Məhkəmə qərarları › İş №1(002)-31/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-31/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-31/2024 22.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi və vəkili X6, Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə, saat 06:01 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindən keçən 46-cı kilometrində idarə etdiyi «Mercedes Benz C200» minik markalı, 99- MR-323 dövlət qeydiyyat nişanlı avtomobillə 5 zolaqlı yolun sağdan 2-ci zolağı ilə Bakı şəhəri istiqamətində 60-70 sürətlə hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosessinə daim nəzarət etməli və avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X12» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, sükan arxasında yuxulamış və avtomobil yoldan çıxaraq yolun sağ kənarındakı daş hasara və beton piltəyə dəyib aşmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, hər iki gicgah, alın və əsas sümüklərinin sınıqları, sol qulaq seyvanın əzilmiş-cırılmış yarası, alın, sol gicgah, sol qulaq seyvanı, burun, sol yanaq, çənə, sol çiyin, sağ bazu oynağı, hər iki bazu, sol dirsək oynağı, hər iki said, sol əl, döş qəfəsi, qarın, hər iki diz oynağı, sağ aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları, üz nahiyəsinin, sol göz yuvası ətrafı yumşaq toxumaların, alın, sol gicgah və ənsə nahiyələrinin, sağ üst və alt göz qapaqlarının və sol aşıq-baldır oynağı nahiyələrinin dərialtı hematomaları xəsarətlərini yetirməklə həmin gün saat 09:15-də X10 ölümünə, Zərərçəkmiş şəxs1 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran onurğanın qapalı travması, Th9 fəqərəsi cisminin qəlpəli, kompression, qeyri-stabil, fəsadlaşmış sınığı, onurğa beyninin əzilməsi, aşağı paraplegiya, sağ V qabırğanın yerdəyişməsiz sınığı və sağ tərəfli pnevmotraks xəsarətlərini yetirməklə sağlamlığına ağır zərər vurmasına və Zərərçəkmiş şəxs2 ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan döş sümüyü cisminin az yerdəyişmiş sınığı və sol bazu sümüyünün aşağı 1/3-nin yerdəyişmiş xətti sınığı xəsarətlərini yetirməklə sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərində işləyir və həftəlik olaraq iş yoldaşları Qorxmaz və Nazimlə birlikdə Bakı şəhərinə gedib gəlirlər. 17 iyul 2023-cü il tarixdə saat 04.00 radələrində adəti üzrə yuxudan durmuş və 04.15-də evdən çıxaraq ilk növbədə iş yoldaşı Qorxmazı və sonradan Nazimin evinə gedərək onu götürmüşdür.Onlar birlikdə Bakı şəhərinə yol almışlar. Təxminən 06.00 radələrində Qaradağ postunu keçmişlər. Həmin vaxt özünü normal hiss etmişdir. Təxminən 1 kilometr getdikdən sonra qəflətən yuxulamış və avtomobil yoldan çıxaraq aşmışdır. Hadisədən 40 dəqiqə sonra özünə gəlmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. O istəməzdi bu hadisə baş versin. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2lə barışmışdır. Digər zərəçəkmiş şəxslərlə barışığa cəhd etmişdir və imkanı daxilində Zərərçəkmiş şəxs1 maddi yardım göstərmişdir. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. Hadisə baş verən vaxt Əfqan işə gedən zaman səhər saatlarında onu evdən götürmüş və sonradan bir yerdə Nazimi gedib evdən götürmüş və yola çıxmışlar. Bir qədər gedikdən sonra bir nəfər kişi maşına əl etmişdir.O, Əfqana maşını dayandırmasını boş getməmək üçün onu götürməsini bildirmişdir.Əfqan avtomobili saxladıqdan sonra kişi avtomobilə yaxınlaşaraq oğlunun işə getdiyini bildirmiş onu apara biləcəyini soruşmuş və həmin şəxs də avtomobilə əyləşmişdir. Bir qədər getdikdən sonra Əfqan Ulduz restoranının yanında avtomobili saxlamış və onlar düşərək siqaret çəkmiş və yenidən yola davam etmişlər. Stasionar postu keçdikdən sonra avtomobilin sağa doğru istiqamətləndiyini görmüş və Əfqan deyə səsləndikdə avtomobil yol kənarında olan beton bloka dəymiş və avtomobil çevrilmişdir.Avtomobildən sonuncu o çıxmışdır.Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili birinci olaraq Sərxanı aparmışdır.5 dəqiqə sonra gələn təcili tibbi yardım avtomobili Nazimi aparmışdır.Üçüncü gələn təcili tibbi yardım avtomobili onu aparmaq istəmiş, lakin o təcili tibbi yardımla getməmiş və ona sakitləşməy üçün iynə vurulmasını xahiş etmişdir.Sonradan hadisə yerinə qardaşı oğlu gəlmiş və onunla birlikdə onun həmdə qohumu, yəni həyat yoldaşının əmisi oğlu Zərərçəkmiş şəxs3 baş çəkməyə getmişlər.Əfqan isə həmin vaxt sərxoşluq müayinəsindən keçirilməyə aparılmışdır.O xətəxanaya çatanda Nazimin vəziyyətinin ağır olduğunu bilmişdir.Sonradan xəstəxanaya işlədiyi ”Azfen şirkətinin həkimi gəlmiş və Nazimi digər “Mərkəzi Kliniki” xəstəxanasına aparmaq istəmişlər.Lakin xəstəxananın baş həkimi Nazimin komada olduğunu və onu tərpətməyin düzgün olmadığını bildirmişdir.Bundan sonra onu müayinə üçün qospitala aparmışlar. Qospitalda ona zəng gəlmiş və Nazimin xəstəxanada vəfat etdiyini bilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət-tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi və vəkili X9 bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hüquqlarını müdafiə etdiyi şəxsin həyat yoldaşı vəfat etmişdir. Zərərçəkmiş şəxs3 “Azfen” şirkətində qaynaqşı işləyib və evə yeganə qzanc gətirən şəxs olub.Təqsirləndirilən şəxs yalnız mərhumun “üç” mərasimində iştirak ediblər və rəhmətə gedən şəxsin ailə üzvləri ilə kobud davranıblar. Onlara heç bir maddi yardım göstərilməyib. Ona görə də hüuqularını müdafiə etdiyi şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs qəti şəkildə şikayətçidir və ona ən ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi X5 bildirmişdir ki, 17 iyul 2023cü il tarixdə səhər saatlarında oğlu Zərərçəkmiş şəxs1 işə getmək üçün evdən çıxmışdır.Həmin vaxt onu atası yola salmışdır.Atası yolda bir maşın saxlatdırıb onu yola salmışdır.Sonradan oğlu Sərxan yolda yatmış və ayılan zaman hadisənin baş verdiyini görmüşdür. Sonradan onu təcili tibbi yardımla xəstəxanaya aparmışlar və o, əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 20 gün xəstəxanada qalmışdır. Hadisə zamanı Sərxanın onurğa beyni zədələnmişdir. Onun bərpasına kifayət qədər vəsait lazımdır. Təqsirləndirilən şəxs tərəfindən bu günə qədər Sərxanın müalicəsi üçün hissə-hissə 6200 manat pul verilmişdir. Lakin, hal-hazırda Sərxan bərpa mərkəzində müalicə edilməlidir ki, yerindən qalxıb hərəkət edə bilsin. O, son olaraq çıxışında Təqsirləndirilən şəxs Sərxanın müalicəsinə etinasız yanaşdığını bildirərək ona ciddi cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 69/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3nın meyitində baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, hər iki gicgah, alın və əsas sümüklərinin sınıqları, sol qulaq seyvanın əzilmiş-cırılmış yarası, alın, sol gicgah, sol qulaq seyvanı, burun, sol yanaq, çənə, sol çiyin, sağ bazu oynağı, hər iki bazu, sol dirsək oynağı, hər iki said, sol əl, döş qəfəsi, qarın, hər iki diz oynağı, sağ aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları, üz nahiyəsinin, sol göz yuvası ətrafı yumşaq toxumaların, alın, sol gicgah və ənsə nahiyələrinin, sağ üst və alt göz qapaqlarının və sol aşıq-baldır oynağı nahiyələrinin dərialtı hematomaları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiri nəticəsindən əmələ gəlmişlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs3 ölümünün bilavasitə səbəbi baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərinə qansızma, kəllə tağı və əsası sümüklərinin sınıqları ilə əlaqədar inkişaf edən baş beyinin travmatik ödemi olmuşdur. Ölüm xx.xx.2023cü ildə saat 09:15-də X10 baş vermişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 378/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində onurğanın qapalı travması, Th9 fəqərəsi cisminin qəlpəli, kompression, qeyri-stabil, fəsadlaşmış sınığı, onurğa beyninin əzilməsi, aşağı paraplegiya, sağ V qabırğanın yerdəyişməsiz sınığı və sağ tərəfli pnevmotraks xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiri nəticəsindən əmələ gəlmişlər, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 379/MEŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində döş sümüyü cisminin az yerdəyişmiş sınığı və sol bazu sümüyünün aşağı 1/3-nin yerdəyişmiş xətti sınığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiri nəticəsindən əmələ gəlmişlər, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 31 avqust 2023cü il tarixli, 8/2452 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində «Mercedes Benz C200» minik markalı 99MR323 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X12» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan DİN BDYP Qİİ-nin tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 3-13- 16/2-98266/2023 nömrəli arayışdan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə xx.xx.2030-cu il tarixədək müddətə etibarlı olan AC 582639 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz C200» minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə zərər çəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümümi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddiaçı X2 maddi ziyan dəymişdir və onun bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, mülki cavabdehin isə həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş mülki iddia təmin edilməli və 22316,52 (iyirmi iki min üç yüz on altı) manat (əlli iki) qəpik pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi X2 ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmədə mülki qaydada zərərin əvəzini tələb etmək hüququ izah edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz C200» minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 22 fevral 2024-cü il tarixdən hesablansın Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedec Benz C 200” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş mülki iddia təmin edilsin və 22316,52 (iyirmi iki min üç yüz on altı) manat (əlli iki) qəpik pul Təqsirləndirilən şəxs tutularaq X2 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmədə mülki qaydada zərərin əvəzini tələb etmək hüququ izah edilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar