Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-314/2021 14.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Salyan rayonunun Nəvahı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul rayonunun Nəvahı qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, 01 iyun 2021-ci il tarixdə, saat 17:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində Bakı- Qazax yolunun 47-ci km-də Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 719 saylı stasionar postunun qarşısında Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilməklə, həmin tarixdə saat 18:20 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən həmin 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram və 0,443 qram olmaqla, ümumi təmiz çəkisi 0,706 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, psixotrop maddə olan “şüşə” əldə edərək falqada yandırıb tüstüsünü çəkmə yolu ilə istifadə etməyə başlamışdır. O, istifadə etmək məqsədilə həmin psixotrop maddələri 1-2 ayda bir dəfə İran İslam Respublikasında tanış olduğu şəxsin hesabına pul köçürərək həmin şəxsin dediyi müxtəlif yerlərdən götürməklə əldə etmişdir. Sonuncu dəfə, təxminən tutlmamışdan 1 ay əvvəl həmin şəxsin hesabına 22 manat məbləğində pul köçürdükdən sonra bu şəxs telefon vasitəsilə psixotrop maddəni qoyduğu yeri ona bildirmişdir. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığında həmin şəxsin dediyi yerdən sellofan paketdə olan psixotrop maddəni götürmüşdür. Sözügedən sellofan paketin içində 02 ədəd gümüşü rəngli bükümdə “şüşə” deyilən psixotrop maddə olmuşdur. O, həmin bükümlərin birindəki psixotrop maddədən bir qədər istifadə etmiş, qalanını isə aradabir istifadə etmək məqsədilə üstündə gəzdirmişdir. 01 iyun 2021-ci il tarixdə avtomobilini təmir etdirmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə getmiş, təxminən saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən DYP postunda olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Polis bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə getmiş və bölmədə xidməti otaqların birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçinin və hal şahidlərinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən əvvəlcə ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuş, həmin bükülülərin içərisində “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu, mütamfetaminin özünə məxsus olduğunu, onu İran İslam Respublikasında tanış olduğu bir nəfər şəxsdən aldığını, bükülülərdən birinin içərisindəki metamfetaminin az hissəsini istifadə etdiyini, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, zərfin üzəri və protokol o və şəxsi axtarışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Bir daha qeyd edir ki, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, kiməsə satmaq və ya pay vermək niyyətinin olmamışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, (050) ***-**-** saylı və (070) ***-***-**-** saylı mobil telefon nömrələri onun istifadəsində olmuşdur. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrinin istifadəçilərinin kimliyini və həmin nömrələrdən onun istifadəsində olan (070)-278-37-67 nömrəyə “Nə qız kimi küsürsən bir sozde bilimde agrıyıram”, “Bizim qapının ağzında zibil vedresi vare kalcuk qoy onun altına”, “Qaqa agrjlram mana ha jox de”, “Məhəmməd bir söz də bilim agridayam eletde duzelir gozdirem yaz” mətnli sms-ləri xatırlamır. Sonda Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin istifadəçisi olduğunu, üzərindən aşkar olunan psixotrop maddəni öz istifadəsi üçün aldığını, ümumiyyətlə heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını və belə bir niyyətinin olmadığını bildirərək əməlinin CM-in 234.1-ci maddəsinə tövsif olunmasını və ona həmin maddə ilə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən DİO-da xidmət edir, hazırda Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci polis bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsini icra edir. 01 iyun 2021ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan, Ələt və Səngəçal qəsəbələri ərazisində Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu, daşınması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuş, bundan sonra əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə 01 iyun 2021-ci il tarixdə, saat 17:05 radələrində keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində Bakı-Qazax yolunun 47-ci km-də AR DİNin BDYPİ-nin 719 saylı stasionar postunun qarşısında Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edərək, ondan adını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, onu Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs Hacıqabul rayonu, Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra xidməti otaqda dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Video çəkiliş Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükülüləri könüllü şəkildə çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülülər açıldıqda içərisində ağ rəngli, iysiz, kristal şəklində psixotrop maddəyə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu, onu 01 ay əvvəl İran İslam Respublikası vətəndaşının hesabına 22 manat məbləğində pul köçürməklə özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamış, sözügedən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülülər isə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 9-10 ay əvvəl sürücü işlədiyi zaman onu Hacıqabul rayonunda yol kənarından götürüb Qaradağ rayonunun Ələt qəsəbəsinə gətirərkən tanış olmuşdur. Həmin vaxt yolda olarkən onlar birgə narkotik vasitə marixuana çəkmişlər. Daha sonra bir neçə dəfə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb danışmışlar, telefonla danışarkən Təqsirləndirilən şəxs narkotik vasitə satdığı ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə əldə etmək istədiyini bildirmiş, lakin ilk dəfələr də, Təqsirləndirilən şəxs ona narkotik vasitə verəcəyinə söz versə də, sonradan sonuncu onun telefon zənglərinə cavab verməmiş, daha sonra isə Məhəmməd onu bu barədə narahat etməməsini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmışdır (İ cild, i.v. 4-5). Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v. 13, 22). Şəxsi axtarış və götürmə aparılması haqqında 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış və götürmə aparılması qərara alınmışdır (İ cild, i.v. 29). Şəxsi axtarış və götürmə aparılması haqqında 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edib masanın üzərinə qoymuş, həmin bükümlərin içərisində ağ rəngli kristal şəkilli maddə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş hər iki bükümdəki maddələrin “şüşə” deyilən psixotrop maddə olan metamfetamin olduğunu, onu İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmiş, əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmiş, gümüşü siqaret kağızına bükülmüş bükümlər zərfə qoyulub qablaşdırılmış, 223 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, i.v. 30-31). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 01 iyun 2021-ci il tarixli Şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olununlar öz təsdiqini tapmışdır (İ cild, i.v. 31A). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2021-ci il tarixli, 6/2229 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №223” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. Yazılar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, ümumi təmiz çəkiləri 0,706 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin ümumi təmiz çəkisi – 0,706 qram olmuş, tədqiqata 0,08 qram sərf edildikdən sonra 0,626 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat təşkil edir (İ cild, i.v. 36-40). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 4(002)- 107/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 01 iyun 2021ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v. 69-71). Məlumatların götürülməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 5(002)-180/2021 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin kimin adına olması, 01.04.2021-01.06.2021-ci il tarixlərdə həmin nömrəyə daxil olan zənglərin, nömrələrin siyahısı, SMS-lərin mətni, kimlərə məxsus olması barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məlumatların götürülməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 5(002)-179/2021 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin kimin adına olması, 01.04.2021-01.06.2021-ci il tarixlərdə həmin nömrəyə daxil olan zənglərin, nömrələrin siyahısı, SMS-lərin mətni, kimlərə məxsus olması barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məlumatların götürülməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 5(002)-178/2021 saylı qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin kimin adına olması, 01.04.2021-ci il tarixdən 01.06.2021-ci il tarixədək həmin nömrəyə daxil olan və çıxan zənglərin, nömrələrin siyahısı, SMS-lərin mətni və kimlərə məxsus olması barədə məlumatların "xxxx" MMC-dən ələ keçirilməsinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur (İ cild, i.v. 93). Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 tərəfindən tərtib edilmiş DVD diskə baxış keçirilməsi haqqında 14 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşağıda qeyd olunmuş şəxslərə məxsus mobil nömrələrlə telefon əlaqəsi saxlamışdır: 1. ***-***-**-** X13, 2. ***-***-**-** X7, 3. ***- ***-**-** X15, 4. ***-***-**-** X9, 5. ***-***-**-** X11, 6. ***-***-**-** X1, 7. ***-***-**-** X16 (İ cild, i.v. 99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 X12-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 25 iyun 2021-ci il tarixli, 2075 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v. 117-118). Şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.02.2017-ci il təvəllüdlü Tural və 04.04.2019-cu il təvəllüdlü Minə adlı 2 azyaşlı övladı vardır (İ cild, i.v. 89-91). Sübutların qiymətləndirilməsi haqqında 27 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, təmiz çəkisi 0,706 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və psixotrop maddə olan metamfetaminin ekspert tədqiqatından 0,626 qram qalığının Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, iş üzrə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə barədə protokol və həmin protokola əlavə edilmiş 1 ədəd CD formasında disk, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 6/2229 nömrəli rəyi məhkəmə-narkoloji ekspertizasının rəyinin sübut növü kimi qiymətləndirilməsi, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün material ayrılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə göndərilməsi qərara alınmışdır (İ cild, i.v. 120-127) Bakı şəhəri Qaradağ RPİ tərəfindən 12 avqust 2021-ci il tarixli, 069-13725-1221 nömrəli məktubla məhkəməyə ünvanlanmış "xxxx" MMC-dən götürülmüş və özündə girişçıxış zəngləri, sms mətnləri barədə məlumatları əks etdirən 02 ədəd CD disk məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısının təklifi əsasında məhkəmə tərəfindən tədqiq edilərək iş üzrə sübutlar siyahısına əlavə edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müxtəlif nömrələrdən, o cümlədən ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə aşağıdakı SMS mətnləri daxil olmuşdur: “Nə qız kimi küsürsən bir sozde bilimde agrıyıram”, “Bizim qapının ağzında zibil vedresi vare kalcuk qoy onun altına”, “Qaqa agrjlram mana ha jox de”, “Məhəmməd bir söz də bilim agridayam eletde duzelir gozdirem yaz”. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, axtarış və götürmə aparılması haqqında protokol, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs istər ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra, istərsə də məhkəmədə özünü qismən təqsirli hesab edərək, psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edərək, daşıması və saxlaması barədə ifadəsində göstərdikləri xüsusatlara münasibətdə məhkəmə hesab edir ki, onun özünü qismən təqsirli bilməsi barədə heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakterli olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş və məhkəmə istintaqı zamanı araşdırılmış digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Onun ittihamda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxslə yolda tanış olduğunu və daha sonra bir neçə dəfə Təqsirləndirilən şəxs istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb danışdığını, telefonla danışarkən Təqsirləndirilən şəxs narkotik vasitə satdığının ona məlum olduğunu, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə əldə etmək istədiyini bildirdiyini, lakin ilk dəfələr də, Təqsirləndirilən şəxs ona narkotik vasitə verəcəyinə söz versə də, sonradan sonuncu onun telefon zənglərinə cavab vermədiyi, daha sonra isə Məhəmməd onu bu barədə narahat etməməsini dediyini qeyd etmişdir. Həmçinin, məhkəmə iclasında X10 onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Nə qız kimi küsürsən bir sozde bilimde agrıyıram”, “Bizim qapının ağzında zibil vedresi vare kalcuk qoy onun altına”, “Qaqa agrjlram mana ha jox de”, “Məhəmməd bir söz də bilim agridayam eletde duzelir gozdirem yaz” mətnli sms-lərlə bağlı verilmiş suallara inandırıcı cavablar verməyərək, həmin smsləri xatırlamadığını qeyd etmişdir. Belə ki, həmin nömrələrə gələn smslərin mətnləri də Təqsirləndirilən şəxs psixotrop maddələri öz istifadəsi üçün almasını, onun psixotrop maddənin satışı ilə məşğul olmaması barədə dediklərini təkzib edir; Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə edərək, daşıması və saxlaması onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №li qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, satış məqsədinin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi müəyyən edilməsə də, lakin təqsirkarın psixotrop maddəni satmaq niyyətində olması aşkar edilmiş psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onun istifadəsində olan telefona narkotik vasitə tələb edilməsi ilə bağlı müxtəlif şəxslərdən gələn SMS mətnlərinin olması, təqsirləndirilən şəxsin psixotrop maddənin istifadəçisi olsa da, onun aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə edərək, daşıması və saxlaması üçün təqsirli bilinməsinə əsas verir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun 01 iyun 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 01 iyun 2021-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan və saxlanması üçün Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş psixotrop maddənin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 04 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 işə qoşularaq məhkəmə istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan psixotrop maddənin qalığı 0,626 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 04 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri –109,90 (yüz doqquz manat, doxsan qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan) 20 gün müddətində) və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-314/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-314/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver