Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-313/2022 29.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində bir azyaşlı uşağı olan), rəsmi qaydada işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 avqust 2022-ci il tarixdə saat 20:50-də özünü şübhəli apardığı üçün Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 38 saylı yaşayış binasının qarşısında saxlanılaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət edilmiş və orada xidməti otaqlardan birində video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş təmiz çəkisi 0,157 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmış və əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər məhkum olunmamış, halhazırda heç bir yerdə işləmir, təxminən bir ilə yaxın müddətdir ki, arada bir narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edirmiş. 22 avqust 2022-ci il tarixdə saat 17 radələrində mobil telefonunda “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə bir nəfər tanımadığı şəxslə tanış olmuş, həmin şəxslə söhbət edən zaman narkotik vasitə satdığını bilmişdir. O, həmin şəxsə narkotik vasitə qəbul etdiyini demiş və həmin şəxsdən narkotik vasitə istəmişdir. Həmin şəxs ona bildirmişdir ki, bir büküm narkotik vasitə heroini (kakosu) 10 manata satır. O, həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmiş, həmin şəxs kart hesab nömrəsini ona göndərməklə “bu karta 10 manat pul yüklə, mən sənə narkotik vasitənin yerini deyəcəm gedib götürərsən” sözlərini demişdir. O, həmin şəxsin yadında qalmayan bank hesab nömrəsinə 10 manat pul yükləmişdir. Həmin şəxslə yenidən “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb pulu bank hesab nömrəsinə yüklədiyini bildirmişdir. Həmin şəxs də bildirmişdir ki, Qızıldaş qəsəbəsində dörd yol deyilən ərazidə qırmızı sellofana qoyduğunu demişdir. O, həmin yerə gedib narkotik vasitəni tapmış, qırmızı sellofanı açıb içərisinə baxdıqda ağ rəngli kağız parçasından ibarət bir ədəd büküm görmüş, o, həmin bükümü əynindəki boz rəngli idman şalvarının sağ cibinə qoymuş və yaşadığı ünvana getmişdir. Yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Qaradağ RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyi soruşduqda polis əməkdaşlarına özünün xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları ondan şəxsiyyət vəsiqəsini tələb etdikdə bildirmişdir ki, şəxsiyyət vəsiqəsi üzərində yoxdur. Həmin vaxt bədənində narkotik vasitənin ağrıları olduğu üçün özünü itirmiş və polis əməkdaşları onun hərəkətindən şübhələnib onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində şifahi sorğu zamanı üzərində hər hansı bir qadağan olunmuş əşya və ya predmet olduğunu soruşmuş və o da üzərində narkotik vasitənin olmasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Bundan sonra ona hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X13 dəvət edilmiş və müdafiəçi Mənsi Ağayev ona təqdim edilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, polis əməkdaşları tərəfindən təqdim etdiyi həmin 01 ədəd bükümdə isə iysiz toz şəklində kütlə müəyyən olunmuş və o, həmin bükümdəki maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda o, həmin “kakos” adlanan narkotik vasitə heroini “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun özünün, müdafiəçinin və iştirakçıların iştirakı ilə qablaşdırılmış zərfin üzərini və protokolu imzası ilə imzalamışdır. Polis əməkdaşları onu Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 38 nömrəli yaşayış binasının qarşısında saxlamış, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almış, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, həyat yoldaşı ilə rəsmi nikaha daxil olmasa da ailəli olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, bacısı X4 qalxanabənzər vəzinin bədxassəli törəməsi xəstəliyinə tutulduğunu, heç bir yerdə işləməməklə onun himayəsində olduğunu, bacısının müalicə və müayinə xərclərini onun qarşıladığını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla arvadının da heç bir yerdə işləmədiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində NMB-nin əməliyyat müvəkkili Şahid1lə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 38 nömrəli yaşayış binasının qarşısında xidmətdə olduqları zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşahidə etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə özünü təqdim etməyi təklif edən zaman həmin şəxs onların suallarına cavab verərkən gözlərinin axmasını, davranışları, eləcə də həyacanlanmasını və verilən suallara qeyri müəyyən cavab verməsi ilə üzərində narkotik vasitə olması şübhələrini daha da artırmışdır. Onlar həmin şəxsi Qaradağ RPİ-nin 38-ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1974-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından 38-ci polis bölməsinin təhqiqatçısı Ramin Vəkilov tərəfindən şübhəli şəxs qismində tutulmuş və polis bölməsinə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsindən ötrü Bakı şəhər 10 saylı Vəkil Bürosundan vəkil X13 dəvət edilmiş, daha sonra polis bölməsində bölmənin təhqiqatçısı Ramin Vəkilov tərəfindən onların və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə axşam saat 17 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanımadığı şəxsdən internet yolu ilə 10 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 47 saylı möhürü ilə üzəri möhürlənmişdir. Onunla birlikdə bütün iştirakçılar həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə bağlı məşğul olması barədə onlara məlumat daxil olmamış, Təqsirləndirilən şəxs tərəfindən saxlanılarkən, eləcə də 38-ci polis bölməsində üzərində axtarış və götürmə aparılarkən ona qarşı hər hansısa bir təzyiq edilməmişdir. Təqsirləndirilən şəxslə qanun çərçivəsində rəftar olunmuşdur. Şahid Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Cəbiyev X10 RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli, 6/4456 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.....Ровшəн imza.....” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,157 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 0,157 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq - 0,107 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 31 avqust 2022-ci il tarixli, 4846 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabinoidlərin birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 22 avqust 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,107 qram narkotik vasitə heroin saxlanması üçün maddi sübutların saxlanma otağına verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı tərəfindən Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X9 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ cibindən bir ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş həmin bir ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümdəki “kakos” adlanan narkotik vasitə heroindir. Həmin heroini xx.xx.2022-ci il tarixdə “instaqram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş Hüseynova Mədinənin atası Hüseynov Rövşəndir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 126 saylı Mənzil-Kommunal İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Tağıyev X7 qəsəbəsi, 38 saylı evin 18 nömrəli mənzilində qeydiyyatdadır və ailə tərkibi bacısı X3 ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, ünvan 1 ünvanında yaşayan X5 qalxanabənzər vəzinin bədxassəli yeni törəməsi xəstəliyi olmaqla cərrahi əməliyyata məruz qalmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmasını və xəstə bacısının onun himayəsində olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 24 avqust 2022-ci il tarixdə Qaradağ rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,107 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X9 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,107 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X9 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-313/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-313/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver