəcə cəftəsini çəkmişdir. Evin birinci mərtəbəsinin dəmir giriş qapısının kilidi bağlı olmaqla açarları evin ikinci mərtəbəsində mətbəxdə görünən yerdə olmuşdur. Evin ikinci mərtəbəsində giriş qapı ilə paralel ayrıca bir yataq otağının kilidi bağlı, dəmir giriş qapısı olmaqla açarı evdə olmuşdur. Lakin həmin açara əl vurulmamış və qapısı da açılmamışdır. Həmin otağın evə baxan plastik pəncərəsi vardır. Onlar 12 may 2021-ci il tarixdə saat 19 radələrində səfərdən qayıdıb evin giriş qapısının kilidini açıb evə baxış keçirərkən evdə olan əşyaların səliqəli vəziyyətdə olsa da bəzi əşyaların oğurlanmasını aşkar etmişlər. Belə ki, evdə olan kombi qızdırıcı dəmir plitələrin kranlarının, ayrıca bir otaqlı otağın yatağından evin digər otağına baxan plastik pəncərəsi açıq olmaqla, həmin otaqda taxta stolun altından çəngəl-qaşıq dəstinin, qazanların, evin həyətində divara bərkidilmiş kombi aparatının, su çəninə bərkidilmiş su matorunun, su sayğacının və sair əşyaların oğurlanmasını aşkar etmişdir. Evə oğrunun və ya oğruların hansı üsulla daxil olmasını müəyyən etmək üçün baxış keçirilmişdir. Evin plastik pəncərələri bağlı, pəncərələrin dəmir barmaqlıqları isə zədəsiz olmasını görüb evə seçmə açar yolu ilə daxil olunduğunu müəyyən etmişlər. Belə ki, evin 1-ci mərtəbəsinin giriş qapısı evdə mətbəxdə saxladıqları öz açarı ilə açılmışdır. Hansı ki, otaqdan qazanlar, tozsoran, kombi su qızdırıcı plitələrinin kranları da oğurlanmışdır. Evə qayıdanda həmin otağın kilidi bağlı olmaqla açarları mətbəxdə öz yerində olmuşdur. Evin giriş qapısının açarı bir nüsxədə olmaqla özündə saxlamışdır. Evdən oğurlanmış əşyalar 1000 manat dəyərində 26-lıq “Note” markalı kombi cihazının özü, 01 ədədinin qiyməti 6 manat olan 11 ədəd 66 manat dəyərində kombi qızdırıcı dəmir plitələrin kranları, 300 manat dəyərində “Galaxy” markalı qutuda çəngəl-qaşıq dəsti, 100 manat dəyərində “Markus” markalı gidroforlu su nasosu, 400 manat dəyərində evin bütün qazan avdanlıqları, 100 manat dəyərində qaz və su xətlərinin üzərində olan kranları, 65 manat dəyərində avtomobil üçün nəzərdə tutulan tozsoran, 50 manat dəyərində 50 metr uzunluğunda müxtəlif elektrik mis xətləri, 30 manat dəyərində bir təkərli əl yük arabası və təmənnasız dövlət tərəfindən həyətə quraşdırılmış su sayğacından ibarət olmuşdur. Oğurluq nəticəsində ona 2111 manat maddi ziyan dəymişdir. Daha sonra evindən oğurluq edən şəxsin kürəkəni Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 20 il olar ki, yaşadığı evin qarşısında olan “Ömər” marketdə ticarətlə məşğuldur. Həmin market yaşadığı evin həyətində yerləşir və ona məxsusdur. Marketin əsas giriş qapısı gecələr bağlı olur. Lakin həyətdən olan qapısı isə bağlı olmur. 29.01.2021-ci il tarixdə, saat 04 radələrində yaşadığı evin həyətinə mişar daşından olan hasarı aşmaqla həyətə daxil olunmuş, həyətdən isə plastik qapıdan keçəcəklə mağazaya daxil olunub, mağazadan 2 blok qalın “Kent 8” markalı - bir blokunun qiyməti 36 manat (bir blok 10 qutu) olmaqla siqaret, 2 blok “Kent 4” nazik markalı - bir blokunun qiyməti 36 manat olan siqaret, 2 blok “Viniston” markalı - bir blokunun qiyməti 34 manat olan siqaret, 2 blok “Viniston nazik” markalı - bir blokunun qiyməti 34 manat olan siqaret, 2 blok “Viniston Kompakt” markalı - bir blokunun qiyməti 34 manat olan siqaret, 2 blok “LD kompakt” markalı - bir blokunun qiyməti 27 manat olan siqaret, 2 blok “LD nazik” markalı - bir blokunun qiyməti 29 manat olan siqaret, 2 blok “Palmal nazik boz” markalı bir blokunun qiyməti 24 manat olan siqaret, 2 blok “Vincester boz nazik” markalı - bir blokunun qiyməti 24 manat olan siqaret, 2 blok “Vincester boz kompakt” markalı - bir blokunun qiyməti 24 manat olan siqaret, 2 blok “Vincester göy kompakt” markalı - bir blokunun qiyməti 24 manat olan siqaret, 2 blok “Vincester mentollu” markalı - bir blokunun qiyməti 24 manat olan siqaret, 2 blok “Rotmans göy” markalı - bir blokunun qiyməti 24 manat olan siqaret, 2 blok “Vikeroy göy nazik” markalı - bir blokunun qiyməti 19 manat olan siqaret, 2 blok “Vikeroy boz nazik” markalı - bir blokunun qiyməti 19 manat siqaret, 2 blok “Maqna nazik boz” markalı - bir blokunun qiyməti 19 manat olan siqaret, 2 blok “Maqna qara” markalı - bir blokunun qiyməti 19 manat olan siqaret, 2 blok “Vant göy” markalı - bir blokunun qiyməti 22 manat (bir blok 10 qutu) olan siqaret, 2 blok “Vant qara” markalı - bir blokunun qiyməti 22 manat olan siqaret, 2 blok “Vant boz” markalı - bir blokunun qiyməti 22 manat olan siqaret, 6 blok “Classik” markalı 3 cür - bir blokunun qiyməti 21 manat olan siqaret, 2 blok “Vest qalın” markalı - bir blokunun qiyməti 22 manat olan siqaret, 4 blok “Prima” markalı 2 cür - bir blokunun qiyməti 19 manat olan siqaret, 2 blok “Palmal nazik” markalı - bir blokunun qiyməti 24 manat olan siqaret, 2 blok “Vant XS qırmızı” markalı - bir blokunun qiyməti 23 manat olan siqaret, 4 palka servelat markalı - bir palkasının qiyməti 7 manat olan kolbasa, 20 ədəd snikers markalı - 10 ədəd böyükdən, birinin qiyməti 1 manat 50 qəpik, 10 ədəd isə balaca, birinin qiyməti 1 manata olan şokoladlar və 300 manat nağd pul oğurlanmışdır. Ümumilikdə mağazadan 1200 manatlıq siqaret, 28 manatlıq kolbasa, 25 manatlıq snikers markalı şokolad və 300 manat nağd pul oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1553 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı ona məxsus mağazadan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu onun öz könüllü etirafı ilə müəyyən edilmişdir. Daha sonra həmin şəxsin evinə baxış keçirilərkən aşkar edilmiş ona məxsus mağazadan oğrulanmış 2 qutu nazik boz rəngli “Vant” markalı, 2 qutu qalın sarı rəngli “Prima” markalı, 2 qutu nazik boz rəngli “Maqna” markalı, 2 qutu nazik boz rəngli “Viceroy” markalı siqaretlər ibtidai istintaq dövründə ona geri qaytarılmışdır. Lakin yerdə qalan maddi ziyan bu günədək təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Onunla münasibətləri yaxşı olmasa da, lakin ona qarşı hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Yaşadığı ev iki mərtəbəli həyət evdir. Ramazan bayramı ilə əlaqədar 11 may 2021-ci il tarixdə, səhər saat 08 radələrində gəzmək üçün Qəbələ rayonuna getmişlər, lakin 12 may 2021-ci il tarixdə evə qayıtdıqda həmin evdən oğurluq edildiyini müəyyən etmişlər. Belə ki, onlar evdən çıxarkən arvadı Elnarə əsas yaşadıqları ikinci mərtəbədə olan evin dəmir giriş qapısının “VAZ” tipli “HPECS” markalı kilidini bağlasa da, qapının üst hissəsində yerləşən seyf kilidini bağlamamışdır. Həyətin dəmir darvazasının qapısına kilid vurmasa da sadəcə cəftəsini çəkmişdir. Evin birinci mərtəbəsinin dəmir giriş qapısının kilidi bağlı olmaqla açarları evin ikinci mərtəbəsində mətbəxdə görünən yerdə olmuşdur. Evin 2ci mərtəbəsində giriş qapı ilə paralel ayrıca bir yataq otağının kilidi bağlı dəmir giriş qapısı olmaqla açarı evdə olmuşdur. Lakin açara əl vurulmamış və qapısıda açılmamışdır. Həmin otağın evə baxan plastik pəncərəsi vardır. Belə ki, 12.05.2021-ci il tarixdə saat 19 radələrində səfərdən qayıdıb evin giriş qapısının kilidini açıb evə baxış keçirərkən evdə olan əşyalar səliqəli vəziyyətdə olsada bəzi əşyaların oğurlanmasını aşkar etmişlər. Evdə olan kombi qızdırıcı dəmir plitələrin kranlarının, ayrıca bir otaqlı otağın yatağından evin digər otağına baxan plastik pəncərəsi açıq olmaqla, həmin otaqda taxta stolun altından çəngəl-qaşıq dəstinin, qazanların, evin həyətində divara bərkidilmiş kombi aparatının, su çəninə bərkidilmiş su matorunun, su sayğacının və sair əşyaların oğurlanmasını aşkar etmişdir. Aravadı Elnarə 102 xidmətinə və 10-cu PB-nə ərizə ilə müraciət edərək oğurluq hadisəsi olması barədə məlumat vermişdir. Daha sonra evlərindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 17 may 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidmətdə olan zaman bölmənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 icraatına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, saxlanması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupu ondan və Şahid2 ibarət olmuşdur. Şahid2 ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmiş və həmin ərazidə müşahidələr aparmağa başlamışlar. Həmin vaxt baş əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs 20 yanvar küçəsində “Cırtdan park” deyilən ərazidə üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olması barədə məlumat daxil olmuşdur. Deyilən ünvana getdikdən sonra Təqsirləndirilən şəxs həmin ünvanda, yəni “Cırtdan park” adı kimi tanınan ərazidə hərəkət etdiyini müəyyən etmişlər. Şahid2 ilə Təqsirləndirilən şəxsyaxınlaşıb özlərini ona təqdim etmişlər. Bundan sonra onu 10-cu polis bölməsinə dəvət etmişlər və onlar birlikdə bölməyə gəlmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı mobil telefon vasitəsilə şəxsi axtarış hərəkətlərinin keçirilməsini videolentə almışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması barədə təhqiqatçı tərəfindən sual verilmiş, sonuncu da masaya yaxınlaşıb əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “argo” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Əməliyyat müvəkkili Şahid2 həmin siqaret qutusunun içərisinə baxmış, qutunun içərisində bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş büküm olduğu aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd büküm açılaraq baxış keçirilmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olmuşdur. Təhqiqatçı Elvirdən həmin kütlənin nə olduğunu soruşduqda, Elvir onun kakos, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində özü və digər iştirakçılar tərəfindən imzalar edilmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq digər iştirakçıların imzaları ilə də təsdiq edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu polis bölməsinin baş əməliyyat müvəkkili X1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab olunmuş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu hazırki məhkəmə iclasında dindirilmiş digər Şahid3 ilə eyni məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 18, 33) Şəxsi axtarış və götürmə aparılması haqqında 17 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmədən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, o, könüllü olaraq əynində olan tünd qara rəngli şalvarının sağ yan cibindən bir qutu “Argo” siqareti gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu. Siqaret qutusunun içindən gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxdı. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edildi. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “heroin” olduğunu, 17.05.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Qulu adlı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd alışqan və iki ədəd ev açarı aşkar olundu. Həmin əşyalar Təqsirləndirilən şəxs özünə qaytarıldı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırıldı, 222 saylı möhürlə möhürləndi, bağlamanın üstü iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. (İ cild, i.v. 35-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2021-ci il tarixli 6/1944 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 222” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,283 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,283 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,233 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manatdır. (İ cild, i.v 41-44) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-94/2021 saylı, 19 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 may 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild,147-152) Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Rafael İmamverdiyev tərəfindən 10-cu PB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə tərtib edilmiş 18 may 2021-ci il tarixli “Könüllü təqdim etmə haqqında” protokoldan görünür ki, aparılmış araşdırma ilə bağlı olaraq X7 17 may 2021-ci il tarixdə Qulu Abasovdan 150 manat aldığı bir ədəd “Viva” markalı kombi aparatını könüllü olaraq polis bölməsinə gətirib təqdim etmişdir. Protokol iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (İ cild, i.v 167) Baxış keçirilməsi haqqında 19 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X10 və 10-cu PB-nin əməkdaşlarının, ekspert (mütəxəssis) və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 3-cü massivdə olan 10 saylı fərdi tikilinin həyətində olan “Ömər” marketdə baş vermişdir. Marketin giriş qapısı ağ rəngli plastikdən olmaqla tamlığı pozulmamışdır. Baxış keçirilən zaman marketdə ərzaq mallarının satıldığı müəyyən edildi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 bildirdi ki, naməlum şəxs ona məxsus marketdən müxtəlif markalı siqaretləri, nağd pul, şokolad və kolbasa oğurlamışdır. Hadisə yerinə baxış keçirilən zaman mağazanın müşahidə kameralarının aldığı video görüntü iş üçün əhəmiyyət kəsb etdiyindən götürlümüşdür. Protokol iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (İ cild, i.v. 176-181) Təqsirləndirilən şəxs tərəfindən 19 may 2021-ci il tarixdə verilmiş könüllü etiraf ərizəsindən görünür ki, törətdiyi cinayətlərdən birinə əlavə olaraq o, 2021-ci ilin fevral ayının axırlarında Lökbatan qəsəbəsi 19 nömrəli Xəstəxananın yaxınlığında yerləşən ərzaq dükanına daxil olub oradan 200 manat nağd pulu, bir neçə blok müxtəlif növlü siqaretləri və bir neçə ədəd kolbasaları oğurlamışdır. Həmin cinayəti o, tək törətmişdir. Oğruladığı pulları öz ehtiyaclarına xərcləmiş, kolbasaları yemiş, siqaret qutularının bir neçə hissəsi isə hazırda yaşadığı evdədir. Zəruriyyət yaranarsa həmin siqaretləri evindən götürüb təqdim edə bilər və oğurluq etdiyi dükanın yerini göstərə bilər. Etdiyi əmələ görə peşmandır. (İ cild, i.v. 205) İfadənin yerində yoxlanması və götürmə barədə 20 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X3 Rəhimovun istintaq zamanı verdiyi ifadəsini yerində dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlamasını keçirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə ünvan 5 ünvanında yerləşən “Ömər” marketin qarşısına gəlmişlər. Qeyd olunan yerdə, yəni ünvan 5 ünvanının həyətinə mişar daşı ilə hörülmüş hasardan aşaraq həyətdə yerləşən saxlanc yeri olan “Ömər” marketin açıq olan arxa qapısından marketə qanunsuz daxil olmuşdur. Protokol iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (İ cild, i.v 210-213) Baxış və götürmə haqqında 20 may 2021-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X12, Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili polis kapitanı X1, 10-cu PB-nin əməliyyat müvəkkili polis leytenantı X8 və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı evə baxış keçirmişdir. Həmin ev fərdi tikili olmaqla 1 mərtəbədən ibarətdir. Həmin evdə yaşayan Təqsirləndirilən şəxs həmin fərdi tikili evdə yaşadığını bildirdi. Həmin fərdi tikili evinin giriş qapısı ağ rəngli olmaqla dəmirdəndir. Fərdi tikiliyə baxış keçirilən zaman həyətyani sahədə yerdə bir ədəd su gidrafonu və nasosu, bir ədəd elektrik calağı naqili, evin qonaq otağındakı divanın altından 2 qutu nazik boz rəngli “Vant” markalı, 2 qutu qalın sarı rəngli “Prima” markalı, 2 qutu nazik boz rəngli “Maqna” markalı, 2 qutu nazik boz rəngli “Viceroy” markalı siqaret qutular aşkar edildi. Yuxarıda göstərilən bir ədəd su gidrafonu və nasosu, bir ədəd sarğılı şəkildə elektrik calaq naqili və siqaretlər götürüldü. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs bir ədəd su gidrafonu və nasosu, bir ədəd sarğılı şəkildə elektrik calaq naqilini qonşuluğunda yaşadığı Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq yolla əldə etdiyini bildirdi. Buna görə də həmin predmetlər dəsiqaretlərlə birlikdə tərəfindən götürüldü. Protokol iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (İ cild, i.v. 215) Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən verilmiş 20 may 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə baxışvə götürmə keçirilən zaman sonuncunun yaşadığı evdə keçirilmiş istintaq hərəkəti zamanı çəkilən fotoşəkillər mobil telefonun yaddaşından silindiyi üçün bu səbəbdən də fotoşəkillərin çıxarılıb protokola əlavə olunması mümkün olmamışdır. (İ cild, i.v. 216) DVD diskə baxış keçirilməsi barədə 20 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X13 bir ədəd DVD diskə baxış keçirmişdir. Baxış keçirilən zaman müəyyən edildi ki, diskdə 1 ədəd video görüntü vardır. Video görüntü 04 dəqiqə, 04 saniyə davam edir. Həmin video görüntü cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məxsus ərzaq mağazasının video kamerasının müşahidəsində qeyd alınmış video videogörüntüyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman bildirmişdir ki, 28 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv ərazisində yerləşən “Ömər” marketə qanunsuz daxil olmuş, oradan müxtəlif adlarda və çeşidlərdə siqaretlər, kolbasa, snikers şokoladı və təxminən 250-300 manat pul oğurlamışdır. Protokol tərtib edən şəxs və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (İ cild, i.v. 230) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 29 may 2021-ci il tarixli cavabından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 1(002)-93/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarına əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 17 aprel 2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. ( İ cild, i.v. 232-233, 252-255) Maddi sübut kimi tanınma haqqında 03 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,283 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,233 qram narkotik vasitə olan heroin saxlanması üçün Qaradağ RPİnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (İ cild, i.v. 256) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X4 Ekspert Komissiyasının 09 iyun 2021-ci il tarixli, 1808 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v.260-261) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli 9/4154 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, eksperiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 460 manat müəyyən edilir. O cümlədən 01 ədəd “Viva” markalı, “0203-6L-B” kombi aparatı 400 manat, 01 ədəd “Aqidel” markalı, “AQD-3” model gidroforlu su nasosu – 50 manat, 01 ədəd 20 metr uzunluğunda uzadıcı elektrik calağı – 10 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. (İ cild, i.v. 262-264) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2021-ci il tarixli 9/4707 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, eksperiza tədqiqatına təqdim edilən tütün məmulatlarının 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7,90 manat müəyyən olunur. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. (İ cild, i.v. 265-267) Maddi sübut kimi tanınma haqqında 15 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evdən götürülmüş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd su gidroforu və nasosu, 01 ədəd elektrik calağı xətti maddi sübut kimi tanınmış, saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. (İ cild, i.v. 268) Maddi sübut kimi tanınma haqqında 15 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 2 qutu nazik boz rəngli “Qant” markalı, 2 qutu qalın sarı rəngli “Prima” markalı, 2 qutu nazik boz rəngli “Maqna” markalı, 2 qutu nazik boz rəngli “Viceroy” markalı siqaretlər maddi sübut kimi tanınmış, tədqiqatdan sonra Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. (i.v. 271) Sübutların qiymətləndirilməsi haqqında 18 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yeni məzmunda ittahm elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. 17 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə hərəkətlərinin video görüntüsünü əks etdirən bir ədəd DVD disk sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının 18 may 2021-ci il tarixli, 6/1944 saylı rəyi, məhkəmə narkoloji ekspertizasının 09 iyun 2021-ci il tarixli 1808 nömrəli rəyi işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evdən götürülmüş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd su gidroforu və nasosu, 01 ədəd isə elektrik calağı xətti maddi sübut kimi tanınması, saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs1 təhvil verilməsi iş üzrə nəzərə alınmışdır. Protokolla Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 2 qutu nazik boz rəngli “Vant” markalı, 2 qutu qalın sarı rəngli “Prima” markalı, 2 qutu nazik boz rəngli “Maqna” markalı, 2 qutu nazik boz rəngli “Viceroy” markalı siqaretlər maddi sübut kimi tanınmış, tədqiqatdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq hadisəsinin baş vermə vaxtı – 16.05.2021-ci il, saat 23 radələrində törədilməsi əsas götürülmüşdür. 17 may 2021ci il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,283 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı qalıq çəkisi 0,233 qram narkotik vasitə olan heroinin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin 08.07.2021-ci il tarixli, 9/4154 saylı rəyi və 13.07.2021-ci il tarixli, 9/4707 saylı rəyi əsas hesab edilmişdir. X2 aldığı bir ədəd “Viva” markalı kombi aparatını, X5 aldığı bir ədəd “Note” markalı kombi aparatının cinayət yolu ilə əldə edildiyini bilməmişlər, ona görə də onların barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılmaq haqqında protokol, baxış keçirilməsi haqqında protokollar, ifadənin yerində yoxlanılması haqqında protokollar, məhkəmə-kimyəvi, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və cinayət işinin materiallarına əlavə edilmiş digər ibtidai araşdırma sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (İ cild, i.v. 284-302) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19.09.2011-ci il təvəllüdlü Əmrah, 19.03.2014-cü il təvəllüdlü Banu və 29.09.2020-ci il təvəllüdlü Əlican adlı 3 azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı tədqiq edilməklə hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı, o cümlədən işin faktiki hallarına uyğun olmaqla ibtidai istintaq zamanı öz müdafiəçisinin iştirakı ilə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, hadisə yerlərinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması barədə protokollar, maddi sübutlar, axtarış və götürmə aparılması haqqında protokol və r və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxsin məhkəmədə özünü qismən təqsirli bilməsinə, yəni 29 yanvar 2021-ci il tarixdə saat 04 radələrində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyani sahəsində yerləşən saxlanc yeri hesab olunan “Ömər market” adlı ərzaq mağazasından oğurluq etməməsi, polis əməkdaşlarının ona qarşı etdikləri təsir nəticəsində onun həmin cinayəti törətməsini etiraf etməsi, törədilmiş oğurluq hadisəsinə heç bir aidiyyətinin olmadığı barədə ifadəsində göstərdiyi xüsusatlara münasibətdə məhkəmə hesab edir ki, onun özünü qismən təqsirli bilməsi barədə heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakterli olmaqla, öz məsuliyyətlərini yügülləşdirmək məqsədi ilə verilmişdir və məhkəmə istintaqı zamanı araşdırılmış digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Onun cinayət əməlini törətməkdə tam təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində 20 may 2021-ci il tarixdə verdiyi ifadəsində həmin epizod üzrə törətdiyi cinayət əməlini tam etiraf etmiş və 16 iyul 2021-ci il tarixdə əlavə dindirilərkən ifadəsində göstərdiyi ziddiyyətli məqamlara aydınlıq gətirərək, ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmişdir. Belə ki, təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə ibtidai istintaq zamanı özü könüllü etiraf ərizəsi təqdim edərək, 29 yanvar 2021-ci il tarixdə saat 04 radələrində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyani sahəsində yerləşən, saxlanc yeri hesab olunan “Ömər market” adlı ərzaq mağazasından etdiyi oğurluq əməlini etiraf etmişdir. Həmçinin ərizəsində oğruladığı siqaret qutularının bir neçə hissəsinin hazırda yaşadığı evdə olduğunu bildirmişdir. Həmin etiraf ərizəsində cinayət əməlini törətdiyi vaxtın 2021-ci ilin fevral ayının axırlarında olduğunu bildirsə də, lakin 16 iyul 2021-ci il tarixdə əlavə dindirilərkən ifadəsində göstərdiyi ziddiyyətli məqamlara aydınlıq gətirərək, həmin vaxt həyəcanlı olduğu və hadisənin üzərindən müəyyən vaxt keçdiyinə görə səhvliklə həmin tarixi qeyd etdiyini bildirmişdir. Bundan sonra 20 may 2021-ci il tarixdə təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış keçirilərkən evin qonaq otağındakı divanın altından 2 qutu nazik boz rəngli “Vant” markalı, 2 qutu qalın sarı rəngli “Prima” markalı, 2 qutu nazik boz rəngli “Maqna” markalı, 2 qutu nazik boz rəngli “Viceroy” markalı siqaret qutular aşkar edilmiş və maddi sübut olaraq götürülmüşdür. Həmçinin 20 may 2021-ci il tarixdə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsini yerində dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlaması keçirilmiş və Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən “Ömər” marketə evin həyətinə mişar daşı ilə hörülmüş hasardan aşaraq həyətdə yerləşən saxlanc yeri olan marketin açıq olan arxa qapısından qanunsuz daxil olduğu yeri yerində göstərmişdir. Təqsirləndirilən şəxs həmin müvafiq cinayət əməllərində təqsirliliyini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlləri 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində 3 azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 29 may 2021-ci il tarixli cavabdanda göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 1(002)-93/2018 saylı hökmü il ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 11 iyun 2019-cu il tarixdə qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edilsə də, məhkumluğu ödənilmədən və götürülmədən azad olunduğu gündən iki il keçməmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplanmaqla, ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residivin olması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzalar təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM 66.2), onun 17 may 2021-ci il tarixdən hal-hazıradək tutulma altında və ev dustaqlığında olduğu müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 may 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli və 01 ədəd su gidroforu və nasosu, 01 ədəd isə elektrik calağı xəttinin Zərərçəkmiş şəxs1 və 2 qutu nazik boz rəngli “Vant” markalı, 2 qutu qalın sarı rəngli “Prima” markalı, 2 qutu nazik boz rəngli “Maqna” markalı, 2 qutu nazik boz rəngli “Viceroy” markalı siqaretlərin Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalı, (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 işə qoşularaq ibtidai istintaq dövründə 55 (əlli beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə baxışı zamanı 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 55 (əlli beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 330 (üç yüz otuz) manat məbləğində və Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 ( bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 may 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri - 209,90 (iki yüz doqquz manat, doxsan qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitələrin qalığı - 0,233 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd su gidroforu və nasosu, 01 ədəd isə elektrik calağı xəttinin Zərərçəkmiş şəxs1 və 2 qutu nazik boz rəngli “Vant” markalı, 2 qutu qalın sarı rəngli “Prima” markalı, 2 qutu nazik boz rəngli “Maqna” markalı, 2 qutu nazik boz rəngli “Viceroy” markalı siqaretlərin Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 55 (əlli beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 330 (üç yüz otuz) manat məbləğində və Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 ( bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar