Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-309/2023 02.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1989-cu ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində iki azyaşlı uşağı olan) orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Qızılburun kəndində qeydiyyatda olmaqla ünvan 1də yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, 16 may 2023-cü il tarixində saat 21 radələrində yaşadığı ünvan 1in qonaq otaqinda keçmiş arvadı X3 ilə aralarında ailə-məişət mübahisəsi zəmnində yaranmış münaqişə zamanı stolun üzərinde olan "Redmi 9" markali mobil telefonu götürərək Zərərçəkmiş şəxs tərəf ataraq sonuncuya, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid başın alin nahiyəsinin sol yan səthinin səthi əzilmiş yarası ilə müşayiət olunan sol gözaltı və almacıq nahiyyələrinin dərialtı hematoması, sağ əlin arxa səthinin İİ daraq nahiyəsinin sıyrığı ilə müşayət edilən xəsarətlər yetirərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək və ibtidai ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə 2014-cü il tarixdə rəsmi nigahla ailə həyatı qurmuş ve həmin nigahdan 2 (iki) azyaşlı övladları dünyaya gəlmişdir. 2017-ci ildə rəsmi olaraq Zərərçəkmiş şəxs ilə boşanmışdırlar. Boşanmaqlarına səbəb isə mütəmadi olaraq spirtli içki qəbul etməyi olmuşdur. Boşanmaqlarına baxmayaraq Zərərçəkmiş şəxs ilə eyni evdə yaşayırlar. Keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə Aynurənin az yaşlı övladlarının təhsili ilə maraqlanmamağı olmuşdur. Bu səbəbdən o, keçmiş arvadı Zərərçəkmiş şəxs işə getdiyi üçün vaxtının olmadığını və uşaqların təhsili ilə maraqlana bilmədiyini və buna görədə uşaqların təhsildən geri qaldığını dəfələrlə bildirmişdir. Zərərçəkmiş şəxs işə getdiyi üçün uşaqları məktəbə onun aparmalı olduğunu bildirən zaman ona aparmayacağını demişdir. Bu səbəbdən aralarında mütəmadi olaraq sözlə mübahisə baş vermişdir. Hətta 195 nömrəli məktəbin direktoru övladlanının məktəbə gəlmədiyi üçün övladlarını məktəbdən çıxardaraq başqa məktəbə göndərmişdir. Sonuncu dəfə 16 may 2023-cü il tarixində saat 21 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə bir yerdə yaşadıqları ünvan 1in qonaq otağında sipirtli içki qəbul edirmiş. Uşaqların məktəbə aparılması barədə Zərərçəkmiş şəxs ilə aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamani Zərərçəkmiş şəxs söyüb təhqir etməyə başlamışdır. Daha sonra o, yenidən Zərərçəkmiş şəxs uşaqları məktəbə aparamasını tələb etdikdə Aynurə ona qətiyyətlə aparmayacağını bildirmişdir. Bir qədər aralarında sözə mübahisə davam etmişdir. Daha sonra o əsəblərini cilovlaya bilməmiş, stolun üzərində olan ona məxsus olan Aynurə tərəfindən istifadə edilən "Redmi 9" markalı mobil telefonu götürərək Aynurəyə tərəf ataraq ona bədən nahiyəsindən xəsarət yetirmək istəmişdir. Atdığı mobil telefon divara dəyərək Aynurənin sifət nahiyyəsinə dəymişdir. Bu zaman Aynurə sifət nahiyəsindən xəsarət almışdır. Baş vermiş hadisədən sonra Aynurə otaqdan çıxaraq təcili tibbi yardıma müraciət etmişdir. Məhkəmənin 01 oktyabr 2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək və ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. 2014-cü ildə Adişirin Aslanov ilə ailə həyatı qurmuşdur. Həmin nigahdan 2 (iki) azyaşlı övladları vardır. Təxminən 2016-cı ildən aralarında mübahisələr yaranmağa başlamışdır. Mübahisələrin ilkin səbəbi isə Adışirinin spirtli içki qəbul etməsi olmuşdur. Dəfələrlə Adışirin sipirli içki qəbul edib onu söyüb təhqir etmiş və döymüşdür. Bu mübahisələr günü gündən artmağa başlamış və bu səbəbdən də 2020-ci il tarixində rəsmi olaraq Adışirindən boşanmışdır. Lakin rəsmi olaraq boşanmış olmaqlarına baxmayaraq onunla ünvan 2 ünvanında yaşayırlar. Sonuncu dəfə xx.xx.2023-cü il tarix saat 21 radələrində Bakı şəhəri, Ələt qəsəbəsi, Şıxlar massivi, nömrəsi evin qonaq otağında keçmiş əri Adışirin yemək yeyərək sipirtli içki qəbul edirmiş. Bir qədər sonra ondan siqaret almaq üçün ondan pul istəmişdir. Bu zaman Adışirinə pulunun olmadığını bildirmişdir. Daha sonra Adışirin onun ünvanına nalayiq ifadələr işlədib onu söyüb təhqir etməyə başlamışdır. Aralarında baş verən mübahisə dahada böyümüşdür. Adışirin həmin evin qonaq otağında masanın üzərindən onun istifadəsində olan "Redmi 9" markali mobil telefonu götürərək ona tərəf atmış və həmin telefon onun sol sifət nahiyəsinə dəymişdir. Hadisə zaman 9 yaşında olan əkiz oğlan övladları baş vermiş hadisədən qorxaraq ağlamışdırlar. Keçmiş əri Adışirin isə onu vurduqdan sonra bir qədər otaqda oturmuşdur. O, isə dərhal yaşadığı evin qarşısına çıxmışdır. Daha sonra üzünün xəsarət aldığını görmüş və təcili tibbi yardıma zəng edərək yaşadığı ünvana çağırmışdır. Təcili tibbi yardım əməkdaşları gələrək ona ilkin tibbi yardım göstərmişdirlər. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığından, şikayətini geri götürdüyünü bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 Qaradağ rayon Şöbəsinin 16 iyun 2023-cü il tarixli 348 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-başın alın nahiyəsinin sol yan səthinin səthi əzilmiş yarası ilə müşayət olunan sol gözlatı və almacıq nahiyəsinin dərialtı hematoması, sağ əlin arxa səthinin İİ daraq nahiyəsinin sıyrığı bərk küt əşya (alət) təsirindən müayinədən 3-5 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-309/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-309/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver