Məhkəmə qərarları › İş №1(002)-308/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-308/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-308/2023 27.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı 31 avqust 2023cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən tərtib edilərək 05 sentyabr 2023-cü il tarixdə Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədov tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 25 may 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən "Paravoy" adlanan ərazidə tanışı Təqsirləndirilən şəxs2 20 (iyirmi) manat müqabilində 0,591 qram temiz çəkidə narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, 3 (üç) ədəd bükümdə qablaşdınıb Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində satış məqsədi ilə üzərində saxlayaraq daşımış, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən həmin tarixde keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 15:50-de Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən dəmiryolu xəttinin yaxınlığında saxlanılıb saat 16:00-da 10-cu Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan mavi rengli cins şalvarın qabaq sağ yan cibindən 3(üç) ədəd kağız bükümdə qablaşdirılmış ayrı-ayrılıqda çəkiləri 0,151 qram, 0,259 qram və 0,181 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,591 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin 0,591 qram təmiz çəkidə olan hissəsini 25 may 2023-cü il tarixdǝ saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən "Paravoy" adlanan erazidə tanışı Təqsirləndirilən şəxs1 20 (iyirmi) manat müqabilində qanunsuz olaraq satmış, qalan 0,253 gram temiz çəkidə olan hissəsini isə 1(bir) ədəd bükümdə qablaşdınıb Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində üzərində qanunsuz saxlayaraq daşımış, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 16:20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, parkın yaxınlığında saxlanılıb saat 16:30-da 10-cu Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman eynində olan tünd göy rəngli idman şalvarının qabaq sağ yan cibindən 1(bir) ədəd kağız bükümdə qablaşdırılmış təmiz çəkisi 0,253 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə dair yazılı vəsatət vermişdir. O öz vəsatətində göstərmişdir ki, həmin cinayət işi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə başlanaraq istintaqı aparılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhə edilən şəxs qismində tutulmuşlar. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, hər ikisinin barəsində qeyd edilən tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməklə, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixdə ittiham aktı Qaradağ rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Qaradağ rayon məhkəməsinə (hakim Rufan Mürsəlov) göndərilmişdir. Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 25 may 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Paravoy” adlanan ərazidə tanışı Təqsirləndirilən şəxs2 20 manat müqabilində 0,591 qram təmiz çəkidə narkotik vasitə hesab olunan kustar üsulla hazırlanmış heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, 3 ədəd bükümdə qablaşdırıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində satış məqsədi ilə üzərində saxlayaraq daşımış, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə (yəni 25 may 2023-cü il tarixdə) saat 15:50-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən dəmiryolu xəttinin yaxınlığında saxlanılıb saat 16:00-da həmin bölməyə gətirilərək üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının qabaq sağ yan cibindən 3 ədəd bükümdə qablaşdırılmış ayrı-ayrı çəkiləri 0,151 qram, 0,259 qram və 0,181 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,591 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür.Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin 0,591 qram təmiz çəkidə olan hissəsini 25 may 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Paravoy” adlanan ərazidə tanışı Təqsirləndirilən şəxs1 20 manat müqabilində qanunsuz olaraq satmış, qalan 0,253 qram təmiz çəkidə olan hissəsini 1 ədəd bükümdə qablaşdırıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində üzərində qanunsuz saxlayaraq daşımış, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə (yəni 25 may 2023-cü il tarixdə) saat 16:20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsindəki parkın yaxınlığında saxlanılıb saat 16:30-da həmin bölməyə gətirilərək üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarının qabaq sağ yan cibindən 1 ədəd bükümdə qablaşdırılmış təmiz çəkisi 0,253 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasınadək cinayət işi tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qaradağ RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılaraq hər ikisi həmin gün şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs1 üzərində qeyd edilən gün saat 17:00-dan saat 17:20-dək, Təqsirləndirilən şəxs2 üzərində isə həmin gün saat 18:10-dan saat 18:30-dək şəxsi axtarış aparılmışdır. Buna baxmayaraq ittiham aktının nəticə hissəsində, eləcə də Təqsirləndirilən şəxs1 barəsində «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» xx.xx.2023-cü il tarixli və Təqsirləndirilən şəxs2 barəsində «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarlarda cinayət əməlləri təsvir edilərkən səhvə yol verilməklə təqsirləndirilən şəxslərin xx.xx.2023-cü il tarixdə saxlandıqları və üzərlərində şəxsi axtarışın aparıldığı göstərilmişdir. Halbuki, işin hallarından da aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılaraq üzərlərində şəxsi axtarış aparılmışdır. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 dekabr 1994-cü tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin konkret olaraq nədə ittiham olunduğu təqsirləndirilən şəxs kimi cəlb etmə qərarında konkret göstərilməlidir. Habelə CPM-nin 289.4-cü maddəsinə əsasən isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Qanun normasının mənasına görə, bu məlumatlarla işin ilkin sübutlarla müəyyən edilmiş faktiki halları arasında uyğunluq olmalıdır. CPM-nin 223.1-ci maddəsində bildirilir ki, "Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur". Yəni, bu qərarın məzmunu sübutların cəmi ilə müəyyən edilmiş faktiki hallar barədə məlumatlardan ibarət olmalıdır. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur. Cinayətin obyektiv və subyektiv cəhətinin əlamətləri cinayət işi üzrə ibtidai araşdırma zamanı qəbul edilən şəxsin "təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında" qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən orada "cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; (..) " göstərilir. Odur ki, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289.3.1-ci maddəsinin tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamda cinayətin törədilmə vaxtının düzgün əks olunmaması CPM-in 223-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Göründüyü kimi cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamın qeyri-müəyyən olması CPM-in 223-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Həmçinin CPM-nin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Müstəntiq tərəfindən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozularaq hər iki təqsirləndirilən şəxsin cinayət işi materialları ilə tanış olması barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokollarda hər bir cild üzrə cinayət işi təqdim edilsə də, Təqsirləndirilən şəxs1 münasibətdə cinayət işinin 2-ci cildinin 146 vərəqədən ibarət olmasına baxmayaraq protokolda onun 2-ci cild 151 vərəqə ilə tanış olduğu, Təqsirləndirilən şəxs2 münasibətdə isə cinayət işinin 2-ci cildinin 147 vərəqədən ibarət olmasına baxmayaraq protokolda onun 2-ci cild 152 vərəqə ilə tanış olduğu qeyd edilmişdir. Hazırkı halda “təqsirləndirilən şəxslərin CPM-nin məhkəməyədək icraat materialları ilə tanış olmalarına dair hüquqları” pozulmuşdur. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. CPM-nin 49.2.-ci maddəsinə əsasən müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. ********* nömrəli cinayət işinin istintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 20 manat pul müqabilində Təqsirləndirilən şəxs2 narkotik vasitə almış, narkotik vasitələrin birgə qanunsuz dövriyyəsi ilə əlaqədar aralarında qabaqcadan hər hansı bir razılaşma və cinayətin birgə törədilməsi faktı olmamışdır. Qeyd edilənlərə baxmayaraq Azərbaycan Respublikası CPM-nin 49.2-ci maddəsinə zidd olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un təqsirləndirilmələrinə dair cinayət işi bir icraatda aparılmaqla həmin şəxslər məhkəmə məsuliyyətinə verilmişlər. Sadalanan pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası CPM-nin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun olmaması və “məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması” kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin qeyd edilən maddələrində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır. Qeyd olunanalara əsasən və Azərbaycan Respublikası CPM-in 84.6.2, 300.1.5, 303.3.1, 303.3.6, 303.3.8 və 307-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı, X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, verilmiş vəsatəti və tərəflərin izahatını dinləyərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol verilməklə aparıldığından və həmin kobud pozuntuların aradan qaldırılması məhkəmə baxışı zamanı mümkün olmadığından cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququları kobud şəkildə pozulmuşdur. Belə ki, istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qaradağ RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılaraq hər ikisi həmin gün şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs1 üzərində qeyd edilən gün saat 17:00-dan saat 17:20-dək, Təqsirləndirilən şəxs2 üzərində isə həmin gün saat 18:10-dan saat 18:30-dək şəxsi axtarış aparılmışdır. Buna baxmayaraq ittiham aktının nəticə hissəsində, eləcə də Təqsirləndirilən şəxs1 barəsində «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» xx.xx.2023-cü il tarixli və Təqsirləndirilən şəxs2 barəsində «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarlarda cinayət əməlləri təsvir edilərkən səhvə yol verilməklə təqsirləndirilən şəxslərin xx.xx.2023-cü il tarixdə saxlandıqları və üzərlərində şəxsi axtarışın aparıldığı göstərilmişdir. Halbuki, işin hallarından da aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılaraq üzərlərində şəxsi axtarış aparılmışdır. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Həmçinin CPM-nin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Müstəntiq tərəfindən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozularaq hər iki təqsirləndirilən şəxsin cinayət işi materialları ilə tanış olması barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokollarda hər bir cild üzrə cinayət işi təqdim edilsə də, Təqsirləndirilən şəxs1 münasibətdə cinayət işinin 2-ci cildinin 146 vərəqədən ibarət olmasına baxmayaraq protokolda onun 2-ci cild 151 vərəqə ilə tanış olduğu, Təqsirləndirilən şəxs2 münasibətdə isə cinayət işinin 2-ci cildinin 147 vərəqədən ibarət olmasına baxmayaraq protokolda onun 2-ci cild 152 vərəqə ilə tanış olduğu qeyd edilmişdir. Hazırkı halda “təqsirləndirilən şəxslərin CPM-nin məhkəməyədək icraat materialları ilə tanış olmalarına dair hüquqları” pozulmuşdur. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 49.1.-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. CPM-nin 49.2.-ci maddəsinə əsasən müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. 230030189 nömrəli cinayət işinin istintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 20 manat pul müqabilində Təqsirləndirilən şəxs2 narkotik vasitə almış, narkotik vasitələrin birgə qanunsuz dövriyyəsi ilə əlaqədar aralarında qabaqcadan hər hansı bir razılaşma və cinayətin birgə törədilməsi faktı olmamışdır. Qeyd edilənlərə baxmayaraq Azərbaycan Respublikası CPM-nin 49.2-ci maddəsinə zidd olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un təqsirləndirilmələrinə dair cinayət işi bir icraatda aparılmaqla həmin şəxslər məhkəmə məsuliyyətinə verilmişlər. Sadalanan pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Bundan başqa ittiham aktı tərtib edilərkən müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.6-cı maddəsinin tələblərinə əməl edilməməklə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar göstərilməmişdir. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində azyaşlı uşaqlarının olmasına baxmayaraq bu hal CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirilən hal kimi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsindən aydın olur ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinin tələbindən aydın olur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinin tələbindən aydın olur ki, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 307.1-ci maddəsində qeyd olunur ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 303, 307ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəişdirilmədən saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsininş müstəntiqi, kapitanı X4 barəsində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar