Məhkəmə qərarları › İş №1(002)-312/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-312/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-312/2021 07.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Güzdək qəsəbəsi, Sovxoz evi ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Füzuli rayon vergilər şöbəsi tərəfindən verilmiş ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Şahid1 15 fevral 2021-ci il tarixli müqavilə əsasında 15 fevral 2023-cü il tarixədək müddətə icarəyə götürdüyü «Shantui SD- 32» markalı, AZ10Z-097 dövlət qeydiyyat nişanlı və «Kamatsu PC400-8» markalı, AZ10Z- 052 dövlət qeydiyyat nişanlı texnikalarla Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Güzdək daş karxanasında qazma işləri ilə məşğul olarkən nasaz vəziyyətə düşmüş idarə etdiyi «Shantui SD-32» markalı tırtıllı traktor-buldozerin xarab olmuş mühərrikini kabina hissəsi açılıb kənara qoyulmaqla 22.03.2021-07.04.2021-ci il tarixlər arasında Abşeron rayonu, Güzdək qəsəbəsində təmir etdirdikdən sonra, Şahid1 ilə aralarında bağlanmış 15 fevral 2021-ci il tarixli icarə müqaviləsinin 2.1.5 və 2.1.8-ci bəndlərinə əsasən icarə müddətində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının qorunmasını, texnikaların istismarı və təmiri üçün cəlb edilmiş işçilərin peşə hazırlığı və əməyin mühafizəsi üzrə təlimatların həyata keçirilməsini təmin etməli, eləcə də keçmiş SSRİ-nin Dövlət Tikinti Komitəsi tərəfindən 09 iyun 1980-ci il tarixdə təsdiq olunmuş İİİ-4-80 saylı «Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 1.29-cu bəndinə əsasən tikinti-quraşdırma (demontaj) işlərinin icrası zamanı istehsalat əməliyyatlarının texnoloji ardıcıllığı elə nəzərdə tutulmalıdır ki, əvvəlki əməliyyat, sonrakı əməliyyatlar yerinə yetirilən zaman istehsalat təhlükəsi mənbəyi olmamalı, 2.2-ci bəndinə əsasən iş meydançasının, iş sahələrinin, tikinti maşınlarının, nəqliyyat vasitələrinin və insanlar üçün keçid yerlərinin təşkili zamanı, ... insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilməli, 2.10-cu bəndinə əsasən maşınların hərəkət etdiyi hissələrinin və işçi orqanların yaxınlığında, əgər həmin maşınların pasport və istehsalçı müəssisəsinin təlimatında digər yüksək tələbləri nəzərə alınmayıbsa, təhlükəli zonaların sərhədləri 5 metr hüdudunda təyin edilməli, keçmiş SSRİ-nin Nazirlər Sovetinin Dövlət Standartlar Komitəsi tərəfindən 23 mart 1976-cı il tarixdə təsdiq edilmiş «Yükləmə-boşaltma işləri. Ümumi təhlükəsizlik tələbləri» 12.3.009-76 DÜST-nin 2.5 və 2.9-cu bəndlərinə əsasən hərəkət tərkiblərdə yüklərin boşaldıb yükləndiyi zamanı, həmin yüklərin düşə bilən zonalarda adamlar olduqda nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməməli, yüklər qaldırılmadan əvvəl onların dayanıqlığı və düzgün ilməklənməsi yoxlanılmalı, keçmiş SSRİ-nin Nazirlər Sovetinin Dövlət Standartlar Komitəsi tərəfindən təsdiq edilmiş «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər» 12.0.004-79 DÜST-nin 1.1-ci bəndinə əsasən işçilərlə əməyin mühafizəsinə dair təlimi, bütün təşkilat və müəssisələrdə, istehsalatın xarakterindən və təhlükə dərəcəsindən asılı olmayaraq keçirilməli, 2.5-ci bəndinə əəsasən təlim alanın əməyin mühafizəsi üzrə bilikləri təyin olunmuş qaydada ixtisas (kvalifikasiya) komissiyası tərəfindən imtahanlar keçirilməklə yoxlanılmalı, 3.10-cu bəndinə əsasən bütün fəhlələrin, iş yerində ilkin təlimatlandırmadan və biliyinin yoxlanılmasından sonra, işin xarakterindən asılı olaraq, bir neçə növbə işləri usta və ya briqadirin nəzarəti altında yerinə yetirməli, yalnız bundan sonra onların müstəqil işə buraxılmasını qanuniləşdirilməli olduğu halda, qeyd edilənlərə əməl etməyərək üzərinə öhdəlik kimi qoyulmuş texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini lazımi qaydada yerinə yetirməyib əmək mühafizəsi qaydalarını pozaraq 09 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Güzdək daş karxanasında idarə etdiyi «Shantui SD-32» markalı tırtıllı traktorun kabina hissəsinin döşəməsinin yerinə qoyulması (yerdəyişməsi) üçün bu sahədə təcrübəyə malik ixtisaslı çilingər-usta cəlb etmək əvəzinə yalnız şəxsi səriştəsinə və təcrübəsinə arxalanmaqla bildiyi şəkildə təmir etmək məqsədilə X13, Şahid3 və X6 tələb olunan çeşidlərdə xüsusi geyimlə təmin etmədən faktiki olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47, 153 və digər maddələrinin işin həcminin və davamiyyətinin qısamüddətli olduğu quraşdırma işləri ilə əlaqədar vaxtamuzd qaydada şifahi əmək müqaviləsi əsasında qanunsuz olaraq işə cəlb edərək həmin Məcəllənin 54-cü maddəsində göstərilən işəgötürən şəxs kimi əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarını gözləməli olduğu halda həmin tələblərə zidd olaraq bu qaydaları pozmaqla hər hansı işin təhlükəsiz aparılma ardıcıllığını müəyyən etmədən və bu barədə sonunculara müvafiq texniki və təşkilati tərkibli tədbirlərin yerinə yetirilməsinə dair işdən öncə təlimat vermədən, əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarına riayət olunmasına nəzarəti həyata keçirmədən Əli Əhmədova traktorun kabinasının döşəməsini yerləşdirmək üçün «Shantui SD-32» markalı tırtıllı traktorun üzərinə çıxması, Şahid3 və Vüsal Muradova isə traktorun yanında dayanmaqla sonuncu traktorun torpaq üzərində olan kabinasının döşəmə hissəsini özünün idarə etdiyi «Kamatsu PC400-8» markalı ekskavatorun çalovuna parçalı ilməklər vasitəsilə bağlamaları barədə tapşırıq vermiş, Şahid3 və Vüsal Muradov tapşırılan qaydada kabinanın döşəmə hissəsini «Kamatsu PC400-8» markalı, AZ10Z-052 dövlət qeydiyyat nişanlı ekskavatorun çalovuna parçalı ilməklər vasitəsilə bağladıqdan sonra, o, ekskavatorun hərəkət etdiyi hissələrinin yaxınlığında Əli Əhmədovun olmasına baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək özünə güvənib traktorun kabinasının döşəmə hissəsini qaldıraraq təmir etdirdiyi traktorun üzərinə qoymuş, Əli Əhmədov şifahi tapşırığın icrası ilə əlaqədar ilməyin birini ekskavatorun çalovunun dişlərindən çıxararkən oturduğu «Kamatsu PC400-8» markalı ekskavatorun kabinasında lazımi diqqət və ehtiyatlılıq göstərmədiyinə görə sağ ayağı qəfildən sürət dəstəsinə dəymiş, bu zaman çalovun sürətinin anidən artaraq traktorun sepinin üzərində dayanmaqla ilməyi açmağa çalışan Əli Əhmədovu traktorun kabinasının dəmir hissəsinə sıxması nəticəsində sonuncunun gövdənin bel şöbəsindən natamam amputasiyası, qarın boşluğu orqanlarının evakuasiyası (xaricə çıxması), qaraciyərin, dalağın cırılması, onurğanın bel şöbəsindən üzülməsi, sağ bazu oynağının, qarının, hər iki qasıq büküşünün əzilmiş-cırılmış yaralardan ibarət, dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2nu Güzdək qəsəbə sakini kimi tanımış, onunla arasında əvvəllər hər hansı narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmamışdır. O, 2017-ci il tarixdən hal-hazıradək Qaradağ və Abşeron rayonları ərazisində yerləşən daş karxanalarında gündəlik olaraq sepli traktor texnikasının sürücüsü kimi işləyir. Hadisə Qaradağ rayonu ərazisində yerləşən istifadəsiz daş karxanasının ərazisində traktor təmiri zamanı baş vermişdir. O, həmin Buldozer “Shantui” SD-32 markalı, eyni zamanda “Kamatsu Tr. Ekskavator PC400-8” markalı texnikaları Abşeron rayonu Güzdək qəsəbə sakini Şahid1 icarə müqaviləsi əsasında icarəyə götürərək istifadə etmişdir. Şahid1 ilə onun arasında 15.02.2021-ci il tarixdə Buldozer “Shantui” SD-32 markalı və “Kamatsu Tr. Ekskavator PC400-8” markalı texnikaları icarəyə götürmək haqqında icarə müqaviləsi bağlanmışdır. O, həmin texnikalardan istifadə etməyi ilə bağlı Şahid1 aylıq 1100 manat icarə haqqı vermişdir. Həmin texnikalar vasitəsilə o, Qaradağ və Abşeron rayonlarında yerləşən ayrı-ayrı daş karxanaların sahiblərinin sifarişləri əsasında qazma, daşıma və müxtəlif torpaq işləri yerinə yetirməklə qazanc əldə etmişdir. 18 mart 2021-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında iş görüb bitirdikdən sonra başqa əraziyə gedərkən idarə etdiyi Buldozer “Shantui” SD-32 markalı sepli traktor texnikası xarab olmuş, nəticədə həmin texnikanın mühərriki dağılmışdır. O, həmin traktoru yolun kənarında ərazidə saxlamışdır. 22 mart 2021-ci il tarixdə idarə etdiyi nasaz sepli traktorun mühərrikini çıxardaraq təmir etmək üçün Abşeron rayonu, Güzdək qəsəbəsində adını bilmədiyi çilingər ustasına aparmışdır. 07 aprel 2021-ci il tarixdə təmir olunmuş sepli traktorun mühərrikini çilingər ustasından götürərək Qaradağ rayonu ərazisində yerləşən istifadəsiz daş karxanasına gətirmiş və həmin vaxtdan yavaşyavaş sepli traktorun mühərrikini yığmağa başlamışdır. 09 aprel 2021-ci il tarixdə saat 09 radələrində tarktoru təmir etmək üçün Qaradağ rayonunda yerləşən daş karxanaları ərazisində olan nasaz traktorun yanına gəlmişdir. “Kamatsu Tr. Ekskavator PC400-8” markalı texnikanı bir neçə gün əvvəl təmirə köməklik etməsi üçün nasaz sepli traktorun yanına gətirib orada saxlamışdır. Oraya gəldikdən sonra sepli traktorun “Kardan” ehtiyat hissələrini bağlayıb traktorun kabinka hissəsini yerinə yerləşdirməyə başlamışdır. Hadisə baş verməmişdən bir neçə gün əvvəl X11 və Şahid3 ona traktorun təmir edilməsində köməklik etmişlər. Əli Əhmədov isə aralarındakı razılaşmaya əsasən 09 aprel 2021-ci il tarixdə gələrək ona köməklik etmişdir. Sepli traktorun kabinası iki hissədən, yəni kabinanın döşəməsi və kabina hissəsindən ibarətdir. Həmin gün Vüsal, İlham və Əli onun yanında olaraq traktorun təmirində ona köməklik etmişlər. Sepli traktotun təmir edilməsində ümumi olaraq rəhbərlik etmiş və işçilərə konkret tapşırıqlar vermişdir. Sepli traktorun kabinasının döşəməsi yerinə yerləşdirməli olduğundan o, Əli Əhmədova traktorun üzərinə çıxmasını demişdir. Bundan sonra Əli traktorun sepinin üzərinə çıxaraq dayanmış, o, traktorun yanında olan digər işlək vəziyyətdə ekskavatorun kabinasına keçərək ekskavatoru idarə etməyə başlamışdır. Vüsal və İlham kabinanın döşəməsini kəndirlə idarə etdiyi ekskavatorun kovuşun qarmaqlarına bağlamışlar. O, həmin kovuşdan asılı vəziyyətdə olan kabinanın bir hissəsini yuxarıya doğru qaldıraraq nasaz traktorun üzərinə qoymuşdur. Daha sonra o, Əlidən orada olan ekskavatorun kovuşundan qalın kəndirin birini çıxarmasını xahiş etmiş, Əli kəndirin birini kovuşun qarmaqlarına bağlanmış hissədən çıxartmışdır. Həmin zaman o, ekskavatorun kabinasında olarkən texniki təhlükəsizlik qaydalarına riayət etməyərək sağ ayağı öz ehtiyatsızlığından ekskavatorun kabinasında yerləşən kovuşu hərəkətə gətirən “rıçaqa” toxunmuşdur. Həmin vaxt ekskavatorun kabinası və kovuşu anidən sağ istiqamətinə dönərək hərəkətə gəlmiş və ekskavatorun kovuşu nasaz traktor sepinin üzərində dayanmış vəziyyətdə olan mərhum Əli Əhmədovu traktorun kabinasının dəmir hissəsinə sıxmışdır. Həmin vaxt zərbənin təsirindən kovuşa bağlanmış kəndirin biri də qırılmışdır. O, dərhal əli ilə ekskavatorun kovuşunu hərəkətə salan “rıçaqı” sol tərəfə keçirmiş və kabinadan düşərək Əliyə kömək etmək üçün ona yanına tərəf qaçmışdır. Həmin vaxt onun yanında olan Vüsal və İlham adlı şəxslərlə birlikdə traktorun kabinasının yağ qabının üzərinə yıxılmış Əli Əhmədovu yerə düşürdərək uzatmışlar. Əli Əhmədov ağır xəsarətlər aldığından hadisə yerində ölmüşdür. Həmin vaxt yanında olan şəxslərdən biri TTYS-nın qaynar xəttinə və DİN-nin 102 zəng xidmətinə zəng edərək bədbəxt hadisə barədə məlumat vermişlər. Bir qədər sonra hadisə yerinə hüquqmühafizə orqanının əməkdaşları və TTYS-nın həkimləri gəlmişlər. X16 meyiti müayinə olunması üçün Qaradağ rayon ekspertiza şöbəsinə aparılmışdır. Həmçinin bildirir ki, Şahid1 ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən texnikalarda cari təmir işləri, eyni zamanda icarə müddətində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin olunması, texnikanın təmiri zamanı cəlb olunmuş işçilərin təlimatlandırılması onun üzərinə öhdəlik kimi qoyulmuşdur. X13 ilə onun arasında Buldozer “Shantui” SD-32 markalı texnikanı təmir etmək üçün heç bir müqavilə bağlanmamışdır. Təmir işini həyata keçirmək üçün rəsmi müqavilə bağlamasa da, X13 ilə razılaşaraq sonuncunun göstərdiyi əmək fəaliyyəti müqabilində ona günə 20 manat məbləğində pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin təmir işlərini görən zaman Əli Əhmədovdan başqa Vüsal və İlham adlı şəxslər onun yanında olaraq ona təmir işində köməklik göstərmişlər. Həmin vaxt onlar arasında da heç bir müqavilə bağlanmamışdır. Hadisədən əvvəl X13 ilə, eyni zamanda Vüsal və İlham ilə heç bir əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamışdır. Hadisə vaxtı X13 xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməmiş, adi geyimdə olmuşdur. Son olaraq əməlindən peşman olmasını, hadisənin təsadüfi axarı zəminində baş verməsini, ailəli olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam ödəməklə sonuncunun ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum Əli Əhmədov onun kiçik oğludur. Oğlu Əli iki ilə yaxın Qaradağ rayonu Güzdək daş karxanasında «kon» tipli traktor sürücü vəzifəsində işləmişdir. 09 aprel 2021-ci il tarixdə saat 14 radələrində işləri ilə əlaqədar Bakı şəhərində olduğu zaman qardaşı oğlu Almas onun istifadəsində olan mobil nömrəsinə zəng edərək Əlinin qolunun əzildiyini, təcili Güzdək daş karxanasına gəlməsini bildirmişdir. O, dərhal hadisənin baş verdiyi Qaradağ rayonu, Güzdək daş karxanasına getmiş və çoxlu sayda insanların toplaşdığını görmüşdür. O, onların yanına yaxınlaşdıqda oğlu Əlinin torpağın üzərində üzərinə ağ mələfə salındığını görmüş və oğlu Əlinin artıq öldüyünü başa düşmüş, hadisənin necə baş verməsini heç kimdən soruşmamışdır. Bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları gəlmiş, sonra oğlunun meyiti müayinə olunması üçün Qaradağ rayon ekspertiza şöbəsinə göndərilmişdir. Meyitxanada ekspertlər müayinələr apardıqdan sonra onlar Əlinin meyitini götürüb öz kəndlərinə aparıb qəbristanlıqda dəfn etmişlər. Baş vermiş bədbəxt hadisə ilə bağlı onun heç kimdən və ya hansısa bir orqandan şikayət və tələbi yoxdur. Son olaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alınaraq məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Güzdək qəsəbəsində anadan olduğundan və uzun müddət orada yaşadığına demək olar ki, qəsəbənin bütün sakinlərini tanıyır. Onlardan biri də X13 və onun ailəsidir. Əli Əhmədov və onun ailəsi ilə həmişə mehriban münasibətdə olmuş, heç vaxt aralarında narazılıq, ədavət və ya düşmənçilik olmamışdır. X22 və Qaradağ rayonlarında yerləşən daş karxanalarında “kon traktor” texnikasını idarə etmiş, traktorun təmiri ilə bağlı işləri özü görmüşdür. Buldozer “Shantui” SD-32 markalı texnika, eyni zamanda “Kamatsu Tr. Ekskavator PC400-8” markalı texnika ona məxsusdur. O, həmin texnikaları 2021-ci ilin fevral ayının 15-də bağladığı icarə müqaviləsi ilə Təqsirləndirilən şəxs Zahid oğluna icarəyə vermiş və həmin müqaviləyə əsasən o, Zahirdən hər ay 1100 manat icarə haqqı almışdır. Həmin müqaviləyə əsasən yuxarıda qeyd olunan texnikalarda cari təmir işləri, eyni zamanda icarə müddətində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin olunması, texnikanın təmiri zamanı cəlb olunmuş işçilərin təlimatlandırılması Təqsirləndirilən şəxs üzərinə düşür, Zahir qeyd olunanları müqaviləyə əsasən öz üzərinə öhdəlik kimi götürmüşdür. Buna görə də onun Zahirin kimlər ilə birlikdə və harada işləməsindən məlumatı olmamışdır. Zahir 2021-ci ilin mart ayında onunla əlaqə saxlıyaraq Buldozer “Shantui” SD-32 markalı texnika mühərrikinin dağıldığını və həmin texnikanı təmir etdiyini bildirmişdir. Lakin ona həmin texnikanı harada və kimlərlə birlikdə təmir etdiyini deməmiş, onun da bu barədə heç bir məlumatı olmamışdır. Zahir ona traktorun təmiri zamanı icarə götürdüyü digər “Kamatsu Tr. Ekskavator PC400-8” markalı texnikadan istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdə saat 13 radələrində traktorda təmir işləri görən zaman bir nəfərin xəsarət alaraq öldüyünü bildirmişdir. O, Zahirdən hadisənin necə baş verdiyini soruşduqda Zahir ona 09 aprel 2021-ci il tarixdə traktor təmiri zamanı Əli, Vüsal, İlhamın ona köməklik etdiklərini, traktorun kabina hissəsinə kabinanın bir hissəsini yerinə yerləşdirməli olduqlarını, ekskavatorun kabinasında olarkən texniki təhlükəsizlik qaydalarına əməl etmədən sağ ayağının ehtiyatsızlıqdan ekskavatorun kabinasında yerləşən kovuşu hərəkətə salan sürət dəstəsinə toxundurduğunu, həmin vaxt ekskavatorun kabinası və kovuşunun anidən sağ istiqamətinə dönərək hərəkətə gəldiyini, ekskavatorun kovuşunun nasaz traktor sepinin üzərində dayanmış vəziyyətdə olan mərhum Əli Əhmədovu traktorun kabinasının dəmir hissəsinə sıxdığını və nəticədə Əli Əhmədovun öldüyünü bildirmişdir. Yalnız hadisə baş verdikdən sonra Zahir ona Əli, Vüsal və İlham ilə birlikdə işlədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs ona dediyinə görə onun ilə X13 arasında Buldozer “Shantui” SD-32 markalı texnikanı təmir etmək üçün heç bir müqavilə bağlanmasa da, Əli Əhmədov, Vüsal və İlham adlı şəxslər şifahi razılaşma əsasında həmin təmir işlərinə Təqsirləndirilən şəxs tərəfindən cəlb edilmişlər. İcarə müqaviləsinə əsasən Buldozer “Shantui” SD-32 markalı texnikada, eyni zamanda “Kamatsu Tr. Ekskavator PC400-8” texnikada iş zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına qorununmasını təmin etmək öhdəliyi Təqsirləndirilən şəxs Zahid oğlunun üzərinə qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mərhum X19 qəsəbə sakini kimi tanımışdır. O, təxminən 10 il olar ki, günəmuzd çilingər olaraq çalışır, yəni texnikalar nasaz olduğu halda onun təmir işləri ilə məşğul olur. Hadisə Qaradağ rayonu ərazisində yerləşən istifadəsiz daş karxanasında boş sahədə Təqsirləndirilən şəxs Zahid oğluna məxsus traktor təmiri zamanı baş vermişdir. Həmin Buldozer “Shantui” SD-32 markalı texnikanın kimə məxsus olması barədə onun məlumatı olmamışdır. Həmin texnikanı, eyni zamanda orada olan digər “Kamatsu Tr. Ekskavator PC400-8” markalı texnikaları Təqsirləndirilən şəxs idarə etmişdir. Hadisəyə qədər Təqsirləndirilən şəxs həmin texnikaları hansı formada idarə etməsi, texnika sahibi ilə aralarında hər hansı müqavilə bağlanıb-bağlanmaması barədə onun məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin texnikaları Şahid1 ilə bağladığı icarə müqaviləsi əsasında idarə etmiş və aylıq olaraq ona icarə haqqı vermişdir. O, yuxarıda da qeyd etdiyi kimi gündəlik olaraq günəmuzd işləyərək gündəlik göstərdiyi xidmətə görə haqq almışdır. X20 daş karxanalarında başqa “kon traktor” texnikasını idarə etmişdir. Həmin traktorun kimə məxsus olmasını bilmir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi Buldozer “Shantui” SD-32 markalı sepli traktor texnikasının mühərriki dağılmışdır. Zahir həmin texnikanın mühərrikini düzəldirib hadisə baş verməmişdən təxminən bir neçə gün əvvəl gətirmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxsla şifahi razılaşmaqla gündəlik 20 manat müqabilində İlhamla birlikdə həmin tarktorun təmir olunmasında köməklik etmişlər. Həmin mühərriki Zahirin harada düzəltdirməsi barədə onun məlumatı olmamışdır. Həmin vaxtdan yavaş-yavaş sepli traktorun mühərrikini yığmağa başlamışlar. X2 ilə onun, o cümlədən digər şəxslərin arasında hər hansı ədavət və düşmənçilik münasibətləri olmamışdır. 09 aprel 2021-ci il tarixdə saat 09 radələrində o, Zahirin texnikasının olduğu yerə gəlmişdir. Həmin gün o, Zahir və İlham orada olmuşlar. Bir qədər sonra əvvəldən Zahirlə gündəlik 20 manat müqabilində razılaşmış Əli Əhmədov da ora gələrək onlara köməklik etmişdir. Onlar sepli traktorun “Kardan” ehtiyat hissələrini bağlayıb traktorun kabinka hissəsini yerinə yerləşdirməyə başlamışlar. Zahir traktorun kabina hissəsinə kabinanın bir hissəsini yerinə yerləşdirməli olduğunu demişdir. Həmin vaxt Əli traktorun sepinin üzərində dayanmış, İlham sepin üzərində sağ tərəfdə Əlidən bir az aralıda dayanmışdır. O, isə traktorun digər tərəfində dayanmışdır. Zahir traktorun yanında olan digər işlək vəziyyətdə ekskavatorun kabinasına keçmişdir. Həmin ekskavatoru da Zahir özü idarə etmişdir. O, kabinanın aşağı hissəsinin deşiklərini yerləşdirmək üçün armatur götürəndə traktorun sep tərəfindən səs gəldiyini eşitmiş və oraya baxdıqda Zahirin kabinasında olduğu ekskaovatorun kovuşunun sürətlə hərəkətə gələrək traktor sepinin üzərində dayanmış vəziyyətdə olan mərhum Əli Əhmədovu kabinanın traktorda olan dəmir hissəsinə sıxdığını görmüşdür. Həmin vaxt orada olan İlham, kabinadan çıxaraq köməyə gələn sürücü Zahir birlikdə traktorun kabinasının yağ qabının üzərinə yıxılmış Əli Əhmədovu yerə düşürdərək uzatmışlar. Daha sonra TTYS-nın qaynar xəttinə və DİN-nin 102 zəng xidmətinə zəng edərək bədbəxt hadisə barədə məlumat vermişlər. Bir qədər sonra hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları və TTYS-nın həkimləri gəlmişlər. X16 meyiti müayinə olunması üçün Qaradağ rayon ekspertiza şöbəsinə aparılmışdır. O, İlham və Əli həmin Buldozer “Shantui” SD-32 markalı texnikanı idarə edən Zahirə köməklik etmişlər. Onların arasında heç bir müqavilə bağlanmamışdır. Onlar şifahi razılığa əsasən Zahirə köməklik etmək üçün işləmişlər. Buldozer “Shantui” SD-32 markalı texnikada iş zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına qorunmasını təmin etmək, eyni zamanda təhlükəsiz işin icrasına kimin tərəfindən nəzarət olunmasını bilmir. Hadisədən əvvəl onların heç biri ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamışdır. Hadisə vaxtı o, Əli və İlham xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olnumamış, onlar həmin vaxt adi geyimdə olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər şahid X11 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 09 aprel 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ rayon prokurorunun müstəntiqi, İ dərəcəli hüquqşünas X1 rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3, X4 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanasıdır. Daş karxanasına gedən torpaq örtüklü avtomobil yolu vardır. Hadisə daş karxanasının təmir sahəsində baş vermişdir. Həmin sahədə bir ədəd tırtıllı traktor, bir ədəd tırtıllı ekskavator vardır. Traktorun kabinası sökülmüş, hissələri ayrılmış formadadır. Traktorun üzərində “SD 32” sözləri yazılmışdır. Ekskavatorun cilası yerə qoyulmuş vəziyyətdədir. Baxışda iştirak edən X11 bildirmişdir ki, hadisə baş verən vaxt Əli Əhmədov traktorun sepinin üzərində Əlidən aralıda dayanmışdır. O isə traktorun yanında yerdə dayanmışdır. Zahir isə işlək vəziyyətdə olan ekskavatorun kabinasında əyləşərək onu idarə edirdi. O, kabinanın aşağı hissəsinin deşiklərinə yerləşdirmək üçün armatur götürdüyü vaxt traktorun üzərində səs gəldiyini eşitmiş, baxdıqda hal şahidləri Zahirin kabinasında olduğu ekskavatorun konsunun sürətlə hərəkətə gələrək traktorun sepinin üzərində dayanmış Əli Əhmədovu kabinanın digər hissəsinə sıxaraq xəsarət yetirdiyini görmüşdür. (İ cild, i.v. 3-12) 15 fevral 2021-ci il tarixli texnikanın icarə müqaviləsindən görünür ki, “icarəçi” Təqsirləndirilən şəxs ilə “icarəyə verən” Şahid1 arasında qanuni əsaslarla icarəyə verənə məxsus dövlət qeydiyyat nişanı: AZ-10Z-052, buraxılış ili: 2014, mühərrik nömrəsi 573348, rəngi: sarı, zavod nömrəsi 71410 olan “Kamatsu” Tr. Ekskavator PC400-8 markalı və dövlət qeydiyyat nişanı: AZ-10Z-097, buraxılış ili: 2012, mühərrik nömrəsi 41173430, rəngi sarı, zavod nömrəsi: SD32AA104023 olan Buldozer “Shantui” SD-32 markalı texnikaların qazma, daşıma və müxtəlif torpaq işlərinin görülməsi üçün istifadəyə verilməsi ilə bağlı 15 fevral 2023-cü il tarixədək müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.5 və 2.1.8-ci bəndlərinə əsasən icarə müddətində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının qorunmasını təmin etmək, texnikaların istismarı və təmiri üçün cəlb edilmiş işçilərin peşə hazrılığı və əməyin mühafizəsi üzrə təlimatların həyata keçirilməsini təmin etmək icarəsinin öhdəsinə qoyulmuşdur. (İ cild, i.v. 28-29) “İcarəçi” Təqsirləndirilən şəxs ilə “icarəyə verən” Şahid1 tərəfindən tərtib edilmiş 15 fevral 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən Şahid1 15 fevral 2021-ci il tarixli texnikanın icarə müqaviləsinin şərtlərinə əsasən ona məxsus dövlət qeydiyyat nişanı: AZ-10Z-052, buraxılış ili: 2014, mühərrik nömrəsi 573348, rəngi: sarı, zavod nömrəsi 71410 olan “Kamatsu” Tr. Ekskavator PC400-8 markalı və dövlət qeydiyyat nişanı: AZ-10Z-097, buraxılış ili: 2012, mühərrik nömrəsi 41173430, rəngi sarı, zavod nömrəsi: SD32AA104023 olan Buldozer “Shantui” SD-32 markalı texnikaları icarəçinin istifadəsinə icarəyə saz vəziyyətdə təhvil vermişdir, icarəçi ilə həmin texnikaları icarəyə qəbul etmişdir. Aktın doğruluğu imzaları ilə təsdiq edilmişdir. (İ cild, i.v. 30) Qeydiyyat şəhadətnamələrindən görünür ki, dövlət qeydiyyat nişanı: AZ-10Z-052, buraxılış ili: 2014, mühərrik nömrəsi 573348, rəngi: sarı, zavod nömrəsi 71410 olan “Komatsu” Tr. Ekskavator PC400-8 markalı texnika 15 sentyabr 2014-cü il tarixdə və dövlət qeydiyyat nişanı: AZ-10Z-097, buraxılış ili: 2012, mühərrik nömrəsi 41173430, rəngi sarı, zavod nömrəsi: SD32AA104023 olan Buldozer “Shantui” SD-32 markalı texnika 16 sentyabr 2014-cü il tarixdə Şahid1 adına dövlət qeydiyyatına alınmışdır. (İ cild, i.v. 31-32) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 07 may 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 64) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X25 tərəfindən verilmiş 03 may 2021-ci il tarixli, 34 saylı meyitin ekspertizası rəyindən görünür ki, X2nun meyitinin məhkəmə-tibbi ekspertizasında gövdənin bel şöbəsindən natamam amputasiyası, qarın boşluğu orqanlarının evakuasiyası (xaric çıxması), qaraciyərin, dalağın cırılması, onurğanın bel şöbəsindən üzülməsi, sağ bazu oynağının, qarının, hər iki qasıq büküşünün əzilmiş-cırılmış yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən 09.04.2021ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər, dərəcəsinə görə həyatla bir araya xəsarət olduğu üçün sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və mərhum Ə.Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Ə.Zərərçəkmiş şəxs ölümünə səbəb həyatla bir araya sığmayan xəsarət – qarın boşluğu orqanlarının evakuasiyası (xaricə çıxması), qaraciyərin, dalağın cırılması və onurğanın bel şöbəsinin üzülməsi ilə müşayiət olunan gövdənin bel şöbəsinin natamam amputasiyası olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Ə.Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 4-6 saat əvvəl baş vermişdir. Mərhum Ə.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (19.04.2021-ci il tarixli 1048/K saylı akt) (İ cild, i.v. 73-76) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 18 may 2021-ci il tarixli, 10/1958 saylı rəyində görünür ki, “Shantui SD-32” markalı tırtıllı traktor-buldozerin təmirində traktorun kabinasının döşəmə hissəsinin (yükün) yerinə qoyulması (yerdəyişməsi) üçün “Kamatsu PC400-8” markalı ekskavatordan istifadə edildiyinə, həmin ekskavatorun hərəkət etdiyi hissələrinin və işçi orqanların yaxınlığında adamın (zərərçəkmiş Əli Əhmədovun) olmasına baxmayaraq yükün yerdəyişməsi işi aparıldığına, eləcə də, təmir işinə cəlb olunmuş işçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar aparılmadığına görə, baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 1.29, 2.2, 2.10 bəndlərinin, “Yükləmə-boşaltma işləri. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.009-76 DÜST-nin (dövlət standartın) 2.5, 2.9 bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin 1.1, 2.5, 3.10 bəndlərinin tələbləri pozulmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, “Shantui SD-32” markalı tırtıllı traktor-buldozerin təmirində traktorun kabinasmın döşəmə hissəsinin (yükün) yerinə qoyulması (yerdəyişməsi) üçün “Kamatsu PC400-8” markalı ekskavatordan istifadə etdiyinə, həmin ekskavatorun hərəkət etdiyi hissələrinin və işçi orqanların yaxınlığında adamın (zərərçəkmiş X7) olmasına baxmayaraq yükün yerdəyişməsi işini apardığına, eləcə də, təmir işinə cəlb olunmuş işçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların aparılmasını təşkil etmədiyinə görə, İİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 1.29, 2.2, 2.10 bəndlərinin, “Yükləməboşaltma işləri. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.009-76 DÜST-nin (dövlət standartın) 2.5, 2.9 bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin 1.1, 2.5, 3.10 bəndlərinin tələbləri icarə müqaviləsinə əsasən ekskavatoru idarə edən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. (İ cild, i.v. 86-91) Abşeron RİHB-nin Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 158) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli, AXA25/02-07-1730 saylı məktubdan görünür ki, Agentliyin avtomatlaşdırılmış informasiya sistemində Təqsirləndirilən şəxs adına traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin verilməsi qeydə alınmamışdır. Həmçinin Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində AZ10Z-052 dövlət qeydiyyat nişanlı (zavod:71410) KOMATSUPC400-8 markalı ekskavator və AZ10Z-097 dövlət qeydiyyat nişanlı, (zavod: SD32AA104023), SHANTUİ SD-32 markalı buldozer fiziki şəxs Şahid1 (FİN: 42TCZBE) adına dövlət qeydiyyatındadır. Sözügedən texnikalar son 3 ildə texniki baxışa təqdim edilməmişdir. (i.v. 165) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli, **********4 saylı məktubdan görünür ki, Abşeron rayonu Güzdək qəsəbə sakini X7 09 aprel 2021-ci il tarixdə saat 13:00 radələrində Güzdək qəsəbəsi ərazisində yerləşən daş karxanasında təmir işləri aparılan zaman ölməsi faktı Xidmətdə araşdırılmışdır. Aparılan araşdırma zamanı toplanmış sənədlərdən məlum olmuşdur ki, vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxs (VÖEN **********) Təqsirləndirilən şəxs (icarəçi) 15 fevral 2021-ci il tarixli “Texnikanın icarə müqaviləsi”nı əsasən fiziki şəxs (VÖEN **********) Şahid1 (icarəyəverən) məxsus “Kamatsu TR.Ekskavator PC 400-8” markalı ekskavator və “Shantui SD-32” markalı buldozeri icarəyə götürmüşdür. Fiziki şəxs Təqsirləndirilən şəxs izahatında 8 aprel 2021-ci il tarixdə şifahi razılaşma əsasında Şahid3, X6 və X9 istifadə olunmayan daş karxanasında “Shantui SD-32” markalı buldozerin mühərrikinin təmiri üçün işə cəlb etdiyini, 09 aprel 2021-ci il tarixdə təmir işləri zamanı “Kamatsu TR.Ekskavator PC 400-8” markalı ekskavatorun kabinasında olduğu vaxt ayağının çalovu idarə edən dəstəyə dəyməsi nəticəsində çalovun hərəkətə gəldiyini və mühərrikin təmiri ilə məşğul olan Ə.Əhmədovu sıxdığını, nəticədə onun aldığı xəsarətlərdən öldüyünü qeyd etmişdir. Şahid3 və X11 izahatlarında şifahi razılaşma əsasında fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən işə cəlb olunduqlarını təsdiq etmişlər. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə baxış keçirilərkən fiziki şəxs Təqsirləndirilən şəxs ilə Ə.Əhmədov, Şahid3 və V.Muradov arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı müəyyən edilmişdir. Fiziki şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Ə.Əhmədovu və digərlərini işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fiziki şəxs Təqsirləndirilən şəxs ilə Ə.Əhmədov arasında əmək münasibətləri yaranmadığından baş vermiş hadisə X10 Xidməti tərəfindən təhqiq edilməmişdir. (İ cild, i.v. 167-168) İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.2-ci il maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. (İ cild, i.v. 169- 170) İnternet vergi İdarəsinin vergi ödəyiciləri üzrə axtarış sisteminin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlardan görünür ki, Şahid1 ********** VÖEN nömrəsi ilə 1 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən, Təqsirləndirilən şəxs ********** VÖEN nömrəsi ilə Füzuli rayon Vergilər şöbəsində qeydiyyata alınmışlar. (İ cild, i.v. 174, 176) Sübutların qiymətləndirilməsi barədə 15 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin tərkibi olduğuna görə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi üzrə dindirmə, baxış və sair istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, ayrı-ayrı müəssisə və təşkilatlardan alınmış rəsmi sənədlər, digər istintaq sənədləri təsdiqedici şəkildə birbirilərini tamamlamaqla işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması rədd edilmişdir. X8 barəsində Azərbaycan Respublikası İXM-nin 337.1 və 340.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmasından ötrü material ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. (İ cild, i.v. 200-214) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 247-249) Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş 26 avqust 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1 və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf edərək, əməlindən peşman olmasını, hadisənin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayəti törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-59.2), zərərçəkmiş şəxsin hüququ varisinə vurulmuş maddi ziyanı tam ödəməsini (CM-59.1.13), zərərçəkmiş şəxsin hüququ varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmış və ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə baxışı zamanı işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə tikinti və quraşdırma sahələrində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar