Məhkəmə qərarları › İş №1(002)-311/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-311/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-311/2023 04.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Lerik rayonunda anadan olmuş, azərbaycanlı, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olan, Lerik rayonu, Mondigə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə ve aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə etdiyi pirat (kontrafakt) üsulla çap edilmiş və Azərbaycan Respublikası X11 eyni adlı kitablarının nümunələri ilə eynilik təşkil etməyən 5, 6, 7-ci siniflər üçün "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" fənləri üzrə qiymətləndirilmə tapşırıqları kitablarını tanışı Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində pərakəndə qaydada kitab satışı ilə məşğul olan Zərərçəkmiş şəxs X13 tərəfindən çap edilmiş orijinal kitablar adı ilə təqdim edərək 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində Zərərçəkmiş şəxs işlətdiyi "Kitab Aləmi” mağazasında bir ədədini 5 manatdan hesablamaqla 1031 ədəd pirat (kontrafakt) üsulla çap edilməklə X11 eyni adlı kitablarının nümunələri ilə eynilik təşkil etməyən 5, 6, 7-ci siniflər üçün "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" fənləri üzrə qiymətləndirilmə tapşırıqları kitablarını sonuncuya təhvil verib aldadaraq ondan ümumilikdə 5155 manat pul alib aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda 5155 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 dekabr 2022-ci il tarixdə saat 14:18-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs icazəsi və iştirakı ilə işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək” ticarət mərkəzində "Kitab aləmi" mağazasına baxış keçirilmiş və mağazadan 1031 ədəd pirat (kontrafakt) üsulla çap edilməklə X11 eyni adlı kitablarının nümunələri ilə eynilik təşkil etməyən 5, 6, 7ci siniflər üçün "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" fənləri üzrə qiymətləndirilmə tapşırıqları kitabları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törədilmiş əməl üzrə özünü təqsirli bilərək məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, dəymiş zərərin 25 faizi məbləğində dövlət hesabına ödəniş etdiyini qeyd etmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 13-15-ci vərəqələrində olan "Baxış keçirilməsi və əşyaların götürülməsi barədə" 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 dekabr 2022-ci il tarixdə saat 14:18-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində “Kitab aləmi" mağazasına onun icazəsi və iştirakı ilə baxış keçirilmiş və mağazadan 1031 ədəd pirat (kontrafakt) üsulla çap edilmiş 5, 6, 7-ci siniflər üçün "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" fənləri üzrə qiymətləndirilmə tapşırıqları kitabları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli 5/1658-5/1659-9/9367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "Kitab aləmi" kitab mağazasından götürülmüş 1031 ədəd müxtəlif siniflər üçün "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" fənlər üzrə kitablar ekspertizaya X9 təqdim edilmiş eyni adlı kitabların nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş "Kitab aləmi" kitab mağazasından götürülmüş 1031 ədəd müxtəlif siniflər üçün "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" fənləri üzrə kitablar pirat (kontrafakt) məhsullara aiddir. Tədqiqata təqdim edilmiş 1031 ədəd pirat (kontrafakt) kitabların satışı qadağan olduğundan həmin kitablar üzrə qiymətləndirmə aparılmadı. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası X9 daxil olmuş 30 yanvar 2023-cü il tarixli 9-3/2-146/2023 nömrəli məktubdan görünür ki, aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzinin "Şirniyyat" adlanan korpusunda 10-cu sıra, 76 saylı "Kitab aləmi" adlı kitab mağazasında Mərkəzin razılığı olmadan müəlliflik hüquqları ona məxsus olan hər birinin qiyməti 7 manat məbləğində "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" fənni üzrə ümumilikdə 1031 ədəd qiymətləndirmə tapşırıqları aşkar edilmişdir. Mərkəzin heç bir razılığı olmadığı halda bu cür satışların həyata keçirilməsi onun müəlliflik hüquqlarını birbaşa pozur. 1031 ədəd qiymətləndirmə tapşırıqları kitablarının hər birinin qiyməti 7 manat olduğu və ümumi məbləğ 7217 manat təşkil etdiyi üçün Mərkəzə həmin məbləğdə real maddi zərər vurulmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 64-cü vərəqəsində olan 6 saylı MİKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 70-ci vərəqəsində olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona 5155 manat ziyan vurulduğunu bildirərək zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. Cinayət işinin 76-82-ci vərəqələrində olan 24 iyul 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi ilə əlaqədar etirafedici ifadəsi iş üzrə digər mötəbər sübutların məcmusu ilə təsdiqini tapdıği üçün Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. "Baxış keçirilməsi və əşyaların götürülməsi barədə" 16 dekabr 2023-cü il tarixli protokol istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilməsi nəzərə alınmışdır. Baxış zamanı aşkar edilmiş 1031 ədəd pirat (kontrafakt) kitab öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 dekabr 2022-ci il tarixdə qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi X7 27 dekabr 2022-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X8 27 dekabr 2022-ci il tarixli qərarları iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 165.2.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğuna dair kifayət qədər əsaslar olduğundan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 165.2.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası X13nə Təqsirləndirilən şəxs DİM-in müəlliflik hüquqlarını pozması ilə bağlı xüsusi ittiham qaydasında aidiyyǝti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cinayət işinin 103-104-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan 02 avqust 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 121-ci vərəqəsində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 5155 manat miqdarında ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 24956 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-ni yəni, 1289 manat məbləğində pul vəsaitini X3 hesabına ödəmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 1289 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış ekspertizanın xərci – 100 manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 1031 ədəd pirat (kontrafakt) kitab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilmiş baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə istintaqı dövründə müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X6 05 (beş) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 5 (beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili X4 30 (otuz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 43, 321, 344- 347, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 1031 ədəd pirat (kontrafakt) kitab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilmiş baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar