Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-31/2023 23.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 29 aprel 2015-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 150,00 manat sabit pul məbləğində alimenti övladı 29 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Əliyeva (Mirzəzadə) Aynur Mahir qızının xeyrinə ödəməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 may 2015-ci il tarixli, 2(002)-2585/2015 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 21 noyabr 2019-cu il tarixli, 3(002)-2663/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün və 11 avqust 2021-ci il tarixli, 3(002)-1019/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 29 oktyabr 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq 10 noyabr 2018-ci il tarixdən cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 03 noyabr 2021-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 4474,00 manat aliment borcunu zərər çəkmiş şəxs Əliyeva (Mirzəzadə) Aynur Mahir qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, aylıq gəliri 400,00 manat təşkil edir. Bundan başqa qeyd etmişdir ki, Əliyeva (Mirzəzadə) Aynur Mahir qızı ilə 2010-cu ildə evlənmiş, birgə nikahlarından X3 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs (Mirzəzadə) övladları ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamışdır. 2015-ci ildə ona qarşı aliment tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 21 may 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək hər ay, bir uşağa 150,00 manat sabit pul məbləğində aliment ondan tutularaq övladı 29 oktyabr 2012-ci il təvəllüdlü Kənan Mirzəzadənin yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Mirzəzadənin) xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmişdir.Əməlindən peşmandır.Hal-hazırda icra sənədi üzrə olan borcunu zərərçəkmiş şəxsə ödəmişdir.Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əliyeva (Mirzəzadə) Aynur Mahir qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə evlənmiş, birgə nikahlarından X3 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin ildən övadı ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamış, Təqsirləndirilən şəxs övladının saxlanması ilə əlaqədar maddi köməklik göstərmədiyi üçün ona qarşı aliment tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 21 may 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edildiyi üçün hər ay, bir uşağa 150,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 29 oktyabr 2012-ci il təvəllüdlü K.Mirzəzadənin yetkinlik yaşlarına çatana kimi saxlanması üçün ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina etmiş və alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Zərərçəkmiş şəxs Əliyeva (Mirzəzadə) Aynur Mahir qızı məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona olan borcun tam olaraq ödənildiyini və ondan şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan 07 iyul 2015-ci il, 12 fevral 2018-ci il, 25 iyun 2018-ci il, 03 sentyabr 2020-ci il, 22 fevral 2021-ci il, 29 oktyabr 2021-ci il tarixli bildiriş və xəbərdarlıqdan, eyni zamanda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 3(002)- 2663/2019 saylı və 11 avqust 2021-ci il tarixli, 3(002)-1019/2021 saylı qərarlarından, həmçinin digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 21 may 2015-ci il tarixli, 2(002)-2585/2015 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 10 % dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 01 il müddətə azadlığın məhdudlaşdırması cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, məhkəmə qətnaməsini tam icra edərək zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 306.1, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-31/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-31/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver